Məhkəmə qərarları › İş №2-1(112)-2218/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2218/2020

13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2218/2020 13.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadə, İddiaçı Əliyeva (Aslanova) Sürəyyə Abdulla qızının cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı X1 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin qaytarılması və ya pulun ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə iddiaçının nümayəndəsinin ərizəsinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Aslanova) Sürəyyə Abdulla qızı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinə qarşı “torpaq sahəsinin qaytarılması və ya pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsinin 121 nömrəli 12 aprel 2006-cı il tarixli sərəncamı ilə Buzovna Maştağa yolunun sol tərəfində bağ evinin tikintisi üçün verilmiş 1000 kv.m. torpaq sahəsinin boşaldılaraq qaytarılması və ya bu günki bazar qiyməti ilə pulunun ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2218/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərardadı iləX1 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi X3 13.08.2020-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəlləsində hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi X2iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilməli və inzibati iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2ci, 80-ci və Mülki Prosessual Məcəllənin 170-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçının nümayəndəsi X2 iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Əliyeva (Aslanova) Sürəyyə Abdulla qızı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinə qarşıX1 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin qaytarılması və ya pulun ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar