Məhkəmə qərarları › İş №2-1(112)-2222/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2222/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2222/2020 05.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı kooperativ qaraja dair tərtib olunmuş sxemin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 saylı qərarı əsasında 160 saylı Mənzil Tikinti Kooperativ üçün ayrılmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, 13 saylı evin qarşısında yerləşən torpaq sahəsində inşa olunmuş 160 nömrəli MTK tərəfindən xx.xx.2002-ci ildə tərtib olunmuş daş qarajların sahiblərinin adlı siyahısında 13-cü sırada adı qeyd olunmaqla İddiaçı məxsus kooperativ qaraja dair tərtib olunmuş sxemin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər X1 xx.xx.1991-ci il tarixli 16/643 saylı qərarı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində 160 nömrəli MTK üçün torpaq sahəsi ayrılaraq kooperativ qarajların layihələndirilməsinə icazə verilmişdir. Qeyd olunan qərarın Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən xx.xx.2016-cı ildə verilmiş Ş-117 saylı arxivin sənədi ilə arxivdə mövcudluğu təsdiq olunur. Həmin qərar əsasında Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 nömrəli bina qarşısında tikilmiş daş qarajların sahiblərinin siyahısı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı N.Mehdiyev tərəfindən təsdiq olunmuşdur. Qeyd olunan adlı siyahı 160 saylı MTK tərəfindən tərtib olunduğundan və Bakı şəhəri Suraxanı RİHB tərəfindən təsdiq olunduğundan həmin adlı siyahı hal-hazırda 160 saylı MTK-nın arxivində saxlanılır. 160 saylı MTK xx.xx.2019-cu il tarixli məktubla bu fakt təsdiq olunur. Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş adlı siyahıda 13-cü sırada İddiaçı adı qeyd olunmuşdur. Qeyd olunan hüquqverici sənədlər əsasında 160 saylı MTKnın sədrinin imzası ilə “Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, 13 saylı evin qarşısında yerləşən İddiaçı məxsus qarajın sxemi MTK tərəfindən tərtib olunmuşdur. Tərtib olunmuş sxemin təsdiq olunması üçün RİH-nə ərizə ilə müraciət olunmuşdur. Lakin ərizəsinə xx.xx.2019-cu il tarixdə aşağıdakı məzmunda imtina cavab ünvanlamışdır: Mövcud qaraja dair sxemin təsdiq edilməsi haqqında Rayon İcra Hakimiyyətinə təqdim etdiyi ərizəyə əlavə olunan keçmiş Bakı Şəhər X3 İcraiyyə Komitəsinin qarajların tikintisi üçün torpaq sahəsinin ayrılması barədə rus dilində tərtib edilmiş xx.xx.1991-ci il tarixli 14/643 saylı qərar əsasında tikilmiş qarajların naməlum tarixdə Suraxanı RİH tərəfindən təsdiq edilmiş adlı siyahının azərbaycan dilində, latın əlifbası ilə tərtib olunması, təsdiq olunma tarixinin göstərilməməsi və həmin adlı siyahıda başlıq “Bakı Şəhəri X3 İcra Hakimiyyətinin ....” kimi qeyd edilməsi bu sənədin həqiqiliyinə şübhə yarandığından RİH müvafiq məktubla Dövlət Arxivinin Bakı filialına müraciət edərək, həmin qərar əsasında tərtib edilmiş adlı siyahının surəti arxivdə olduğu təqdirdə təqdim olunmasını xahiş etmişdir. Alınmış cavab məktubunda keçmiş Yeni Günəşli "xxxx"yaşayış sahəsi, 13 saylı binanın qarşısında yerləşən ərazidə qarajların tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhər XDS İK-nin (indiki Bakı Şəhər İcra Hakimiyyəti) xx.xx.1991-ci il tarixli, 14/643 saylı qərarın Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin qərara adlı siyahının əlavə edilmədiyi bildirildiyindən müraciətinin müsbət həlli RİH-nin səlahiyyətləri xaricindədir Mübahisə predmeti olan məsələlərin həllinin qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə qaydasında mümkünlüyünü nəzərə alaraq, aidiyyəti iızrə müraciət olunmasını tövsiyə edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, Bakı Şəhər XDS İKnin qərarı xx.xx.1991-ci il tarixdə verildiyindən və MTK təərfindən tərtib olunmuş adlı siyahı xx.xx.2002-ci il tarixdə tərtib olunaraq, həmin vaxt Bakı şəhəri Suraxanı RİHB tərəfindən təsdiq olunduğundan, XDS-nin qərarının arxasında adlı siyahının olmaması, yaxud sənədin İcra Hakimiyyəti tərəfindən arxivə göndərilməməsi imtina üçün əsas ola bilməz. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, iddiaçının nümayəndəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14/643 saylı qərarına əsasən tikilmiş qaraja plan-sxem verilməsini xahiş etmişdir. Müraciət araşdırılması ilə əlaqədar tərəflərindən RİHnin müvafiq məktubu ilə Dövlət Arxivinin Bakı filialına müraciət edərək, həmin qərar əsasında tərtib edilmiş adlı siyahının surətinin arxivdə olduğu təqdirdə Rayon İcra Hakimiyyətinə təqdim olunması xahiş edilmişdir. Dövlət Arxivinin Bakı filialından alınmış cavab məktubunda Yeni Günəşli "xxxx" yaşayış sahəsi, 13 saylı binanın qarşısında yerləşən ərazidə qarajların tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14/643 saylı qərarın arxivdə mövcud olduğu, lakin həmin qərara adlı siyahının əlavə edilmədiyi bildirilmişdir. Qeyd olunanları əsas götürərək vətəndaşın müraciətinin müsbət həllinin RİH-nin səlahiyyətləri xaricində olduğu bildirilmiş və zərurət yarandığından məsələnin həllinin qüvvədə olan qanunvericiliyə əsasən müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddiaya dair verilmiş yazılı münasibətə uyğun məzmunda izahat vermişdir. Tərəflər şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, Ş- 41/4-152 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, mövcud qaraja dair sxemin təsdiq edilməsi haqqında Rayon İcra Hakimiyyətinə təqdim etdiyi ərizəyə əlavə olunan keçmiş Bakı şəhər X3 İcraiyyə Komitəsinin qarajların tikintisi üçün torpaq sahəsinin ayrılması barədə rus dilində tərtib edilmiş xx.xx.1991-ci il tarixli, 14/643 saylı qərar əsasında tikilmiş qarajların naməlum tarixdə Suraxanı RİHB tərəfindən təsdiq edilmiş adlı siyahının azərbaycan dilində latın əlifbası ilə tərtib olunması, təsdiq olunma tarixinin göstərilməməsi və həmin adlı siyahıda başlıq “Bakı Şəhəri X3 İcra Hakimiyyətinin ....” kimi qeyd edilməsi bu sənədin həqiqiliyinə şübhə yarandığından RİH müvafiq məktubla Dövlət Arxivinin Bakı filialına müraciət edərək, həmin qərar əsasında tərtib edilmiş adlı siyahının surətinin arxivdə olduğu təqdirdə təqdim olunmasını xahiş etişdir. Alınmış cavab məktubunda keçmiş Yeni Günəşli "xxxx" yaayış sahəsi, 13 saylı binanın qarşısında yerləşən ərazidə qarajların tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhər XDS İK-nin (indikki Bakı Şəhər İcra Hakimiyyəti) xx.xx.1991-ci il tarixli, 14/643 saylı qərarın Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin qərara adlı siyahının əlavə edilmədiyi bildirildiyindən müraciətin müsbət həllinin RİH-nin səlahiyyətləri xaricində olduğu, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2016-cı il tarixli, Ş-117 saylı məktubla təqdim edilmiş Bakı şəhər X1 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli “Torpaq sahələrinin ayrılması haqqında” qərarından görünür ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin xahişi təmin edilərək (xx.xx.1991-ci il tarixli, 23/5-61 saylı məktub) və Surxanı rayonu, Yeni Günəşli, "xxxx" yaşayış massivindəhəmin evin sakinləri üçün 13 saylı yaşayış evinin qarşısında kooperativ qarajların layihələndirilməsi üçün torpaq sahəsi 160 saylı mənzil-tikinti kooperativinə ayrılmışdır. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Mənzil-Tikinti Kooperativinin İdarət Heyəti 160 saylı MTK tərəfindən verilmiş M-45 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, dina 13 ünvanının qarşısında Bakı şəhər X1 14/643 saylı qərarına əsasən torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində tikilmiş qarajların 29 yanvar 2002-ci ildə adlı siyahısı tərtib edilmişdir və Suraxanı Rayon İcra Hakimiyyəti ilə siyahı razılaşdırılmışdır. Həmin siyahıda İddiaçı adı vardır və qeyd olunan siyahının əsl nüsxəsi Kooperativin arxivində hal-hazırda mövcuddur. Siyahının təsdiq edilmiş surəti məktuba əlavə olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Mənzil-Tikinti Kooperativinin İdarət Heyəti 160 saylı MTK tərəfindən verilmiş 29 yanvar 2002-ci il tarixli, Ə/279 saylı Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 23 oktyabr 1991-ci il tarixli, 14/643 saylı qərarına əsasən Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 nömrəli binanın qarşısında tikilmiş daş qarajların sahiblərinin siyahısından görünür ki, həmin siyanın 13-cü sırasında bina 13, blok 1, mənzil 18 ünvanında yaşayan İddiaçı adı qeyd olunmuşdur. Göstərilən siyahı MTK-nın möhrü və baş direktorun imzası ilə təsdiqlənmiş, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının müavini ilə razılaşdırılmış və Suraxanı Rayn İcra Hakimiyyəti Başçının imzası təsdiq edilmişdir. İşdə olan sxemdən görünür ki, ünvan 5 ünvanının qarşısında yerləşən İddiaçı məxsus qarajın sxemi tərtib edilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Mənzil-Tikinti Kooperativinin İdarət Heyəti 160 saylı MTK-nın sədri tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Mənzil-Tikinti Kooperativinin İdarə Heyəti 160 №li MTK-nın 29 yanvar 2002-ci il tarixli Ə-7/279 li 23 oktyabr 1991-ci il tarixli 14/643 saylı Qərarına əsasən Yeni Günəşli qəsəbəsi yaşayış sahəsi "xxxx" 13 №li bina qarşısında tikilmiş daş qarajlarının sahiblərinin Siyahısının təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 220 saylı məktubda bildirmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı Şəhər İcra Hakimiyyətinin) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 14/643 saylı qərarı Dövlət Arixivinin Bakı filialında mövcuddur. Lakin həmin qərara adlı siyahı əlavə edilməmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli “Torpaq sahələrinin ayrılması haqqında” qərarına əsasən Bakı şəhəri Surxanı rayonu, Yeni Günəşli, "xxxx" yaşayış massivində həmin evin sakinləri üçün 13 saylı yaşayış evinin qarşısında kooperativ qarajların layihələndirilməsi üçün torpaq sahəsi 160 saylı mənzil-tikinti kooperativinə ayrılmışdır. Həmin qərar əsasında binanın qarşısında tikilmiş daş qarajların sahiblərinin siyahısı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Mənzil-Tikinti Kooperativinin İdarət Heyəti 160 saylı MTK tərəfindən tərtib edilmiş, həmin siyahı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən imzası ilə təsdiq edilmişdir. Həmin adlı siyahının 13-cü sırasında İddiaçı adı da qeyd olunmuşdur. İddiaçı istifadə və sahibliyində olan kooperativ qaraja dair tərtib olunmuş sxemin təsdiq edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən Bakı şəhər X1 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli qərara əsasən tikilmiş daş qarajların sahiblərinin siyahısının Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli “Torpaq sahələrinin ayrılması haqqında” qərarı hazırda qüvvədədir. Həmin qərarla 160 saylı MTK-ya ayrılmış torpaq sahəsində kooperativ daş hasar inşa etdirmişdir. Həmin torpaq sahəsində tikilmiş qarajların sahiblərinin 29 yanvar 2002-ci ildə adlı siyahısı tərtib edilmişdir və həmin siyahı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti ilə siyahı razılaşdırılaraq, İcra Hakimiyyəti Başçısının imzası ilə təsdiq edilmişdir. Siyahıya baxış keçirilərkən, həmin siyahının 13-cü bəndində İddiaçı adının qeyd olunduğu müəyyən edilir. Göstərilən siyahı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində hazırda mövcud olmasa da, lakin 160 saylı MTK tərəfindən verilmiş məktubdan görünür ki, qeyd olunan siyahının əsl nüsxəsi Kooperativin arxivində hal-hazırda mövcuddur. Hazırki halda cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Bakı şəhər X1 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli “Torpaq sahələrinin ayrılması haqqında” qərarı üzrə verilmiş adlı siyahının mötəbərliyinə əsaslı şübhələr olduğuna istinad etsə də, lakin həmin siyahının həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun tələbinə əsasən təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda məhkəmə həmin siyahını mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, göstərilən əsasla cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarı əsasında 160 saylı Mənzil Tikinti Kooperativ üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, 13 saylı evin qarşısında yerləşən torpaq sahəsində inşa olunmuş, 160 nömrəli Mənzil Tikinti Kooperativ tərəfindən xx.xx.2002-ci ildə tərtib olunmuş daş qarajların sahiblərinin adlı siyahısında 13-cü sırada adı qeyd olunmaqla İddiaçı məxsus kooperativ qaraja dair tərtib olunmuş sxemin təsdiq edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı Şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarı əsasında 160 saylı Mənzil Tikinti Kooperativ üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, 13 saylı evin qarşısında yerləşən torpaq sahəsində inşa olunmuş, 160 nömrəli Mənzil Tikinti Kooperativ tərəfindən xx.xx.2002-ci ildə tərtib olunmuş daş qarajların sahiblərinin adlı siyahısında 13-cü sırada adı qeyd olunmaqla İddiaçı məxsus kooperativ qaraja dair tərtib olunmuş sxemin təsdiq edilməsi vəzifəsicavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar