Məhkəmə qərarları › İş №2-1(112)-221/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-221/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-221/2021 05.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İstehsalat Birliyi “Konti” Xüsusi Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “xxxx” MMC 3-cü şəxs qismində cəlb olunmaqla 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarın ləğv edilməsi və “Konfirella” (təsvir) əmtəə nişanının qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli N 2016 1266 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İstehsalat Birliyi “Konti” Xüsusi Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarının tamamilə ləğv olunması və “Konfirella” (təsvir) əmtəə nişanının qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli N 2016 1266 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar "İddiaçı1” Səhmdar Cəmiyyəti və İddiaçı2 Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək "Konfirella" (təsvir) adlı əmtəə nişanının (2016 1266 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 30.1-ci, 32.1-ci və 38.1-ci maddələrinə və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarının ləğv olunması və "Konfirella" (təsvir) adlı əmtəə nişanının (2016 1266 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət edirlər. 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarı iddiaçının nümayəndəsi tərəfindən şəxsən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasından 27 iyun 2019-cu il tarixində götürülmüşdür. Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostiantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi “Konti" Xüsusi Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsi əsasında “xxxx” adlı peçenyenin təsviri Ukrayna Respublikasında sənaye nümunəsi kimi (panent) qeydiyyata alınmışdır. Bu etiraz ərizəsinə əlavə olunan Ukrayna Respublikasının sənaye nümunələri (patentləri) üzrə dövlət reyestrinin çıxarışından görünür ki, qeyd edilən “xxxx” adlı peçenyenin təsviri sənaye nümunəsi (patent) kimi qeydiyyata alınmasına dair 10 mart 1999-cu il tarixində 99030106 nömrəli iddia ərizəsi Ukrayna Respublikasında verilmişdir və 12 noyabr 1999-cu il tarixində “xxxx” adlı peçenyenin təsviri 3118 nömrəsi ilə Ukrayna Respublikasında sənaye nümunəsi (patent) kimi qeydiyyata alınmışdır. Sözügedən çıxarışda qeyd olunmuşdur ki, “xxxx” peçenye təsvirin müəllifi X3. Apellyasiya Şurasının nəzərinə çatdırmaq istəyillər ki, X6 İddiaçı2 XSC-nin benefisiarıdır. Eyni zamanda, Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Rusiya Federasiyasının Kursk şəh., 305000, Zolotaya 13 küçəsi ünvanında yerləşən "Konti- Rus" Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə 06 iyun 2017-ci il tarixində 2017 00638 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir, lakin 15 fevral 2018-ci il tarixində “Patent və X11” publik hüquqi şəxs tərəfindən “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanın 06 iyul 2017-ci il tarixində 2017 00638 qeydiyyata alınmasına dair verilmiş iddia ərizəsi ilə bağlı əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildiriş verilmişdir, o səbəbdən ki, “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanına oxşar olan nişan Azərbaycan Respublikasında daha öncə qeydiyyata alınmışdır. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 02 avqust 2016-cı il tarixində 2016 00551 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 03 noyabr 2016-cı il tarixində "Konfirella təsviri" adlı kombinasiya edilmiş əmtəə nişanı 2016 1266 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar hesab edirlər ki, xxxx MMC "Konfirella təsviri" adlı əmtəə nişanını qeydiyyata alaraq, "İddiaçı2" XSC-nə məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, bu etiraz ərizəsinə əlavə olunan və müəlliflik hüququnu təsdiq edən sənədlərdəngörünür ki, "xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi 01noyabr 013-cü il tarixində Ukrayna Respublikasının Donetsk şəhərində X7 tərəfindən onun işəgötürəni Ukrayna Respublikasının "İddiaçı2” XSC-nin tapşırığı ilə yaradılmışdır və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının "İddiaçı2" XSC-nə keçmişdir. Bununla bağlı qeyd etmək istərdik ki, "Ədəbi və X8 haqqında Bern Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində "Ədəbi və Bədii Əsərlər" terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Qeyd etmək istərdik ki, həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Eyni zamanda, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin qanunun 6-cı maddəsinə əsasən, qrafika, dizayn, qrafik hekayələr və s. müəllif hüququnun obyekti olan əsərlər sayılır. Göründüyü kimi, Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna əsasən, "xxxx" adlı təsvir müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür kimi, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasmdan və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. Bununla da qeyd etmək istərdik ki, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nm 29.8.2-ci bəndində qeyd edilmişdir ki, Kombinasiyah nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5- ci və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Əmtəə nişanların oxşarlığını müəyyən edərkən, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nm 29.6.1-ci "Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir", 29.6.2-ci "Səs üzrə (fonetik) oxşarlıq”, 29.6.3-cü "Qrafiki (görünüşlü) oxşarlıq", 29.6.4-cü "Məna etibarı ilə", 29.6.5-ci "Bu Qaydaların 29.6.1-29.6.4-cü bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər", 29.7.1-ci "Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə olunur", 29.7.2-ci "Təsviri və'həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir", 29.7.3- cü "Bu Qaydaların 29.7.1-ci və 29.7.2-ci bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər", 29.8.1-ci "Kombinasiyah nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər", 29.8.2-ci "Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5-ci və 29.7.1- 29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur", 29.9.1-ci "Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə almır" və 29.9.2-ci "Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır", bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. Müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Belə ki, müqayisə edilən əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forması, elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuları, növü və xüsusiyyətləri (naturallığı), rənglərin və boyaların keyfiyyətinin uzlaşması eynidir. Belə ki, bu nişanların yalnız bir fərgləndirici amil vardır, o da nişanlarda istifadə edilən və şirkətlərə məxsus olan loqotiplər fərgli olmasından ibarətdir. xxxx MMC şirkətinə məxsus "Конфирелла" sözü Konti şirkətinə məxsus “Конти" sözünün deformasiyası nəticəsində ortaya çıxmışdır və nəticədə hər iki əmtəə nişanlanndakı sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışı (hər ikisində əllə yazılmış hərflər), hərflərin biribirinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Müqayisə edilən nişanlarda qeyd olunan cüzi fərgləndirici elementdən başqa bütün elementləri eynidir. Göründüyü kimi, hər iki nişanda düzbucaq formasında və üzərində müxtəlif naxışlar olan peçenye göstərilir. Əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması, xüsusiyyətləri (naturallığı), rənglərin uzlaşması və s. oxşarlıq yaradır. Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalan"nm 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlanndakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarf'na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçılar ("İddiaçı1" SC və "İddiaçı2" XSC) hesab edirlər ki, "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanı (3118 nömrəsi ilə Ukrayna Respublikasında sənaye nümunəsi (patent) kimi qeydiyyat və 2013cü ildə yaradılmış və müəlliflik hüquqları ilə qorunan təsvir) və "Konfirella təsviri" adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1266 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Apelyasiya Şurasının nəzərinə çatdırırıq ki, xxxx MMCnin Konti şirkəti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, Konti şirkəti və xxxx MMC arasında 30 dekabr 2010-cu il tarixində imzalanmış 893 nömrəli və 31 dekabr 2012-ci il tarixinədək qüvvədə olan, 10 mart 2016-cı il tarixində imzalanmış 0184/8/16 nömrəli və 31 dekabr 2016-cı il tarixinədək qüvvədə olan, 27 dekabr 2012-ci il tarixində imzalanmış 1266/8/12 nömrəli və 31 dekabr 2013-cü il tarixinədək qüvvədə olan və 02 mart 2016-cı il tarixində imzalanmış 0108/8/16 nömrəli və 31 dekabr 2016-cı il tarixinədək qüvvədə olan qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. 893 nömrəli müqaviləyə 07 sentyabr 2011-ci il tarixində imzalanmış və həmin müqavilə üzrə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə və 09 yanvar 2013-cü il tarixində imzalanmış və 31 dekabr 2013-cü il tarixinədək qüvvədə olan 893 nömrəli müqavilənin müddəti uzadılması barədə əlavə razılaşmalar xxxx MMC və Konti şirkəti arasında bağlanmışdır. Həmin müqavilələrə əsasən, xxxx MMC Konti şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. Göründüyü kimi, Konti və xxxx arasında olan axırıncı müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixində bitmişdir. Konti şirkəti və xxxx MMC arasındakı münasibətlərdən irəli gələn və bu etiraz ərizəsinə əlavə olunan sənədlərdən (bəyannamələr, hesabfakturalar, qaimələr, spesifikasiyalar, uyğunluq sertifikatlarından) görünür ki, Konti şirkəti xxxx MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin "xxxx” adlı məmulat mövcüd idi. Yuxarıdakı paraqrafda artıq qeyd olunduğu kimi, Apellyasiya şurasına bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar, uyğunluq sertifikatları təqdim olunmuşdur. Bu sənədlərdən görünür ki, Konti şirkətinə məxsus "xxxx" adlı məmulat Azərbaycan Respublikasına xxxx MMC-yə məxsus "Konfirella təsviri" adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Nəzərə alsaq ki, xxxx MMC Konti şirkətinin distribyutoru olub və Konti şirkətinin mallarını Azərbaycan Respublikasında təchiz edib və Konti şirkətinin məhsulları ilə yaxından tanış idi, bununla da nəticəyə gəlmək olar ki, xxxx MMC "Konfirella təsviri" adh əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Bununla bağh, qeyd etmək istərdik ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Eyni zamanda "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanların qeydə alınmasına yol verilmir. xxxx MMC-yə məxsus "Konfirella təsviri” əmtəə nişanı altında Azərbaycan Respublikasında istehsal olunan əmtəələr bazara buraxılsa belə, əmtəə nişanın adının kiril qrafikalı əlifbada, rus dilində verilməsi istehlakçıda qeyd olunan əmtəələrin Rusiya Federasiyasında istehsal olunduğu təsəvvürü yaradır. xxxx MMC-nin və Konti şirkəti ilə arasında olan münasibətlər ilə bağlı qeyd etmək istərdik ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 29 maddəsinə əsasən, əmtəə nişanının qeydiyyatı aşağıdakı halda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nm iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adma, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Bu şərtlərə görə xxxx MMC-nin Konti şirkəti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasın"ın 6 septies maddəsində qeyd olunmuşdur ki, Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"-nm üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distribyutoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın" həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adma qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və əgər həmin müvəkkil və ya nümayəndə (distribyutor) öz hərəkətinə bəraət qazandırmasza və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir. Qeyd etmək istərdik ki, xxxx MMC Konti şirkətinin icazəsi olmadan Konti şirkətinin nişanını öz adma qeydiyyata alınmasına dair Azərbaycan Respublikasında iddia ərizəsi vermişdir. Məlumat üçün bildiririk ki, həm Ukrayna Respublikası, həm də Rusiya Federasiyası, harada ki Konti şirkəti "xxxx" adlı kombinasiya əmtəə nişanını qeydiyyatdan keçirmişdir - Paris Konvensiyasının üzv ölkəsi sayılır. Eyni zamanda Azərbaycan Respublikası da Paris Konvensiyasının üzv ölkəsidir. Göründüyü kimi, Konti şirkətinin və xxxx MMC arasında olan axırıncı müqavilənin qüvvədə olduğu müddət ərzində, daha dəqiq desək 05 avqust 2016- cı il tarixində xxxx MMC "Konfirella təsviri" adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini vermişdir. Başqa cür desək, xxxx MMC Konti şirkətinin distribyutoru olduğu zaman Konti şirkətinə məxsus olan nişanı qeydiyyata alınmasına dair iddia ərizəsi vermişdir və bununla da "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29 maddəsini və Paris Konvesiyasının 6 septies maddəsinin müddəalarını kobud şəkildə pozmuşdur. O cümlədən, qeyd olunmalıdır ki, "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdınlmasının və xarici tərtibatının özbaşına təqlid edilməsinə yol verilmir və göstərilən hərəkətlər haqsız rəqabət hesab olunur. Eyni zamanda, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasf'mn 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. Göründüyü kimi, xxxx MMC Konti şirkətinə məxsus olan və əvvəlcədən qeydiyata alınmasına dair iddia edilmiş "xxxx” adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan "Konfirella təsviri" adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizə vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. xxxx MMC "Konfirella təsviri" adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da Konti şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki həmin sənədlər əsasında "xxxx” adlı məhsulun iddiaçı tərəfindən göndərildiyi, yəni "xxxx" tərəfindən ölkəyə idxal edildiyi müəyyən etmək mümkündür. Bundan əlavə, "xxxx" MMC tərəfindən Konti şirkətinə məxsus nişanlarının istehsalçılar və istehlakçılar tanınmasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasında sorğu keçirilmişdir. Apellyasiya şurasına təqdim olunmuş sorğu nəticələrindən görünür ki, Konti şirkətinə məxsus "xxxx” adlı əmtəə nişanını 540 respondentin 67% -i tanıyır. Apellyasiya şurası öz qərarında "xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllifi X4 və onun işəgötürəni Ukrayna Respublikasının "İddiaçı2" XSC-nin müəlliflik hüquqları məsələsinə ümumiyyətlə toxunmamışdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarının ləğv edilməsi xahiş olunmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək (dəftərxana vasisəsi ilə) bildirmişdir ki, “xxxx” MMC-yə məxsus (“Konfirella” təsviri) təsviri əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 03.11,2016-cı il tarixində “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1266 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - 02.08.2016). Peçenye təsviri Ukrayna Respublikasında sənaye nümunəsi kimi 12 noyabr 1999-cu il tarixində 3118 nömrə ilə qeydiyyata alınmışdır (patent verilmişdir) və “İstehsalat Birliyi “Konti” xüsusi səhmdar cəmiyyəti (bundan sonra “Konti İB”) qeyd edilən patentin sahibi olmuşdur. Təsvirin müəllifi X3. Qeyd edilən patentin qüvvədə olma müddəti 10.03.2009-cu il tarixdən bitdiyi üçün patent hazırda qüvvədə deyil. “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi əsərin yaradılması haqqında 1 noyabr 2013-cü il tarixli akta əsasən Konti İBnin marketinq departamentinin dizayn şöbəsinin rəisi vəzifəsində işləmiş X7 tərəfindən yaradılmış və əqli mülkiyyətə dair müstəsna müəlliflik əmlak hüquqlarının İşəgötürənə ötürülməsinin təsdiq olunması haqqında 1 noyabr 2013-cü il tarixli akta əsasən müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-nə keçmişdir. İstehsalat Birliyi “Konti” xüsusi səhmdar Cəmiyyəti (bundan sonra “Konti İB”) tərəfindən verilmiş 10 mart 1999-cu il tarixində 99030106 nömrəli iddia sənədi əsasında “xxxx” adlı peçenyenin təsviri Ukrayna Respublikasında sənaye nümunəsi kimi (patent) 12 noyabr 1999-cu il tarixində 3118 nömrəsi ilə qeydiyyata alınmışdır. “xxxx" adlı peçenye təsvirinin müəllifi X3 və Konti İB-nin benefisiarıdır. Həmçinin İddiaçı1 (bundan sonra “Konti” SC) tərəfindən “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanın Azərbaycan Respublikasında 30-cu sinfin əmtəələri üzrə 6 iyul 2017-ci il tarixində qeydiyyata alınmasına dair 2017 00638 nömrəli iddia ərizəsi verilmiş, lakin 15 fevral 2018-ci il tarixində “Patent və X11” publik hüquqi şəxs tərəfindən “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanın qeydiyyata alınmasının rədd edilməsi haqqında bildiriş verilmiş və əmtəə nişanına oxşar olan nişanın Azərbaycan Respublikasında daha öncə qeydiyyata alındığı qeyd edilmişdir. “xxxx” MMC-yə məxsus əmtəə nişanının 30-cu və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1, İddiaçı2 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Fuad Qəşəmov tərəfindən Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. İddiaçı1 QSC və “xxxx” MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə 30 dekabr 2010-cu il tarixində 893 nömrəli müqavilə imzalanmışdır. 7 sentyabr 2011-ci il tarixində mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə 893 nömrəli müqaviləyə əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən müqavilələr üzrə malın alıcısı qismində “xxxx” MMC və “xxxx” MMC də çıxış edə bilər. 9 yanvar 2013-cü il tarixində 893 nömrəli müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşma bağlanmış və müqavilə 31 dekabr 2013-cü il tarixinədək qüvvədə olmuşdur. İddiaçı1 QSC və “xxxx” MMC arasında 10 mart 2016-cı il tarixində 0184/8/16 nömrəli müqavilə imzalanmış və 31 dekabr 2016-cı il tarixinədək qüvvədə olmuşdur. Apellyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 11 yanvar və 24 yanvar 2019-cu il tarixli məktublar ilə təqdim edilmiş 01.01.2016-31.12.2016-ci il tarixləri əhatə edən idxal sənədləri və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifakisayalara əsasən görünür ki, “Konti” nişanlı peçenyələr bir dəfə 11.01.2016-cı il tarixdə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli məktuba əsasən Konti şirkətinə məxsus əmtəə nişanları adı altinda məhsullar “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə 10 avqust 2016-cı il tarixdən idxal edilmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən məlumatlara əsaslanaraq şura “xxxx” MMC tərəfindən aparılmış rəy sorğusuna tənqidi yanaşır. Belə ki, sorğuda bir tərəfdən “Konti” əmtəə nişanı adı altında istehsal olunan “Buratino” markası ilə bağlı respondentlər arasında rəy sorğusu aparıldığı qeyd edilmiş, digər tərəfdən bir dəfə idxal həyata keçirilməsinə baxmayaraq (11.01.2016-cı il tarixdə), 2018-ci ilin aprel- may ayında keçirilmiş sorğu nəticəsində respondentlərin böyük hissəsinin 3 ildən artıq həmin nişanı tanıması ağlabatan deyil. Göstərilənlərə əsasən Konti şirkətinə məxsus “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanı “xxxx” MMC-yə məxsus olan əmtəə nişanı müqayisə edilə bilməz. Buna görə də, iddiaçıların “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə və 29-cu maddəsinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunlarına istinadı əsassızıdır. Şərh edilənlərə əsasən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci və 4-cü maddələrini rəhbər tutaraq - Apellyasiya şurası etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçılar İddiaçı1 və “İstehsalat Birliyi “Konti” Xüsusi Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsinə etiraz edərək və Apellyasiya şurasının qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclası 05 aprel 2021-ci il tarixə təyin edilmiş, 3-cü şəxs “xxxx” MMC məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddiaya etiraz edərək, bildirmişdi ki, ümumiyyətlə iddiaçı ilə 3-cü şəxs arasında müqavilə münasibətləri olmayıb, iddiaçıya məxsus mallar “xxxx” MMC tərəfindən idxal olmayıbdır. İddiaçının istinad etdiyi müqavilələr etibarsız müqavilələrdir. İddiaçının iddia ediyi kimi həmin malların ölkəyə gətirilməsi daha sonra malların təsviri barədə xxxx MMC-nin umumiyyətlə məlumatı olmayıb. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Şifahi məhkəmə baxışında iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışında cavabdehin nümayəndəsi iddia ərizəsinə dair təqdim edilmiş etirazı müdafiə edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud milli və beynəlxalq maddi hüquq normaları və həmçinin, prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş əmtəə nişanı haqqında N 2016 1266 nömrəli şəhadətnaməyə görə “Konfirella” (təsvir) əmtəə nişanının sahibi “xxxx” MMC-dir. İddia sənədinin nömrəsi 2016 00551, ilkinlik tarixi 02.08.2016-cı il, dövlət reyestrində qeydə alınma tarixi 03.11.2016-ci ildir. Əmtəə nişanı 30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflər üzrə qeydiyyata alınmışdır. “xxxx” adlı əmtəə nişanı 10 mart 1999-cu il tarixli iddia ərizəsi ilə 12 noyabr 1999-cu il tarixdə 3118 nömrə ilə Ukrayna Respublikasında sənaye nümunəsi (patent) kimi qeydiyyata alınmışdır. Əqli mülkiyyətin müstəsna müəllif əmlak hüquqlarının işəgötürənə verilməsinin təsdiqi haqqında 01 noyabr 2013-cü il tarixli akta əsasən “Konti” İB özəl Səhmdar Cəmiyyətinin Marketinq departamentinin dizayn şöbəsinin rəisi vəzifəsində işləyən X5 öz əmək öhdəliklərinin icrası çərçivəsində onunla bağlanmış əmək müqaviləsinə əsasən Təsvir yaratmışdır. İşəgötürənə “Təsvir”ə dair müstəsna müəllif əmlak hüquqları “Təsvir”in istənilən üsulla və istənilən formada dünyanın bütün ərazisində müstəsna hüququn qüvvədə olmasının bütün müddəti ərzində tam həcmdə məxsusdur, onları tam və ya qismən verə bilər, həmçinin işəgötürənin şəxsi istəyi ilə müəyyən etdiyi şərtlərlə istənilən şəxslərə müəllifə hər hansı bir əlavə mükafat vermədən lisenziya verə bilər. Əsərin yaradılması haqqında Akt 01 noyabr 2013-cü il tarixdə imzalanmışdır İş materiallarında olan satıcı İddiaçı1 SC ilə alıcı “xxxx” MMC arasında Rusiya Federasiyası Kursk şəhərində bağlanmış 30 dekabr 2010-cu il 893 nömrəli müqavilədən və İddiaçı1 SC ilə alıcı “xxxx” MMC arasında bağlanmış 10 mart 2016-cı il tarixli, 0184/8/16 saylı müqavilədən görünür ki, müqavilənin şərtlərinə müvafiq olaraq satıcı alıcının mülkiyyətinə çeşiddə göstərilən qənnadi məhsullarını verməyi, alıcı isə həmin malı qəbul etməyi, müqavilə şərtlərinə əsasən ödəməyi və malın müəyyən ərazidə yayılmasını təmin etməsi öhdəliyini götürmüşdür. Müqavilələrdən görünür ki, təchiz olunan mal satıcı tərəfindən istehsal olunur və /və ya/ satıcı tərəfindən qanuni əsaslarla satılır. Alıcı malı öz ölkəsinin ərazisində topdan və pərakəndə ticarətinin həyata keçirilməsi (təmin olunması) məqsədi ilə hazırki müqavilə üzrə əldə edir. Sonuncu müqavilənin müddəti 31.12.2016-cı il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qəbul edilmiş 07 iyun 2019-cu il tarixli, A110-7 saylı X1 görünür ki, "xxxx” MMC-yə məxsus 2016 1266 qeydiyyat nömrəli “Konfirella” (təsviri) əmtəə nişanının 30-cu və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1 və İddiaçı2 nümayəndəsi Fuad Qəşəmov tərəfindən Apellyasiya Şurasına verilmiş etiraz ərizəsi əsassız hesab edilmiş və iddianın təmin edilməməsi qərara alınmışdır. Hazırki mübahisə üzrə iddiaçılar "xxxx” (təsviri) əmtəə nişanı ilə eyni təsvirə malik olan “xxxx” MMC-nin adına “Konfirella” (təsviri) əmtəə nişanın qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsini və bu barədə apellyasiya şurasına verilmiş etirazın təmin olunmaması barədə 07 iyun 2019-ci il tarixli, A110-7 saylı qərarının ləğv edilməsini tələb edirlər. İddiaçılar iddianın əsası olaraq ilk növbədə "xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostiantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi “Konti” xüsusi səhmdar cəmiyyətinin işçisi X7 tərəfindən yaradılmışdır və təsvirə dair bütün əqli mülkiyyət hüquqları işəgötürən kimi Konti İB- nə məxsusdur. Birgə iddiaçılar İddiaçı1 və Konti İB hesab edir ki, xxxx MMC “Konfirella təsviri” adlı əmtəə nişanını qeydiyyata alaraq X4 müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Konti İB ilə Tatyana Viktorovna arasında imzalanmış "xxxx” adlı əmtəə nişanının təsvirinin yaradılması haqqında aktda göstərilmişdir ki, “Конти " adlı təsvirin müəllifi Tatyana Viktorovnadır. Bundan əlavə, həmçinin "xxxx” adlı peçenyenin təsviri sənaye nümunəsi kimi 10 mart 1999-cü il tarixli iddia ərizəsinə əsasən 12 noyabr 1999-cu il tarixdə 3118 nömrə ilə Ukrayna Respublikasında qeydiyyata alınmışdır. Məhkəmə bununla bağlı iddiaçının göstərdiyi dəlilləri təhlil edərək iddiaçının tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Mübahisələndirilən qərarda hər iki məhsulun adlarının yanında onların foto ilə əks olunmuş təsvirləri əlavə olunmuşdur. Həmin təsvirlərdən görünür ki, müqayisə edilən kombinasiya edilmiş əmtəə nişanlarının qrafik hissəsi üst-üstə düşür, şifahi hissələri isə oxşarlıq yaradır. Əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərin forması, rənglərin uzlaşması üst-üstə düşür. Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forması, elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuları, növü və xüsusiyyətləri (naturallığı), mənası, simmetriyanın mövcud olması, rənglərin və boyaların keyfiyyətinin uzlaşması eynidir. xxxx MMC şirkətinə məxsus "Konfirella" sözü Konti şirkətinə məxsus “Конти" sözünün deformasiyası nəticəsində ortaya çıxmışdır və nəticədə hər iki əmtəə nişanlanndakı sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışı (hər ikisində əllə yazılmış hərflər), hərflərin biri- birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Müqayisə edilən nişanlarda qeyd olunan cüzi fərgləndirici elementdən başqa bütün elementləri eynidir. Göründüyü kimi, hər iki nişanda düzbucaq formasında və üzərində müxtəlif naxışlar olan peçenye göstərilir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, hesab edilir ki, “xxxx” MMC-nin adına qeydiyyata alınmış "Konfirella” adlı əmtəə nişanı və "xxxx” təsviri qarışdırılacaq dərəcədə bənzərdir. “Ədəbi və X8 haqqında Bern Konvensiyası”na müvafiq olaraq İttifaqın istənilən üzv ölkəsində yaradılmış əsərlər bütün üzv ölkələrdə, o cümlədən Azərbaycanda qorunur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. “Ədəbi və X8 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə əsasən “«Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir.” Maddənin 6-cı bəndinə əsasən “Bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.” “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir”. Həmin Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Həmin Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən “əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)” ilə “eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır”. Həmin Qanunun 31-ci maddəsinin ikinci abzasına əsasən, “Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.” “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6-quınquıes maddəsinə əsasən mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfidən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye,yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. V.3 İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatının rədd edilə, yaxud etibarsız hesab edilə bilər. İddiaçılar həmçinin iddia tələbi üzrə “xxxx” MMC ilə aralarında müqavilə münasibətlərinin mövcud olduğunu, “xxxx” MMC-nin distribütoru kimi onlara məxsus qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil etdiyini və həmin məmulatlardan birinin də "xxxx” olduğunu qeyd etmişdir. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarı ilə bağlı bütün icraat materialları sorğu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin icraat materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmış, “xxxx” MMC iddiaçıya məxsus qənnadı məmulatlarının Azərbaycanda distribyusiyasını və dağıtımını həyata keçirmişdir. Axırıncı müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixində bitmişdir. Məhkəmə iclasında “xxxx” MMC-nin nümayəndəsi iddiaçı ilə aralarında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlandığını inkar etmiş, müqavilələrin etibarsız olduğunu bildirmişdir, lakin müqavilələrin etibarsız hesab edilməsinə dair sübut təqdim edə bilməmiş, bununla yanaşı, iş materiallarından, tərəflərin izahatlarından, həmçinin, inzibati orqanda həyata keçirilmiş icraat zaman toplanılmış icraat materiallarından da aydın olur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş və bu münasibətlər çərçivəsində təchiz olunan qənnadı məmulatlar arasında "xxxx” olmuşdur. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlər əsasında "xxxx” adlı məhsulun iddiaçı tərəfindən “xxxx” MMC-yə göndərildiyi, yəni “xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanlanmış 11.01.2019-cu il tarixli 1000-170/170-24/000652 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən İddiaçı1 (Rusiya Federasiyası), “X9” (Ukrayna) və “Konti Ticarət Evi” (Ukrayna) tərəfindən Azərbaycan Respublikası ərazisinə “xxxx” MMC (VÖEN:**********) vasitəsilə 2016-cı il ərzində “Konti” nişanlı malların idxal olunması barədə məlumat təqdim edilir. Məktubda qeyd olunan “xxxx” (VÖEN:**********) MMC-nin 2010-2016-cı illər ərzində həmin şirkətlərlə xarici iqtisadi fəaliyyəti haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Məlumat üçün bildirirlər ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodlaşdırılması Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılır. Həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılması nəzərdə tutulmamışdır. Göründüyü kimi, gömrük bəyannamələrində malın adı qrafasında əmtəə nişanlarının adları qeyd edilmədiyindən, qeyd edilən məktub mötəbər sübut kimi istifadə edilməsi yolverilməzdir. İş materiallarında olan “xxxx” MMC-nin istehlakçılar arasında apardığı sorğunun nəticəsində 540 nəfər respondentlərin 67 %-i "xxxx” adlı əmtəə nişanını tanımışdır. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, qanunvericiliyin normalarının tələbləri, Azərbaycan Respublikasının 14.09.1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, 27.11.1998-ci qoşulduğu “Ədəbi və X8 haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərar ləğv edilməli və “Konfirella” (təsviri) əmtəə nişanının qeydiyyata alınmasına dair N 2016 1266 nömrəli şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 32.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarı ləğv edilsin və “Konfirella” (təsviri) əmtəə nişanının qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli, N 2016 1266 nömrəli şəhadətnamə etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar