Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2208/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh Qardaş oğlunun iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh Qardaş oğluya qarşı “artıq ödənilmiş məbləğin qaytarılması” tələbinə üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh Qardaş oğluna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 959,21 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 11 mart 2021-ci il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 1 aprel 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum Tamara Abdullayevaya məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 1559,21 manat təşkil etmişdir. İddiaçı tərəfindən ünvan 1 ünvanında yaşayan Cavabdeh yaranmış 1559,21 manat borcun Mərkəzi Filialın hesabına ödəməsi barədə xx.xx.2022-ci il tarixində **********5 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin, Tamara Abdullayevanın vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. X6 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1559,21 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 959,21 manat məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması bildirilmişdir. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Nəzərə almaq lazımdır ki, Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının həmin maddədə göstərilən ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bu ondan irəli gəlir ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ailə başçısının ölümü ilə əlaqədar itirdikləri gəlirlərin kompensasiyası məqsədilə hər ay pul ödənişi (pensiya) ala bilsin. Yəni, əmək pensiyaçısı vəfat etdikdən sonra onun qanunla dairəsi müəyyən edilmiş ailə üzvləri vəfat etmiş əmək pensiyaçısına ödənilən (kart hesabına köçürülən) pensiya vəsaitini deyil, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi halda həmin pensiya vəsaitini özlərinə məxsus kart hesabından götürə bilərlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə yazılı münasibət təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qardaş oğlu verdiyi izahatında mərhum nənəsi Tamara Abdullayevaya ödənilmiş pensiya məbləğini aldığını etiraf edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İşin mahiyyətinə gəlincə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Qardaş oğlu tərəfindən iddiaçı DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış 24 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh nənəsi X4 vəfat etdiyini bildirmiş və ona birdəfəlik müavinət verilməsini xahiş etmişdir. -2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli, 395 nömrə ilə qeyd aparılmışdır. -Əhmədli Bələdiyyəsinin 24 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, arayış ünvan 2 ünvanda yaşayan Cavabdeh Qardaş oğluna ondan ötrü verilmişdir ki, dəfn xərclərini öz üzərinə götürmüşdür. -İddiaçı tərəfindən cavabdehə ünvanlanan məktubdan görünür ki, 11 mart 2021-ci il tarixində vəfat etmiş X2 vəfatı barədə vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 1 aprel 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixədək əmək pensiyasının tam məbləğdə köçürüldüyü, qeyd olunan səbəbdən mərhumun kart hesabına 1559,21 manat artıq pul vəsaitinin köçürüldüyü qeyd olunaraq, Tamara Abdullayevanın vəfat etməsi ilə əlaqədar qanunvericiliyə əsasən 600,00 manat dəfn müavinəti hesablandığı, mərhumun müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1559,21 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxıldığı, qalan 959,21 manat məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması, əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı İPM-in 12-ci, AR Mülki Prosessual Məcəlləsinin 78ci və 87.4-cü maddəsinə uyğun olaraq sübutların təmin edilməsi haqqında qərardad qəbul edilərək mərhum X4 adına "xxxx" ASC-də mövcud olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənilməsi üçün nəzərdə tutulmuş bank hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək pensiyası şəklində ödənilmiş məbləğin hansı hissəsinin, kim tərəfindən və hansı tarixlərdə məxaric edildiyi, yaxud hər hansı bank əməliyyatı nəticəsində (kredit müqaviləsinə görə borc və s.), göstərilən dövrlərdə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) bank hesabından mədaxil və məxaric əməliyyatlarını göstərən bank hesabından çıxarışın (cədvəl şəklində) və hazırkı halda müvafiq hesabda pul vəsaitinin mövcud olub-olmaması, mövcud pul vəsaitinin məbləği barədə məlumatın təqdim edilməsi "xxxx" ASC tərəfindən tələb olunmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş 05 sentyabr 2024-cü il tarixli məktub ilə mərhum X4 adına olan kart hesabından xx.xx.2021-xx.xx.2021-ci il dövrü əhatə edən çıxarış təqdim edilmişdir. Çıxarışdan görünür ki, X1 hesabında xx.xx.2021-ci il tarixə olan ilkin qalıq 0,79 manat, xx.xx.2021-ci il tarixə olan son qalıq 0,79 manat təşkil etmişdir. Qeyd olunan dövrlər arasında həmin hesaba xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 260,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. 260 manat vəsait xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Cavadxan küçəsi, Şuşa market yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmişdir. Qeyd olunan hesaba xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 260,00 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, həmin məbləğ xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Cavadxan küçəsi, Şuşa market yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmişdir. Qeyd olunan hesaba xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 260,00 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, həmin məbləğ xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Cavadxan küçəsi, Şuşa market yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmişdir. Qeyd olunan hesaba xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 260,00 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, həmin məbləğ xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Cavadxan küçəsi, Şuşa market yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmişdir. Qeyd olunan hesaba xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 260,00 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, həmin məbləğ xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Cavadxan küçəsi, Şuşa market yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmişdir. Qeyd olunan hesaba xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 260,00 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, həmin məbləğ xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Cavadxan küçəsi, Şuşa market yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı iş üzrə Cavabdeh Qardaş oğlu iddia tələbini etiraf edərək xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasında cavabdeh pensiya qurumu tərəfindən mərhum nənəsi X4 pensiya kartına köçürülmüş 959,21 manat məbləği özünün aldığını bildirmiş, həmin pulun ondan tutulmasına etiraz etməmişdir. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin qəbul edilməsinə mane olan bilən hər hansı hal müəyyən etməmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilərək Artıq ödənilmiş 959,21 manat dövlət vəsaiti Cavabdeh Qardaş oğludan tutularaq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. QƏRARA ALDİ: İddia təmin edilsin. Artıq ödənilmiş 959,21 manat dövlət vəsaiti Cavabdeh Qardaş oğlundan tutularaq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2208/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2208/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver