Məhkəmə qərarları › İş №2-1(112)-2202/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2202/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2202/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi”; Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiasının rədd edilməsi, Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2023-cü il tarixli 3-17/1/3/-3-62722/2023 nömrəli və Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli 3-17/1/3/-3-62726/2023 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbi üzrə qarşılıqlı iddiasına dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti 1`. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1996- xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də qəza-bərpa işləri üzrə çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi cavabdehin işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsinə uyğun deyil. Bu səbəbdəndə onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq cavabdehə 57 yaşının tamamlanığı xx.xx.2017- ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Əlavə olaraq, Bakı İnzibati Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2-1(112)- 4602/2022 nömrəli qərarına əsasən 57 yaşının tamam olduğu 21 fevral 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı cavabdehin mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 27 oktyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Mülahizələrin dinlənilməsi üçün cavabdeh Mərkəzi Filiala 24 oktyabr 2023-cü il tarixində gəlmişdir. Tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanmayıb. Sonra isə, cavabdehə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin noyabr ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Qeyd olunanlara əsasən,yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, cavabdehə son üç il üzrə 9114,55 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması xahiş edilmişdir. Göründüyü kimi, inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmaqla aparılmış və cavabdehə qanunvericiliyin tələbləri izah olunmuşdur. Eyni zamanda, həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maraqlı şəxs məzmununa etimad göstərsə də, lakin həmin etimad qanunla qorunmamalıdır; - Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. Qeyd olunanları hazırkı mübahisəli pensiya təyinatı ilə bağlı qanunsuz əlverişli inzibati akta tətbiq etdikdə müəyyən olunur ki, pensiya təyinatı ilə bağlı qərarın ləğv edilə bilməsi üçün hər iki əsas mövcuddur: 1) Pensiya təyinatı barədə qərarı inzibati orqan öz təşəbbüsü ilə, hüquq tətbiqetmə prosesində qüvvədə olmayan normanı seçmək və tətbiq etməklə qəbul etdiyindən həmin inzibati akta etimad varsa da, lakin həmin etimadın qanuni əsası yoxdur. 2) Pensiya təyinatı ilə bağlı əlverişli inzibati akt qanunsuz olmaqla davam edən ictimai münasibətlərə birbaşa tətbiq edilir, hazırda və bundan sonra da ictimai və dövlət maraqlarına zərər vurmaqda davam edir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Qeyd edildiyi kimi, cavabdehə son üç il üzrə ümumilikdə 9114,55 manat artıqödəmə müəyyən edilib. Ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar cavabdehə artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. Müvafiq məhkəmə qərarına əsasən cavabdehə fərq məbləğinin ödənilməsi başa çatdırıldıqdan sonra isə artıqödəmə məbləği 19342,12 manat təşkil edəcəkdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4602/2022 nömrəli qərarı ilə iddia inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilərək, 57 yaşının tamam olduğu 21 fevral 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Həmin qərarın icrası məqsədilə 5 oktyabr 2023-cü il tarixində qəbul edilmiş 3-17-1/3-3-61067/2023 nömrəli qərarla adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 379,61 manat məbləğində bərpa olunub. Eyni zamanda, ötən dövr üzrə ona ödənilməli olan ümumilikdə 10607,18 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin xx.xx.2024-cü il tarixindən etibarən hissəhissə ödənilir. Yəni, sözügedən məhkəmə qərarı tam icra edilib. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı cavabdehin mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 27 oktyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Mülahizələrin dinlənilməsi üçün cavabdeh Mərkəzi Filiala 24 oktyabr 2023-cü il tarixində gəlmişdir. Tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanmayıb. Sonra isə, cavabdehə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-62722/2023 nömrəli qərarla ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2023-cü ilin ilin noyabr ayından dayandırılması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-62726/2023 nömrəli qərar qəbul edilib (qoşma olaraq qərarların sürəti əlavə edilir). Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən,yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, cavabdehə son üç il üzrə 9114,55 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar cavabdehə artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. Müvafiq məhkəmə qərarına əsasən cavabdehə fərq məbləğinin ödənilməsi başa çatdırıldıqdan sonra isə artıqödəmə məbləği 19342,12 manat təşkil edəcəkdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibətini (etirazını) təqdim edərək bildirmişdir ki, iddiaçı 2021-ci ildə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 05 oktyabr 2021 -ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı inzibati Məhkəməsinin 2- 1(112)-4602/2022 saylı xx.xx.2022-ci il Qərarı ilə iddia təmin edilmiş, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması əsassız və qanunsuz hesab edilmiş, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli, **********9 nömrəli qərar ləğv edilmişdir. Habelə iddiaçıya pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi vəzifəsi Mərkəzi Filialın üzərinə qoyulmuşdur. Mərkəzi Filial apellyasiya və kassasiya şikayətləri ilə müvafiq məhkəmələrə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)- 600/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 2-1 (102)-1395/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə cavabdehin şikayətləri təmin edilməmişdir. Bakı inzibati Məhkəməsinin xx.xx.2022-ci il Qərarı xx.xx.2023-cü il tarixdə hüquqi qüvvəyə minmişdir. Mərkəzi Filial pensiyanı bərpa etmişdir. Lakin həmin tarixdən hal-hazıra qədər qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarı Mərkəzi Filial tərəfindən icra edilməmişdir. Məcburi icra tədbirlərinə dair icra məmurunun qərarına da Mərkəzi Filial rəhbərliyi biganə yanaşmışlar. Əksinə olaraq Mərkəzi Filialın rəhbərliyi qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmək əvəzinə 2021 -ci ildə olduğu kimi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə absurd olaraq iddiaçıya məktublar göndərib məlumat vermişdir ki, yenidən inzibati icraat işi başlanmış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən dayandırıb və aldığı 9114.55 manat məbləği geri qaytarılmalıdır. Bundan sonra, 2024-cü ilin sonu absurd və məntiqsiz olaraq Mərkəzi Filial Bakı İnzibatı Məhkəməsinə müraciət edib iddiaçıya qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını 2021-ci ildə istədiklərinin eynisi olaraq bunlara geri ödəməyi tələbi ilə iddia irəli sürmüşdür.Güya inizbati araşdırmanı təzələyiblər,inizbati akt,qərar qəbul ediblər ki,pensiyası dayandırılsın. Lakin dəfərlərlə həmin qərarı iddiaçıya təqdim etməyi Mərkəzi Filialdan xahiş etmiş, lakin təqdim edilməmişdir. 3 ildən artıq müddətdir ki, Mərkəzi Filialın hüquqşünasları və rəhbərləri bilərəkdən iddiaçıya qarşı qanunsuz hərəkətlərini davam etdirirlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini, həmçinin 2023-cü ilin noyabr ayından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir Sonradan Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respubılikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, 2023-cü ilin noyabr ayından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında cavabdehin qəbul etdiyi qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Sonradan iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiasının rədd edilməsi, Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2023-cü il tarixli 3-17/1/3/-3-62722/2023 nömrəli və Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli 3- 17/1/3/-3-62726/2023 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11 aprel 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair Cavabdeh nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıya 21 fevral 2017-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sonradan isə bir sıra səbəblər göstərilməklə təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır. Buna səbəb kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra Cavabdeh adlanacaq) “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, iddiaçının "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində, qəza-bərpa işləri çilingəri peşəsində işləməyi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingəri və ustaları peşəsinə uyğun deyil. Hesab edirəm ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüquq verən işlədiyi sahənin birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olduğuna dair "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən 30 noyabr 2021-ci il tarixli, 07 nömrəli, rəsmi arayış verilib. Bunlardan əlavə iddiaçıya işlədiyi müəssisədə aylıq əmək haqqı hesablanarkən və illik məzuniyyətlərə buraxılarkən güzəştli şərtlərlə işləyən işçi kimi əmək haqqına qanunla nəzərdə tutulan əlavə ödənişlər edilmiş və əsas məzuniyyətinə əlavə məzuniyyət günləri tətbiq edilmiş, müvafiq əmrlərlə rəsmiləşdirilmişdir. iddiaçı Cavabdehə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir .Bakı İnzibati Məhkəməsinin (hakim Hacıbəyova Miminat xanım Tacib qızı, İş № 2-1(112)- 4602/2022) xx.xx.2022-ci il Qərarı ilə iddiası təmin edilmişdir. Həmin Qərar ilə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyamın dayandırılması əsassız və qanunsuz hesab edilmişdir; artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərar ləğv edilmişdir. Habelə iddiaçıya pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi vəzifəsi Filialın üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya və kassasiya şikayətləri ilə müvafiq məhkəmələrə müraciət etmişdir.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 600/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-1395/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə cavabdehin şikayətləri təmin edilməmişdir.Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il Qərarı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Lakin həmin tarixdən hal-hazıra qədər qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarı Mərkəzi Filial tərəfindən tam icra edilməmişdir. Məcburi icra tədbirlərinə dair icra məmurunun qərarına da Mərkəzi Filial rəhbərliyi biganə yanaşmışlar. Əksinə olaraq Mərkəzi Filialın rəhbərliyi qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmək əvəzinə 2021-ci ildə olduğu kimi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə absurd olaraq məktublar göndərib məlumat vermişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən dayandırırlar və aldığı 9114.55 manat məbləği geri qaytarmalıdır. Mərkəzi Filialin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən dayandırması və iddiaçıdan hər hansı məbləğin geri tələb etməsi əsassız və qanunvericiliyin mövcud tələblərinə zidd sayılmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdehin qarşılıqlı iddiaya dair etirazını məhkəməyə təqdim edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;) 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 53.1-ci ilkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir. Həmin Məcəllənin 53.2-ci qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır. Hazırda tərəflərin ilkin və qarşılıqlı iddiaları mümkünlük şərtlərinə cavab verir. Hər iki iddia düzgün. cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddialar qaldırmaqda tərəflər subyektiv hüquqa malik olmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin iddia ərizəsini və qarşılıqlı iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi əsassız, qarşılıqlı iddia tələbi əsaslıdır.

Faktiki hallar və sübutlar

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2- Ə-303399/2023 nömrəli xx.xx.2023-cü il tarixli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubuna əsasən Cavabdeh son üç il üzrə 9114,55 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyi bildirilmiş və bununla əlaqədar olaraq, həmin artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2- Ə-240285/2023 nömrəli xx.xx.2023-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizəlrin öyrənilməsi haqqında” məktubu ilə Cavabdeh pensiya hüququna yenidən baxılmasına əsas olan müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 27 oktyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 30 sentyabr 2024-cü il tarixli 3-17-1/2-236215/2024 saylı məktubunda qeyd edilmişdir ki, vaxtilə Cavabdeh pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1996- xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də qəza-bərpa işləri üzrə çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri peşəsinə uyğun deyil. Bu səbəbdən də, Cavabdeh güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq, Cavabdeh 57 yaşının tamamlandığı xx.xx.2017-ci il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2-1(112)- 4602/2022 nömrəli qərarəna əsasən Cavabdeh 57 yaşının tamam olduğu 21 fevral 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa olunub 379,61 manat təşkil edib. Eyni zamanda, ötən dövr üzrə ona ödənilməli olan ümumilikdə 10607,18 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 01,03.2024-cü il tarixindən hissə-hissə ödənilməsinə başlanılıb. Belə ki, məhkəmə qərarlarını Cavabdeh pensiya ödənişinin dayandırılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi ilə əsaslandırıb. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün Cavabdeh qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 27 oktyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Adıçəkilən şəxs mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 24 oktyabr 2023-cü il tarixində gəlib. Tərtib edilmiş akt onun tərəfindən imzalanmayıb. Sonra isə Cavabdeh vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2023-cü ilin noyabr ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-61067/2023 saylı Qərarı ilə Cavabdeh pensiya ödənişi bərpa edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-62722/2023 saylı Qərarı ilə vətəndaş Cavabdeh əmək pensiyası təyin edilməsi haqqında qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-62726/2023 saylı Qərarı ilə Cavabdeh pensiya ödənişi Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən dayandırılmış və ötən dövrlər üzrə alınmamış pensiya məbləğlərinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə iddiaçının iddiasını əsassız, cavabdehin qarşılıqlı iddiasını isə aşağıda sadalananlara görə əsaslı hesab edir. İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2017-ci ildən 28 fevral 2021-ci il tarixə qədər əmək pensiyasını almağa davam etmişdir. Cavabdeh həmin dövr ərzində iddiaçıya ödənilmiş 11267,33 manat pul vəsaitdən iddiaçı əsassız faydalandığını hesab etmiş və bunu Fonda vurulmuş zərər kimi qiymətləndirərək ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə 05 oktyabr 2021-ci il tarixli qərar qəbul etmişdir. İddiaçı daha sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)- 4602/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı İlə iddiaçı Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması əsassız və qanunsuz hesab edilməsi; artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərar ləğv edilməsi və iddiaçıya pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi vəzifəsi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61067/2023 saylı Qərarı ilə Cavabdeh pensiya ödənişi bərpa edilmiş və həmin tarixli 3-17-1/3-3-62726/2023 saylı Qərarı ilə Cavabdeh pensiya ödənişi Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən dayandırılmış və ötən dövrlər üzrə alınmamış pensiya məbləğlərinin geri qaytarılması qərara alınmışdır. Hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi”ni, iddiaçı Cavabdeh isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiasının rədd edilməsi və Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2023-cü il tarixli 3-17/1/3/-3-62722/2023 nömrəli və Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli 3-17/1/3/-3-62726/2023 nömrəli qərarlarının ləvğ edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə aşağıdakı göstərilənlərə əsasən ilkin iddia tələbi üzrə iddiaçını öz iddia tələbində haqsız, qarşılıqlı iddia tələbi üzrə iddiaçını isə öz iddia tələbində haqlı hesab edir.

Tətbiq edilən hüquq.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Əmək pensyaları haqqında” Qanunun 39.1–ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Həmin Qanunun 39.3.-ci maddəsinə əsasən, bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən, borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə pensiyanın ödənilməsinin dayandırılması ilə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları pozulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4602/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında Cavabdeh xx.xx.2017ci il tarixdən, 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanuni olması müəyyən edilmişdir. Belə ki, Cavabdeh güzəştli iş stajı, onun işlədiyi müəssisə tərəfindən verilmiş arayış ilə təsdiq edilmişdir. Belə ki, həmin arayışda göstərilmişdir: "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilən 30 noyabr 2021-ci il tarixli 07 nömrəli arayışa əsasən, Cavabdeh "xxxx" ASC Xətai rayon Sukanal İdarəsində xx.xx.1996-cı il tarixdən bir sıra güzəştli peşələrdə işləmişdir. Bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 5-ci bəndinə əsasən güzəştli sayılır. İddiaçı xx.xx.1996-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Bakı Kanalizasiya şəbəkələrinin istismarı müəssəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı ixtisasa əsasən 08 il 6 ay 1 gündür. xx.xx.2004-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" ASC Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 6 il 05 ay 29 gündür. xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək həmin müəssisədə eyni adlı vəzifədə işləmişdir, güzəştli əmək stajı 10 ay 1 gündür. xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək həmin müəssisədə eyni adlı vəzifədə işləmişdir, güzəştli əmək stajı 4 il 8 ay 19 gündür. xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" ASC Bakı Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 1 il 1 ay 26 gündür. xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" ASC Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 3 il 11 ay 11 gündür.” “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Həmin normaya əsasən qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İddiaçının pensiya işindən görünür ki, inzibati orqan ilk dəfə iddiaçıya 21.02..2017-ci ildə yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh pensiya işində və iddiaçı inzibati orqanının dəlillərində inzibati aktın ləğv edilməsinə səbəb olan halın inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsində göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin tabeliyində olan inzibati orqan Suraxanı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli qərar) ləğv edilməsi, həmin aktın qəbul edilməsindən 6 il sonra olmuş və bu hal inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən Cavabdeh münasibətdə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələbi yuxarıda sadalanan inzibati icraat haqqında hüquq normalarına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin DSMF-nin Suraxanı rayon şöbəsi (Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialının sələfisi) pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə məhkəməyə məlumat verilməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz Beləliklə, göstərilənlərə əsasən, məhkəmə inzibati orqanın qanunvericiliklə üzərinə düşən vəzifələri icra etmədən cavabdehin hüquqlarına müdaxilə edən qərarlar qəbul etməsini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) Cavabdeh qarşı “artıq ödənilmiş manat pensiya məbləğinin ödənilməsi barədə ilkin iddia tələbi təmin edilməməli, Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2023-cü il tarixli 3-17/1/3/-3-62722/2023 nömrəli və Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli 3-17/1/3/-3-62726/2023 nömrəli qərarları ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 32-ci, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı)nın ilkin iddia tələbi rədd edilsin. Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2023-cü il tarixli 3-17/1/3/-3-62722/2023 nömrəli və Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli 3-17/1/3/-3- 62726/2023 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar