Məhkəmə qərarları › İş №2-1(112)-2225/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2225/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2225/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 8249,30 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Mərkəzi Filial) xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edərək mərhum atası X2 xx.xx.2022-cü il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Ələkbər Əsgərov 13 mart 2022-ci il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 1 aprel 2022-ci il tarixindən 30 sentyabr 2022-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum Ələkbər Əsgərova məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 8969,30 manat təşkil etmişdir. Bundan sonra, X9 vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh ölkə üzrə minimum əmək pensiyasının (240,00 manat) üç misli məbləğində 720,00 manat dəfn müavinəti hesablanmışdır. Ələkbər Əsgərovun müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 8969,30 manat vəsaitdən 720,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 8249,30 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmişdir. İddiaçı tərəfindən ünvan 1 ünvanında yaşayan mərhum X4 Əsgərovaya yaranmış 8249,30 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində **********6 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh məhkəməyə iddiaya yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. X8 Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, tərəflər arasında mülki hüquqdan irəli gələn münasibətlər olmadığından, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan “Pensiya” alt sistemindən çıxarışdan görünür ki, əmək pensiyasçısı X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 1494,90 manat əmək pensiyası ödənilmişdir. İşdə olan 262611 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan "xxxx" ASC tərəfindən təqdime dilmiş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, Ə.Əsgərova məxsus pensiya kart hesabına xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 8969,40 manat mədaxil olunmuş, 8970,02 manat məxaric olunmuşdur. Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qaraməryəm kənd inzibati-ərazi nümayəndəliyinin 635 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum atası X1 dəfnini təşkil etmiş və dəfnin bütün xərclərini özü çəkmişdir. İşdə olan Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2022-ci tarixli ərizəsindən görünür ki, o Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, atası pensiyaçı X6 xx.xx.2022-ci il tarixində vəfat etdiyindən onun dəfn xərcinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, artıq alınmış pensiya məbləği olarsa, dəfn üçün verilən müavinətdən çıxılmasına etiraz etməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli artıq ödənilmiş pul vəsaiti haqqında məktubundan göstərilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçının vəfat etdiyi gündən sonrakı ayın 1-dən dayanır. X5 13 mart 2022-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 1 aprel 2022-ci il tarixindən 30 sentyabr 2022-ci il tarixinədək əmək pensiyası köçürülmüşdür. Bu səbəbdən də mərhum Ələkbər Əsgərova məxsus kart hesabına 8969,30 manat artıq pul vəsaiti köçürülmüşdür. Ələkbər Əsgərovun vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ölkə üzrə minimum əmək pensiyasının (240,00 manat) üç misli məbləğində 720,00 manat dəfn müavinəti hesablanmışdır. X9 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 8969,30 manat vəsaitdən 720,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 8249,30 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edilmişdir. Cavabdeh həmin məbləği ödəmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ): - maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; - maddə 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. - maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Sadalanan normalar əmək pensiyaçısının sağlığında onun hesabına ödənilmiş pensiya məbləğinin geri qaytarılması hallarını tənzimləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsində əmək pensiyaçısı vəfat etdikdə ona təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi onun vəfat etdiyi gündən dayandırılmasını nəzərdə tutulsa da, eyni Qanunla vəfat etmiş şəxsin hesabına artıq ödənilmiş məbləğin hansı qaydada geri qaytarılmalı olması əsasları bilavasitə tənzimlənməmişdir. Vəfat etmiş şəxsə ödənilməli pensiya məbləği ilə bağlı norma ƏPQ-nin 42.1-ci maddəsidir. Adı çəkilən maddəyə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Göründüyü kimi vəfat etmiş şəxsə vəfat edən günədək ödənilməli olan pensiyanın tələb edilməsində qanun mülki qanunvericiliyə göndəriş edir. Qeyd edilən vəfat etmiş şəxsə ödənilməli olan yeganə bu normanın (maddə 42.1) mahiyyəti üzrə əksi vəfat etmiş əmək pensiyaçısının hesabına ödənilmiş lakin vəfat etməsindən dolayı verilməli olmayan əmək pensiyası məbləğinin mülki qanunvericilikdə nəzərdə tutulan qaydada qaytarılması ola bilər. Başqa sözlə, məhkəmə hesab edir ki, vəfat etmiş şəxsin hesabına artıq ödənilmiş pensiya məbləğinin ən azından kimdən geri tələb edilməli olması əsası da mülki qanunvericiliyin tələbləri üzrə araşdırılmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, əsassız varlanma tələbi üzrə cavabdehlik o şəxsə münasibətdə yaranır ki, şəxs başqa şəxsin hesabına hüquqi əsas olmadan və yaxud aradan qalxmış əsasa görə əmlak əldə etmiş olsun. İşdən görünür ki, mərhum Ələkbər Əsgərov xx.xx.2022-ci il tarixdə vəfat etmiş, lakin bu barədə Fonda məlumat verilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənilməsi üçün nəzərdə tutulmuş bank hesabına mart 2 022-sentyabr 2022-ci illərdə 8969,30 manat pensiya ödənişi köçürülmüşdür. Həmin məbləğdən 720 manat dəfn pulu çıxılmışdır və hazırkı halda inzibat orqan qalan 8249,30 manat pul vəsaitinin mərhumun qızı Cavabdeh tutularaq büdcəyə ödənilməsini mübahisələndirir. Məhkəmə iclasında iştirak edən S.Ələsgərova həmin məbləği almasını qəbul etmiş, lakin pul vəsaitinin geri qaytarılmasına etiraz edərək, həmin məbləğin atasına məxsus sığorta hesabında toplanan pensiya kapitalı ilə əvəzləşdirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin əldə etdiyi 8249,30 manat pul vəsaitinin hər hansı bir hüquqi əsasının olmamasını nəzərə alaraq hesab edir ki, iddiaçı tələbində haqlıdır, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Artıq ödənilmiş 8249,30 manat dövlət vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar