Məhkəmə qərarları › İş №2-1(112)-2207/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2207/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2207/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC barəsində qəbul edilmiş 02 iyul 2020-ci il tarixli **********137759 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Grandproje" MMC barəsində qəbul edilmiş 02.07.2020-ci il tarixli **********137759 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın və həmin qərara düzəliş edilməsi haqqında 26.04.2021-ci il tarixlı **********146275 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14.01.2020-ci il tarixli **********196177 saylı qərarı ilə İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 22 may 2020-ci il tarixli **********196198 saylı “Səyyar vergi yoxlaması" Aktı tərtib edilmişdir. Yoxlama ilə Cəmiyyətdə sadələşdirilmiş vergi üzrə 940,00 manat artıq hesablanması, ƏDV üzrə 12767,8 manat azaldılması və 11406,51 manat artıq hesablanması, mənfəət vergisi üzrə 2017-ci il üzrə 1185,05 manat artıq hesablanması və 2018-ci il üzrə 65659,32 manat azaldılması müəyyən edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə tərtib edilmiş aktla cəmiyyətə ƏDV üzrə 1361,29 manat əlavə vəsait (12767,8 - 11406,51) hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6383,9 manat, mənfəət vergisi üzrə 64478,27 manat əlavə vəsait (65659,32 - 1185,05) hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 32829,66 manat maliyyə sanksiyasının, ümumilikdə 64899,56 manat əlavə vəsait hesablanması və 39213,56 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 2 iyul 2020-ci il tarixdə **********137759 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qeyd olunan inzibati qərardan iddiaçı tərəfindən 09 iyul 2020-ci il tarixdə yuxarı inzibati orqana inzibati qaydada şikayət verilmiş və düz 80 gün sonra, yəni inzibati icraat qanunvericiliyi ilə şikayətlərə baxılması müddətləri kobud pozulmaqla 29 sentyabr 2020-ci il tarixdə iddiaçıya cinayət işinin başlanması səbəbi ilə formal mülahizələrə istinad edilərək şikayətə baxılmaqdan imtina edilməsi barədə cavab məktubu təqdim edilmişdir. Halbuki, ‘‘İnzibati icraat haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Göründüyü kimi, qanunvericiliyin tələblərinə görə inzibati aktdan şikayət verildiyi halda şikayət instansiyası hər bir halda şikayətə müəyyən edilmiş müddətlər ərzində baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Hazırkı halda isə yuxarı şikayət instansiyası qanunvericiliyin tələblərini kobud pozaraq şikayətin mahiyyəti üzrə qərar qəbul etməkdən imtina etmiş və formal cavab məktubunun təqdim edilməsi ilə kifayətlənmişdir. Məlumdur ki, “İnzibati icraat haqqında” Qanunun 78.2-ci maddəsinə görə şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası tərəfindən yalnız 29 sentyabr 2020-ci il tarixdə cavab verildiyindən həmin cavab məktubundan qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. İnzibati akt əsassız və qanunsuzdur, iddiaçının hüquqlarını pozur. Belə ki, əvvəla, səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərinin pozulması ilə aparılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Hazırkı iş üzrə vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 gün, yəni 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Hətta müstəsna hal kimi 30 iş günü müddətinə uzadılma aparmışdır. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilmiş, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamışdır. Qanunvericilik vergi yoxlamasının müddətini Vergi Məcəlləsinin 38.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.4-cü maddəsində də vergi yoxlamasının məhz həmin 30 günlük zaman kəsiyində olan iş günləri ərzində keçirilməsi nəzərdə tutulmuşdur. Yəni həmin 30 günlük müddətə daxil olan və qeyri-iş günləri sayılan istirahət və bayram günlərində vergi yoxlamasının aparılması qadağan edilir, onun qanunla yolverilməz olduğu bildirilir. Belə ki, səyyar vergi yoxlaması materiallarından görünür ki, səyyar vergi yoxlaması 15.01.2020-ci il tarixdə başlamış, 24.02.2020-ci il tarixdən 18.03.2020-ci il tarixədək yoxlama dayandırılmış, 18.03.2020-ci il tarixdən 30 gün uzadılmış, daha sonra bir daha 12.05.2020-ci il tarixdən 22.05.2020-ci il tarixədək yoxlama dayandırılmış və yoxlama 22.05.2020-ci il tarixdə başa çatdırılmışdır. Göründüyü kimi 15.01.2020-ci il tarixdə başlamış səyyar vergi yoxlaması 13.02.2020-ci il tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 11 gün sonra, yəni 24.02.2020-ci il tarixli qərarla dayandırılmışdır. Yəni yoxlamanın dayandırılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 11 gün sonra qəbul edilmişdir. Bundan başqa, 24.02.2020-ci il tarixdən 18.03.2020-ci il tarixədək yoxlama dayandırıldıqdan sonra 18.03.2020-ci il tarixli qərarla yoxlamanın müddəti daha 30 gün müddətinə uzadılsa da, yoxlama qərara əsasən 16.04.2020-ci il tarixdə başa çatdırılmalı olduğu halda 26 gün sonra, yəni 12.05.2020-ci il tarixli qərarla bir daha dayandırılmışdır. Başqa sözlə desək, yoxlamanın dayandırılmasına dair qərar səyyar vergi yoxlamasının başa çatmasından 26 gün sonra qəbul edilmişdir ki, bununla da ikinci dəfə yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, hətta sonuncu dəfə vergi orqanının qanunsuz və əsassız mövqeyi, yəni 18.03.2020-ci il tarixli müddətin uzadılması ilə bağlı qərarla yoxlamanın müddətinin 30 gün deyil, 30 iş günü uzadılması ilə iddiaçı razılaşsa belə, 18.03.2020-ci il tarixdən 30 iş günlük müddətin sonuncu iş günü ən geci 05.05.2020-ci il tarixə təsadüf edir ki, vergi orqanı isə yalnız 12.05.2020-ci il tarixdə yoxlamanın dayandırılması barədə qərar qəbul etməklə özünün iddia etdiyi 30 iş günlük müddəti də qanunsuz olaraq pozmuşdur. Belə olan halda, səyyar vergi yoxlaması vergi orqanının müddətin uzadılmasına dair 18.03.2020-ci il tarixli qərarı ilə 30 günlük müddət bitdikdən sonra başa çatdırıldığından qanuni hesab edilə bilməz. Bu, həm də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin müddəalarından irəli gəlir. Həmin Sərəncamın 2-ci bəndində Vergilər Nazirliyinə tapşırılmışdır ki, vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin (2.2); vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin (2.3). Qeyd edilən Sərəncamla təsdiq olunmuş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin 7-ci bəndində “kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması təsbit edilmişdir. Beləliklə, vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmiş, bununla yanaşı vergi organı tərəfindən yoxlamanın sonuncu uzadılması zamanı özlərinin iddia etdikləri 30 iş günlük müddət belə pozulmuşdur. Eyni zamanda, vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq yoxlamanın aparılması təqvim günləri ilə deyil, iş günləri ilə aparılması məsələsinə digər vergi mübahisələri zamanı məhkəmələr tərəfindən qiymət verilmiş və hazırda bununla bağlı Ali Məhkəmənin mövqeyi belə bəllidir. Belə ki, qeyd olunan məsələ Ali Məhkəmənin 15 noyabr 2017-ci il tarixli 2-1(102)-1982/2017 nömrəli qərarında öz əksini tapmışdır. Həmin məhkəmə qərarına əsasən Ali Məhkəmə səyyar vergi yoxlamasının təqvim günləri ilə deyil, iş günləri ilə aparıldığı üçün yoxlamanı qanunsuz hesab etmiş və həmin əsasa görə cavabdeh vergi orqanının kassasiya şikayətini təmin etməyərək, aşağı instansiya məhkəmələrinin qərarlarını dəyişdirilmədən qüvvədə saxlamışdır. İkincisi, səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan dayandırılmışdır. Yoxlama 15.01.2020-ci il tarixdən başladıqdan sonra vergi orqanı Cəmiyyət tərəfindən yerinə yetirilmiş layihə işlərində əmək haqqı həcminin müəyyən edilməsi məqsədilə müvafiq olaraq 24.02.2020-ci il tarixdə 33 gün müddətinə və 12.05.2020-ci il tarixdə 32 gün müddətinə yoxlamanın vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi əsası ilə dayandırılması barədə qərarlar qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması 9 aydan çox olmayan müddətə dayandırılır (təxirə salınır). Yoxlama aktının 1.9.5-ci bəndində qeyd olunmuşdur ki, “aparılan səyyar vergi yoxlaması layihə işlərinin yerinə yetirilməsində əmək tutumunun müəyyən edilməsi məqsədilə “Mütəxəssis dəvət edilməsi” barədə 24.01.2020ci il tarixli **********196552 nömrəli qərar qəbul edilmiş, lakin layihə işlərinin digər vergi ödəyiciləri tərəfindən yerinə yetirilməsi müəyyən olunduğuna görə mütəxəssis rəyinə zərurət qalmamışdır." Ümumiyyətlə, vergi orqanının bu cür əsas gətirilməsi belə özüözlüyündə anlaşılan deyil. Məlum məsələdir ki, vergi orqanı səyyar vergi yoxlaması başlayana qədər vergi orqanlarında mövcud olan uçot məlumat bazası üzrə müəyyən araşdırmalar aparır və uçot məlumat bazadan, daha doğrusu Cəmiyyətə təqdim edilən eqaimələrdən açıq-aşkar görünür ki, Cəmiyyət layihə işlərinin bir çox hissəsinin yerinə yetirilməsini digər vergi ödəyicilər vasitəsilə həyata keçirmişdir. Başqa sözlə desək, vergi orqanı tərəfindən bunu görə-görə Cəmiyyətdə görülmüş layihə işlərində əmək tutumunun müəyyən edilməsi məqsədilə mütəxəssisin dəvət edilməsi barədə qərarın qəbul edilməsi başa düşülən deyil və vergi orqanının lüzum olmadan mütəxəssisin dəvət edilməsi barədə qərarın qəbul edilməsinə yeganə məqsədi səyyar vergi yoxlamasının dayandırılmasına qanunsuz olaraq əsas yaratmaqdan ibarət olmuşdur. Göründüyü kimi, vergi orqanı yoxlama zamanı ilkin olaraq mütəxəssisin dəvət edilməsi məqsədilə qərar qəbul etsə də, daha sonra mütəxəssis rəyinə ümumiyyətlə ehtiyac qalmadığı qənaətinə gəlmişdir. Lakin buna baxmayaraq, vergi orqanı qanunsuz və əsassız olaraq 24.02.2020-ci il tarixdə 33 gün müddətinə və 12.05.2020-ci il tarixdə 32 gün müddətinə düz 2 dəfə (ümumilikdə 65 gün müddətinə) vergi orqanının təşəbbüsü ilə mütəxəssisin dəvət edilməsi əsası ilə dayandırılması barədə qərarlar qəbul etmişdir. Vergi orqanı bir daha kobud qanun pozuntusuna yol verərək mütəxəssisin dəvət edilməsinə və rəyin əldə edilməsinə ehtiyac olmadan lüzumsuz olaraq səyyar vergi yoxlamasını dəfələrlə (2 dəfə) dayandırmışdır. Üçüncü, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyqun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY201428250 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi 15.01.2020, sona çatma tarixi 26.02.2020 tarixidir. Halbuki, yoxlama 15.01.2020-ci il tarixində başlasa da, yoxlama müddəti 2 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə artırılmış, 26.02.2020-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi 26.02.2020 göstərilsə də, faktiki olaraq yoxlama 22.05.2020ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY201428250 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərar düzgün tarixdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın 31.03.2020-ci il tarixdən 13.05.2020-ci il tarixədək (44 gün müddətinə) artırıldığı qeyd olunmuş, halbuki yoxlamanın müddəti bir dəfə 18.03.2020-ci il tarixdə 30 gün uzadılmış, müddət uzatma qərarı qəbul edildiyi andan 13 gün sonra 31.03.2020-ci il tarixdə reyestr məlumatlarında qeydiyyata alınmışdır. Göründüyü kimi, vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində qeydiyyata alınmaması bu yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Eyni zamanda, nəinki yoxlamanın, həmçinin yoxlamaya aid digər məlumatların dövlət reyestrində qeydiyyata alınmaması yoxlamanın tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqe artıq Ali Məhkəmənin bir neçə qərarlarında dövlət reyestrində qeydiyyata alınmayan yoxlamaların və yoxlamaya aid digər məlumatların həmin yoxlamaların hüquqi nəticəsinin olmamasına dair formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapmışdır. Nümunə kimi vergi yoxlaması ilə bağlı mübahisəyə aid olan Ali Məhkəmənin 03 iyul 2019-cu il tarixli 2-1(102)-1878/2019 nömrəli qərarının məzmununda da vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi, vergi yoxlaması müddətlərinin uzadılması və əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarların dövlət reyestrində qeydiyyata alınmadığı üçün bu yoxlamanın hüquqi nəticəsinin olmaması göstərilmişdir. Dördüncüsü, yoxlama zamanı vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron fayllarin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 15 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Belə ki, vergi orqanı 15.01.2020-ci il tarixdə cəmiyyətə iki tələbnamə təqdim edərək yoxlama üçün zəruri olan sənədlərin təqdim edilməsini tələb etmiş və cəmiyyət yoxlamaya aid olan bütün sənədləri vergi orqanına təqdim etmişdir. Buna baxmayaraq, vergi orqanı bununla razı qalmayaraq 06.02.2020-ci il tarixdə sənədlərin qismən təqdim edilməsi barədə akt tərtib etmiş, lakin aktda sənədlərin məhz qismən təqdilm edilməsinin nədən ibarət olduğu və tələbnamə üzrə nəzərdə tutulmuş hansı sənədlərin Cəmiyyət tərəfindən təqdim edilmədiyi ümumiyyətlə qeyd edilməmişdir. Beşincisi, səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi vergi qanunvericiliyinin kobud pozulması ilə həyata keçirilmişdir. Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq geyd aparılır. Qanunvericiliyinin tələblərindən göründüyü kimi, yoxlamanın nəticələri üzrə səyyar vergi yoxlaması aktı tərtib edilir, həmin akt vergi əməkdaşları və vergi ödəyicisi tərəfindən imzalanmalı, hətta vergi ödəyicisi həmin aktda öz qeydlərini apara bilər. Vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticələri üzrə 22 may 2020-ci il tarixdə akt tərtib edilmiş, lakin həmin aktın imzalanması və aktda müvafiq qeydlərin aparılması üçün Cəmiyyətə ümumiyyətlə təqdim edilməmiş və eyni tarixdə onlayn kargüzarlıq vasitəsilə Cəmiyyətin elektron kabinetinə göndərilmişdir. Həmin aktın imzalanma yerlərinə nəzər yetirildikdə görünür ki, aktda vergi ödəyicisinin imza olan yerlərində “imtina Zeynalov” və “Zeynalov Məcid L. imtina” sözləri qeyd edilmiş və yoxlayıcılar tərəfindən imzalanmışdır. Halbuki, Cəmiyyətin rəhbəri X1 bu barədə ümumiyyətlə məlumatı olmamış və vergi orqanı tərəfindən akt ona imzalanması üçün təqdim edilməmişdir. Belə olan halda, Cəmiyyətin rəhbərinin məlumatı olmadığı təqdirdə aktda “imtina Zeynalov” və “Zeynalov Məcid L. imtina" belə bir qeydlərin aparılması həmin aktın qanunvericilik normaların kobud pozmaqla tərtib edildiyi qənaətinə gəlmək olur. Aydın məsələdir ki, vergi orqanı növbəti dəfə qanunu kobud pozaraq, habelə saxtakarlığa belə yol verərək və öz vəzifə səlahiyyətlərini aşaraq aktı öz istəklərinə uyğun məzmunda tərtib etmişlər və ümumiyyətlə aktı vergi ödəyicisinə tanış olması və imzalanması üçün təqdim etmək niyyətində olmamışlar. Göründüyü kimi, vergi orqanı yuxarıda qeyd olunan qanunvericilik normalarına əməl etməyərək və öz vəzifə səlahiyyətlərini aşaraq (saxtakarlıqla) aktı vergi ödəyicisinə tanış olması, imzalanması və müvafiq qeydlərin aparılması üçün təqdim etməmiş və bununla da kobud qanun pozuntusuna yol verərək cəmiyyətin hüquqlarını məhdudlaşdırmışdır. Altıncısı, məsuliyyətə cəlb edilmə barədə qərar qanunvericiliyin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Belə ki, Cəmiyyət onun barəsində aparılmış yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 22 may 2020-ci il tarixli akta dair öz etirazını 21 iyun 2020-ci il tarixdə təqdim edərək özünün müdafiəsi üçün bir çox dəlillər gətirmiş, lakin vergi orqanı məsuliyyət qərarı qəbul edərkən qeyd olunan dəlillərin heç birinə münasibət belə bildirməmişdir. Göstərilən normaların tələblərinə zidd olaraq, vergi orqanı tərəfindən səyyar vergi yoxlamanın materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, Cəmiyyətin özünün müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qeyd edilməsi ilə kifayətlənilmişdir. Yeddincisi, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında aparılmış hesablamalar aşağıdakı səbəblərə görə qanunsuz və əsassızdır. Mənfəət vergisi üzrə - vergi orqanı tərəfindən 2018-ci il üzrə Cəmiyyətə mənfəət vergisi hesablamaqla inzibati orqan olaraq özünün etimad hüququnu kobud surətdə pozmuşdur. Məlumdur ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci maddəyə əsasən qarşılıqlı etimad mərfumunun anlayışı verilmişdir. Həmin anlayışa görə qarşılıq etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Eyni Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Sözügedən Qanunun 13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Göründüyü kimi, qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməyi onların vəzifə borcu kimi müəyyən etmişdir. Başqa sözlə deyilsə, əgər eyni bir məsələ üzrə inzibati orqan öz mövqeyni bildirmişsə, daha sonra heç bir qanuni əsas olmadan o, həmin məsələ üzrə öz mövqeyini dəyişə bilməz. Lakin təəssüflər olsun ki, vergi orqanı hazırkı yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq əvvəllər qəbul etdiyi mövqedən fərqli mövqe irəli sürmüşdür. Belə ki, vergi orqanı vergi qanunvericilik normalarını düzgün tətbiq etməyərək və özünəuyğun qaydada şərh edərək İddiaçı MMC-yə əsassız və qanunsuz olaraq 19.06.2019-cu il tarixli **********857300 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla 2018-ci illin mənfəət vergisi üzrə əlavə olaraq 71.959,80 manat vergi hesablamışdır ki, həmin qərarda da yeganə əsas kimi yalnız “Baza məlumatlarına əsasən 359.799,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir” göstərilmişdir. Halbuki, vergi orqanının iddia etdiyi 359.799,00 manat məbləğində öz təsdiqini tapmayan xərclərin 187.099,00 hissəsinin bütün ilkin üçot sənədləri mövcud olmuşdur. Belə ki, müəssisə layihə işlərinin görülməsi ilə bağlı fərdi sahibkarlar X2 (VÖEN: **********) və X4 (VÖEN: **********) ilə müvafiq müqavilələr bağlamış, Nicat Hüseynova müqavilələr əsasında ümumilikdə 73.070,00 manat və Orxan Məmmədova ümumilikdə 114.029,00 manat, cəmi 187.099,00 manat məbləğində ödənişlər etmiş, qeyd olunan əməliyyatları təsdiq edən bütün zəruri müqavilələr və ödəniş sənədləri mövcud olmuş və həmin sənədlər vergi orqanına təqdim edilmişdir. Vergilər Nazirliyinin baza məlumatlarında qeyd olunan əməliyyatların öz təsdiqini tapmamasına əsas o olmuşdur ki, qeyd olunan fərdi sahibkarlar müəssisə ilə müqavilələri bağlamalarına, həmin müqavilə üzrə ödənişlərin müəssisədən almalarına baxmayaraq, sözügedən müqavilələr əsasında müəssisəyə gördükləri işlərə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq elektron qaimə-fakturaların təqdim edilməsini (mühasibləri olmadığı üçün) unutmuşlar və yalnız Cəmiyyətə kameral qaydada əlavə vergilər hesablandıqda Cəmiyyətin tələbi nəticəsində sonuncular müəssisəyə 2018-ci ilə aid olan elektron-qaimə fakturaları yalnız 2019-cu ildə təqdim etmişlər. Cəmiyyət həmin elektron qaimə-fakturaları təsdiq etdikdən sonra baza məlumatlarında öz təsdiqini tapmışdır. Məhz bu səbəbdən də Vergilər Nazirliyində inzibati şikayətin araşdırılması zamanı göstərilənlər öz təsdiqini tapmış və Nazirliyin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30 sentyabr 2019cu il tarixli qərarı ilə 359.799,00 manat məbləğində öz təsdiqini tapmayan xərclərin 187.099,00 hissəsi nəzərə nəzərə alınaraq 37.419,8 (187.099,00 x 20%) manat verginin hesablanması hissəsində təmin edilmişdir. Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında" 30 sentyabr 2019-cu il tarixli qərarında yalnız Cəmiyyətin şikayətinin e-qaimələrlə bağlı hissəsinə münasibət bildirilmiş, şikayətinin digər öz təsdiqini tapmayan xərclərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsi hissəsinə isə heç bir münasibət göstərilməmişdir. Halbuki, sözügedən Qərarın məzmununda qeyd olunmuşdur ki, “Z.Səmədov izahatında vergi orqanının baza məlumatlarına əsasən təsdiqini tapmayan xərclərdən 187.099,0 manat hissəsinə görə təsdiqedici sənədlərinin olduğunu və araşdırmaya təqdim etdiyini, digər hissəsinin isə təsdiqedici sənədlərinin olmadığını bildirərək həmin dövrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsini bildirmişdir". Belə ki, vergi orqanının iddia etdiyi 359.799,00 manat məbləğində öz təsdiqini tapmayan xərclərin 187.099,00 hissəsi nəzərə alındıqdan sonra qalan 172.700,00 manat məbləğ müəssisənin təqdim etdiyi bəyannamədə digər xərclər sütununda əks olunan xərclərdir və həmin xərcləri təsdiq edən qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin uçot sənədləri müəssisədə mövcud olmamışdır. Belə ki, qeyd olunan xərclərin yaranmasına səbəb müvafiq yarmarkalardan və təsərrüfat bazarlarından rəsmi sənədləri olmayan mal-materialın, işin və xidmətin alınması və digər zəruri xərclər olmuşdur ki, həmin sahibkarlar da müəssisəyə heç bir rəsmi sənədlər təqdim etməmişlər. Cəmiyyət tərəfindən 06.05.2019-cu il tarixdə vergi orqanına təqdim edilən 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsində 542.985,55 manat ümumi gəlirlər, 524.625,15 manat ümumi gəlirdən çıxılan xərc göstərilərək, 18.360,40 manat vergiyə cəlb edilən mənfəət olmaqla 3.672,08 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi, 524.625,15 manat ümumi xərc məbləğindən 174.000,00 manat hissəsi təsdiqedici sənədləri olmayan xərclərə aid edilir ki, bu da həmin xərclərin ümumi xərclərdəki xüsusi çəkisi faiz nisbətilə təxminən 33% təşkil etmişdir. Beləliklə, müəssisənin xərclərindən 33 faizi (digər xərclərdə olan 174.000,00 manat) ilkin sənədlərlə öz təsdiqini tapmamışdır ki, məhz belə olan halda da vergi qanunvericiliyinin müvafiq normaları düzgün tətbiq edilməlidir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Sadalanan normalardan göründüyü kimi, Cəmiyyətin ümumi gəlirlərini müəyyən etmək mümkün olsa da, xərcləri (xəcrləri təsdiq edən bütün sənədlər olmadığı üçün) müəyyən etmək mümkün olmamış və bu səbəbdən də iddiaçı Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən şərti rentabellik norması tətbiq etməklə əlavə vergilərin hesablanmasını xahiş etmişdir. Göstərilən qanunvericilik normaları rəhbər tutaraq əlverişli olmasa da belə, Cəmiyyət xərclərinin müəyyən hissəsinin sənədlərlə öz təsdiqini tapmadığı üçün xərcləri müəyyən etmək mümkün olmadığı səbəbindən Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə şərti rentabellik normasını tətbiq etməklə mənfəət vergisini Cəmiyyətin gəlirinə münasibətdə (542.985,55 manat ümumi gəlirlər / 6 x 20%) hesablayaraq 30.07.2019-cu il tarixdə 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini yenidən vergi orqanına təqdim etmiş və şərti rentabellik norması əsasında yenidən hesablanmış vergilərin nəzərə almasını xahiş etmişdir. İddiaçı bununla bağlı vergi orqanına dəqiqləşdirilmiş bəyannamədən başqa izah məktubu da göndərmişdir. Cəmiyyət tərəfindən 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 542.985,55 manat ümumi gəlirlər, 452.487,96 manat ümumi gəlirdən çıxılan xərc göstərilərək, 90.497,59 manat vergiyə cəlb edilən mənfəət olmaqla 18.099,52 manat mənfəət vergisi hesablanmışdır. Lakin buna baxmayaraq, inzibati şikayət üzrə araşdırma aparan Nazirliyin qurumu nəinki Cəmiyyət tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə və izah məktubunu nəzərə almış, hətta iddiaçının şikayətinin qeyd olunan hissəsinə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsi məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Bununla bağlı Cəmiyyətin verdiyi təkrar inzibati şikayəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 06 dekabr 2019-ci il tarixli **********531200 nömrəli Qərarı ilə təmin edilmiş, Cəmiyyət tərəfindən şərti rentabellik norması tətbiq edilməklə vergi orqanına təqdim edilən 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi nəzərə alınmışdır. Başqa sözlə, Cəmiyyətin şikayətinə Sənədlərlə iş və müraciətlərə baxılması Departamentində (Katiblik) baxılaraq vergi orqanında olan baza məlumatlarına əsasən kameral vergi yoxlaması zamanı təsdiqini tapmayan 287.661,8 manat xərc məbləğinin 187.099,0 manat olan hissəsi öz təsdiqini tapdığı üçün Cəmiyyətin 02.07.2019-cu il tarixli inzibati şikayəti qismən təmin edilmiş və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 11.09.2019-cu il tarixli **********382400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı 37.419,8 manat verginin hesablanması hissəsində azaldılmış, bəyan edilmiş xərclərin 100.562,8 manat hissəsinin isə təsdiqini tapmadığı üçün 20.112,5 manat verginin hesablanması hissəsində isə dəyişdirilmədən saxlanılmışdır ki, həmin hissədə də Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən təmin edilmişdir. Göründüyü kimi, Cəmiyyət tərəfindən layihə işlərinin yerinə yetirilməsi ilə bağlı fərdi sahibkarlarla aparılan əməliyyatlar (onlara köçürülən pul vəsaitləri), yəni sonuncular tərəfindən görülən işlər yoxlamanı aparan vergi orqanından yuxarı orqanı olan şikayət idarəsi və Apellyasiya Şurası tərəfindən qəbul edilərək Cəmiyyətin gəlirin əldə edilməsi ilə bağlı xərcləri kimi tanınmış, habelə həmin vaxt Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən Cəmiyyətin xərclər hissəsində “digər xərclər” sütununda göstərilmiş təsdiqini tapmayan xərclər də, şərti rentabellik norması tətbiq edilməklə apardığı hesablama tanınaraq nəzərə alınmışdır. Başqa sözlə, yoxlamanı aparan vergi orqanının yuxarı orqanı olan Apellyasiya Şurası Cəmiyyətin bir çox xərclərinin sənədlərlə təsdiqini tapmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tələblərini əsas götürməklə vergilərin hesablanmasını qəbul etmişdir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, yuxarı inzibati orqanlar həm Cəmiyyətin 2018-ci il üzrə digər vergi ödəyicilərlə apardığı əməliyyatları ətarflı, obyektiv və tam araşdıraraq həmin əməliyyatlara, həm də cəmiyyətin şərti rentabellik norması tətbiq edilməklə vergilərin yenidən hesablanmasına artıq öz hüquqi mövqeyini bildirməklə onları qəbul etmişlər. Yəni, artıq qeyd olunan məsələlərə yoxlamanı aparan vergi orqanın yuxarı inzibati orqanları tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Lakin buna baxmayaraq, hazırda yoxlama ilə vergi orqanı yuxarı inzibati orqanın mövqeyinə tamamilə zidd olan mövqeyi ilə çıxış edərək hesab etmişdir ki, Cəmiyyətin bilavasitə işlərin görülməsi ilə bağlı sair xərclər üzrə 222.799,00 manat məbləğ lisenziya olmayan fiziki şəxslər tərəfindən yerinə yetirilmiş layihə işlərinə görə yarandığı və digər xərclər üzrə 100.562,81 manat məbləğində xərclər sənədlərlə təsdiqini tapmadığı üçün həmin xərclər Cəmiyyətin gəlirindən çıxılan xərclər kimi nəzərə alınmalı deyil. Vergi orqanının lisenziya olmayan fiziki şəxslər tərəfindən yerinə yetirilmiş layihə işlərinə görə yaranan xərclərin nəzərə alınmaması üçün qanunvericilikdə heç bir hüquqi əsas mövcud deyil. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qaunun 7-ci maddəsində sahibkarın digər vəzifələrlə yanaşı qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq da onun vəzifə borcu kimi təsbit edilmişdir. Həmin Qanunun 15-ci maddəsində göstərilib ki, sahibkar Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etmədiyi, öz öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi hallarda qanuna uyqun olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır. Göründüyü kimi, lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq sahibkarın vəzifə borcudur və vəzifə borcunun yerinə yetirilməməsinə görə sahibkar özü qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımalıdır. Vergi Məcəlləsinin 104.1-ci madddəsinə görə rezident müəssisə üçün verqitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Göründüyü kimi, vergi qanunvericiliyində gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı çəkilən bütün xərclər gəlirdən çıxılır və nəticə etibarı ilə digər vergi ödəyicilərlə aparılan əməliyyatların həmin şəxslərin bu fəaliyyətlə lisenziya olmadan məşğul olduqlarına görə onlara ödənilən vəsaitlərin xərc kimi tanınmaması üçün vergi qanunvericiliyində heç bir hüquqi əsaslar mövcud deyil. Yoxlama zamanı məlum olmuşdur ki, Cəmiyyətin layihə işləri ilə məşğul olmaq üçün müvafiq lisenziyaya malik olsa da, Cəmiyyətlə əməliyyatlar aparan digər vergi ödəyicilərin həmin fəaliyyətlə məşğul olmağa görə lisenziyaları mövcud olmamışdır. Lakin qeyd olunan normalardan da göründüyü kimi, hər bir sahibkar öz vəzifə borcunun yerinə yetirilməməsinə, yəni hazırkı halda lisenziya almamasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada özü şəxsən məsuliyyət daşımalıdır. Digər tərəfdən, Cəmiyyət müqavilə bağlayarkən digər şəxslərin gördüyü işlərə görə lisenziyasının mövcud olub-olmamasını araşdırmağa borclu deyil. Həmin şəxslər layihə işlərində kifayət qədər tanınmış peşəkar şəxslərdi və məhz inşaat (layihə işləri) sahəsində ixtisaslaşmışlar. Hətta yoxlama zamanı həmin şəxslərin məhz bu sahədə ali məktəblərin müvafiq diplomlarının olduğu müəyyən edilmişdir. Belə olan təqdirdə, Cəmiyyətlə layihə işlərinin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlayan digər şəxslər qanunsuz sahibkarlığa, yəni lisenziya olmadan bu sahədə fəaliyyət göstərdiklərinə görə özləri şəxsən məsuliyyət daşımalıdırlar və həmin fəaliyyətlə lisenziya olmadan məşğul olduqlarına görə onlara cəmiyyət tərəfindən həyata keçirilən ödənişlərin ümumiyyətlə xərc kimi tanınmaması qanunvericiliyin tələblərinə uyğun deyil. Bundan başqa, yoxlama ilə digər xərclər sütununda qeyd olunan sənədlərlə təsdiqi tapılmayan 100.562,81 manat məbləğin yaranmasına səbəb məhz Cəmiyyətin inzibati qaydada etdiyi şikayətlərdən sonra şərti rentabellik normasını tətbiq etməklə vergilərin yenidən hesablanması barədə verdiyi dəqiqləşdirilmiş bəyannamə olmuşdur. Qeyd olunan dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi isə Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən qəbul edilmiş və artıq bununla bağlı yuxarı inzibati orqan öz mövqeyini bildirmişdir. Bu səbəbdən də qeyd olunan məsələyə bir daha dönərək, yenidən həmin xərclərin təsdiqini tapmayan xərclər kimi tanınması heç bir məntiqə uyğun gəlmir. Yoxlamanı aparan vergi orqanı tərəfindən yuxarı inzibati orqanın artıq hüquqi qiymət verilmiş məsələyə yenidən toxunularaq başqa qaydada məsələyə yanaşması və yuxarı inzibati orqan olan Vergilər Nazirliyinin Apellyasiya Şurasının Qərarına tamamilə zidd olan nəticəyə gəlməsi özü-özlüyündə qanunsuz və əsassızdır. Əlavə dəyər vergisi üzrə vergi orqanı tərəfindən ƏDV üzrə 12.767,8 manat azaldılmasının və 11.406,51 manat artıq hesablanmasının müəyyən edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə 6.383,9 manat maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Halbuki, həmin normaya görə hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının, hazırki halda isə cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən formal mülahizələrə əsaslanaraq səyyar vergi yoxlaması aktı tərtib etmiş və vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə səyyar vergi yoxlaması aktı və vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Göstərilənələrə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, vergi orqanının 14.01.2020-ci il tarixli **********196177 nömrəli qərarına əsasən müəssisənin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.12.2016-cı il tarixdən 30.11.2019cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 22.05.2020-ci il tarixli **********196198 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçındə (VÖEN: **********) keçirilmiş səyyar vergi yoxlaması ilə müəyyən olunmuşdur ki, Cəmiyyətdə vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2018-ci il üzrə 65.659,32 manat mənfəət vergisi, 2018-ci ilin fevral, sentyabr, 2019-cu ilin fevral, noyabr ayları üzrə 12.767,80 manat əlavə dəyər vergisi az, eləcə də 2016-cı ilin 4-cü rübü üzrə 940,0 manat sadələşdirilmiş vergi, 2017-ci il üzrə 1181,05 manat mənfəət vergisi, həmin ilin iyun, 2018ci ilin yanvar, avqust, 2019-cu ilin mart ayları üzrə 11.406,51 manat əlavə dəyər vergisi artıq hesablanmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən 64.899,56 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. İddiaçının iddia ərizəsində qeyd olunan birinci, ikinci və üçüncü dəlilləri ilə bağlı səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar olduğuna görə bildiriş təqdim edilmir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 14.01.2020-ci il tarixli **********196177 nömrəli Qərar və 14.01.2020-ci il tarixli KY201428250 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” 15.01.2020-ci il tarixdə vergi ödəyicisinə təqdim edilməklə yoxlama 15.01.2020-ci il tarixdə başlanmış və 3 ay 4 gündən sonra 19.05.2020-ci il tarixdə başa çatmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər və Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama 9 aydan çox olmamaqla dayandırıla (təxirə salına) bilər. Faktiki olaraq yoxlamanın müddəti 90 günə qədər deyil, daha az müddətə artırılmış və yoxlama 9 ay deyil, daha az müddətə dayandırılmışdır (təxirə salınmışdır). Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan halla bağlı Ali Məhkəmənin 2-1(102)-06/20 nömrəli, 19 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1 və digər maddələr, o cümlədən 38.2 və 38.4-cü maddələri ayrıayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Qeyd olunanlarla bağlı Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). İddiaçının iddia ərizəsində qeyd olunan dördüncü dəlili ilə bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 15.01.2020-ci il tarixli **********196199 saylı Tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuş, lakin Tələbnamədə qeyd olunan sənədlər yoxlamaya tam həcmdə təqdim edilməmişdir. 06.02.2020-cı il tarixli “Sənədlərin qismən təqdim olunmasından imtina barədə” akta əlavə olunan siyahıda qeyd olunan sənədlər yoxlamaya təqdim edilmiş, Tələbnamədə qeyd olunan digər sənədlər yoxlamaya təqdim edilməmişdir. İddiaçının iddia ərizəsində qeyd olunan beşinci dəlili ilə bağlı qeyd olunmalıdır ki, yoxlama 19.05.2020-ci il tarixdə başa çatmış və vergi ödəyicisinə aktın nəticələri bildirilməklə, aktın imza ilə təsdiq edilməsi və aktın 1 nüsxəsinin qəbul edilməsi telefon vasitəsi ilə bildirilmişdir. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən “Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir.” Vergi ödəyicisi aktın nəticələri ilə tazı olmadığını, akta imza etməkdən imtina etdiyini və COVİD-19 pandemiyası ilə əlaqədar aktın 1 nüsxəsini əlbə-əl götürə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması səbəbindən akt 3 gün sonra, yəni 22.05.2020-ci il tarixdə elektron qaydada vergi ödəyicisinə təqdim olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd olunan altıncı dəlili ilə bağlı qeyd olunmalıdır ki, "xxxx" MMC-yə 29.06.2020-cı il tarixli **********516400 nömrəli məktub göndərilərək, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəyyən edilən müddətin bitməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması səbəbindən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə 02.07.2020-ci il tarixdə Baş idarədə (AZ1029, Nizami rayonu, H.Əliyev pr. 115) baxılacağı bildirilmişdir. Vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə 02.07.2020-ci il tarixdə Baş İdarədə baxılaraq **********137759 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar tərtib edilmişdir. Həmçinin Ali Məhkəmənin iddiaçı "xxxx" MMC-nin işi ilə bağlı qərarının 6-cı səhifəsində qeyd olunmuşdur ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, lakin yalnız bu meyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır. Məhkəmə məsuliyyət qərarına nəzər yetirmədən əsassız olaraq inzibati aktın yazılı şəkildə tam olaraq əsaslandırmadığını qeyd etmişdir. Məsuliyyət qərarına nəzər yetirsək əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd olunan yeddinci dəlili ilə bağlı qeyd olunmalıdır ki, mənfəət vergisi üzrə - İddiaçı MMC 03.05.2017-ci il tarixdən (ƏDV və) Mənfəət vergisi ödəyicisi olmuşdur. Yoxlanılan dövrdə müəssisə mənfəət vergisi bəyannamələri təqdim etmişdir. Mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən 2017-cı ildə kassa metodu ilə təqdim edilmiş bəyannamədə 144.523,73 manat gəlir, 41.657,06 manat xərc (o cümlədən əmək haqqı xərci 17.114,12 manat, DSMF ayırması 3.765,11 manat, icarə xərci 3000 manat, bank xidməti üzrə xərc 1.981,82 manat, amortizasiya ayırması 15.224,24 manat və gəlirdən çıxılan əmlak vergisi 571,77 manat qeyd olunmaqla) 102.866,67 manat mənfəət və 20.573,33 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə ümumi gəlir 144.523,73 manat, o cümlədən layihə işlərindən gəlir 144.323,73 manat və daxil olmuş sığorta məbləği 200 manat, ümumi xərc 47.562,35 manat (o cümlədən əmək haqqı xərci 20.474,27 manat, DSMF ayırması 4.619,59 manat, icarə xərci 4000 manat, bank xidməti üzrə xərc 2.672,48 manat, amortizasiya ayırması 15.224,24 manat və gəlirdən çıxılan əmlak vergisi 571,77 manat qeyd olunmaqla) 96.961,38 manat mənfəət və 19.392,28 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə mənfəət vergisi məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən cəmi 1.181,05 manat (20.573,33 – 19.392,28) artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ildə mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə 542.985,55 manat gəlir, 452.487,96 manat xərc (o cürmədən əmək haqqı xərci 38.861,54 manat, DSMF ayırması 8.743,84 manat, icarə xərci 6000 manat, bank xidməti üzrə xərc 4.020,6 manat, bilavasitə işlərin görülməsi ilə bağlı sair xərclər 280.479 manat, amortizasiya ayırması 12.056,25 manat, digər xərclər 101.862,81 manat və gəlirdən çıxılan əmlak vergisi 463,92 manat qeyd olunmaqla) 90.497,59 manat mənfəət və 18.099,52 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2018-ci ildə ümumi gəlir 550.985,56 manat, o cümlədən layihə işlərindən gəlir 550.985,56 manat, əmək haqqı xərci 39.161,54 manat, DSMF ayırması 8.615,54 manat, icarə xərci 6000 manat, bank xidməti üzrə xərc 6.914,1 manat, bilavasitə işlərin görülməsi ilə bağlı sair xərclər 57.680 manat, amortizasiya ayırması 12.056,25 manat, digər xərclər 1300 manat və gəlirdən çıxılan əmlak vergisi 463,92 manat olmaqla, ümumi xərc 132.191,35 manat, 418.794,21 manat mənfəət və 83.758,84 manat mənfəət vergisi hesablanmışdır. Bilavasitə işlərin görülməsi ilə bağlı sair xərclər üzrə 222.799 manat (280.479-57.680) məbləğ lisenziyası olmayan fiziki şəxslər tərəfindən yerinə yetirilmiş layihə işlərinə görə yarandığı üçün yoxlama ilə nəzərə alınmamışdır. Məlum olduğu kimi Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinə aid edilmişdir. Vergi orqanının baza məlumatlarına və fiziki şəxslərə edilmiş sorğulara əsasən həmin şəxslərin qeyd olunan işlərin görülməsi ilə bağlı lisenziyası olmamışdır, digər xərclər üzrə qanunamüvafiq sənədlərlə təsdiqini tapmış 1300 manat nəzərə alınmış, 100.562,81 manat (101.862,81-1300) digər xərc qanunamüvafiq sənədlərlə təsdiqini tapmadığına görə yoxlama ilə nəzərə alınmamışdır. 2018-ci ildə mənfəət vergisi məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən cəmi 65.659,32 manat (83.758,84 – 18.099,52) azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisi məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 2017-ci ildə 1.181,05 manat artıq hesablanması və 2018-ci ildə 65.659,32 manat azaldılması müəyyən olunmuşdur. Nəticədə mənfəət vergisi üzrə 64.478,27 manat əlavə vəsait (65.659,32- 1.181,05) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 32.829,66 manat (65.659,32 x 50%) maliyyə sanksiyası hesablanmışdır. X7 yoxlanılması üzrə - İddiaçı MMC 03.05.2017ci il tarixdən ƏDV ödəyicisi olmuşdur. 2017-ci ilin iyun ayında bank hesabına daxil olmuş (ƏDV məbləği 0 manat olan) 200 manat sığorta məbləği həmin ayın ƏDV bəyannaməsinə ƏDV-nə cəlb edilən satış dövriyyəsi kimi daxil edilmişdir. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətləri vergidən azad olduğuna görə 2017-ci ilin iyun ayında ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 36 manat artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində 20000 manat dövriyyədən 3600 manat və fevral ayı üzrə ƏDV bəyannaməsində isə 0 manat ƏDV hesablanmışdır. Tekfen Mühendislik A.Ş. Azərbaycan Respublikasındakı Filialına (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş 25.01.2018-ci il tarixli EAAG 490411 nömrəli elektron qaimə üzrə ödəniş 02.02.2018-ci il tarixdə başa çatdığına görə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2018-ci ilin yanvar ayı üzrə bəyannamədə ƏDV 0 manat, 2018-ci ilin fevral ayı üzrə bəyannamədə ƏDV 3600 manat müəyyən edilmişdir. Nəticədə 2018-ci ilin yanvar ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 3600 manat artıq hesablanması və 2018-cı ilin fevral ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 3600 manat azaldılması müəyyən olunmuşdur. 2018-ci ilin avqust ayı üzrə ƏDV bəyannaməsində 155.824,49 manat dövriyyədən 28.048,41 manat ƏDV hesablanmışdır. Bakı Metropoliteni QSC-nə (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş 01.08.2018-ci il tarixli EAAK 002244 nömrəli elektron qaimə üzrə ödəniş 15.08.2018-ci il tarixdə başa çatdığına görə 28.730 manat dövriyyədən 5.171,4 manat ƏDV, BDU X10 (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş 27.03.2018-ci il tarixli EAAL 570213 nömrəli elektron qaimə üzrə ödəniş 28.08.2018-ci il tarixdə başa çatdığına görə 36.925 manat dövriyyədən 6.646,5 manat ƏDV, Şinkar Holding MMC-dən (vöen **********) layihə işlərinə görə əvvəlcədən ödəniş 17.08.2018-ci il tarixdə başa çatdığına görə 40000 manat dövriyyədən 7200 manat ƏDV və SİLK VEY Connect MMC-dən (vöen **********) layihə işlərinə görə əvvəlcədən ödəniş 09.08.2018-ci il tarixdə başa çatdığına görə 12000 manat dövriyyədən 2160 manat ƏDV, cəmi 117.655 manat dövriyyədən 21.177,9 manat ƏDV məbləği müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2018-ci ilin avqust ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 6.870,51 manat (28.048,41-21.177,9) artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyədən 0 manat ƏDV hesablanmışdır. AZERFLOAT QSC-nə (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş 27.08.2018-ci il tarixli EAAL 574067 nömrəli elektron qaimə üzrə ödəniş 04.09.2018-ci il tarixdə başa çatdığına görə 40000 manat dövriyyədən 7200 manat ƏDV məbləği müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2018-ci ilin sentyabr ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 7200 manat azaldılması müəyyən olunmuşdur. 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 5000 manat dövriyyədən 900 manat və mart ayı üzrə ƏDV bəyannaməsində 5000 manat dövriyyədən 900 manat ƏDV hesablanmışdır. Tekfen Mühendislik A.Ş. Azərbaycan Respublikasındakı Filialına (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş 31.01.2019-cu il tarixli EAAP 795463 nömrəli elektron qaimə və həmin qaimə üzrə 5 gün ərzində təqdim edilmiş 02.02.2019-cu il tarixli HX 353968 nömrəli VHF üzrə ödəniş (5000 manat dövriyyədən 900 manat ƏDV) 30 gündən gec, yəni 14.03.2019-cu il tarixdə başa çatdığına görə və 25.02.2019-cu il tarixli EAAQ 858062 nömrəli elektron qaimə üzrə ödəniş (5000 manat dövriyyədən 900 manat ƏDV) 30 gündən gec, yəni 21.08.2019-cu il tarixdə başa çatdığına görə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2019-cu ilin fevral ayı üzrə ƏDV 1800 manat, 2019-cu ilin mart ayı üzrə ƏDV 0 manat müəyyən edilmişdir. Nəticədə 2019-cu ilin fevral üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 900 manat azaldılması və 2019-cu ilin mart ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 900 manat artıq hesablanması müəyyən olunmuşdur. 2019-cu ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində 30500 manat dövriyyədən 5490 manat ƏDV hesablanmışdır. Azərbaycan Respublikası DGK-nin Azərterminalkompleks Birliyinə (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş 28.10.2019-cu il tarixli EBAB 735682 nömrəli elektron qaimə üzrə ödəniş 19.11.2019-cu il tarixdə başa çatdığına görə 13900 manat dövriyyədən 2502 manat ƏDV və 28.10.2019-cu il tarixli EBAB 737453 nömrəli elektron qaimə üzrə ödəniş 19.11.2019-cu il tarixdə başa çatdığına görə 11600 manat dövriyyədən 2088 manat ƏDV, Tekfen Mühendislik A.Ş. Azərbaycan Respublikasındakı Filialı (vöen **********) yerinə yetirilmiş layihə işlərinə görə təqdim edilmiş 07.11.2019 -cu il tarixli EBAC 184164 nömrəli elektron qaimə üzrə ödəniş 30 günə başa çatmadığına görə 5000 manat dövriyyədən 900 manat ƏDV, Azərbaycan Respublikasinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarliği Agentliyinə təqdim edilmiş 12.11.2019-cu il tarixli EBAC 371022 nömrəli elektron qaimə üzrə ödəniş (5.932,23 manat dövriyyədən 1.067,8 manat ƏDV) 30 günə başa çatmadığına görə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2019-cu ilin noyabr ayı üzrə 36.432,23 manat dövriyyədən 6.557,8 manat ƏDV müəyyən edilmişdir. Nəticədə 2019-cu ilin noyabr ayı üzrə bəyannamədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 1.067,8 manat (6.557,8- 5490) azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən cəmi 12.767,8 manat azaldılması və 11.406,51 manat artıq hesablanması müəyyən olunmuşdur. Nəticədə ƏDV üzrə 1.361,29 manat əlavə vəsait (12.767,8- 11.406,51) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6.383,9 manat (12.767,8 x 50%) maliyyə sanksiyası hesablanmışdır. 24.09.2020-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata qəbul edilib ibtidai araşdırma aparılmışdır. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə, "xxxx" MMC üçün fiziki şəxslər tərəfindən rəsmi olaraq görülmüş işlərə görə hüquqi şəxs tərəfindən çəkilmiş faktiki xərclərin Vergi Məcəlləsinin tələblərinə üyğun olaraq müəssisənin xərclərinə aid edilib-edilməməsinə dair ətraflı şərh verilməsi barədə Dövlət Vergi Xidmətinin Aparatın Vergi siyasəti baş idarəsinə 28.01.2021-ci il tarixli **********158500 nömrəli xidməti məktub göndərilmişdir. Dövlət Vergi Xidmətinin Aparatın Vergi siyasəti baş idarəsindən daxil olmuş 15.02.2021-ci il tarixli **********318200 nömrəli xidməti məktubda müvafiq fəaliyyət növü üzrə lisenziya tələb olunduğu halda lisenziya olmadan fəaliyyət göstərilməsi qanunvericiliyin pozulması hesab edildiyi, lakin "xxxx" MMC tərəfindən faktiki xərclərin çəkildiyi öz təsdiqini tapdığı halda həmin xərclər bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxılan xərclərə aid edildiyi qeyd olunmuşdur. Cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması baxımından Dövlət Vergi Xidmətinin Aparatın Vergi siyasəti baş idarəsindən daxil olmuş 15.02.2021-ci il tarixli **********318200 nömrəli xidməti məktubda qeyd olunanlar nəzərə alınmaqla, sonuncu səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı MMC-də dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ümumi məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, cinayət işi üzrə 22.02.2021-ci il tarixdə mütəxəssisin cəlb olunması barədə qərar qəbul edilmiş və qərarın icrası Baş idarənin Audit şöbəsinə həvalə olunmuşdur. Mütəxəssis araşdırmasının nəticəsi olaraq Baş idarənin Audit şöbəsi tərəfindən təqdim olunmuş 18.03.2021-ci il tarixli rəydə (avis qeydiyyat nömrəsi: **********903500), İddiaçı MMC-də (VOEN **********) sonuncu səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin 20.339,76 manat (1.361,29 ƏDV + 19.918,47 mənfəət vergisi - 940,00 sadələşdirilmiş vergi) məbləğində olması və sonuncu səyyar vergi yoxlaması ilə artıq hesablanmış 44.560,80 manat (65.659,32-21.099,52) məbləğində mənfəət vergisinin müəssisənin şəxsi hesab vərəqəsində azaldılmalı olduğu qeyd olunmuşdur. Qeyd olunanlara əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında **********146275 nömrəli 26.04.2021-ci il tarixli qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 14.01.2020-ci il tarixli **********196177 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, “Grandproje" MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Dekabr 2016 – Noyabr 2019. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.07.2020-ci il tarixli **********137759 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 22.05.2020-ci il tarixli **********196198 nömrəli akta və 29.06.2020 tarixli **********516400 nömrəli sənədə baxılmış, 2016-cı ildə sadələşdirilmiş verginin, 2017-ci ildə Mənfəət vergisinin, X7 artıq hesablanması və 2018-ci ildə Mənfəət vergisinin, 2018-2019-cu illərdə X7 azaldılması müəyyən edilmişdir. 2017-ci ildə mənfəət vergisi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 1181,05 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 1181,05 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 0,00 manat, faiz 0,00 manat; 2018-ci ildə mənfəət vergisi üzrə azaldılmışdır 65659,32 manat, artıq hesablanmışdır 0,00 manat, fərq-əlavə hesablama 65659,32 manat, fərq-artıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 32829,66 manat, faiz 0,00 manat; 2017-ci ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 36,00 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 36,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 0,00 manat, faiz 0,00 manat; 2018-ci ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 10800,00 manat, artıq hesablanmışdır 10470,51 manat, fərq-əlavə hesablama 329,49 manat, fərq-artıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sankisyası 5400,00 manat, faiz 0,00 manat; 2019-cu ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 1967,80 manat, artıq hesablanmışdır 900,00 manat, fərq-əlavə hesablama 1067,80 manat, fərq-artıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sankisyası 983,90 manat, faiz 0,00 manat; 2016-cı ildə sadələşdirilmiş vergi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 940,00 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 940,00 manat, VM maddəsi 58.1, maliyyə sankisyası 0,00 manat, faiz 0,00 manat - cəmi azaldılmışdır 78427,12 manat, artıq hesablanmışdır 16527,56 manat, fərq-əlavə hesablama 67056,61 manat, fərq artıq hesablama 2157,05 manat, maliyyə sanksiyası 39213,56 manat hesablanmaqla İddiaçı MMC vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 26.04.2021-ci il tarixli **********146275 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 iyul 2020-ci il tarixli **********137759 nömrəli Qərara düzəliş edilmişdir. 2017-ci ildə mənfəət vergisi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 1181,05 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 1181,05 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 0,00 manat, faiz 0,00 manat; 2018ci ildə mənfəət vergisi üzrə azaldılmışdır 21099,52 manat, artıq hesablanmışdır 0,00 manat, fərq-əlavə hesablama 21099,52 manat, fərq-artıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 10549,76 manat, faiz 0,00 manat; 2017-ci ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 36,00 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 36,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 0,00 manat, faiz 0,00 manat; 2018-ci ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 10800,00 manat, artıq hesablanmışdır 10470,51 manat, fərq-əlavə hesablama 329,49 manat, fərq-artıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sankisyası 5400,00 manat, faiz 0,00 manat; 2019-cu ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 1967,80 manat, artıq hesablanmışdır 900,00 manat, fərq-əlavə hesablama 1067,80 manat, fərqartıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sankisyası 983,90 manat, faiz 0,00 manat; 2016-cı ildə sadələşdirilmiş vergi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 940,00 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 940,00 manat, VM maddəsi 58.1, maliyyə sankisyası 0,00 manat, faiz 0,00 manat - cəmi azaldılmışdır 33867,32 manat, artıq hesablanmışdır 13527,56 manat, fərq-əlavə hesablama 22496,81 manat, fərq artıq hesablama 2157,05 manat, maliyyə sanksiyası 16933,66 manat hesablanmaqla İddiaçı MMC vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30.09.2019-cu il tarixli **********541400 nömrəli qərarından görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 02.07.2019-cu il tarixli şikayəti qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 11.09.2019-cu il tarixli **********382400 nömrəli qərarı 37419,8 manat verginin hesablanması hissəsində ləğv edilmiş, digər hissədə, yəni 20112,56 manat verginin hesablanması hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 06.12.2019-cu il tarixli **********531200 nömrəli qərarından görünür ki, hüquqi şəxs “Grandproje" MMC-nin kameral vergi yoxlamasından narazılıq barədə şikayəti təmin edilmiş, Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30.09.2019-cu il tarixli **********541400 nömrəli Qərarı və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01.10.2019-cu il tarixli **********540900 nömrəli Qərarı ləğv edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, səyyar vergi yoxlaması aktına əsasən iddiaçı barəsində cavabdeh vergi orqanı tərəfindən keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi üzrə mənfəət vergisi və əlavə dəyər vergisi üzrə kənarlaşma müəyyən edilmişdir. Yoxlama ilə iddiaçının artıq hesablamaları nəzərə alındıqdan sonra mənfəət vergisi üzrə 64478,27 manat və əlavə dəyər vergisi üzrə 1361,29 manat vergilərin azaldılması müəyyən edilmişdir. Eyni zamanda, yoxlamanın nəticəsi üzrə qəbul edilmiş 02.07.2020-ci il tarixdə **********137759 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 32829,66 manat mənfəət vergisinə görə və 6383,90 manat əlavə dəyər vergisinə görə maliyyə sanksiyaları tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktından da göründüyü kimi, mənfəət vergisi üzrə əlavə hesablamaya əsas 2018-ci il üzrə iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi üzrə bəyannamənin xərclər bölməsində ümumilikdə 323361,81 manat xərclərin cavabdeh vergi orqanı tərəfindən nəzərə alınmamasından ibarət olmuşdur ki, həmin xərclərin də 222799,00 manat hissəsi lisenziya olmayan fiziki şəxslər tərəfindən yerinə yetirilmiş layihə işləri ilə bağlı və 100562,81 manat hissəsi isə sənədlərlə təsdiqini tapmaması ilə bağlı olmuşdur. İş materiallarında olan sənədlərdən göründüyü kimi, səyyar vergi yoxlamasının nəticəsi üzrə iddiaçı barəsində vergidən yayınma faktına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsində cinayət işi başlanmış və ibtidai istintaqın nəticəsi üzrə 09 aprel 2021-ci il tarixdə qəbul edilmiş qərarla cinayət işinə xitam verilmişdir. Belə ki, yoxlama zamanı cavabdeh vergi orqanı iddaçının layihə işlərin yerinə yetirilməsinə görə digər fiziki şəxslərə ödədiyi 222799,00 manat məbləğində xərcləri qəbul etməmişdir, çünki həmin şəxslərin layihə işləri ilə məşğul olması üçün lisenziyaları mövcud olmamışdır. Nəticə etibarı ilə 222799,00 manat məbləğində xərcin tanınmaması səbəbindən iddiaçıya buna görə əlavə 44558,00 (222790,00 x 20%) manat mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 22279,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İbtidai istintaq zamanı həmin hissədə hesablanmış vergilər ləğv edilmişdir. Beləliklə, cinayət işinə xitam verilməsi barədə qərarın icrası ilə əlaqədar cavabdeh vergi orqanı 02.07.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında 26.04.2021-ci il tarixli **********146275 saylı qərar qəbul edilmişdir. Həmin qərarla cinayət işi zamanı ləğv edilmiş 44558,00 manat vergi və ona uyğun tətbiq edilmiş 22279,00 manat maliyyə sanksiyası, ümumilikdə 66837,00 (44558,0 + 22279,0) manat hesablama nəzərə alındıqdan sonra 21099,52 manat mənfəət vergisi və ona əsasən tətbiq edilmiş 10549,76 manat maliyyə sanksiyası, 1397,29 manat əlavə dəyər vergisi və tətbiq edilmiş 6383,90 manat maliyyə sanksiyası, ümumilikdə 39430,47 manat hesablama qüvvədə saxlanılmışdır. Məhkəmə göstərilənləri nəzərə almaqla qeyd etməyi zəruri hesab edir ki, cavabdeh vergi orqanı məhkəmə baxışı zamanı mübahisələndirilən 02.07.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında 26.04.2021-ci il tarixli qərar qəbul etməklə əlavə hesablanmış mənfəət vergisinə və ona əsasən hesablanmış maliyyə sanksiyasına qiymət verməklə həmin hissədə hesablamanın əsasssız olmasını etiraf edərək azaltmışdır ki, hazırda məhkəmə tərəfindən həmin hesablamaya qiymət verilməsinə zərurət qalmamışdır. Mənfəət vergisi üzrə qüvvədə qalan 21099,52 manat vergi və ona əsasən tətbiq edilmiş 10549,76 manat maliyyə sanksiyası hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci maddəsinə əsasəsn qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Göründüyü kimi, qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməsini onların vəzifə borcu kimi müəyyən etmişdir. Başqa sözlə, əgər eyni bir məsələ üzrə inzibati orqan öz mövqeyni bəyan etmişdirsə, daha sonra heç bir qanuni əsas olmadan o, həmin məsələ üzrə başqa mövqe ilə çıxış edə bilməz. Lakin məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı hazırkı yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq əvvəllər qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür. Belə ki, Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, cavabdeh vergi orqanı İddiaçı MMC-yə 19.06.2019-cu il tarixli **********857300 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla hazırda mübahisələndirilən eyni dövr olan 2018-ci il üzrə mənfəət vergisi üzrə əlavə olaraq 71.959,80 manat vergi hesablamışdır ki, həmin qərarda da əsas kimi yalnız “Baza məlumatlarına əsasən 359.799,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir” göstərilmişdir. Vergi orqanların uçot-baza məlumatlarında həmin xərclərin öz təsdiqini tapmamasına əsas isə fərdi sahibkarlar tərəfindən iddiaçıya görülən işlərə görə 2018-ci ilə aid olan elektronqaimə fakturalarının yalnız 2019-cu ildə təqdim edilməsi olmuşdur. İddiaçı da həmin elektron qaimə-fakturaları təsdiq etdikdən sonra baza məlumatlarında öz təsdiqini tapmışdır. Vergilər Nazirliyində inzibati şikayətin araşdırılması zamanı göstərilənlər öz təsdiqini tapmış və Nazirliyin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli qərarı ilə 359.799,00 manat məbləğində öz təsdiqini tapmayan xərclərin 187.099,00 hissəsi nəzərə alınaraq 37419,8 (187.099,00 x 20%) manat verginin hesablanması hissəsində təmin edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli qərarında iddiaçının şikayətinin bir hissəsinə münasibət bildirilmiş, şikayətin digər öz təsdiqini tapmayan xərclərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsi hissəsinə isə heç bir münasibət göstərilməmişdir. Halbuki, sözügedən Qərarın məzmununda qeyd olunmuşdur ki, “Z.Səmədov izahatında vergi orqanının baza məlumatlarına əsasən təsdiqini tapmayan xərclərdən 187099,0 manat hissəsinə görə təsdiqedici sənədlərinin olduğunu və araşdırmaya təqdim etdiyini, digər hissəsinin isə təsdiqedici sənədlərinin olmadığını bildirərək həmin dövrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsini bildirmişdir”. Qeyd edilməlidir ki, inzibati şikayət üzrə araşdırma aparan Nazirliyin qurumu nəinki iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə və izah məktubunu nəzərə almış, hətta iddiaçının şikayətinin qeyd olunan hissəsinə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməsi məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Bununla bağlı iddiaçının verdiyi təkrar inzibati şikayəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 6 dekabr 2019-ci il tarixli **********531200 nömrəli Qərarı ilə təmin edilmiş, iddiaçı tərəfindən şərti rentabellik norması tətbiq edilməklə vergi orqanına təqdim edilən 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi nəzərə alınmışdır. Başqa sözlə vergi orqanında olan baza məlumatlarına əsasən kameral vergi yoxlaması zamanı təsdiqini tapmayan 287661,8 manat xərc məbləğinin 187099,0 manat olan hissəsi öz təsdiqini tapdığı üçün iddiaçının 02.07.2019cu il tarixli inzibati şikayəti qismən təmin edilmiş və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 11.09.2019-cu il tarixli **********382400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 37419,8 manat verginin hesablanması hissəsində azaldılmış, bəyan edilmiş xərclərin 100562,8 manat hissəsi isə təsdiqini tapmadığı üçün 20112,5 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmışdır ki, həmin hissədə də daha yuxarı inzibati orqan olan Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən təmin edilmişdir. Göründüyü kimi, Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən iddiaçının xərclər hissəsində “digər xərclər” sütununda göstərilmiş təsdiqini tapmayan xərclər şərti rentabellik norması tətbiq edilməklə aparılan hesablama tanınaraq nəzərə alınmışdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, yoxlamanı aparan vergi orqanının yuxarı orqanı olan Apellyasiya Şurası iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tələblərini əsas götürməklə vergilərin hesablanmasını qəbul etmişdir. Məhkəmə hesab edir ki, yuxarı inzibati orqanlar həm iddiaçının 2018-ci il üzrə digər vergi ödəyicilərlə apardığı əməliyyatları tam, hərtərəfli və obyektiv araşdıraraq həmin əməliyyatlara, həm də iddiaçının şərti rentabellik norması tətbiq edilməklə vergilərin yenidən hesablanmasına artıq öz hüquqi mövqeyini bildirməklə onları qəbul etmişlər. Başqa sözlə, artıq qeyd olunan məsələlərə yoxlamanı aparan cavabdeh vergi orqanının yuxarı inzibati orqanları tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanın yuxarı inzibati orqanları tərəfindən artıq hüquqi qiymət verilmiş məsələyə cavabdeh vergi orqanın səyyar vergi yoxlaması zamanı fərqli mövqe nümayiş etdirməklə yenidən eyni məsələ üzrə əlavə vergilərin hesablanması iddiaçının inzibati orqanlara qanunla qorunan etimad hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6-cı bəndində vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanının şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən etdiyi şərti üsullar təsbit edilmişdir. Göründüyü kimi, qanunvericilik vergi ödəyicisinin gəlirini birbaşa müəyyən etmək mümkün olmadıqda mənfəətin hesablanması qaydasını müəyyən etmiş, lakin cavabdeh vergi orqanı iddiaçının xeyrinə olan bu qaydanı tətbiq etməkdən imtina edərək, iddiaçının gəlirinə nisbətdə kəskin fərqlənən xərcini nəzərə almaqla mənfəət vergisi hesablayaraq əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmçinin cavabdeh vergi orqanından fərqli olaraq yuxarı vergi orqanı olan Vergilər Nazirliyinin Apellyasiya Şurası inzibati icraat qaydasında iddiaçının təkrar şikayətinə baxaraq iddiaçı üçün əlverişli olduğu üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları» əsasında yenidən vergilərin hesablanmasını özündə ehtiva edən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini qəbul etməklə iddiaçı barəsində əlverişli inzibati akt qəbul etmişdir. Cavabdeh vergi orqanının X7 hesablanmasına və ona əsasən tətbiq edilmiş maliyyə sanksiyasına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama zamanı əlavə dəyər vergisi üzrə 12767,80 manat azaldılması və 11406,51 manat artıq hesablanması müəyyən edilmiş, nəticə etibarı ilə qeyd olunan məbləğlərin fərqi 1361,29 manat (12767,8 – 11406,51) iddiaçıya əlavə hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən isə maliyyə sanksiyası azaldılmış ümumi 12767,8 manat məbləğə tətbiq edilərək 6383,90 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının əlavə dəyər vergisi üzrə maliyyə sanksiyası üzrə hesablamasına dair qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən əlavə dəyər vergisi üzrə 12767,80 manat azaldılmasının və 11406,51 manat artıq hesablanmasının müəyyən edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış bütün vergilərə görə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin nəzərə alınmamasına səbəb olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 55.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması. Beləliklə, məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərini rəhbər tutaraq yoxlama zamanı iddiaçının 11406,51 manat artıq hesablanmasının müəyyən edilməsi və həmin vaxtda iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan 35181,33 manat artıq ödəməsi nəzərə alındıqdan sonra iddiaçıya yalnız əlavə dəyər vergisi üzrə əlavə hesablanmış 1361,29 manat vergilərə görə 680,65 manat maliyyə sankiyası tətbiq edilə bilərdi. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh vergi orqanı tərəfindən hesablanmış 1361,29 manat əlavə dəyər vergisi və ona görə tətbiq edilmiş 680,65 manat maliyyə sankiyası hissəsi istisna olunmaqla, iddia tələbi qalan hissədə təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən 02.07.2020-ci il tarixli **********137759 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş düzəliş edilməsi haqqında 26.04.2021-ci il tarixli **********146275 saylı yeni qərar əvvəlki qərarı ləğv etməmiş, əksinə əvvəlki qərarda müvafiq düzəlişlər apararaq müəyyən hissədə vergiləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ləğv etmişdir. Bu səbəbdən də məhkəmə hesab edirik ki, sonuncu 26.04.2021-ci il tarixli düzəliş qərarı əvvəlki 02.07.2020-ci il tarixli qərarla birlikdə mübahisələndirilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.07.2020-ci il tarixli **********137759 nömrəli qərar və həmin qərara düzəlişin edilməsi haqqında 26.04.2021-ci il tarixli **********146275 nömrəli qərar əlavə dəyər vergisi üzrə 1361,29 manat və ona görə tətbiq edilmiş 680,65 manat maliyyə sanksiyası hissəsi istisna olunmaqla, qalan hissələrdə ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar