Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2215/2021 10.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMM-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin "İddiaçı" MMM barəsində xx xxxxxxx 2020-ci il tarixli **********132500, **********142200, **********149100 və **********170900 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" tərtib edilmiş Qərarlarının ləğv edilməsi, "İddiaçı" MMM-si tərəfindən ödənilmiş 30 manat prossesual xərc olaraq cavabdehdən tutularaq "İddiaçı" MMM-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli **********132500 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli **********142200 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli **********149100 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli **********170900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahatında bildirdi ki, İddiaçı (VÖEN: **********) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixli **********132500, **********142200, **********149100 və **********170900 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar qəbul edilmişdir. Cavabdeh tərəfindən aparılan kameral yoxlama nəticəsində xx xxxxxxx 2020-ci il tarixli **********132500 saylı qərarına əsasən 2019-cu ilin 1-ci rübü üzrə 178.185,26 manat, **********142200 saylı qərarına əsasən 2019-cu ilin 2-ci rübü üzrə 110.762,78 manat, **********149100 saylı qərarına əsasən 2019-cu ilin 3-cü rübü üzrə 124.464,06 manat və **********170900 saylı qərarına əsasən 2019-cu ilin 4-cü rübü üzrə isə 130.741,21 manat əlavə hesablanmış vergi məbləği göstərilmişdir. Qeyd edilən qərarlar əsassızdır. Belə ki, "İddiaçı" X3 (VÖEN: **********) 1997-ci ildə qeydiyyatdan keçmiş və həmin vaxtdan ekspedisiya xidmətlərindən ibarətdir (fəaliyyət kodu 49201). Fəaliyyətləri daxili, eləcə də beynəlxalq yük daşımalarını əhatə edir, yəni daxili yük daşımalarını "xxxx" QSC və onunla birbaşa müqavilələri olan Azərbaycan Respublikasının rezident şirkətləri olan fraxt agentləri vasitəsi ilə, Beynəlxalq yük daşımaları Azərbaycan Respublikasının hüdudları daxilində yuxarıda göstərilən fraxt agentləri, digər dövlətlərin ərazisində olan daşımaları isə həmin dövlətlərin rezident şirkətləri (Azərbaycan Respublikası üçün qeyri rezident sayılan) vasitəsi ilə yerinə yetirir. Tərəfmüqabillərlə qarşılıqlı bütün ödənişlər nağdsız qaydada banklar vasitəsi ilə icra olunur. Beləliklə, daşıma ilə əlaqədar xərcləri Azərbaycan Respublikasının rezidentlərinə və qeyri-rezidentlərinə ödənişlərdən ibarət olur ki, bu da "Mənfəət vergisinin bəyannaməsində" öz əksini tapır. Beynəlxalq yük daşımalarında ekspeditor qismində iştirak edən tərəf müqabilləri onlara yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmət göstərmiş və bu zaman özlərinə məxsus heç bir nəqliyyat vasitəsindən istifadə etməmişlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 125.1.4-cü maddəsində Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz kimi göstərilsə də, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və sazişlərdə, xüsusən də ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişlərdə beynəlxalq daşımaların vergiyə cəlb olunmasına dair müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Saziş də nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarından əldə etdiyi gəlir (mənfəət) yalnız həmin razılığa gələn Dövlətdə vergiyə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.5-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Vergi Məcəlləsi ilə Saziş arasında olan ziddiyyətlə əlaqədar izah alınması üçün iddiaçı tərəfindən xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış məktuba cavab olaraq Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 08/xx-xx/2149- 1936 saylı cavabında göstərilmişdir ki, Vergi Məcəlləsinin və Sazişin (Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Saziş) müdəalarına əsasən öz ölkəsinin iki məntəqəsi arasında nəqliyyat daşımaları həyata keçirən qeyri rezidentə aparılan ödənişlərdən ödəmə mənbəyindən vergi tutulmur. Vergi Məcəlləsinin 55-ci maddəsinə əsasən, Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biri kimi 55.1.3-cü maddədə vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi göstərilmişdir. Beləliklə də, "İddiaçı" MMM öz fəaliyyətində yalnız Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 08/xx-xx/2149-1936 saylı məktuba əsaslanaraq fəaliyyət göstərmiş olsa belə vergi qanunvericiliyinin pozulmasına görə heç bir məsuliyyətə cəlb edilə bilməzdi. Bundan əlavə Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 əlavə olaraq izahatında bildirdi ki, cavabdeh tərəfindən 1-ci rüb 2019 hesabat dövrü üzrə xx xxxxxx 2020-ci il tarixli **********924700 nömrəli, 2-ci rüb 2019 hesabat dövrü üzrə xx xxxxxx 2020-ci il tarixli **********926100 nömrəli, 3-cü rüb 2019 hesabat dövrü üzrə xx xxxxxx 2020-ci il tarixli **********928500 nömrəli, 4-cü rüb 2019 hesabat dövrü üzrə xx xxxxxx 2020-ci il tarixli **********929200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən iddiaçı "İddiaçı" MMM-nə kameral olaraq ödəmə mənbəyində tutulan vergi məbləğlərinə əlavə vergi hesablanmışdır. Həmin qərarların “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında “Öncəki dövr bəyannamə məlumatı: **********121100 məktuba əsasən kameral vergi yoxlaması aparılır” yazılmışdır. Halbuki, bu qeyd olunan məlumat kameral vergi hesablaması üçün əsas hesab olunmur. Lakin sonradan cavabdeh tərəfindən 1-ci rüb 2019 hesabat dövrü üzrə xx xxxxxxx 2020-ci il tarixli **********132500 nömrəli, 2-ci rüb 2019 hesabat dövrü üzrə xx xxxxxxx 2020-ci il tarixli **********142200 nömrəli, 3-cü rüb 2019 hesabat dövrü üzrə xx xxxxxxx 2020-ci il tarixli **********149100 nömrəli, 4-cü rüb 2019 hesabat dövrü üzrə xx xxxxxxx 2020-ci il tarixli **********170900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən iddiaçı "İddiaçı" MMM-nə kameral olaraq yenidən ödəmə mənbəyində tutulan vergi məbləğlərinə əlavə vergi hesablanmışdır. Həmin qərarların “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında “Bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır” yazılmışdır. Halbuki, bu qeyd olunan məlumat da kameral vergi hesablaması üçün əsas hesab olunmur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən vergi orqanının qərarında hesablamanın səbəbləri göstərilməlidir. Bu səbəblərin qərarda göstərilməməsi həmin qərarın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyini sübut edir. Bu da həmin qərarın ləğv olunması üçün birbaşa əsasdır. Cavabdehin qeyd olunan qərarları ilə qeyd olunan xüsusatlara əsasən razılaşmırlar və hesab edirlər ki, qərarlar Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, kameral hesablama barədə qərarlar düzgün deyildir. Yəni müraciət olunmuş, məktub da yazılmış, bəyannamə təqdim olunmuşdur ki, müəssisənin belə bir vergi öhdəliyi yoxdur. Amma vergi orqanı həmin bəyannaməni qəbul etməmiş, əsassız və heç bir sənəd sübut olmadan kameral hesablama aparmışdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələblərinə uyğun olaraq sübutların təqdim edilməsi, heç bir sübut və əsas olmadan hesablama aparılması qanunsuzdur. Vergi orqanı tərəfindən aparılmış kameral hesablama sübut edilməli, izah edilməli idi. Həmçinin kameral hesablama zamanı zəruri hallarda izahat tələb edilməli, lazımi dəqiqləşmələr, əsaslanmalar aparılmaqla hesablanmalı idi. Lakin həmin qərarlarda heç bir əsaslanma gətirilməmişdir. Vergi qanunvericiliyinin tələblərinə görə həmin hesablamaların aparılmasını sübut etmək vəzifəsi vergi orqanının üzərinə qoyulmuşdur. Göründüyü kimi iddiaçı müraciətində vergi orqanı tərəfindən kameral hesablamaya əsas verən məlumatların müəssisəyə təqdim edilməsini xahiş etmişdir. Vergi orqanı isə həmin məlumatları onlara təqdim etmək əvəzinə qərarda göstərdiyi kimi Vergi Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasını məktuba köçürərək, guya ki, onlara cavab vermişdir. Halbuki onlar Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüquqlarının olduğunu bildirmişlər. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərinə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Yəni vergi orqanı tərəfindən onların qeyd olunan hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən onların vergi ödəyicisi kimi vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq, vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək, vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək və qanunlarla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək hüquqları vardır. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Göstərilənlərə əsasən cavabdehin xx xxxxxxx 2020-ci il tarixli **********132500 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli **********142200 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli **********149100 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli **********170900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyətinin dəmir yolu vasitəsi ilə yük daşıması olduğu müəyyən edilmişdir. Mübahisələndirilən qərarlar ilə bağlı bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin 1-4-cü rübləri üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrində beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələr üzrə hesablamalar aparılmasına baxmayaraq, xx.xx.2020-ci il tarixdə müvafiq dövrlər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannamələrində hesablamalar azaldılaraq 0,00 manat göstərilmişdir. 2019-cu ilin 1-4-cü rübləri üzrə yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilməsinə baxmayaraq, azalmanın səbəblərini təsdiq edən müvafiq sənədlər və ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin 1-ci rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 178185,26 manat, 2019-cu ilin 2-ci rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 110762,78 manat, 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 124464,06 manat və 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 130741,21 manat vergi məbləğləri bərpa edilmişdir. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********132500, **********142200, **********149100 və **********170900 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.5-ci maddəsinə əsasən vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********132500; **********İ42200; **********149100 və **********170900 nömrəli qərarlar ilə hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Ona görə də iddiaçının formal mülahizələri əsasında vergi orqanı tərəfindən hesablanmış vergilər əsassız hesab edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********132500 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə İddiaçı MMM-nə (VÖEN **********) 178.185,26 manat əlavə vergi məbləği hesablanmışdır (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 1-ci rüb 2019). İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********142200 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə İddiaçı MMM-nə (VÖEN **********) 110.762,78 manat əlavə vergi hesablanmışdır (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 2-ci rüb 2019). İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********149100 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə İddiaçı MMM-nə (VÖEN **********) 124.464,06 manat əlavə vergi hesablanmışdır (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 3-cü rüb 2019). İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********170900 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə İddiaçı MMM-nə (VÖEN **********) 130.741,21 manat əlavə vergi hesablanmışdır (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 4-cü rüb 2019). İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Starteji Araşdırmalar Baş İdarəsi tərəfindən İddiaçı MMM-ə ünvanlanmış xx.xx.2002-ci il tarixli 08/xx-xx/2149-1936 nömrəli məktubda qeyd edilir: Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsində nəqliyyat-ekspedisiya xidmətlərinin ödəmə mənbəyində vergiyə cəlb edilməsi barədə məktubunuza baxılmışdır. Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən beynəlxalq daşıma yüklərin və sərnişinlərin Azərbaycan Respublikası ilə (Azərbaycan Respublikası sərhədindən) digər dövlətlərdəkı məntəqə arasında daşınma sayılır. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən qeyrirezidentin Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəliri Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcəsi ilə vergi tutulur. Bununla yanaşı ikiqat vergiqoymanm aradan qaldırılması haqqında Sazişlərdə, o cümlədən bir sıra MDB ölkələri ilə bağlanan Sazişlərdə də beynəlxalq daşımaların vergiyə cəlb olunmasına dair müddəalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin 8-ci maddəsinə əsasən razılığa gələn dövlətin müəssisəsinin bu Sazişin 3-cü maddəsinin 1-ci bəndinin e) yarımbəndində qeyd edilən nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarından əldə etdiyi gəlir (mənfəət) yalnız həmin razılığa gələn Dövlətdə vergiyə cəlb edilir. Sazişin 3-cü maddəsinin 1-ci bəndinin e) yarımbəndinə əsasən beynəlxalq daşımalar - nəqliyyat vasitələrinin Razılığa gələn Dövlətlərin birində yerləşən məntəqələr arasında istismar edildiyi hallar istisna olmaqla, Razılığa gələn Dövlətlərin müəssisələrinin su, hava, avtomobil yaxud dəmir yolu nəqliyyatı ilə yerinə yetirdikləri bütün daşımaları bildirir. Eyni zamanda məktubdan görünür ki, daşıma haqları sifarişçi rezident müəssisə və ya sahibkar tərəfindən Azərbaycan Respublikasının rezidenti olan İddiaçı MMM-ə ödənilir. Yuxanda qeyd olunanları nəzərə alaraq məktubunuzda qeyd olunan nəqliyyat daşımaları ilə əlaqədar olaraq bildiririk ki, Vergi Məcəlləsinin və Sazişin göstərilən müddəalarına əsasən öz ölkəsinin iki məntəqəsi arasında nəqliyyat daşınmalarını həyata keçirən qeyri-rezidentə aparılan ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur. İş materiallarında olan İddiaçı MMM-nin xx.xx.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, hesablanmışdır 9.905.644,72 manat, ödənilmişdir 2.541.645,38 manat, azaldılmışdır 8.690.373,32 manat, əhatə etdiyi dövrün son tarixinə saldo və çap tarixinə saldo 1.069.449,21 manat, vaxtı ötmüş artıq ödəmə 254.996,03 manat, sosial üzrə bölüşdürülməmiş ödənişlər 11.884,40 manat təşkil edir. Fəaliyyət növü dəmir yolu vasitəsi ilə yük daşımasıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.33-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisindən tranzit - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhəddindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma. Beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir; 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz. 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. Azərbaycan Respublikasının xx xxxxx 1998-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında» xx xxxx 1997-ci il tarixli Sazişin: 1-ci maddəsinə əsasən bu Saziş, Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil olunur; 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Saziş, vergilərin tutulması üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlətlərdə gəlirlərə və əmlaka görə tutulan vergilərə şamil olunur; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Saziş şamil edildiyi mövcud vergilər aşağıdakılardır: a) Azərbaycan Respublikasında: (i) hüquqi şəxslərin mənfəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergi; (ii) fiziki şəxslərdən gəlir vergisi; və (iii) əmlak vergisi; 3-cü maddəsinin 1-ci hissəsinin e) bəndinə əsasən “beynəlxalq daşımalar” - nəqliyyat vasitələrinin Razılığa gələn Dövlətlərdən birində yerləşən məntəqələr arasında istismar edildiyi hallar istisna olmaqla, Razılığa gələn Dövlətlərin müəssisələrinin su, hava, avtomobil yaxud dəmir yolu nəqliyyatı ilə yerinə yetirdikləri bütün daşımaları bildirir; 8-ci maddəsinin 1-ci hissəsinə əsasən Razılığa gələn Dövlətin müəssisəsinin bu Sazişin 3-cü maddəsinin 1-ci bəndinin e) yarımbəndində qeyd edilən nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda istismarından əldə etdiyi gəlir (mənfəət) yalnız həmin Razılığa gələn Dövlətdə vergiyə cəlb edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının fəaliyyət növü dəmir yolu vasitəsi ilə yük daşımasıdır. Cavabdeh tərəfindən kameral yoxlama aparılmış, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********132500 nömrəli qərara əsasən 178.185,26 manat əlavə vergi məbləği (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 1-ci rüb 2019), “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********142200 nömrəli qərara əsasən 110.762,78 manat əlavə vergi (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 2-ci rüb 2019), “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********149100 nömrəli qərara əsasən 124.464,06 manat əlavə vergi (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 3-cü rüb 2019), “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********170900 nömrəli qərara əsasən 130.741,21 manat əlavə vergi (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 4-cü rüb 2019) məbləğləri hesablanmışdır. «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında» Sazişin tələblərindən də görünür ki, Razılığa gələn Dövlətin müəssisəsinin bu Sazişin 3-cü maddəsinin 1-ci bəndinin e) yarımbəndində qeyd edilən nəqliyyat vasitələrinin beynəlxalq daşımalarda (nəqliyyat vasitələrinin Razılığa gələn Dövlətlərdən birində yerləşən məntəqələr arasında istismar edildiyi hallar istisna olmaqla, Razılığa gələn Dövlətlərin müəssisələrinin su, hava, avtomobil yaxud dəmir yolu nəqliyyatı ilə yerinə yetirdikləri bütün daşımalar) istismarından əldə etdiyi gəlir (mənfəət) yalnız həmin Razılığa gələn Dövlətdə vergiyə cəlb edilir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, ikiqat vergiqoymanın aradan qaldırılması məqsədi ilə qeyd olunan nəqliyyat xidmətləri ödəmə mənbəyində vergiyə cəlb olunmalı deyildir. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Starteji Araşdırmalar Baş İdarəsi tərəfindən İddiaçı MMM-ə ünvanlanmış xx.xx.2002-ci il tarixli məktubda da öz ölkəsinin iki məntəqəsi arasında nəqliyyat daşınmalarını həyata keçirən qeyri-rezidentə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmalı olmadığı bildirilmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMM barəsində tərtib edilmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli **********132500 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********142200 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********149100 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********170900 nömrəli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2215/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2215/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver