Məhkəmə qərarları › İş №2-1(112)-223/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-223/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-223/2020 08.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X5) qarşı qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3648/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qərardadına əsasən X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda yaşadığı ünvan 2 ünvanında (əvvəlki 19-cu Dağüstü küçəsi, ev 23, mənzil 27) yerləşən yaşayış sahəsi Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 17 nömrəli və 28 mart 1994-cü il tarixli sərəncamına əsasən onun sahibliyinə və istifadəsinə verilmişdir. 20 aprel 1994-cü il tarixdə ona 011578 nömrəli order verilmiş və orderdə həmin mənzildə yaşaması üçün ailə üzvləri – X6, X9, X11 və X3 adları göstərilmişdir. O, ailə üzvləri ilə birlikdə 1994-cü ildən etibarən həmin mənzildə yaşayır. Lakin ona bu yaxınlarda məlum olmuşdur ki, X10 ona məxsus mənzildə qeydiyyatdadır. X2 mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə ərizə ilə müraciət etsə də, sonuncu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edərək bundan imtina etmişdir. Lakin cavabdeh orqan tərəfindən Zahid Hüseynovun qeydiyyatda olduğu mənzillə ona məxsus olan və hazırda qeydiyyatda olduğu mənzilin eyniyyət təşkil etməməsi və Hüseynov Zahidin həmin mənzildə yaşamaması nəzərə alınmamışdır. Belə ki, sözügedən binada bərpa işləri aparıldıqdan sonra bir neçə mənzil birləşdirilmiş və mənzillərə yeni nömrələr verilmişdir. Nəticədə isə Zahid Hüseynov yanlışıqla onun mənzilinə qeydiyyata düşmüşdür. 78 saylı MKİS- nin 5 avqust 2019-cu il tarixli arayışından da görünür ki, Zahid Hüseynova məxsus 27 saylı otaq binanın 2-ci mərtəbəsində yerləşir. Onun qeydiyyatda olduğu 27 saylı otaq isə binada rekonstruksiya işləri aparıldıqdan sonra bir neçə otağın birləşdirilməsi nəticəsində yaranmışdır və binanın 3-cü girişinin 4-cü mərtəbəsində yerləşir. Hüseynov Zahidin ona məxsus mənzildə qeydiyyatda olmasına baxmayaraq o, heç vaxt həmin ünvanda yaşamamışdır. Ümumiyyətlə onun mənzili ilə Zahid Hüseynovun qeydiyyatda olduğu 27-ci mənzilin heç bir əlaqəsi yoxdur. Zahid Hüseynov hazırda başqa ünvanda yaşayır və onun mənzili barəsində əmlak hüquqları yoxdur. Bu səbəbdən də Zahid Hüseynovun həmin mənzildə qeydiyyatda qalmasının heç bir əsası yoxdur və bu hal onun əmlak hüquqlarının pozulmasına səbəb olur. X2 ona məxsus mənzildə qeydiyyatda qalması üçün hüquqi əsas yoxdur, onun qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 ifadəsində göstərmişdir ki, 1983-cü il tarixində ünvan 3 ünvanına qeydiyyata düşmüşdür. Lakin həmin ünvanda heç bir zaman yaşamamışdır. Hazırda Lənkəran şəhərində kirayədə yaşayır. İddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Lakin cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 011578 saylı, 30 mart 1994-cü il tarixli orderin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 27 saylı mənzil 5 nəfər ailə üzvü ilə birlikdə X4 verilmişdir. Orderə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsi tərəfindən edilmiş qeyddən görünür ki, orderdə əvvəlki 19-cu Dağüstü küçəsi, ev 23, mənzil 27 hazırda S.Bəhlulzadə küçəsi, ev 23, mənzil 27 ünvanıdır. İşdə olan ünvan 694-cü il tarixli Sərəncamından görünür ki, 49 saylı Trestin vəsaiti hesabına tikilmiş Dərnəgül qəsəbəsi, 19-cu Dağüstü küçəsi, ev 23, giriş 3, mərtəbə 4, yaşayış sahəsi 59,4 kv.metr olan 3 otaqlı 27 nömrəli mənzil ailə tərkibi 5 nəfər olmaqla X4 verilmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 059- 41772 saylı məktubla Forma 1 (fərdi uçot kartoçkasının) surəti məhkəməyə təqdim edilmişdir. Həmin fərdi uçot kartoçkasından görünür ki, X10 ünvan 7 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X10 ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, ***- *******-3219 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X2 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirildiyi, buna görə də məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə araşdırması dövründə sorğu əsasında X2 ünvan 2 ünvanına pasport qeydiyyatına alınmasına əsas olmuş sənədlər sorğu əsasında Bakı şəhəri Cavabdehndən tələb edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 059-16729 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X10 xx.xx.2011-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunmasının imkan xaricində olması göstərilmişdir. Məhkəmə araşdırması dövründə həmçinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinə sorğu göndərilərək, X2 və X1 faktiki yaşadıqları və qeydiyyatda olmalı ünvanlar barədə məlumatın təqdim edilməsi tələb edilmişdir. Sorğuya cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 09 yanvar 2020-ci il tarixli, 2 saylı məktubdan görünür ki, keçmiş 4 saylı X7 İdarəsinin fəhləsi olmuş X10 16 avqust 1984-cü ildə Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 23 saylı binanın (keçmiş 3 saylı yataqxananın) 2-ci mərtəbəsində yerləşən 27 saylı otağına qeydiyyata düşmüşdür. Hal-hazırda onun hrada yaşaması məlum deyil. X2 arxiv sənədində, yəni ona məxsus F-A blankında otaq 97 göstərilmişdir. Göstərilən binada əsaslı yenidənqurma və rekonstruksiya işləri aparıldıqdan sonra ordakı 4-cü mərtəbədə yerləşən 80, 100, 101, 102 saylı otaqlar birləşdirilərək 27 saylı mənzil kimi X4 verilməli idi. Lakin heç bir dəyişiklik olmadan sonuncuya İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir. Həmin sərəncam əsasında pasport qeydiyyatına alınmışdır. Binadakı məcburi köçkünlər köçürülmüş, bina qəzalı olduğuna görə onun sökülməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 27 saylı mənzil 5 nəfər ailə üzvü ilə birlikdə X4 verilmişdir və hazırda həmin ünvan dəyişdirilərək, S.Bəhlulzadə küçəsi, ev 23, mənzil 27 ünvanı kimi qeydə alınmışdır. İddiaçının ailə üzvü olmayan, tanımadığı və heç bir qohumluq əlaqəsi olmayan üçüncü şəxs X10 16 avqust 1984-cü ildə Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 23 saylı binanın (keçmiş 3 saylı yataqxananın) 2-ci mərtəbəsində yerləşən 27 saylı otağına qeydiyyata düşmüşdür. Lakin həmin tarixdən bu günədək göstərilən ünvanda yaşamamışdır və qeydiyyatı formal xarakter daşıyır. Üçüncü şəxs X10 məhkəmə iclasında verdiyi izahatında bu günədək həmin ünvanda yaşamadığını, qeydiyyatının formal xarakter daşıdığını təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus ünvan 2 ünvanındanqeydiyyata alınması üçün əsas olmuş sənədlərin həqiqətə uyğun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 ona məxsus ünvan 2 ünvanındanqeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X2 ünvan 2 ünvanındanqeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar