Məhkəmə qərarları › İş №2-1(112)-2214/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2214/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2214/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-17/Ə(ş/h)1234/2023 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərarın qəbul edilməsi” bаrədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti

1. İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-17/Ə(ş/h)1234/2023 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərarın qəbul edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir.

2. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-17/Ə(ş/h)1234/2023 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərarın qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə Daxili İşlər Nazirliyində xidməti fəaliyyətə başlamış, işlədiyi müddətdə bir dəfə də, olsun pozuntuya yol verməmişdir. xx.xx.2023-cü tarixdə Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 9-cu bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı olaraq prosessual hüquq normaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, Nəsimi RMİ-nin polis nəfəri, polis serjantı İddiaçı xx.xx.1992-ci il tarixində anadan olmuş, xx.xx.2014-cü il tarixindən daxili işlər orqanlarında xidmət etmiş, xidmət dövründə 2 dəfə intizam tənbehinə cəlb edilmiş, mükafatlandırılmamışdır. BMİ-nin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə178/2023 saylı Əmri ilə Nəsimi RMİ-nin polis nəfəri, polis serjantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. BMİ-nin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə178/2023 saylı Əmrində göstərilmişdir ki, Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2023-cü il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 1 №-li Poliklinikada “ekspress-test” üsulu ilə dərinləşdirilmiş narkoloji tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində dövriyyəsi qadağan olunmuş narkotik maddə hesab edilən “Marixuana” aşkarlanaraq bu barədə 4 nömrəli akt tərtib edilmiş, həmin tarixdə polis nəfəri İddiaçı DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində dərinləşdirilmiş tibbi müayinədən keçirilərkən qan və sidik nümunələrinin tərkibində psixotrop qrupuna aid maddələrin siyahısında qeyd olunmuş "Dronabinol" aşkar edilmiş, bu barədə xx.xx.2023-ci il tarixli 23/253 nömrəli tədqiqat arayışı tərtib olunmuşdur. “Nəsimi RMİ-nin polis nəfəri, polis serjantı İddiaçı barəsində DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 1 №-li Poliklinikadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-29-2/2-281 nömrəli məktuba baxılmasına dair” xx.xx.2023-cü il tarixli rəyə əsasən qanunsuz yolla əldə edilmiş psixotrop maddələr istifadə etdiyinə, həmçinin xx.xx.2023-cü il tarixində müvafiq qaydada icazə almadan inzibati ərazini tərk etdiyinə, araşdırma prosesində qeyri-səmimi mövqe tutduğuna görə Nəsimi RMİ-nin polis nəfəri, polis serjantı İddiaçı ciddi intizam tənbehinə cəlb edilməsi təklif edilmişdir. DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 1 №-li Poliklinikadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13- 29-2/2-281 nömrəli məktuba baxılmasına dair” xx.xx.2023-cü il tarixli rəyə əsasən araşdırma prosesində məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixda polis nəfəri xx.xx.2023cü il tarixdə Gəncə şəhərinə getmək üçün qısamüddətli məzuniyyətə çıxmaq barədə 3-13- 17-19/S37/2023 nömrəli raportla idarə rəhbərliyinə müraciət etmiş və bununla bağlı Nəsimi RMİ-nin 3-13-17-19/Ə(ş/h)182/2023 nömrəli əmri verilmişdir. Buna baxmayaraq polis nəfəri İddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq qaydada icazə almadan inzibati ərazini tərk edərək Ağstafa rayonuna getmişdir. Nəsimi RMİ-nin bölük komandiri, polis baş leytenantı X2 xx.xx.2023-cü il tarixli izahatına görə, xx.xx.2023-cü il tarixində BMİ-nin inspektorunun iştirakı ilə Nəsimi RMİ-nin bir qrup əməkdaşı DİN-nin 1 saylı Poliklinikasında narkoloji testdən keçirilmiş və polis serjantı İddiaçı sidik nümunəsindən marixuana tipli narkotik maddə çıxmış, daha sonra isə kriminalistik tədqiqatlar idarəsində qan analizi verilmişdir. Nəsimi RMİ-nin polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2023-cü il tarixli izahatına görə xx.xx.2023-cü il tarixində BMİ-nin inspektorunun iştirakı ilə Nəsimi RMİ-nin bir qrup əməkdaşı DİN-in 1 saylı Poliklinikasında narkoloji testdən keçirilmiş, narkoloji müayinə zamanı ona məxsus sidik nümunəsindən marixuana tərkibli narkotik vasitə çıxmışdır. Narkotik vasitə istifadəçisi deyildir, lakin xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunda toy məclisinə getdiyini, ağır sərxoş vəziyyətdə olduğunu, tanımadığı şəxsdən siqaret istədiyini, həmin şəxsin ona mənşəyi bilinməyən kağıza bükülmüş vəziyyətdə siqaret verdiyini, halı pisləşdikdən sonra "Marixuana" tipli narkotik maddə qəbul etdiyini sonradan anladığını, xx.xx.2023-cü il tarixdə inzibati ərazini tərk edərək Ağstafa rayonuna getməsi barədə müvafiq qaydada komandir heyətindən icazə aldığını bildirmişdir. Hazırkı işin hallarına görə isə, mübahisələndirilən inzibati akt, yəni iddiaçının daxili işlər orqanlarından xaric edilməsi barədə 31 iyul 2023-cü il tarixli 3-13-17/Ə178/2023 nömrəli əmri cavabdeh inzibati orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi onun hərəkətlərini “daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirən” qismində qiymətləndirməklə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-1512/2021 saylı, 2-1 (102)-2172/2021 saylı, 2-1 (102)-327/2022 saylı, 2-1 (102)-374/2022 saylı qərarlarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmiş və qeyd etmişdir ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdehin iddia tələbinə etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia ərizəsi əsаssızdır.

İİİ. Tədqiq edilmiş sənədlər

AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1992-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 03 avqust 2023-cü il tarixli 3-13- 17/Ə(ş/h)1234/2023 nömrəli əmrindən çıxarışda göstərilmişdi: “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən xaric edilsin. 135-ci maddənin 9-cu bəndi ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə). Polis serjantı İddiaçı, Bakı şəhəri Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri “03” avqust 2023-cü il tarixdən. 03 avqust 2023-cü il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 10 il, 05 ay, 06 gün təşkil edir.Əsas: DİN BMİ-nin xx.xx.2023-cü il il tarixli 3-13-17/Ə178/2023 nömrəli əmri” Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materialları: Daxili İşlər Nazirliyi Baş Nühafizı İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-17/Ə178/2023 nömrəli Əmrdən görünür ki, “Polis haqqlnda” Qanunun 29-cu, «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1-3, 11, 15, 17 və 22-ci maddələrinin, «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin 3.1,3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq qanunsuz yolla əldə edilmiş narkotik vasitələr və psixotrop maddələr istifadə etdiyinə, həmçinin xx.xx.2023-cü il tarixdə müvafiq qaydada icazə almadan inzibati ərazini tərk etdiyinə, araşdırma prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilsin. Nəsimi RMl-nin rəhbərliyindən (N.Həsənov, X.Budaqov) tabelikdəkilərin qanunçuluğa ciddi riayət etmələri, şəxsi heyət arasında narkomanlığa meyiili və digər hüquqazidd əməllərə qurşanmış əməkdaşlann vaxtında aşkar edilərək barələrində müvafiq tədbirlərin görülməsi, polisin nüfuzuna və daxili işlər orqanlan əməkdaşının adına xələl gətirən neqativ halların qarşısının alınması üçün zəruri tədbir görməsi tələb edilsin. Daxili İşlər Nazirliyi Tibb İdarəsinə bilavasitə tabe olan 1 №-li poliklinikanın DİN-in Baş Mühafizə İdarəsinin rəis müavininə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-29-2/2-281 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə Nəsimi RMİ-nin polis serjantı İddiaçı narkoloji müayinəsi zamanı sidik nümunəsində "Marixuana" qrupuna aid narkotik maddə aşkar olunmuşdur. Əməkdaş dərinləşdirilmiş müayinə üçün Krimilastik Təhqiqatlar İdarəsinə göndərilmişdir. Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/253 №-li tədqiqat haqqında arayışından görünür ki, DİN-in Nəsimi RMİ-nin polis serjantı İddiaçı məxsus qan və sidik nümunələrindən: Sidik nümunəsinin orqanoleptik göstəriciləri və hidrogen ionlarının aktivliyi normaya uyğundur. Sidik nümunəsində marixuananın istifadəsi zamanı orqanizmdə qalıq məhsul olan, psixotrop qrupuna aid maddələrin siyahısında qeyd olunmuş Dronabinol (delta 9-tetrahidrokannabinol) aşkar edildi. Qan nümunəsində marixuananın istifadəsi zamanı orqanizmdə qalıq məhsulu olan, psixotrop qrupuna aid maddələrin siyahısında qeyd olunmuş Dronabinol (delta 9- tetrahidrokannabinol) izləri aşkar edildi. Məhkəmə sorğusu əsasında Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx/xx-2710 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “ Müxtəlif ədəbiyyatlara əsaslanaraq orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq Marixuana (THC)-sidikdə qalma müddəti belədir: 2 həftəyə yaxın. Müxtəlif ədəbiyyatlara əsaslanaraq orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq Marixuana(THC) sidikdən fərqli olaraq qanda 30 faizə qədər daha qısa müddət qala bilir. Bu müddətin hər hansı vasitə ilə qısaldılması barədə məlumat yoxdur.” İV. Məhkəmənin mövqeyi

7. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir:

8. “Polis haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə.1. Əsas anlayışlar Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur: polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; Maddə 29. Polis əməkdaşının andı İ. Polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl təntənəli şəraitdə şəxsi heyətin yığıncağında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir:“Mən, polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə və daim sadiq qalmağa, Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunlarını rəhbər tutmağa, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, qanunçuluğa ciddi riayət etməyə, xidməti vəzifələrimi namusla və vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumağa və lazım gələrsə, həyatımı belə əsirgəməməyə and içirəm”. İİ. Polis əməkdaşının səlahiyyətləri and içdiyi vaxtdan başlanır. İİİ. Polis əməkdaşı andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır. Maddə 33. Polis əməkdaşının məsuliyyəti İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 1)xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 2)xidmət və icra intizamını pozduqda; 3)polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 4) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). İİ.Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1)məzəmmət; 2)töhmət; 3)şiddətli töhmət; 4)xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 4)tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 5)xüsusi rütbənin bir pillə aşağı salınması; 6)xidmətdən xaric edilmə. Maddə 34. Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1)öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə;2) and içməkdən imtina etdikdə;3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4)polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5)xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6)səhhətinə görə, o cümlədən uzun müddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda;7) polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8)başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11)ştatlar ixtisar edildikdə; fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 12) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.

9. "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə əsasən:

114-cü bəndinə uyğun olaraq xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşları adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 08 aprel 2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi"nə əsasən: hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Həmin Kodeksin ümumi müddəallarında qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır.

1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır.

2. hər bir əməkdaş xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər.

3. dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir.

11. sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. İşin faktiki hallarına əsasən, iddiaçı xx.xx.2023-cü il tarixli 3-13-17/Ə178/2023 saylı əmri ilə “daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfuzuna xələl gətirən hərəkətlər etdiyi üçün” daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmrdə göstərilmiş DİO-da xidmətdən xaric olması üçün səbəb olmuş: dövriyyəsi qadağan olunmuş narkotik maddədən istifadə edilməsi, inzibati ərazini tərk edərək Aqstafa rayona getməsi və s. hərəkətlərin edilməsi işdə olan sübutlar ilə təsdiq edilmişdir. İnzibati orqan tərəfindən xidməti tədqiqat zamanı iddiaçı şəxsən yazdığı izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunda toy məclisində olarkən narkotik vasitə sayılan marixuana tipli narkotik vasitəsi qəbul etmişdir. İddiaçı məhkəməyə “narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrinin və psixotrop maddələrinin istehlakı halların müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 1/417 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi təqdim etmiş və bildirmişdir ki, narkotik vasitəsindən istifadə etməmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq Marixuana (THC)-sidikdə qalma müddəti 2 həftəyə yaxın, sidikdən fərqli olaraq qanda 30 faizə qədər daha qısa müddət qala bilər. İddiaçı, barəsində xx.xx.2023-cü il tarixdə narkotik vasitə sayılan marixuana tipli narkotik vasitəsinin qəbul edilməsini sübut edən rəyindən fərqli olan xx.xx.2023-cü il tarixdə, yəni 1 ay 1 gündən sonra yoxlanıldığı müayinə aktına istinad etmişdir. Bu isə marixuananın insan orqanizmində qalma müddəti olan 2 həftədən gec olmuşdur. Göründüyü kimi iddiaçının dəlilləri əsaslı olmadığından nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, iddiaçı daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlərə yol verdiyindən iddiaçıya məhz “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmə tənbehinin tətbiq edilməsi əsaslıdır.

12. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.2. inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 15.2. qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

13. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2.–ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

14. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-17/Ə(ş/h)1234/2023 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərarın qəbul edilməsi barədə iddiası təmin edilməməlidir. 15.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

16. Azərbaycan Respublikasının İPM-nin 2-ci, 32-ci 68-ci, 69-cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRАRА АLDİ: İddia təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar