Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2209/2025 28.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 175,51 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNN ETDİ. TƏSVİRİ HİSSƏ Mübahisə predmeti:
1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq ödənilmiş 175,51 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5 27 sentyabr 2021-ci il tarixində vəfat etmiş, lakin bu barədə mərkəzi filiala məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 01 oktyabr 2021-ci il tarixindən 30 noyabr 2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum Lyudmila Xəlilovaya məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 775,51 manat təşkil etmişdir. İddiaçı tərəfindən ünvan 1 ünvanında yaşayan cavabdehin yaranmış 775,51 manat borcun mərkəzi filialının hesabına ödəməyi barədə xx.xx.2022-ci il tarixində **********2 nömrəli məktub göndərilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin, Lyudmila Xəlilovanın vəfat etməsi iləı əlaqədar ona ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. X3 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 775,51 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 175,51 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunmaqla) qaytarılması bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi cavabdehdən tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında özünün və ya nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (...) - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (...) - 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Hazırda iddia mümkünlük şərtlərinə cavab verir.
Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli, **********1 nömrəli Qərarına əsasən X1 əmək pensiyası dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişinin dayandırılması haqqında” **********7 nömrəli xx.xx.2021-ci il tarixli Qərarında cəmi ödənilməli məbləğ 176 manat, 50 qəpik, ödəniş ediləcək vətəndaş – Cavabdeh göstərilmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “artıq ödənilmiş pul vəsaiti haqqında” məktubunda qeyd edilmişdir ki, Lyudmila Xəlilovanın vəfat etməsi ilə əlaqədar ona ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmış, mərhum Lyudmila Xəlilovanın müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 775,51 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 175,51 manat məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunmaqla) qaytarılması xahiş edilmişdir. Əlavə olaraq, kks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.
Məhkəmənin mövqeyi.
7. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 9.“Sosial müavinətlər haqqında ” Azərbaycan Respublikasının Qanunun əsasən 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: (...) 4.0.2. Birdəfəlik müavinətlər: 4.0.2.3. dəfn üçün müavinət;
10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 175 saylı, 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə 8.1. Əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır. 8.2. Aşağıdakı elektron informasiya sistemlərində və ya ehtiyatlarında Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallara dair təsdiqedici sənədlər və ya məlumatlar mövcud olduqda, PAS tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılır: 8.2.1. MEİS-də:
1. sosial müavinət alan şəxslər barədə məlumat; (...) 8.2.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində:
1. əmək pensiyaçısının ölüm haqqında şəhadətnaməsi; (...) Məhkəmə ilkin olaraq qeyd edir ki, pensiya alan vətəndaş vəfat etdikdə, bu barədə müvafiq pensiya təyin edən və ya ödəyən orqana məlumat vermək yaxın qohumların və ya vəfat edən şəxsin qanuni nümayəndələrinin vəzifəsidir. Vətəndaşın vəfatı barədə məlumatın vaxtında bildirilməməsi inzibati orqanın maliyyə resurslarının əsassız istifadəsinə və dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsinə səbəb olur. Hazırki inzibati mübahisə ondan ibarətdir ki, 27 sentyabr 2021-ci il tarixində vəfat etmiş X2 artıq əmək pensiyası ödənilmişdir. Bunun səbəbi isə həmin şəxsin vəfat etməsi barədə məlumatın inzibati orqana bildirilməməsidir. Bundan sonra iddiaçı Cavabdeh 175 manat, 51 qəpik tutulması barədə inzibati akt qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hərəkətləri qanuna uyğun olmuşdur. Belə ki, qanunvericilik müəyyən edir ki, pensiyaçı vəfat etdikdə, təyin edilmiş əmək pensiyası pensiyaçının vəfat etdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Cavadeh isə pensiyaçının vəfatı barədə məlumatı inzibati orqana çatdırmaq əvəzinə, pensiyanı almaqda davam etmiş, pensiyaçının vəfatı ilə bağlı dəfn müavinatının ödənilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən məlumat vermək vəzifəsinin yerinə yetirilməməsi şəxsin qanunla müəyyən edilmiş öhdəliklərinə biganə yanaşması və məsuliyyətsiz davranışı kimi qiymətləndirilir. Şəxsin üzərinə düşən informasiya təminatı öhdəliyinin icra edilməməsi inzibati məsuliyyətin yaranmasına səbəb olan səhlənkarlıq halıdır. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirərək dövlət siyasətinin icrasını təmin etməklə yanaşı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini də prioritet kimi qəbul edir. İnzibati orqanın fəaliyyəti dövlətin sosial rifah siyasətinin səmərəli həyata keçirilməsinə yönəldilmiş və bu prosesdə vətəndaşların mənafelərinin müdafiəsi əsas prinsip kimi götürülmüşdür. İnzibati orqan dövlət siyasətinin icrası çərçivəsində vətəndaşların qanuni hüquqlarının müdafiəsini təmin edərək, onların sosial təminat və pensiya hüquqlarının qorunmasını hüquqi normalara uyğun şəkildə həyata keçirir. Lakin informasiyanın gizlədilməsi və ya gecikdirilməsi inzibati orqanın qərarlarının hüquqi əsaslarının zəifləməsinə və dövlətin sosial siyasətinin səmərəli icrasına mane olur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbində haqlıdır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 12.Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, artıq ödənilmiş 175,51 manat dövlət vəsaiti iddiaçının hesabına qaytarılması üçün Cavabdeh tutulmalıdır.
13. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
15. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi təmin edilsin. Artıq ödənilmiş 175,51 manat dövlət vəsaiti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına qaytarılması üçün Cavabdeh tutulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova