Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2216/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun barəsində əlilliyin təyin olunması barədə 16.06.2021-ci il tarixində verdiyi imtina cavabının qanunsuz hesab olunması, onun yenidən komissiyadan keçirilməyinin təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məhkəmə Tibbi Ekspertiza İdarəsinin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi 14.03.2016-cı il tarixində ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliklə bağlı xəsarəti İ Qarabağ Müharibəsi zamanı Zəngilanın müdafiəsi uğrunda aparılan döyüşlərdə aldığı üçün səbəbli əlaqə kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin yekun rəyində göstərilmişdir ki, əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmışdır. Əllilk 5 il müddətinə verildiyi üçün 14.03.2021-ci il tarixində yenidən komissiyadan keçməyi tövsiyyə olunmuşdur. Ona görə də o 2021-ci ilin mart ayının əvvəllərində 3 saylı Xəstəxanaya müraciət etmişdir. 10 gün orada qalıb müvafiq müalicə və müayinələri aldıqdan sonra sənədləri yenidən həkim komissiyasına göndərilmişdir. Lakin əvvəlkinə nisbətən səhhətində yaxşılığa doğru heç bir əlamətlər olmadığı halda, ona imtina cavabı verilmişdir. 16.06.2021-ci il tarixində onun üçün yazılan imtina cavabı 2021-ci ilin avqust ayının əvvəllərində ona təqdim olunmuşdur. O da təbii ki, həmin imtina cavabı ilə razılaşmır. Çünki Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlər nəticəsində səhhətində həqiqətən yaranan ciddi problemlər daha da kəskinləşməkdə davam etdiyi halda 54 yaşda daha ağır sağlamlığını itirmişdir. Onun əliliyinin müddətinin uzadılmasından imtina etmək absurtdur. Çünki tapdığı xəstəliklər indi ona daha çox əziyyət veririr. Ağırları bəzən o qədər şiddətli olur ki, ikinci bir şəxsin, yəni həyat yoldaşının köməyi olmadan hərəkət edə bilmir. Bəzən isə sistematik olaraq köməyə eytiyacı olur. Çünki, bəzən ayaqlarının damarlarında elə şiddətli qıcolma və keyləşmə (suturqa) halları baş verir ki, sanki həmin dəqiqə ölər. Dəhşətlisi odur ki. bəzən ayaqları açılmamış bel ağrıları da şiddətlənir. Həmin dəqiqlərdə həyat yoldaşı onun köməyinə çatıb ayaqlarının damarlarını masajla açmasa keyləşmə və qıcolma ürəyinə qədər davam edib onu öldürəcək. Dəfələrlə təsadüf nəticəsində belə ölüm hallarından qurtara bilmişdir. Belə həyat yaşayıb günlərini sayan əlilə qarşı bu kimi ədalətsiz münasibət həqiqətən dəhşətdir. Bütün bu özbaşınalıqlara son qoymaq üçün onun yenidən müayinədən keçirilməyi təmin olunmalıdır. Cavabdeh onun barəsində əlilliyin təyin olunması barəsində 16.06.2021-ci il tarixində imtina cavabı verərkən onun xəstəliklərini nəzərə almadan şəxsi mülahizələri əsasında imtina qərarı verilmişdir. Bununla da 3-4 aydır ki, onun hüquqları kobud surətdə pozulur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının əlillik vəziyyəti Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 09.02.2016-cı il tarixli, 2788003AAA90 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban.; Diaqnozun mətni: Obliterasiya edən trombangiit.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 14.03.2016-cı il tarixli, 2788003AABAP saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban...; Diaqnozun mətni: Obliterasiya edən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 31.03.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 - Periferik damarların digər xəstəlikləri => 173.1 - Obliterasiya edən tromban...; Diaqnozun mətni: Əsas diaqnoz İ73.1 Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], aşağı ətrafların obliterasiyaedici trombangiti, İİİ dərəcəli xroniki işemiya Ağırlaşma İ77.1 Arteriyaların daralması, aşağı ətraf arteriyalarının abliterasiyaedici tromboangiti İİ dərəcəli işemiya, aşağı ətrafların barmaq arteriyalarının angiovegetodistoniyası, spastik vəziyyət, sağ ayağın İİİ barmaq arteriyalarının trombozundan sonrakı vəziyyət. Enən torasik aortada fokal məsafədə divaryanı parsial dolma defekti, axsama. Yanaşı xəstəliklər İ11.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], ÜİX-yi, stabil gərginlik stenokardiyası İİ f.s, essensial hipertrofiya İİ f.sş. Yanaşı xəstəliklər D47.3 Essensial (hemorragik) trombositemiya, ÜİX-yi, stabil gərginlik stenokardiyası İİ f.s, essensial hipertrofiya İİ f.s, OU xroniki blefarokonyuktivit, qaraciyər hemangioması, sol dirsək oynağının postravmatik kontrakturası, hər iki çənənin tam adentiyası; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfındən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - AA ******* №-li Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 031194 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - Cavabdehin elektron informasiya sistemindən 14.03.2016-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı 14.03.2016-cı ildə səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik”, TSEK diaqnozu “Obliterasiya edilən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması”, əliliyin müəyyən olunms meyarı “2.1 İkinci dərəcə əlillik => ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcəli çatışmazlığı (İ01- İ09, L11.0, İ13.2, İ20-İ25, İ30-İ31.1, İ33)” qeyd olunmaqla 14.03.2021-ci il tarixədək qüvvədə olan ilkin ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosisl Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 24.05.2017ci il tarixli çıxarışdan görünür ki, İddiaçı 14.03.2016-cı ildə səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik”, diaqnozu “Obliterasiya edilən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması” göstərilməklə 14.03.2021-ci il tarixədək qüvvədə olan üçüncü dərəcəli əlillik təyin edilmişdir. - Bakı şəhəri, 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 30.03.2021-ci il tarixli, 278803AAB55 №-li “Tibbi-sosial ekspert komissiyasına” göndəriş Forma 88-dən görünür ki, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti- status localis: Aşağı ətrafların dəri örtüyü avazıyıb, ayaqların iç səthi barmaqlar, sianotikdir, yerli hiperemiya qeyd olunur. Sağ pəncənin İİİ barmağı hissiyyatı azalıb və qaralma qeyd olunur. Sol pəncənin V barmağında hissiyyat azalıb. Bud arteriyalarında zəif pulsasiya qeyd olunur. Sol dirsək oynağının hərəkət məhduddur, hərəkət həcmi açma 150 dərəcə, bükmə 80 dərəcə. Xəstə müalicələr almışdır, 3 saylı ŞKX-da 06.03.2021-16.03.2021-ci ildə, MHTİ-da 18.03.2021-ci il, Topçubaşov ad. ECM-də 17.03.2021-ci il tarixlərdə. Xəstənin əlillik müddəti bitdiyindən HMK-da müayinə olundur. Əlillik əlamətləri davam etdiyindən forma 88 yazılır və TSEKiddiaçının nümayəndəsi reyestrinə daxil edilir. Əsas diaqnoz: İ73.1 Obliterasiya edilən trombangiit (Byuger xəstəliyi), aşağı ətrafların obliterasiyaedici trombangiti, İİİ dərəcəli xroniki işemiya. Ağırlaşma: İ77.1 Arteriyaların daralması, aşağı ətraf arteriyalarının abliterasiyaedici tromboangiti İİ dərəcəli işemiya, aşağı ətrafların barmaq arteriyalarının angiovegetodostaniyası, spastik vəziyyət, sağ ayağın İİİ barmaq arteriyalarının trombozundan sonrakı vəziyyət. Enən torasik aortada fokal məsafədə divaryanı parsial dolma deffekti, axsama. Yanaşı xəstəliklər: İ11.0 (Durğunluq) ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi), stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s. D47.3 Essensial (hemorragik) trombositopeniya. ÜİX-yu, stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s, OU xroniki blefarokonyuktivit, qararaciyər hemangioması, sol dirsək oynağının posttravmatik kontrakturası, hər iki çənənin tam adentiyası olmuşdur. - Cavabdeh tərəfindən qəbul edilmiş 16.06.2021-ci il tarixli, xxxxxxx0005 №-li aktdan görünür ki, İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi kimi “diaqnoz əlillik əlaməti təyin etmir” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4- Təcrübi və Tədris Birliyinin 21.01.2022-ci il tarixli, T38/2022 nömrəli sağlamlıq vəziyyətinin təyininə dair ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının 31.03.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərşlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda göstərilmiş diaqnozlar aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilmişdir. Həmin diaqnozlar nəzərə alınmaqla vətəndaşın əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: - 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən İddiaçı 14.03.2016-cı ildə səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar”, diaqnozu “Obliterasiya edilən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması” göstərilməklə 14.03.2021-ci il tarixədək qüvvədə olan üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının xəstəlikləri ilə bağlı qeydiyyatda olduğu poliklinika tərəfindən 30.03.2021-ci il tarixdə əsas diaqnozu “Obliterasiya edilən trombangiit (Byuger xəstəliyi), aşağı ətrafların obliterasiyaedici trombangiti, İİİ dərəcəli xroniki işemiya”, ağırlaşması “Arteriyaların daralması, aşağı ətraf arteriyalarının abliterasiyaedici tromboangiti İİ dərəcəli işemiya, aşağı ətrafların barmaq arteriyalarının angiovegetodostaniyası, spastik vəziyyət, sağ ayağın İİİ barmaq arteriyalarının trombozundan sonrakı vəziyyət. Enən torasik aortada fokal məsafədə divaryanı parsial dolma deffekti, axsama”, yanaşı xəstəliklər (Durğunluq) ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi), stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s., Essensial (hemorragik) trombositopeniya. ÜİX-yu, stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s, OU xroniki blefarokonyuktivit, qararaciyər hemangioması, sol dirsək oynağının posttravmatik kontrakturası, hər iki çənənin tam adentiyası” qeyd olunmaqla cavabdeh inzibati orqana müvafiq göndəriş göndərilmiş, cavabdeh inzibati orqan göndərişdə qeyd olunmuş diaqnozun əlillik əlaməti təyin etməməsini əsas gətirərək iddiaçıya əlilliyin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı onda olan xəstəliklərin ona ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas olmasını iddia edərək cavabdeh inzibati orqanın üzərinə buna dair qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bəndə ikinci dərəcə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir. - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Həmin bəndə üçüncü dərəcə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir. Məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməsi məqsədi ilə iş üzrə tibbi ekspertiza təyin edilmiş və ekspert Bakı 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının 31.03.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərşlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda göstərilmiş diaqnozların aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edildiyini, həmin diaqnozlar nəzərə alınmaqla vətəndaşın əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklərin əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmaması barədə rəy vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə araşdırılması zamanı iddiaçının xəstəliklərinin ona əlillik təyin olunması üçün “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə sadalanan hallarda əksini tapmadığından məhkəmə iddiaçıya əlillik dərəcəsi verilməsi üçün əsasların olmaması barədə məhkəmə tibbi ekspertizasının rəyini əsaslı hesab edir. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2 və 2.3-cü bəndlərində səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2216/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2216/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver