Məhkəmə qərarları › İş №2-1(112)-2223/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2223/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2223/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin prosessual hüquqi varisi X7, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı Kərimov Kamil Sabir oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın ləğvi və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsindəki 49 nömrəli evin “A” tikilisindən ibarət olan və 58 il yaşadığı 2 otaqlı mənzilin Kərimov Kamil Sabir oğlunun adına sənədləşdirilməsi üçün əsas olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilən xx xxxxxx 2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsi ləğv olunduqu üçün həmin məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı idarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə Kərimov Kamil Sabir oğlunun adına verilən seriya FM N 013552 saylı qeydiyyat vəsiqəsinin 58 il yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilə dair hissədə ləğv olunması, qanuni əsaslarla 58 ildən çox qeydiyyatda olaraq yaşadığı və istifadə hüququna dair hüquqmüəyyənedici sənəd olan həmin mənzildə 58 il qeydiyyatda olduğunu təsdiq edən qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilinə dair adına çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Kərimov Kamil Sabir oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs Kərimov Kamil Sabir oğlu xx.xx.2019-cu ildə öldüyündən məhkəmə tərəfindən üçüncü şəxsin vərəsəsi X21 prosessual hüquq varisi kimi məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ərizəyə əlavə etdiyi sənədlərdən də göründüyü kimi 1962-ci ilin yanvar ayından başlayaraq indiyə qədər 58 ildən çoxdur ki, qanuni əsaslarla qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsindəki 49 nömrli evin "A" tikilisində olan 2 otaqlı mənzilində yaşayır. 2012-ci ildə, yəni həmin mənzildə 40 il yaşadıqdan ona məlum olmuşdur ki, 2001-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2001-ci il tarixində xəbəri olmadan verilən məhkəmə qətnaməsi əsasında Kərimov Sabir Mirzə oğlunun adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsindən sonra yaşadığı həmin Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsindəki 49 saylı ev "A", "B", "V" və "Q" tikililər adlanan mənzillərə bölünmüş və həmin mənzillər barəsində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə çıxarışlar verilmişdir. Bu iş barəsində 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsi qərardad verərkən iş materiallarının işində xx xxx 2013-cü il tarixində İdarə tərəfindən Seriya RX N 013552 saylı çıxarışı olmuşdur. Həmin çıxarışdan da göründüyü kimi, onun 58 ildən çox yaşadığı "A" tiklisində olan 2 otaq mənzil Kərimov Kamil Sabir oğlunun adına sənədləşdirilmişdir. Yuxarıda göstərdiyi kimi, bu işlə maraqlananda öyrənmişdir ki, isitfadə hüququna malik olduğu mənzillə bağlı istifadə hüququnun yaranmasından 40 ilə yaxın vaxt keçdikdən sonra xəbəri olması 2001-ci ildə mənzilinə dair başqasının adına qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas da 2001-ci ilin yanvar ayında xəbəri olmadan qanunsuz olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilən məhkəmə qətnaməsi olmuşdur (halbuki aidiyyətlə əlaqədar olaraq bu işə Sabunçu Rayon Məhkəməsində baxıla bilməzdi, çünki mübahisəli mənzil sahəsi və maraqlı şəxslər Yasamal rayonunun ərazisində olublar). Məhkəmə qətnaməsi ilə də real vəziyyət saxtalaşdırılaraq göstərilmişdir ki, guya həmin şəxs 40 ildir ki, həmin mənzildə, yəni onun həmin vaxta qədər 40 il yaşadığı mənzildə o yaşamışdır. Halbuki, işin faktiki halları ilə təsdiq olunur ki, həmin şəxs nəinki həmin mənzildə, heç həmin həyətdə belə onun yaşadığı 58 il müddətində heç bir gün də yaşamamışdır. Sonra da həmin şəxs guya yaşadığı həmin mənzili oğluna bağışlamışdır. 6 ilə yaxın gedən məhkəmə proseslərində həmin şəxsin mövcudluğu sual altında qalsa da, guya həyat yoldaşı olan X21 adında olan bir şəxs Nəsimi Rayon Məhkəməsində 7 il qabaq iddia qaldıraraq onu mənzildən çıxartmaq istəyirdi. Lakin məhkəmə onun iddiasını təmin etməyərək onun 58 il yaşadığı mənzilə istifadə hüququnu tanımışdır. Sonra da o, mənzilinin xəbəri olmadan qanunsuz olaraq özəlləşdirilməsi üçün əsas olan və 2001-ci ildə Sabunçu Rayon Məhkəməsi tərəfindən verilən qətnaməni rəsmi qaydada tələb edərək, həmin qətnamədən maraqlı tərəf kimi apelyasiya şikayəti vermişdir. Uzun müddətli məhkəmə çəkişmələrindən sonra Bakı Apelyasiya Məhkəməsi xx xxxxxxxx 2017-ci il tarixində 2(103)-9276/2017 saylı iş üzrə apelyasiya şikayətini qismən təmin edərək, həmin məhkəmə qətnaməsinin ləğv edilməsi barəsində qərardad vermişdir. Qarşı tərəf də kassasiya şikayəti vermək hüququndan istifadə edərək Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyası xx xxxx 2018-ci il tarixində verdiyi 2(102)- 1298 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin həmin qərarını qüvvədə saxlamışdır. O, qanuni qüvvədə olan Bakı Apelyasiya Məhkəməsinin qərardadının icrası üçün, ilk dəfə həm Bakı Apelyasiya Məhkəməsinə, həm də İdarəyə ərizə ilə müraciət etmişdir. İdarənin aidiyyətli vəzifəli şəxsləri tərəfindən qəbul olunmuşdur. Sənədlərə baxış zamanı məlum olmuşdur ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilən qərardadda işin nömrəsinin qeyd olunmasında texniki səbəblərdən yanlışlığa yol verilmişdir. Ona görə də yenidən Bakı Apelyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. xx xxxx 2019-cu il tarixində həmin həmin yanlışlığın aradan götürülməsi barəsində qərardad vermişdir. Məhkəmə qərardadında yol verilən yanlışlığı aradan qaldıran zaman Bakı Apelyasiya Məhkəməsində ona tövsiyə olunmuşdur ki, məlum məhkəmə qərardadından sonra onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu A.Qurbanov küçəsindəki 49 nömrli evin "A" tikilisi barəsində İdarə tərəfindən verilən Seriya RX N; ******* saylı şaxırışın Kərimov Kamil Sabir oğluna aid olan hissəsi qüvvədən düşmüşdür. Ona görə də həmin evin onun yaşadığı mənzilə dair olan hissəsinə dair adına çıxarışın verilməsinə dair aidiyyətli icra hakimiyyəti orqanlarına müraciət etsin. İmtina cavabı alandan sonra məhkəməyə müraciət edə bilər. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı X8 iddiası etirazla qarşılanır. Kərimov Kamil Sabir oğlunun iddia tələbində qeyd olunan qeydiyyat vəsiqəsinin ləğv olunması ilə bağlı İdarəyə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə müraciəti daxil olmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsi ilə ərizəçi Kərimov Sabir Mirzə oğlunun iddia ərizəsi təmin olunaraq, Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin X33, X34, Cəvahir Məhərrəm qızı və Məhərrəm Musa oğlunun adlarına olan 4/10 hissəyə ərizəçi Kərimov Sabir Mirzə oğlunun mülkiyyət hüququnun tanınması, ərizəçi Kərimov Sabir Mirzə oğlunun Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinin mülkiyyətçisi hesab edilməsi və Bakı şəhəri Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi Kərimov Sabir Mirzə oğlunun adına qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsi Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra olunaraq bununla bağlı xx.xx.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi ilə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı mülkün bölünərək “A” və “V” yaşayış tikililərinin Kərimov Sabir Mirzə oğluna, “B” və “Q” yaşayış tikililərinin X3 verilməsi qət edilmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi icra olunaraq bununla bağlı xx.xx.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. xx.xx.2001-ci il tarixdə 14 saylı DNK-da bağlanmış bağışlama müqaviləsinə əsasən Kərimov Sabir Mirzə oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsini (“A” və “V” tikililəri) Kərimov Kamil Sabir oğluna bağışlamışdır. Bununla bağlı xx.xx.2002-ci il tarixdə müvafiq əmlaka dair Kərimov Kamil Sabir oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. xx.xx.2002-ci il tarixdə 12 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən Kərimov Kamil Sabir oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsində “A” tikilisindən 2 otağı X10 satmışdır. Bununla bağlı xx.xx.2002-ci il tarixdə müvafiq əmlaka dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. xx.xx.2003-cü il tarixdə 12 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən Kərimov Kamil Sabir oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsində “V” tikilisindən 2 otağı (ü/s 36,1 kv.m, y/s 34,4 kv.m və k/s 1,70 kv.m sahəi) X2. Bununla bağlı xx.xx.2003-cü il tarixdə müvafiq əmlaka dair X22 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. xx.xx.2014-cü il tarixdə 14 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X28 mülkiyyətində olan müvafiq evin “V" tikilisindən 2 otağı (ü/s 36.1 kv.m, y/s 34.4 kv.m və k/s 1.70 kv.m sahəni) X20 satmışdır. Bununla bağlı xx.xx.2014-cü il tarixdə müvafiq əmlaka dair X17 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)-9962/2017 saylı qərardadı ilə ərizəçi Kərimov Sabir Mirzə oğlunun "daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması” barədə ərizəsi üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2-229/2001 saylı qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinin ləğv edilərək, ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018ci il tarixli, 2(102)-1299 saylı qərarı ilə Kərimov Kamil Sabir oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)- 9962/2017 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(102)-1299 saylı qərarı ilə müvafiq fərdi yaşayış evinə dair yuxarıda qeyd edilən dövlət reyestrində aparılmış qeydiyyatlara və reyestrdən çıxarışlara münasibət bildirilməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinin icrasına geriyə dönüş (aparılmış əməliyyatların ləğvi) barədə məkəmə aktı rəsmi qaydada İdarəyə daxil olduğu təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacağı barədə idarə tərəfindən İddiaçı **********34 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Bundan əlavə X1 fərdi yaşayış evinə dair çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə İdarəyə rəsmi qaydada müraciəti daxil olmuşdur. Lakin İdarəyə müraciət zamanı X23 tərəfindən fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinin icrasına dönüşlə bağlı qərar qəbul etmiş məhkəmələrə müraciətləri nəticəsiz qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X24 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin prosessual hüquq varisi X21, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbi üzrə verdikləri izahatlarında İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilinə dair heç bir hüququnun olmadığını, iddiaçının ünvan üzrə qeydiyyatda olmasının ona daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmadığını, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilən xx xxxxxx 2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinin icrası ilə bağlı həmin məhkəməyə müraciət edilməli olduğunu, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun olmamasını bildirərək iddianın mümkünsüz hesab olunmasını məhkəmədən xahiş etdilər. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 03130067 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə Rusiya Federasiyası, Dərbənd şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 1 ünvanıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 567353 №-li, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı, xx.xx.1959-ci il təvəllüdlü X4, xx.xx.1999-cü il təvəllüdlü X13 xx.xx.2005ci ildən ünvan 2 ünvanında qeydiyyatdadırlar. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********34 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2- 229/2001 saylı qətnaməsi ilə ərizəçi Kərimov Sabir Mirzə oğlunun iddia ərizəsi təmin olunaraq, Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin X33, X34, Cəvahir Məhərrəm qızı və Məhərrəm Musa oğlunun adlarına olan 4/10 hissəyə ərizəçi Kərimov Sabir Mirzə oğlunun mülkiyyət hüququnun tanınması, ərizəçi Kərimov Sabir Mirzə oğlunun Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinin mülkiyyətçisi hesab edilməsi və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi Kərimov Sabir Mirzə oğlunun adına qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsi Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra olunaraq bununla bağlı xx.xx.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi ilə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı mülkün bölünərək “A” və “V” yaşayış tikililərinin Kərimov Sabir Mirzə oğluna, “B” və “Q” yaşayış tikililərinin X3 verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-255/2001 saylı qətnaməsi icra olunaraq bununla bağlı xx.xx.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. xx.xx.2001-ci il tarixdə, 14 saylı DNK-da bağlanmış bağışlama müqaviləsinə əsasən Kərimov Sabir Mirzə oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsini (“A” və “V” tikililəri) Kərimov Kamil Sabir oğluna bağışlamışdır. Bununla bağlı xx.xx.2002-ci il tarixdə müvafiq əmlaka dair Kərimov Kamil Sabir oğluna adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. xx.xx.2002-ci il tarixdə 12 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən Kərimov Kamil Sabir oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsində “A” tikilisindən 2 otağı X10 satmışdır. Bununla bağlı xx.xx.2002-ci il tarixdə müvafiq əmlaka dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. xx.xx.2003-cü il tarixdə 12 saylı DNK-da bağlanmış alqısatqı müqaviləsinə əsasən Kərimov Kamil Sabir oğlu mülkiyyətində olan müvafiq evin 1/2 hissəsində “V” tikilisindən 2 otağı (ü/s 36.1 kv.m, y/s 34.4 kv.m və k/s 1.70 kv.m sahəni) X2. Bununla bağlı xx.xx.2003-cü il tarixdə müvafiq əmlaka dair X22 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. xx.xx.2014-cü il tarixdə 14 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X28 mülkiyyətində olan müvafiq evin “V” tikilisindən 2 otağı (ü/s 36.1 kv.m, y/s 34.4 kv.m və k/s 1.70 kv.m sahəni) X20 satmışdır. Bununla bağlı xx.xx.2014-cü il tarixdə müvafiq əmlaka dair X17 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(103)-9962/2017 saylı qərardadı ilə ərizəçi Kərimov Sabir Mirzə oğlunun “daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması” barədə ərizəsi üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinin ləğv edilərək, ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018ci il tarixli, 2(102)-1299 saylı qərarı ilə Kərimov Kamil Sabir oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)- 9962/2017 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(102)-1299 saylı qərarı ilə müvafiq fərdi yaşayış evinə dair yuxarıda qeyd edilən dövlət reyestrində aparılmış qeydiyyatlara və reyestrdən çıxarışlara münasibət bildirilməmişdir. Bununla əlaqədar bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-229/2001 saylı qətnaməsinin icrasına geriyə dönüş (aparılmış əməliyyatların ləğvi) barədə məkəmə aktı rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olduğu təqdirdə ərizəyə qanunamüvafıq qaydada baxılacaqdır. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən ərizəçi Kərimov Sabir Mirzə oğlunun iddiası təmin edilmiş, Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin X33, X34, Cəvahir Məhərrəm qızı və Məhərrəm Musa oğlunun adlarına olan 4/10 hissəsinə ərizəçi S.M.Kərimovun mülkiyyət hüququ tanınması, ərizəçi S.M.Kərimovun Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin 1/2 (ikidə bir) hissəsinin mülkiyyətçisi hesab edilməsi, Bakı şəhəri texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi S.M.Kərimovun adına qeydiyyat vəsiqəsinin verilməsinin tapşırılması qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadının surətindən görünür ki, həmin qərardada əsasən ərizəçi Kərimov Sabir Mirzə oğlunun daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması barədə ərizəsi üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli, 2-229/2001 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli, 2-229/2001 nömrəli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmış, xüsusi icraat qaydasında verilmiş ərizənin baxılmamış saxlanmasının maraqlı şəxslərin ümumi əsaslarla iddia vermək hüquqlarını istisna etməməsi izah edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-1299/2018 nömrəli qərarının surətindən görünür ki, həmin qərara əsasən cavabdeh Kərimov Kamil Sabir oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - 3 saylı Bakı “” ASAN xidmət” mərkəzi notariat ofisinin 1228 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cü il tarixdə vəfat etmiş Kərimov Kamil Sabir oğlunun vərəsələrinin dairəsi müəyyən olunaraq X14 xx.xx.2020-ci il tarixdə 2V/332 və xx.xx.2020-ci il tarixdə 2V/409 reyestri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. - İdarəsinin **********93 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən ərizəçi Kərimov Sabir Mirzə oğlunun iddiası təmin edilmiş, Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin X33, X34, Cəvahir Məhərrəm qızı və Məhərrəm Musa oğlunun adlarına olan 4/10 hissəsinə ərizəçi S.M.Kərimovun mülkiyyət hüququ tanınması, ərizəçi S.M.Kərimovun Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin 1/2 (ikidə bir) hissəsinin mülkiyyətçisi hesab edilməsi, Bakı şəhəri texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi S.M.Kərimovun adına qeydiyyat vəsiqəsinin verilməsinin tapşırılması qət edilmişdir. xx.xx.2001-ci il tarixli bağışlama müqaviləsinə əsasən Kərimov Sabir Mirzə oğlu xx.xx.2001-ci ildə r.k. 180, s.8549, 30/21-li qeydiyyat vəsiqəsinə görə ona məxsus olan Bakı şəhəri, A.D.Qurbanov 49 saylı evin 1/2 hissəsi “A” və “V” tikililərini oğlu Kərimov Kamil Sabir oğluna bağışlamışdır. xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Kərimov Kamil Sabir oğlu Bakı şəhəri TİB-dən xx.xx.2002-ci il tarixdə, 180 №-li r/kitabının 8549-cu səh. verdiyi q/vəsiq. əsasən ona məxsus olan ünvan 5 ünvanın 1/2 hissədə “A” tikintidən iki otağdan ibarət yaşayış evini X10 satmışdır. xx.xx.2019-cu il tarixli, Seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisindən 2 otaq və “V” tikilisindən 1 otaq y/s-10,3 kvm. Kərimov Kamil Sabir oğlunun, “A” tikilisindən 2 otaq X11, “V” tikilisindən 2 otaq y/s 34,4 kv.m., k/s 1,7 kvm. X12, “Q” tikilisindən 3 otaq y/s 31,8 kvm., k/s 9,2 kvm. X19, “Q” tikilisindən 1 otaq (y/s 15,0 kvm.), k/s 10,5 kvm. X15, “B” tikilisi X9 mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən ərizəçi Kərimov Sabir Mirzə oğlunun Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin 1/2 (ikidə bir) hissəsinin mülkiyyətçisi hesab edilməsi və Bakı şəhəri texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinə Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə ərizəçi S.M.Kərimovun adına qeydiyyat vəsiqəsinin verilməsinin tapşırılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi İdarə tərəfindən icra olunaraq Kərimov Sabir Mirzə oğluna xx.xx.2001-ci il tarixli, r.k. 180, s.8549, 30/21-li qeydiyyat vəsiqəsi verilmiş, həmin qeydiyyat vəsiqəsinə əsasən Kərimov Sabir Mirzə oğlu mülkiyyətində olan daşınmaz əmlakı oğlu Kərimov Kamil Sabir oğluna bağışlamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadına əsasən Kərimov Sabir Mirzə oğluna xx.xx.2001-ci il tarixli, r.k. 180, s.8549, 30/21-li qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli, 2-229/2001 nömrəli qətnaməsi ləğv edilmişdir. İddiaçı Kərimov Sabir Mirzə oğlunun A.D.Qurbanov küçəsi, 49 saylı evin 1/2 hissəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olmuş məhkəmə qətnaməsinin ləğv edilməsini əsas göstərək həmin qeydiyyatın ləğv edilməsi üçün həm Sabunçu rayon məhkəməsinə, həmçinin cavabdeh inzibati orqana müraciət etmişdir. Birinci instansiya məhkəməsi icraya dönüşün qanunvericilikdə nəzərdə tutulmamasını, cavabdeh inzibati orqan isə dövlət reyestrində aparılmış qeydiyyatlara və reyestrdən çıxarışlara məhkəmə qərarlarında münasibət bildirilməməsini əsas gətirərək iddiaçının müraciətlərini təmin etməmişlər. Hazırda İddiaçı cavabdeh tərəfindən xx.xx.2002-ci il tarixdə Kərimov Kamil Sabir oğlunun adına verilən seriya FM N 013552 saylı qeydiyyat vəsiqəsinin Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilə dair hissədə ləğv olunmasını, onun həmin mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsini tələb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.4-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. xx xxx 2009-cu il tarixli, 819-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən çıxarılmış 235-ci maddəsinə əsasən qətnamənin dərhal icra edilməsinə yol verildikdə, məhkəmə qətnaməsi ləğv edildiyi halda, hakim onun icrasının dönüşünün təmin edilməsini tərəfdən tələb edə bilər. Məhkəmə qeyd edir ki, Kərimov Sabir Mirzə oğlunun Bakı şəhəri, A.Qurbanov küçəsindəki 49 saylı evin 1/2 (ikidə bir) hissəsinin mülkiyyətçisi hesab edilməsi barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2-229/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)-9962/2017 nömrəli qərardadına əsasən ləğv edildiyindən həmin qətnamənin icrası ilə bağlı cavabdeh inzibati orqan tərəfindən aparılmış dövlət qeydiyyat da ləğv edilməli idi. Lakin mülki prosessual qanunvericiliklə qətnamənin icrasına dönüş məsələsinə baxılması mümkün olmadığından həmin məsələyə inzibati icraat qaydasında baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi təmin edilməklə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləgv edilməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 49 saylı evin “A” tikilisində olan 2 otaqlı mənzilinə dair iddiaçının adına çıxarışın verilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia olunan əmlaka dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərə malik olması müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının əmlak üzərində hüquqlarının qeydə alınması barədə müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməldir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2- 229/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-229/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar