Məhkəmə qərarları › İş №2-1(112)-2225/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2225/2020

24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2225/2020 24.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı Cavabdeha qarşı “əmək kitabçasına qeydin yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı Cavabdeha qarşı “əmək kitabçasına qeydin yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə” iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, sonradan həmin işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-2225/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci qrup əlildir, xx.xx.1987-ci ildə Maştağa sovxozu fəhlə kooperativinin 2 nömrəli çörək qənnadı sexinə bişirici usta vəzifəsinə qəbul edilmişdir. İddiaçı Cavabdehın 9Ф nömrəli, xx.xx.1989-cu il tarixli əmri əsasında köçürmə yolu ilə Təssərrüfat hesablı Maştağa çörəkxanasının Zabrat çörəkxanasının sahə ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə Azərittifaqın Sənaye müəssisələrinin istehsalatbirliyinin Zabrat çörəkbişirmə müəssisəsinə direktor vəzifəsinə təyin edilmiş (xx.xx.1990-cı il tarixli 223-k №-li Əmr: əmək kitabçası səh.26), həmin vəzifəni 1995-ci ilədək icra etmiş, lakin əmək kitabçasında işdən azad olma qeydi aparılmamışdır ki, bu səbəbdən də xx.xx.2019-cu il tarixdə Cavabdehın rəhbərliyinə müraciət edərək, Zabrat çörəkbişirmə müəssisəsinin direktoru vəzifəsindən azad edilməsi ilə əlaqədar qeydin əmək kitabçasına yazılaraq təsdiq edilməsi üçün səlahiyyətli şəxslərə göstəriş verilməsini xahiş etmişdir. Müraciətinə əsasən, Azərbaycan Mərkəzi Kooprativlər İttifaqı Cavabdehın xx.xx.2019-cu il tarixli, AAŞ-74/86 №-li məktubu ilə, Azərittifaqın Sənaye müəssisələri istehsalat birliyinin və onun tabeliyində olan Zabrat çörəkbişirmə müəssisəsinin sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyinə əsaslanaraq iddiaçının həmin təşkilatda işləməyi haqqında heç bir məlumat təqdim edilməmiş və bu səbəbdən ona imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Hazırlıq icraatı üzrə məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan çıxış edir. Hazırki iddia tələbi üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na inzibati orqan kimi daxil edilməmişdir. Bu səbəbdən də, iddianın növündən asılı olmayaraq inzibati orqan hesab edilməyən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı Cavabdeha qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilmir. Bundan başqa, işin faktiki hallarından müəyyən edilir ki, iddia tələbi iddiaçının Azərittifaqın Sənaye müəssisələrinin istehsalatbirliyinin Zabrat çörəkbişirmə müəssisəsindən işdən azad edilməsi ilə əlaqədar ona məxsus əmək kitabçasında işdən azad edilmə barədə qeydin aparılmaması ilə əlaqədardır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mulki- Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən huquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 25.3cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, Azərittifaqın Sənaye müəssisələrinin istehsalatbirliyinin Zabrat çörəkbişirmə müəssisəsindən işdən azad edilməsi ilə əlaqədar faktın müəyyən edilməsinə dair ərizə iləmülki məhkəmə icraatı qaydasında yaşayış yeri üzrə qeydiyyatda olduğu yerin məhkəməsinə ərizə ilə müraciət edə bilər. İnzibati-Prossessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar