Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2205/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilməklə iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair inzibati iş üzrə icraata xitam verilməsi barədə iddiaçının ərizəsinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilməklə iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmisdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə 13 dekabr 2021-ci il tarixli ərizə ilə müraciət edərək, iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialını cavabdeh kimi deyil , üçüncü şəxs kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı 12.04.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh təşkilat artıq xidmət illərinə görə pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”ni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına göndərmişdir və ona artıq xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı İnzibati-Prosessual Məcəlləsinin 55-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1. –ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4.-ci maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5.-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbindən imtinası qanunvericiliyə zidd omadığından, iddiadan imtina barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilməklə iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiadan imtinası qəbul edilsin. Hazırkı inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2205/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2205/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver