Məhkəmə qərarları › İş №2-1(112)-2204/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2204/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2204/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X1 (hüquqşünas, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə) qarşı tikiliyə istisna hal kimi sərəncam vermək öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüquq əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2392-93 məhəllədə yerləşən 24 kv.metrdən ibarət 1 mərtəbəli qeyriyaşayış sahəsinə bitişik köməkçi sahədən ibarət olan tikiliyə istisna hal kimi sərəncam vermək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatında məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qətnamə deyil, qərar qəbul edildiyi iddiaçının diqqətinə çatdırılaraq həmin hissədə iddia tələbini dəqiqləşdirmək təklif edilsə də, yazılı qaydada ərizə məhkəməyə təqdim edilməmişdir. İddiaçı şifahi qaydada məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2204/2020 saylı qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçı hazırda şəhid ailəsi statusu almışdır. Şəhid ailəsi kimi ona Bakı şəhər Cavabdeh sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2392-93 məhəllədə qeyriyaşayış sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında xx.xx.2009-cu il tarixdə ona ******* saylı çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 24 kv.metrdən ibarət 1 mərtəbəli qeyriyaşayış sahəsi onun istifadəsinə verilmişdir. Həmin vaxt qeyri-yaşayış sahəsini tam istifadə etmək mümkün olmadığı üçün ona bitişik sahədə tikinti işləri aparaq əlavə tikili inşa etmidşir. Həmin tikili mövcud tikilinin arxa hissəsinə bitişikdir. Həmin əraziyə dair kiçik tiklidən ibarət sahəyə yeni sərəncam alınması zərurəti yaranmışdır. Yeni layihə təqdim edərək həmin tikililərin sərəncama daxil edilməsi ilə bağlı Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh həmin qeyri-yaşayış sahələrinə dair sərəncam verilməsindən 27 noyabr 2019-cu il tarixdə imtina məktubu verərək imtina etmişdir. Təqdim etdiyi layihəyə əsasən mövcud qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi üzərində icarə, istifadə və ya mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyi üçün məsələyə baxılmadığı, həmin sənədlər təqdim edildikdən sonra məsələyə baxıla biləcəyi bildirilmişdir. Layihədən də görünür ki, o, həmin sahəni istifadə edir və icra hakimiyyətinin imtinası əsassızdır. Çünki 2009-cu il tarixdən bu günədək həmin ərazini o istifadə edir. Həmin sahə onun istifadəsində olan qeyri-yaşayış sahəsinin köməkçi sahəsidir. Ona görə də köməkçi sahəyə də sərəncam verilməli idi. Cavabdeh Bakı şəhəri Cavabdehnə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsinə etiraz edərək izahatında göstərdi ki, iddiaçının cavabdeh tərəfindən sərəncam verilməsini tələb etdiyi tikili zəbt olunmuş torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququ qeydiyyata alınmamışdır. İddiaçının tələbi əsassız olduğundan hesab edir ki, rədd edilməlidir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh nümayəndəsi şifahi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının hazırlıq icraatı mərhələsində və üçüncü şəxsin məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 2392-93-cü məhəllədə istifadədə olan 0,00306 ha torpaq sahəsində yerləşən 24 kv.metr ümumi, 24 kv.metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 2032 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdən qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ********** reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 2392-93-cü məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin (ticarət obyekti) ümumi sahəsi ümumi sahəsi 24 kv.metrdən ibarətdir. Həmin texniki-pasportun xüsusi qeydlər hissəsindən görünür ki, 8,43 kv.metr köməkçi və 6,56 kv.metr açıq eyvandan ibarət tikili özbaşına tikildiyi üçün ümumi sahəyə daxil edilməmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, A-135-159 saylı imtina məktubundan görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2392-93-cü məhəllədə yerləşən 24 kv.metrdən ibarət qeyriyaşayış binasına əlavə aparılmış tikililərin mövcud vəziyyətdə təqdim etdiyi eskiz layihəsinə əsasən sənədləşdirilməsi ilə bağlı ünvanına daxil olmuş ərizəsinə baxılmış, təqdim etdiyi layihəyə əsasən mövcud qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi üzərində icarə, istifadə və ya mülkiyyət hüququnu təsdiq edən sənədi Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra qaldırdığı məsələyə mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada baxılacaqdır. İşdə olan "xxxx" MMC tərəfindən 24.11. 2015-ci il tarixdə tərtib edilmiş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 2392-93-cü məhəllədə yerləşən İddiaçı məxsus 0,00306 ha torpaq sahəsində mövcud qeyri-yaşayış obyektinin memarlıq planlaşdırma həllindən görünür ki, layihələndirilən obyektin ümumi sahəsi 89,7 kv.metrdən ibarətdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 2392-93-cü məhəllədə istifadədə olan 0,00306 ha torpaq sahəsində yerləşən 24 kv.metr sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2009-cu il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçı həmin tikiliyə bitişik sahədə tikinti işləri apararaq əlavə tikinti inşa etdirmiş və tikintinin eskiz layihəsi tərtib edilərək, sərəncam verilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüququnun olmadığını və buna dair torpaqayırma sənədinin olmadığı əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin. Qanunvericliyin tələblərinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmasa da, lakin həmin tikilinti işlərinin aparılması üçün ilkin olaraq torpaq sahəsinin mülkiyyətində, icarəsində və ya istifadədə olmasını təsdiq edən sənədin olması zəruridir. Məhkəmə iclası zamanı iddiaçı izahatında inşa etdiyi əlavə tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüququnun qeydə alınmadığını və torpaqayırma sənədinin mövcud olmadığını, lakin əlavə tikilinin mülkiyyətində olan əsas tikilinin köməkçi sahəsi olduğunu, buna görə də həmin tikiliyə də istisna hal kimi sərəncam verilməli olduğunu bildirmişdir. Lakin qanunvericilikdə hər hansı hüquq mövcud olmadığı halda mülkiyyətdə olmayan torpaq sahəsində tikinti işləri aparılmasına dair hər hansı istisna müəyyən edilməmişdir. Əksinə Azərbaycan Respublikası mülki qanunvericliyinin tələblərinə əsasən lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş daşınmaz əmlak özbaşına tikinti sayılır. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş materialları ilə iddiaçının yardımçı tikili olaraq inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinə dair onun hər hansı hüququnun qeydə alınması və ya torpaqayırma sənədinin mövcud olması müəyyən edilmədiyindən, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar