Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2224/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb X6 Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb X6 Komissiyası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, onun aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi düzgün təyin edilmədiyindən, həmin qərarın ləğv edilərək “Xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və müstəqilliyinin müdafiəsi zamanı alınmışdır” formasında təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1973-cü il tarixdə Zəngilan rayonunda doğulmuş, Keçmiş SSR ordusunda 1991-1993-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Lakin, sonradan Azərbaycan Respublikası müsətqillik əldə etdikdən sonra Ermənistanla hərbi münaqişə yarandığı vaxt o, da həmin dövrdə Azərbaycan Respublikasının daxili işlər orqanının əməkdaşı kimi xx xxxxx 1994-cü ildə qulluqda olduğundan xx xxxxx 1994-cü il tarixdən Füzuli rayonunun işğal edilmiş kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmişdir. Zəngilan rayon polis şöbəsinin xx xxx 1994-cü il tarixli arayışından görünür ki, o, həmin dövrdə işğalçılara qarşı döyüşmüşdür. xx xxxxxx 1995-ci il tarixədək polis nəfəri kimi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı o, aldığı xəsarətlər nəticəsində “qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, Kontuziya” diaqnozu ilə 3 nömrəli şəhər kliniki xəstəxanasında xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək müalicə olunmuşdur. Həmçinin polis orqanlarından işdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Saray Qəsəbə xəstəxanasında “Keçirilmiş qapalı kəllə-beyin travması qalıq əlamətləri, baş beyin silkələnməsi, kontuziya” diaqnozu ilə stasionar qaydada müalicə olunmuşdur. İnzibati orqanın yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmasından imtina etməsi barədə məktubu qanunsuzdur. Onun həkim komissiyasına travma haqqında arayış təqdim etmədiyindən aldğı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün deyil. Bu əsaslandırma qanunsuzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair 029-977-1220/4 №li xx.xx.2020-ci il tarixli mülahizəsində göstərmişdir ki, İddiaçı DİN Tibb İdarəsinə təqdim etdiyi sənədlər araşdırılarkən xidməti təhqiqat materialları (xidməti rəy, travma haqqında arayış) aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarının 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqan rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə xidməti vəzifələrin icrası ilə bağlı olub-olmaması göstərilir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarının 7.3-cü bəndinə əsasən Xüsusi həkim komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyindən aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün olmamışdır. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb X6 Komissiyası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili X5 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçının nümayəndəsi X3 ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb X6 Komissiyası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, qərarın ləğv edilməsi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2224/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2224/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver