Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2210/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X38 və X24) qarşı “mülkiyyət hüququna dair qeydin ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində digər payçı X25 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli, **********16 nömrəli məktubunda bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlkala birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında X26 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınması ilə bağlı aparılmış qeydin və həmin qeyd əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyiinn cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X38 və X24 iş üzrə üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X38 ünvan 2 ünvanında yerləşən evi 13 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 almışdır. Həmin müqaviləyə əsasən X7 rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 19 ünvanında yerləşən ümumi sahəsi 106.8 kv.m, yaşayış sahəsi 70.3 kv.m, yardımçı sahəsi 36,5 kv.m olan fərdi yaşayış evinin ona məxsus 1/5 hissəsini 5300 manata X5. xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsində mövcud olmuş evin 2/5 hissəsi məhrum atası X34, 1/5 hissəsi X23, 2/5 hissəsi isə X18 məxsus olmuşdur. Torpaq sahəsi onun və X13 arasında bölünmüş, X19 isə evə girişdən başqa torpaq sahəsi olmamışdır. 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X27 özünə məxsus payını (yalnız evi) X8, alqı-satqı müqaviləsində həyətyanı torpaq nəzərdə tutulmamışdır. Evin alt hissəsinin torpaq sahəsi 21,36 kv.m təşkil edirdi. Evin giriş çıxış hissəsi də təxminən 10 kv.m təşkil edir. X38 da X14 evi alarkən həyatyanı torpaq sahəsinin olmadığını bilmiş və buna görə də real bazar qiymətinə uyğun 5300 manata almışdır. Əgər həmin dövrdə torpaq sahəsi də nəzərdə tutulsaydı, onda qiyməti qat-qat baha olardı. X9 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində alqı-satqı zamanı aldığı və ona aid olan 1/5 hissədən istifadə etdiyini, lakin torpaq sahəsi paylı mülkiyyətçilərlə ümumi istifadədə olduğundan bu səbəbdən digər paylı mülkiyyətçilərlə aralarında narazılılqlar yaşadığını bildirmişdir. Atasının vərəsəsi kimi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün 8 saylı notariat ofisinə müraciət etmişdir. 21 fevral 2023-cü ildə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında isə 27 fevral 2023-cü il tarixdə 2/5 hissədə mülkiyyət hüququnu təsdiq edən çıxarışı almışdır. Çıxarışı aldıqdan sonra ona məlum olmuşdur ki, X38 xx.xx.2022-ci ildə onun və qonşusu X13 razılığı olmadan 1/5 hissədə evə və torpağa dair çıxarış almışdır. X26 torpağa dair heç bir sənədi olmadığı halda çıxarış alması tam əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi üzərində mülkiyyət hüquqları Bakı şəhəri 8 saylı notariat ofisinin notariusu X28 tərəfindən 13 noyabr 2014-cü il tarixdə təsdiq edilmiş 4Ə-494 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X26 adına qeydiyyata alınmışdır. Daha sonra X38 ********** nömrəli ərizə ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qeydiyyata alınmasına dair İdarəyə müraciət etmiş və 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport əsasında torpaq sahəsi sözügedən vətəndaşın adına qeydiyyata alınmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə uyğun qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlkala birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququna dair qeydin ləğvi olmaqla, öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - fevral 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X36 məxsus olmuşdur. - xx.xx.1970-ci il tarixli müqavilədən görünür ki, X43 ünvan 5 ünvanında 540 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evini X1. - Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 674 saylı sərəncamından görünür ki, Lokbatan qəsəbəsi, Hacıbəyov küçəsi, ev 19-da yaşayan X12 477 kv.metr torpaq sahəsində tikdirdiyi 3 otaqdan ibarət fərdi yaşayış evinin sənədləşdirilib qeydiyyata alınaraq şəxsi mülki sayılması qərara alınmışdır. - Qaradağ Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-1xx/xx-2003 saylı qərardadından görünür ki, X20 xx.xx.2000-ci ildə Lök-batan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı evi xx.xx.2000-ci il tarixli 3M-1/13 №li bağışlanma müqaviləsinə əsasən X39, X35, X45, X55 və X32 bağışlamışdır. Həmin qətnamə ilə iddiaçı X27 ilə cavabdehlər X20, X60 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, Bakı şəhəri, Lök-batan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı evin 1/5 hissəsinə X46 mülkiyyət hüququ itirilmiş hesab edilmiş, Bakı şəhəri, Lök-batan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı evin 1/5 hissəsinin xüsusi mülkiyyət kimi X16 adına hüquqi qeydiyyatdan keçirilməsi və bunun Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması qət edilmişdir. - xx.xx.2001-ci il tarixli 132904 saylı müqavilədən görünür ki, X47 və X17 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş FM seriyalı 00338 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onlara məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lök-batan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı evdən hər birinə düşən 1/5 hissə olan paylarını X2. - xx.xx.2001-ci il tarixli 132903 saylı müqavilədən görünür ki, X56 və X10 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş FM seriyalı 00338 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onlara məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lök-batan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı evdən hər birinə düşən 1/5 hissə olan paylarını X3. - xx.xx.2002-ci il tarixli 132993 nömrəli müqavilədən görünür ki, X29 19 saylı evin ona məxsus 2/5 hissə payını X4. - xx.xx.2004-cü il tarixli 207468 nömrəli müqavilədən görünür ki, X30 19 saylı ev üzrə 2/5 hissədə payını X6. - Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı, 027688 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsindəki 4 otaqlı, 70.3 kv.m yaşayış sahəsi, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 1/5 hissəsi X16, 2/5 hissəsi X13, 2/5 hissəsi X33 paylı mülkiyyətində olmuşdur. - AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X27 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 106.8 kv.m, yaşayış sahəsi 70.3 kv.m, yardımçı sahəsi 36.5 kv.m olan fərdi yaşayış evinin ona məxsus olan 1/5 hissəsini 5300 manat müqabilində alıcı X26 mülkiyyətinə vermişdir. - İşdə olan xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/5 hissəsi İddiaçı, 2/5 hissəsi X13 və 1/5 hissəsi isə X26 xüsusi paylı mülkiyyətindədir, yaşayış sahəsinin yerləşdiyi 0,01216 kv.metr torpaq sahəsi isə paylı mülkiyyətçilərin istifadəsindədir. - xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X33 vərəsəsi qızı İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X34 verilmi. **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0477 ha olan torpaq sahəsindən və üzərinəki ümumi sahəsi 108.3 kv.m olan fərdi yaşayış evindən X34 məxsus 2/5 hissə paydan ibarətdir. - xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 108.3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin 2/5 hissəsi İddiaçı, 2/5 hissəsi X13 və 1/5 hissəsi isə X26 xüsusi paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0477 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə paylı mülkiyyəçilərə məxsusdur. İddiaçı hazırda Fərrux Məmmədova keçmiş paylı mülkiyyətçi X27 tərəfindən yalnız 19 saylı fərdi yaşayış evinin ona məxsus 1/5 hissəsinin satıldığını, həmin evin yerləşdiyi torpaq sahəsi ilə bağlı alqı-satqı olmadığını iddia edərək, torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı Fərrux Məmmədovun adın aparılmış qeydin ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 684 saylı Fərmanının 3.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İşdən görünür ki, Fərrux Məmmədov X36 verilmiş fevral 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmiş, cavabdeh də həmin sənədin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən yaşayış evi, habelə onun altında olan torpaq sahəsinə hüququn qeydə alınmasına əsas olmasını nəzərə alaraq 19 saylı evin paylı mülkiyyətçilərinin payına uyğun torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır. Məhkəmə hesab edir ki, cavabdehin bu hərəkəti yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə uyğun olmuş, digər paylı mülkiyyətçilərinin hüquqlarının pozulmasına səbəb olmamışdır. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən X27 tərəfindən Fərrux Məmmədova 19 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin satılmadığına istinad edir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. - Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. - Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. - Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, Vəfa Məmmədyarova və Fərrux Məmmədov arasında 19 saylı evin 1/5 hissəsinin satılması ilə bağlı xx.xx.2014-cü il tarixli müqavilənin bağlanması ilə V.Məmmədyarova torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu da ona məxsus olan eyni şərtlərlə və eyni həcmdə sonuncuya vermişdir. Belə olan halda isə, həmin alqı-satqı müqaviləsi ilə torpağın deyil, evin satılmasına istinad olunması əsaslı hesab oluna bilməz. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı cavabdehin imtinasının onun hüquq və azadlıqlarını pozması kimi qiymətləndirilməsi üçün zəruri olan sübutları təqdim edə bilməmişdir. Buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2210/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2210/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver