Məhkəmə qərarları › İş №2-1(112)-2219/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2219/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2219/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.20N9-cu il tarixli imtinasını əsassız və qanunsuz hesab edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.N973-cü ildə Cəbrayıl rayonunun Qazanzəmi kəndində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsi 29 fərdi yaşayış evində qeydiyyatdadır. xx xxxx N99N-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N99N-xx.xx.N99N-ci illərdə 32527 saylı h\h-də, xx.xx.N99N-xx.xx.N-cİ illərdə 32844 saylı h/h-də atıcı, xx.xx.N-xx.xx.N-ci illərdə 777 saylı h/h-də atıcı, xx.xx.N-xx.xx.N993-cü ilərdə N saylı hərbi hissədə atıcı və xx.xx.N993xx.xx.N994-cü illərdə isə N saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmətlərdə olmuşdur. Xidmət apardığı hərbi hissələr barədə qeydlər iddiaçıya məxsus SX № ******* saylı hərbi biletində yazılmışdır. Yuxarıda qeyd etdiyi hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak etdiyi üçün iddiaçı xx.xx.20N9-cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran Adlarının və X2 Üzrə Komissiyasına müraciət edərək ona veteran adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin üç aydan artıq vaxt keçməsinə baxmayaraq, müraciətinə cavab verilmədiyi üçün xx xxxxxxx 20N9-cu il tarixdə təkrar müraciət etmişdir. xx xxxxxx 20N9-cu il tarixdə N/A-N5768 nömrəli imtina məktubu ilə iddiaçının müraciəti və əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılaraq Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-N09N3 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparan zaman uzun müddət hərbi hissədən yayındığına və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından iddiaçıya "Mühairibə Veteranı" adının və vəsiqəsinin verilməsinin məqsədə uyğun olmadığı barədə məlumat verilmişdir. Həmin imtina məktubu sənədlərlə birlikdə xx.xx.20N9-cu il tarixdə poçt vasitəsi ilə iddiaçıya çatdırılmışdır. İddiaçıya veteran adının və vəsiqəsinin verilməsinə dair xahişindən imtina edilməsinə əsas kimi döyüş əməliyyatları aparılan zaman sonuncu xidmətdə olduğu N saylı hərbi hissədən guya uzun müddət hərbi hissədən yayındığı və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmadığı qeyd olunmuşdur. İddiaçıya məxsus SX № ******* saylı hərbi biletində onun xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək N saylı hərbi hissədə xidmətdə olmağı yazılmışdır, X6 xx.xx.20N9-cu il tarixli 9/2-N09N3 nömrəli arayışında nədənsə bu barədə də qeydlər aparılmamışdır. İddiaçıya veteran adının və vəsiqəsinin verilməsinə dair xahişindən imtina edilməsini tamamilə əsassız və qanunsuz hesab edir. Çünki iddiaçı xx.xx.N994-cü il tarixdə atəşkəs elan olunduğu vaxt hərbi xidmətdə olmuşdur və ondan sonra xəstələnərək xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək hərbi hospitala göndərilmişdir. X6 xx.xx.20N9-cu il tarixli 9/2-N09N3 nömrəli arayışında nədənsə bunlar barədə də qeydlər aparılmamışdır. İddiaçının həmin dövrdə xəstəliyi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.20N9-cu il tarixli N0N22 nömrəli məktubu ilə məlumat verilmişdir ki, İddiaçı N saylı hərbi hissənin sabiq əsgəri kimi xx.xx.N994-cü il tarixədək Silahlı Qüvvələrin Baş X3 bölməsində "sağtərəfli kəskin epdidimit" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Bu da iddiaçının xx.xx.N994-cü il tarixdə atəşkəs elan olunduğu vaxtdan sonrakı tarixə dəlalət etdiyi üçün hərbi hissəni özbaşına tərk etmədiyini bir daha təsdiq edir. Bundan başqa iddiaçının həmin dövr ərzində xidmətdə olmağını onunla hərbi xidmətdə olan döyüş yoldaşları şahiddirlər və bunu məhkəməyə gələrək də təsdiq edə bilərlər. Mərkəzi Arxivin məlumat bazasında bu barədə qeydlərin olmaması iddiaçının təqsiri üzündən deyildir. Ona görə də iddiaçıya veteran adının və vəsiqəsinin verilməsindən imtina edilə bilməz. Bundan başqa o dövrlərdə hərbi hissələrdə nizam intizam qaydaları tam formalaşmadığı üçün lazımi sənədləşmələr vaxtında aparıla bilmirdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmin Qərara dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 №-li Qərarına əsasən: "... Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Qərarın məzmunundan göründüyü kimi “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir. İddianın təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxx 20N9-cu il tarixli 9/2-N09N3 nömrəli arxiv arayışında iddiaçının uzun müddət hərbi xidmətdən yayındığı və hərbi xidmətdən ehtiyata buraxılmasına dair məlumat aşkar edilmədiyi bildirilmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya xx xxxxxx 20N9-cu il tarixli qərarda məhz bu əsasla iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsindən imtina etmişdir. Komissiyanın imtinası qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.20N9-cu il tarixli, N/A-N5768 saylı məktubunda qeyd olunur: Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.20N9-cu ıl tarixli 9/2-N09N3 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman uzun müddət hərbi hissədən yayındığınıza və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağınız barədə məlumat olmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N9-cu il tarixli, 9/2-N09N3 saylı arxiv arayışının surətindən görünür ki, N №-li hərbi hissə komandirinin yanvar N-ci il - xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında (əsas: § 4, sıra 38, səh 6, əmrdə atasının adı Alihüseyn yazılmışdır. Əmrin nömrəsi və verilmə tarixi yazılmamışdır. Sonrakı verilmiş əmrin verilmə tarixi xx xxxxxx N-ci il, nömrəsi 2 yazılmışdır. Bu səbəbdən də qeyd edilən məlumatın hansı tarixdə verilməsi və nömrəsini təsdiq edə bilmirik) Xətai RHK-dan çağırılmış, N973-cü il təvəllüdlü, sıravi İddiaçı Alihüseyn oğlunun xx.xx.N-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək baş mexanik sürücü vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissəyə göndərildiyi üçün sıravi İddiaçı Alihüseyn oğlu N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N-ci il tarixli N36 №li əmrilə (əsas: § 2, sıra N, səh N23, əmrdə atasının adı Alihüseyn yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N () №-li hərbi hissə komandirinin xx xxxxxxx N-ci il tarixli N74 №-li əmrilə starşina İddiaçı Alıhüseyn oğlu (əsas: §NN, səh 32, əmrdə atasının adı Alıhüseyn yazılmışdır, hərbi rütbəsi “starşina” yazılmışdır) komendant tağımının bölmə komandiri təyin olunmuşdur. Uzun müddət hərbi hissədən yayındığı üçün tibb təlimatçısı, sıravi İddiaçı Alıhüseyn oğlu N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 0208 №-li əmrilə (əsas: § 9, sıra NN38, səh NN0, əmrdə atasının adı Alıhüseyn yazılmışdır, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) vəzifəsindən azad edilməklə bütün təminat siyahılarından çıxarılaraq ştatdan kənar hesab edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “A”, sıra N33, səh N2, məlumatda atasının adı Alihüseyn yazılmışdır, hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) xx.xx.N973-cü il təvəllüdlü İddiaçı Alihüseyn oğlunun Səbail RHK-dan çağırılması və komandirin xx xxxxxx N993-cü il tarixli 332 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 322 №-li əmrində Səbail RHK-dan çağırılmış, N973-cu il təvəllüdlü, sıravi İddiaçı Ağahüseyn oğlunun (əsas: § 4, sıra 429, səh 3NN, əmrdə atasının adı Ağahüseyn yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək texniki təchizat manqasının komandiri vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxx N994-cü il tarixli 8N №-li əmrilə 5-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı Alıhüseyn oğlu (əsas § NN, sıra 2, səh 49, əmrdə atasının adı Alıhüseyn yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 2-ci MAT komandirinin sərəncamına göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin aprel-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.20N9-cu il tarixli, N0N2N saylı arayışının surətindən görünür ki, N №-li hərbi hissənin sabiq əsgəri İddiaçı Alihüseyn oğlu həqiqətən xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Silahlı Qüvvələrin Baş X3 bölməsində stasionar müayinə və müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş XN İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı uzun müddət hərbi xidmətdən yayınmışdır, bununla əlaqədar olaraq vəzifəsindən azad edilməklə bütün təminat siyahılarından çıxarılaraq ştatdan kənar hesab edilmişdir. Bundan başqa, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.N, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar