Məhkəmə qərarları › İş №2-1(112)-2219/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2219/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2219/2022 02.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), iddiaçının nümayəndəsi və vəkili X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 12 saylı vəkil bürosunda vəkil işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyaya çıxdığı gündən hal-hazırki dövrə kimi ödənilən pensiyaların, 08.1982-ci il tarixdən 12.1993-cü il tarixinədək 11 il 4 ay 4 gün dövlət qulluğunda, Azərbaycan Respublikasının Ticarət Nazirliyində işlədiyi müddət daxil olmaqla ümumi iş stajının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının pensiyaya çıxdığı gündən hal-hazırki dövrə kimi ödənilən pensiyaların, 08.1982-ci il tarixdən 12.1993-cü il tarixinədək 11 il 4 ay 4 gün dövlət qulluğunda, Azərbaycan Respublikasının Ticarət Nazirliyində işlədiyi müddət daxil olmaqla ümumi iş stajının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 28 fevral 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə, pensiyanın yenidən hesablanması ilə əlaqədar müraciət etmişdir. 08.1982-12.1993-cü ilədək (11 il 4 ay 4 gün) işlədiyi Azərbaycan Respublikasının Ticarət Nazirliyindən aylıq əmək haqqı və və premiyalara dair məlumat olan arayış istənilmişdir. İddiaçı tələb olunan arayışı Azərbaycan Respublikası Arxiv İdarəsindən alaraq təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinin 29.04.2019-cu il tarixli, **********0 saylı cavab məktubunda bildirilmişdir ki, 15.07.2006-cı ildə 62 yaşı tamam olduğu üçün ilk dəfə dövlət qulluqçusu kimi, əlillik səbəbi ilə aldığı 490 manat yerinə 554.27 manat məbləğli pensiya təyin edilmişdir. Lakin, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi hesablamanı 15.07.2006 yerinə 28.02.2016-cı il qeyd etmişlər. Eyni zamanda, 01.03.2018-ci il tarixində 520 manat yerinə iddiaçıya 588.70 azn məbləğində pensiya hesablamışlar. Bu hesablamalar və denifikasiyalar nəticəsində iddiaçının pensiya məbləği 774.99 azn təşkil etmişdir və nəticə etibari ilə ilə pensiya artımı nəticəsində əvvəlki 3 il üçün olan artım miqdarını 2500 azn məbləğində kompensasiya olaraq almışdır. Eyni zamanda, şöbədə iddiaçıdan kvalifikasiya dərəcəsinə görə və əlavə tapşırıqlar nəticəsində aldığı əlavə əmək haqqı barədə arayış tələb etdilər. Ticarət Nazirliyində həmin dövrün sənədləri ləğv edildiyindən, iddiaçı həmin arayışı əldə edə bilməmişdir. İddiaçı 07.05.2021-ci il tarixdə cavabdehə müraciət edərək, 2006-cı ilin yanvar ayından hal-hazıra kimi olan müddətdə pensiyasının 1982-ci ildən 1993-cü ilədək Ticarət Nazirliyinin aparatındakı iş stajını əsas götürərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Çünki, nazirlikdə vaxtilə iddiaçı ilə birgə işləmiş iş yoldaşlarının pensiyası ilə müqayisədə və Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi əməkdaşının dediklərinə görə pensiyanın qanunda nəzərdə tutulduğundan 300-400 azn əskik hesablandığından əmin idi. İddiaçı 17.06.2021ci il tarixdə pensiyasını alanda 774.99 azn əvəzinə 726.36 azn verildiyini görmüşdür. Pensiyanın azaldılmasına səbəb olmuş yenidən hesablanmanın qeyri-qanuni olmasından və yenidən hesablanması xahişinə dair ərizəyə cavabdeh tərəfindən verilmiş 25.06.2021ci il tarixli ********** saylı məktubun dublikatını Ziya Bünyadov prospektində yerləşən DOST-4 mərkəzinə 4 dəfə baş çəkdikdən sonra əldə etmişdir. Həmin məktuba əsasən iddiaçının pensiyasına dair aparılan hesablamaların yarımçıq olduğunu müşahidə etmiş, digər tərəfdən də pensiyanın hansl səbəbdən 774.99 azn-dən 726.36 azn-ə endirilməsi göstərilməmiş, 28.08.2016-cı il tarixdən 31.05.2021-ci il tarixədək olan dövrdə guya iddiaçıya 2489.80 azn artıq ödənilməsi əsaslandırılmamışdır. Məlum olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya ödənilən 774.99 azn məbləğlər düzgün hesablanmamış və düzgün olmayan hesablamalar ilə 514.22 azn və 547.45 azn məbləğinə azaldılmış və son alınan hesablama məbləği 726.36 azn olaraq təyin edilmişdir. 2006-cı ildə iddiaçının əlillik pensiyaçı statusundan dövlət qulluqçusu pensiyasına keçirildiyi ona bildirilməmiş və 350 yerinə onların hesabına görə 554.27 azn və ya mərkəzi filialın hesabına görə 514.22 azn pensiya almalı idi. Pensiyanın yenidən hesablanması haqqında məktubunda 3 dövrdə ona 28.08.2016-28.02.2018-ci il tarixləri arasında (18 ay) 554.27 azn yerinə 514.22 azn, 01.03.2018 – 31.08.2019-cu il tarixləri arasında Dövlət Sosial Müdafiə X5 (18 ay) 588.70 azn yerinə 547.45 azn və 01.09.2010 – 31.05.2021 tarixləri arasında (21 ay) 774.99 azn yerinə 726.36 azn ödənməli və bu səbəblə bu dövrlərdə ona artıq ödənilən 726.07 azn, 742.50 azn və 1021.23 azn, toplam 2489.80 azn artıq ödəniş edildiyi bildirilir. İddiaçı şəxsi araşdırma nəticəsində müəyyən etmişdir ki, 554.27 azn məbləğində pensiya heç bir zaman almamışdır. 588.70 azn məbləğ 18 ay yox, yalnız 4 ay ödənilib. Bu araşdırma nəticəsində aydın olmuşdur ki, pensiya fondu iddiaçıya 435.96 azn, yəni 399.30 azn miqdarda az pul ödəmişdir. Yalnız 3-cü dövrdə iddiaçıya ödənilən 1021 azn-dən sadəcə 185.97 azn artıq ödənilmişdir. İddiaçıya təqdim edilən 2489.80 azn məbləğindən qalan budur. Beləliklə, Dövlət Sosial Müdafiə X6 iddiaçıya təqdim etdiyi yenidən hesablamada ona artıq ödənilən 2489.80 azn olduğu halda məlumatda 4 səhvi aşkar etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin daha 3 səhv etdiyi bildirilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi strukturları tərəfindən edilən ən böyük səhv, ona ilk pensiya məbləğinin Nəsimi rayon şöbəsi tərəfindən 554.27 azn və 514.22 azn olaraq hesablanması və ona ilk dəfə pensiyanın hesablanması tarixinin Dövlət Sosial Müdafiə X5 tərəfindən yanlış olaraq 15.07.2006-cı il əvəzinə 28.08.2016-cı il hesablanmasıdır ki, 15.07.2006-cı il tarixdə onun 62 yaşı tamam olmuş və əlil pensiyaçı statusundan dövlət qulluqçusu statusuna keçmişdir. Bütün bunlara diqqət yetirildiyində, iddiaçının pensiyasının hesablanması zamanı 8 səhvə yol verilmişdir. Buna görə Dövlət Sosial Müdafiə X3 təqdim etdiyi hesablamaların düzgünlüyünə qarşı, xüsusilə də 28 avqust 2016-cı il tarixdən tutduğu vəzifəyə görə 762.50 azn, iş stajına görə əlavə 61.30 azn, premiyalara və vəsaitə görə 33.23 azn, aylıq əmək haqqının düzgün göstərilməsinə inamsızlıq yaranmışdır. Eyni zamanda bu mövzuya 01.03.2018-ci il tarixindəki 840.75 azn, 67.59 azn, 36.64 azn və 01.09.2019-cu il tarixindən etibarən 1262 azn, 101.48 azn və 55.08 azn olan aylıq əmək haqqının da düzgün göstərilməməsi də aiddir. Yəni burada sadəcə məbləğlərin toplamı göstərilir, pul hesablama araşdırmalarında mütləq bildirilməli olan konkret hesablamalar və izahlar yoxdur. 11.08.2021-ci il tarixli ərizədə onlar tərəfindən edilən səhvləri göstərmiş və eyni zamanda iddiaçıya təqdim edilən son hesablama nəticələrini necə hesablayaraq əldə etdiklərinin izahını istəmiş, lakin hal-hazıra kimi cavab ala bilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin 29.04.2019-cu il tarixli **********0 saylı məktubunda” Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi məqsədilə dövlət əmək haqqının hesablanması qaydaları” haqqında 07 fevral 2005-ci il Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, iddiaçının dövlət qulluqçusu kimi alacağı ilk pensiya məbləği 28.02.2016-cı il tarixdən 554.27 azn, olaraq və 01.03.2018-ci il tarixdən 588.70 azn olaraq təyin edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 yanvar 2006-cı il tarixindən əlilliyə görə (İİİ qrup) əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. İddiaçının müraciətinə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 28 avqust 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumillikdə vəzifə maaşının orta aylıq məbləği 762.50 manat, qulluq stajına görə əlavənin 61.30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 33,23 manat olmaqla orta aylıq əmək haqqı 857,03 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 11 il 4 ay 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (857,03 manat) 60 faizi – 514,22 manat məbləğində müəyyən edilmişdir. Lakin 28.08.2016-28.02.2018-ci il tarixləri arasındakı dövr üçün ona hər ay 554.27 manat məbləğində əmək pensiyası hesablanmışdır. Bu səbəbdən də həmin dövr üçün ona 726.07 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzrə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 01 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 11 il 4 ay 4 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 37,78 faiz təşkil edir. Dövlət Qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 840,75 manat, qulluq stajına görə əlavəsini 67,59 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsini 36,64 manat olmaqla orta aylıq əmək haqqı 944,98 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (857,03 manat) ilə 01 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (944,98 manat) arasındakı fərq məbləğinin (87,95 manat) 37,78 faizi – 33,23 manat 01 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (514, 22 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 547.45 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 588,70 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 742,50 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1262,00 manat, qulluq stajına görə əlavəsinin 101,48 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 55,08 manat olmaqla orta aylıq əmək haqqı 1418,56 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (944,98 manat) ilə 01 sentybar 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1418,56 manat) arasındakı fərq məbləğinin (473,58 manat) 37,78 faizi – 178,91 manat 01 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (547,45 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 726,36 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 774,99 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 1021,23 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 28.08.2016-31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2489,80 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. 27 iyul 2021-ci il tarixli **********7 nömrəli məktubla həmin artıq ödənilmiş 2489,80 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından 29 oktyabr 2021-ci il tarixində artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X4 məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, iddiaçının nümayəndəsi və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş: AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1944-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövltə Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin 14.06.2019-cu il tarixli, **********0 nömrəli iddiaçıya ünvanladığı məktuba əsasən bildirilmişdir ki, iddiaçının mükafatları barədə təqdim etdiyi 15 fevral 2019-cu il tarixli 30 nömrəli arayışa əsasən pensiya yenidən hesablanmışdır. İxtisas dərəcəsi və səlahiyyətin icrasına görə əlavə haqqı ödənilməsi barədə arayışlar şöbəyə təqdim edildiyi təqdirdə pensiyanın məbləğinə yenidən baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 nömrəli, 27 iyul 2021-ci il tarixli iddiaçıya ünvanladığı məktuba əsasən bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 yanvar 2006-cı il tarixindən əlilliyə görə (İİİ qrup) əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. İddiaçının müraciətinə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 28 fevral 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumillikdə vəzifə maaşının orta aylıq məbləği 762.50 manat, qulluq stajına görə əlavənin 61.30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 33,23 manat olmaqla orta aylıq əmək haqqı 857,03 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 11 il 4 ay 4 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (857,03 manat) 60 faizi – 514,22 manat məbləğində müəyyən edilmişdir. Lakin 28.08.2016-28.02.2018-ci il tarixləri arasındakı dövr üçün ona hər ay 554.27 manat məbləğində əmək pensiyası hesablanmışdır. Bu səbəbdən də həmin dövr üçün ona 726.07 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzrə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 01 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 11 il 4 ay 4 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 37,78 faiz təşkil edir. Dövlət Qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 840,75 manat, qulluq stajına görə əlavəsini 67,59 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsini 36,64 manat olmaqla orta aylıq əmək haqqı 944,98 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (857,03 manat) ilə 01 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (944,98 manat) arasındakı fərq məbləğinin (87,95 manat) 37,78 faizi – 33,23 manat 01 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (514, 22 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 547.45 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 588,70 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 742,50 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1262,00 manat, qulluq stajına görə əlavəsinin 101,48 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin 55,08 manat olmaqla orta aylıq əmək haqqı 1418,56 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (944,98 manat) ilə 01 sentybar 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1418,56 manat) arasındakı fərq məbləğinin (473,58 manat) 37,78 faizi – 178,91 manat 01 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (547,45 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 726,36 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 774,99 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 1021,23 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin 15 ferval 2019-cu il tarixli, M-30 nömrəli arxiv arayışına əsasən, “Azərbaycan Respublikası Ticarət Nazirliyi” arxiv fondunda mühafizə edilən əmr kitablarında İddiaçı (əmr № 176-k, 05 avqust 1982-ci il) yeni texnologiyalar və maddi-texniki təchizat şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edildiyi: (əmr № 188-k, 30 sentyabr 1985-ci il) həmin şöbəyə müdir vəzifəsinə keçirildiyi; (əmr № 12-k, 03 yanvar 1989-cu il) nazirliyin əsaslı tikinti, nəqliyyat və maddi-texniki təchizat şöbəsinə müdir müavini vəzifəsinə keçirildiyi; (əmr № 172-k, 09 dekabr 1993-cü il) nazirliyin tikinti maddi-texniki resurslar şöbəsinin aparıcı mühəndisi vəzifəsindən işdən azad olunduğu qeyd olunur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin 15 ferval 2019-cu il tarixli, M-30 nömrəli arxiv arayışına əsasən, Azərbaycan Respublikası Ticarət Nazirliyi arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1982-1989-cu illərə dair aşağıdakı göstərilən aylıq maaşı və mükafatı qeyd olunr: 1982-ci rüb – avqust 146-82, sentyabr 170-00, oktyabr 170-00, noyabr 170-00, dekabr 170-00; 1983-cü rüb – yanvar 170-000, fevral 170-00, mart 170-00, aprel 170-00, may 170-00, iyun 170-00, iyul 170-00, avqust 170-00, sentyabr 170-00, oktyabr 279-56, noyabr 51-00, dekabr 170-00; 1984-cü rüb yanvar 170-000, fevral 170-00, mart 170-00, aprel 170-00, may 170-00, iyun 170-00, iyul 170-00, avqust 170-00, sentyabr 170-00, oktyabr 170-00, noyabr 170-00, dekabr 170-00; 1985-ci rüb - yanvar 170-000, fevral 170-00, mart 170-00, aprel 212-58, may 127-50, iyun 170-00, iyul 170-00, avqust 170-00, sentyabr 170- 00, oktyabr 220-00, noyabr 220-00, dekabr 220-00; 1986-cı rüb yanvar 220-00, fevral 220- 00, mart 220-00, aprel 220-00, may 220-00, iyun 220-00, iyul 220-00, avqust 220-00, sentyabr 429-23, oktyabr 10-00, noyabr 220-00, dekabr 220-00; 1987-ci rüb - yanvar 220- 00, fevral 220-00, mart 220-00, aprel 220-00, may 220-00, iyun 220-00, iyul 220-00, avqust 220-00, sentyabr 220-00, oktyabr 167-62, noyabr 413-24, dekabr 38-26; 1988-ci rüb yanvar 220-00, fevral 220-00, mart 220-00, aprel 220-00, may 220-00, iyun 220-00, iyul 220-00, avqust 220-00, sentyabr 220-00, oktyabr 167-62, noyabr 413-24, dekabr 38- 26; 1989-cu rüb yanvar 267-73, fevral 270-00, mart 270-00, aprel 270-00, may 292-20, iyun 307-00, iyul 39-72, avqust 179-57, sentyabr 639-95, oktyabr 296-36, noyabr 307-00, dekabr 307-00; mükafat aprel 50-48, may 57-31, noyabr 86-02. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin 15 ferval 2019-cu il tarixli, M-30 nömrəli arxiv arayışına əsasən, Azərbaycan Respublikası Ticarət Nazirliyi arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1990-1993-cü illərə dair aşağıda göstərilən aylıq maaşı, 13-cü maaşı və mükafatı aşağıdakı kimi qeyd olunur: 1990-cı rüb - yanvar 432-00, fevral 432-00, mart 432-00, aprel 432-00, may 432-00, iyun 432-00, iyul 432-00, avqust 729-52, sentyabr 129-60, oktyabr 432-00, noyabr 432-00, dekabr 432-00, 13-cü maaş 480-21; mükafat – mart 216-15, may 174-42, sentyabr 432-00; 1991-ci rüb - yanvar 432-00, fevral 432-00, mart 432-00, aprel 432-00, may 492-00, iyun 492-00, iyul 492-00, avqust 492-00, sentyabr 492-00, oktyabr 868-26, noyabr 140-57, dekabr 700; mükafat fevral 359-68, dekabr 492-00; 1992-ci rüb/man yanvar 1400, fevral 1400, mart 1400, aprel 1400, may 2700, iyun 2700, iyul 6750, avqust 6750, sentyabr 8150, oktyabr 8150, noyabr 8150, dekabr 16314-19, mükafat fevral 441-23, iyun 2700; 1993-cü il man - yanvar 18000, fevral 18000, mart 18000, aprel 18000, may 18000, iyun 18000, iyul 18000, avqust 18000, sentyabr 28573-97, oktyabr 171283- 21, noyabr 77607-70, dekabr 128863-97, mükafat iyun 10000, noyabr 60000. İddiaçı əlavə olaraq sübut qismində əmək kitabçasının surətini, pensiya məbləği barədə məlumatı məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; Həmin Qanunun 26-cı maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması - 26.1.2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır; 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş pensiya məbləğinin yenidən hesablanması hüququ mövcuddur. Qanun tələblərinə görə əmək pensiyasının yenidən hesablanması zamanı əmək pensiyasının məbləğinin azaldılması nəzərdə tutulmamışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıya dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanmasında 28.08.2016- 31.05.2021 il tarixləri arasındakı dövr ərzində 2489,80 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edərək, həmin məbləğin qaytarılmasını tələb etmişdir. “Əmək pensyaları haqqında ” Qanunun 39.1 –ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh tərəfindən iddiaçıdan artıq ödənilmiş məbləğ kimi 2489,80 manat vəsaitin tələb edilməsi, iddiaçının əmək pensiyasının müvafiq artırımların nəzərə alınmaqla yenidən hesablanmasından (artırımasından) imtina edilməsi “Əmək pensiyaları haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunların müddəalarına ziddir Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Qanunvericiliyə görə artıq ödənilmiş pensiyanın geri qaytarılnması şəxsin razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında və razılığı olmadıqda məhkəmə qaydasında mümkündür. Bu halların heç biri mövcud deyil. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 28 fevral 2016-ci il tarixli qərar qüvvədə olduğu halda, həmin qərar əsasında 28.08.2016-ci il tarixdən 31.05.2021-ci il tarixədək olan dövr üçün hesablanmış və ödənilmiş əmək pensiyasının bir hissəsinin qaytarılması tələb olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsində göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.(64.3). “İnzibati icraat haqqında” Qanunun 21-ci (inzibati icraatda maraqlı şəxsin iştirakı ) maddəsinə əsasən, (21.1) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda;21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Cavabdeh inzibati icraat barədə iddiaçıya və ya onun nümayəndəsinə məlumat verməmiş, onun iştirakını təmin etməmiş, iddiaçının xəbəri olmadan iddiaçının əmək pensiyasını yenidən hesablayaraq pensiya məbləğini azaltmışdır. Məhkəmə iddiaçını dövlət qulluğunda olan müddətin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbində haqlı hesab etsə də, yaranmış fərqin birdəfəlik ödənilməsi hissəsində haqlı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1- 1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.1-ci maddəsinə görə, əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya 05.08.1982-ci il tarixdən 09.12.1993-cü il tarixinədək dövlət qulluğunda, Azərbaycan Respublikasının Ticarət Nazirliyində işlədiyi müddət daxil olmaqla ümumi iş stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə (fərqin birdəfəlik ödənilməsi) rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 08.1982-ci il tarixdən 12.1993-cü il tarixinədək 11 il 4 ay 4 gün dövlət qulluğunda Azərbaycan Respublikasının Ticarət Nazirliyində işlədiyi müddətin ümumi iş stajında nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar