Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2208/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əvvəllər təyin olunmuş İİİ dərəcə əlillik dərəcəsinin yenidən bərpa edilməsi, əlilliyə görə pensiya ödənişlərinin verilməsi və buraxılmış aylar üzrə pensiya ödənişlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona xx.xx.2020-ci il tarixindən əlilliyin təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Rehabilitasiya Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2001-ci il tarixində bel sınığına görə xəsarət almışdır. Bu faktı təsdiq edən xəsarət alması barədə Oğuz rayon Mərkəzi Xəstəxanasının arayışını ərizəyə əlavə etmişdir. 2014-cü il tarixdə əlilliyə görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. xx.xx.2015-ci il tarixdə müayinə nəticəsində səhhəti ilə bağlı qoyulan diaqnoza əsasən ona İİİ dərəcə əlillik təyin olunmaqla əlilliyə görə pensiya təyin edilmişdir. 30 dekabr 2020-ci il tarixdə ona əlilliyə görə təyin olunmuş pensiya ödənişləri heç bir bildiriş və məlumat göndərilmədən kəsilmişdir və pensiya ödənişləri həyata keçirilməsi dayandırılmışdır. Pensiya ödənişləri dayandırılarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən barəmdə müayinə komissiyası təşkil olunmamışdır və belə bir komissiya təşkil olunmadan onun pensiya ödənişləri kəsilmişdir. Daha sonra dayandırılmış pensiya ödənişlərinin verilməsi üçün müraciət etdikdən sonra tibbi sənədlərinin və epikrizlərini yenidən TSEK-ə təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası xx.xx.2021-ci il tarixdə mənə əvvəllər təyin olunmuş İİİ dərəcə əlilliyin bərpa edilməsindən imtina etmişdir. Sözügedən imtina məktubunda imtinanın əsası kimi əlavə müalicəyə ehtiyacın olması, əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı olması qeyd olunmuşdur. Ona İİİ dərəcə əlillik təyin olunan 2015-ci il tarixdən hazırki dövrədək onsuz da səhhətilə bağlı kifayət qədər müalicə almışdır. Əgər səhhətində qoyulan diaqnozun reabilitasiyası və müalicə olunaraq sağalması ehtimalı var idisə, qeyd olunan uzun müddət ərzində aldığı müalicə hər hansı bir müsbət nəticə göstərərdi. Ona görə də hesab edir ki, əlavə müalicəyə ehtiyacı yoxdur və qeyd olunan imtinanın verilməsi faktiki olaraq onu qanunsuz və əsassız olaraq əlilliyə görə pensiya təminatından məhrum edir. Səhhəti ilə bağlı diaqnozlar barədə məlumatlar TSEK-in xx.xx.2016-cı il tarixli və xx.xx.2021-ci il tarixli müayinəyə dair məktublarında və digər müayinəyə dair tibbi sənədlərdə qeyd olunmuşdur. Barəsində müayinəyə dair hər iki məktubu ərizəyə əlavə edir. Həmçinin, travma almağı barədə arayışın və barəsində aparılmış müayinələrə dair tibbi sənədlərin surətlərini ərizəyə əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Mingəçevir şəhər Mərkəzi xəstəxanası publik hüqui şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti X10 Xəstəxanasının Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80- S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd..; Diaqnozun mətni: keçirilmiş l-ll-bel fəqərələrinin konyirestion sınığı hər iki a/ə parezi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.17.b Yuxarı və aşağı ətrafın nəzərə çarpan parezi..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli 0194003AAAFA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S32 - Onurğa..; Diaqnozun mətni: Keçirilmiş l-ll-bel fəqərələrinin kompressiv sınığı. Bel fəqərələrinin daimi kökcük ağrı sindromu. Asteno-nevrotik vəziyyət.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Keçirilmiş l-ll-bel fəqərələrinin kompressiv sınığı. Bel fəqərələrinin daimi kökcük ağrı sindromu. Asteno-nevrotik vəziyyət..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S32 - Onurğa...; Diaqnozun mətni: Keçirilmiş l-ll-bel fəqərələrinin kompressiv sınığı. Bel fəqərələrinin daimi kökcük ağrı sindromu. Asteno-nevrotik vəziyyət.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Keçirilmiş l-ll-bel fəqərələrinin kompressiv sınığı. Bel fəqərələrinin daimi kökcük ağrı sindromu. Asteno-nevrotik vəziyyət..” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci tarixli 0288003AAG3F saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: bel-oma fəqərəsinin yırtığı.sol pəncənin parezi.hipertoniya xəstəliyi.gərginlik stenokardiyası ıı f.sasteno-nevrotik vəziyyət.sağ tərəfli venoz çatmamazlığı. Zəif dərəcəli hipermetropiya..; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-nin 62.3-ci maddənin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı əlilliyin qiymətləndirilməsi üçün dövlət səhiyyə müəssisəsinin göndərişi ilə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir İş materiallarında olan: AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçı Məmmədov X2 şəhəri, N.Nərimanov prospekti, ev 31, mənzil 32 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 23 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1961ci il təvəlllüdlü İddiaçı ümumi xəstəliklə bağlı üçüncü dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Əlilliyin müəyyən olunması meyarı: 2.3.Üçüncü dərəcə əlillik=>Digər: Keçirilmiş İ-İİ-bel fəqərələrinin kompressiv sınığı. Bel fəqərələrinin daimi kökücük ağrı sindiromu. Asteno-nevrotik vəziyyət. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən göndərilmiş; - xx.xx.2021-cu il tarixli 0288003AAG3F saylı göndərişində “X1: Xİİİ sinif-Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri =>M40-M54-Dorsopatiyalar=>M50- M54-Digər Dorsopatiyalar=>M51-Digər şöbələrin fəqərələrarası disklərinin zədələnmələr. Diaqnoz: bel-oma fəqərəsinin yırtığı.sol pəncənin.hipertoniya xəstəliyi.gərginlik stenokardiyası İİ f.sasteno-nevrotik vəziyyət.sağ zəif dərəcəli hipermetropiya. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından müəyyən olunur ki, xx.xx.1961-ci il təvəlllüdlü İddiaçı xx.xx.2021-cu il tarixli 0288003AAG3F saylı göndərişlə bel-oma fəqərəsinin yırtığı.sol pəncənin.hipertoniya xəstəliyi.gərginlik stenokardiyası İİ f.sasteno-nevrotik vəziyyət.sağ zəif dərəcəli hipermetropiya diaqnozu qeyd olunmuşdur. Məlumatdan müəyyən olunur ki, iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilərək, imtinanın səbəbi kimi göstərilmişdir ki; əlavə müalicəyə ehtiyacın olması. Əlavə ixtisaslaşdırılmış stasionar müalicəyə ehtiyac var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 92/2022 saylı (ekspertizanın başlanma tarixi 21 fevral 2022-ci il, başa çatma tarixi 18 mart 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, xx.xx.2021-ci il tarixli, 0288003AAG3F saylı göndərişlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda olan “bel-oma fəqərəsinin yırtığı, sol pəncənin parezi,hipertoniya xəstəliyi,. Gərginlik stenokardiyası İİ f.s, asteno-nevrotik vəziyyət, sağ tərəfli venoz çatmamazlığı, zəif dərəcəli hipermetrobiya” diaqnozlar aparılmış kliniki, laborator və insturmental müayinələr əsasında müəyyən edilmişdir.Həmin diaqnozlar nəzərə alınmaqla əyani müayinə nəticəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermir. Daha sonra yenidən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 617 saylı (ekspertizanın başlanma tarixi 30 iyun 2022-ci il, başa çatma tarixi 23 avqust 2022-ci il) rəydən görünür ki, xx.xx.2021-ci il tarixli, 0288003AAG3F saylı göndərişlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda olan “bel-oma fəqərəsinin yırtığı, sol pəncənin parezi, hipertoniya xəstəliyi,. Gərginlik stenokardiyası İİ f.s, asteno-nevrotik vəziyyət, sağ tərəfli venoz çatmamazlığı, zəif dərəcəli hipermetrobiya” diaqnozlar aparılmış kliniki, laborator və insturmental müayinələr əsasında müəyyən edilmişdir.Həmin diaqnozlar nəzərə alınmaqla əyani müayinə nəticəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermir, əlavə ixtisaslaşmış müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X6 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2208/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2208/2022
03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver