Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2223/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “üzvlüyə qəbul olunma barədə ərizəyə baxılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “üzvlüyə qəbul olunma barədə ərizəyə baxılması” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəmənin icraatına verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “üzvlüyə qəbul olunma barədə ərizəyə baxılması” iddiası üzrə icraata xitam verilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ona təqdim olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1055 saylı məktubu ilə tanış olduqdan sonra iddiasının uğurluluq ehtimalı olmadığını və iş üzrə qəbul ediləcək məhkəmə qərarına hörmətlə yanaşacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Səfərov iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün təqdim etdiyi ərizəyə baxılmasının təmin edilməsini tələb edir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyası məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İxtisas Komissiyasının katibi tərəfindən İddiaçı adına ünvanlanmış teleqramın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı vəkilliyə qəbulla bağlı keçmiş vəkil və hakimlər üçün nəzərdə tutulmuş ixtisas imtahanının şifahi müsahibə mərhələsinə dəvət olunması barədə məlumatlandırılmışdır. Həmçinin, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı şifahi imtahana dəvət olunmuş namizədlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Vəkillər X1 məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli, 1055 saylı məktubla bildirmişdir ki, İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə təqdim olunan ilk sənədlər əsas götürülməklə, digər eyni məzmunlu müraciətləri ona əlavə edilib müsahibə zamanı birlikdə baxılmış və İddiaçı müraciətlərinə baxılmasının nəticəsi barədə Kollegiya tərəfindən ona yazılı və şifahi cavablar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 28 yanvar 2020-ci il tarixli 3 saylı iclasın protokolunun çıxarışından müəyyən edilir ki, vəkilliyə qəbulla bağlı xx.xx.2019-xx.xx.2020-ci il tarixlərə təyin edilmiş ixtisas imtahanları və şifahi müsahibələr keçirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2020-ci il tarixə təyin edilmiş şifahi müsahibədə iştirak etməsi işin mübahisələndirilməyən halıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2019-cu il tarixli, 1114 saylı, xx.xx.2019-cu il tarixli, 1716 saylı, xx.xx.2020-ci il tarixli, 01 saylı və xx.xx.2020-ci il tarixli, 125 saylı məktublar ilə İddiaçı müraciətlərini cavablandırmışdır. Göründüyü kimi, iddiaçının üzvlüyə qəbul olunma ilə bağlı ərizəsinə cavabdeh tərəfindən baxılması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən iddiaçının tələbi təmin edildiyindən və mübahisə qalmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü və 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “üzvlüyə qəbul olunma barədə ərizəyə baxılması” tələbinə dair 2-1(112)-2223/2020 saylı iş üzrə icraata xitam verilir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2223/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2223/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver