Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-223/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə işə materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx N955-ci il tarixdə Kürdəmir rayonunun Qocalı kəndində doğulmuşdur. Ailəlidir, ali təhsillidir. N99N-ci ilin avqust ayının N8-dən N996-cı ilin noyabr ayının N6-dək Kürdəmir Rayon Hərbi Komisarlığında Səfərbərlik və qeydiyyat şöbəsinin rəisinin baş köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. N99N-ci ildə Respublikada qismən səfərbərlik elan olunmuşdur. N993-cü lin noyabr ayında bütün rayonlarda olduğu kimi, Kürdəmir rayonunun motoatıcı bölüyünün komplektləşdirilməsində və şəxsi heyətin Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinə döyüş tapşırığını yerinə yetirmək üçün təhsil verilməsində yaxından iştirak etmiş, hərbi hissəni müxtəlif səbəblərdən özbaşına tərk etmiş əsgərləri və onlardan toplanmış silah və sürsatları adlı siyahı və qaimələrlə hərbi hissəyə və müxtəlif yerlərdə yerləşən təlim toplanış məntəqələrinə təhvil vermişdir. Bütün bunları Kürdəmir rayonunun bütün ictimaiyyəti və onunla bir şöbədə işləmiş və hazırda həmin şöbədə işləyən şəxs (X8) də təsdiqləyə bilər. Bütün sənədlər hal-hazırda Kürdəmir Rayin Hərbi Komissarlığında (SHXÇD Xidmətinin Kürdəmir rayon şöbəsi) saxlanılır. Dəfələrlə Kürdəmir Rayon Hərbi Komissarlığına rəsmi müraciət etsə də, öna müvafiq köməklik göstərilməmiş, hətta ərizələrə cavab verilməmişdir. İddiaçı bundan sonra ona köməklik göstərilməsi üçün Kürdəmir RİH-ə müraciət etmişdir. RİH-də ərizə nəzarətə götürüldükdən sonra nəzərdə tutulan sənədlərin bir hissəsi ona cavab məktubu ilə göndərilmişdir. Cavab məktubunda göstərilir ki, ezamiyyət jurnalı məhv edildiyi üçün onun barəsində heç bir məlumat yoxdur. Lakin bu işə o (iddiaçı), məsuliyyət daşımır. O, zabitdir, əmrə tabedir, əmri yerinə yetirmişdir. Həmin şəraitdə veriılən əmr müzakirə olunmur. İddiaçı bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna, Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və həmin Xidmətin Kürdəmir rayon şöbəsinə müraciətlər ünvanlamış və ona köməklik göstərilməsini xahiş etmişdır. Lakin həmin qurumlar ona bəsit cavab verməklə kifayətlənmiş və onun faktiki qanuni tələbini yerinə yetirməmişlər. O (iddiaçı), N-ci ilin fevral ayından N999-cu ilin fevral ayınadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 – Cəbrayıl istiqamətində Respublikanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirən əməliyyat alayında siyasi şöbədə kapitan rütbəsində ön mövqedə Arazboyu, Cocuq Mərcanlı, Lələtəpə və adsız yüksəkliklər uğrunda döyüş şəraitində xidmət etrmişdir. Bununla əlaqədar o, Daxili İşlər Nazirliyinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsin xahiş etmişdir. Ona atəşkəs dövründə dislokasiya Füzuli rayonu – döyüş bölgəsi olmuş müvafiq hərbi hissədə xidmət etdiyi bldirilmiş və bu səbəbdən qaldırdığı məsələnin müsbət həlli mümkün olmamışdır. Vətəndaşlara veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 nömrəli qərarının tələblərinə əsasən (əlavə və dəyişiliklər nəzərə alınmaqla) tənzimlənir. Bu Əsasnamənin Nci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevral ayının N-dən N994-cü ilin may ayının NN-dək, həmçinin N994-cü ilin may ayının NN-dən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olanm vətəndaşlara müharibə veteranə adı verilir. Müvafiq qanunvericiliyin tələblərindən aydın olur ki, “müharibə veteranı” adı və vəsiqəsi N fevral N988-ci il tarixdən NN may N994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçmiş, döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara verilir. Bundan başqa, o (iddiaçı), hərbi xidmətdə olarkən ürək çatışmazlığı, stenokardiya, şəkərli diabet, hipertoniya və digər xəstəliklərə düçar olmuş, bu gün də onlardan əziyyət çəkir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının, İPM-in müddəalarını və digər normativ-hüquqi aktların tələblərini rəhbər tutaraq, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı məhkəməyuə ünvanlanmış N iyun N0N0-ci il tarixli məktubunda (yazılı münasibətində) aşağıdakılar bildirilir: - Sabiq hərbi qulluqçu İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən təqdim olunmuş arxiv arayışında vətəndaş İddiaçı atəşkəs dövründə dislokasiya yeri Füzuli rayonu – döyüş bölgəsi olmuş N saylı hərbi hissədə xidmət etməsi qeyd olunsa da, onun döyüş əməliyyatlarında iştirakı barədə hər hansı məlumat aşkar olunmamışdır. Bundan əlavə, arxiv arayışında X3 3N yanvar N000-ci il tarixli 6 nömrəli əmrinə əsasən İddiaçı N saylı hərbi hissə komandirinin N fevral N000-ci il tarixli 40 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla, Silahlı Qüvvələrə ehtiyata buraxılaraq N4 fevral N000-ci il tarixdən Kürdəmir RHK-yə göndərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik vıə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (nümayəndəsinin) iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində aşağıdakılar bildirilir: - İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaya əsasən İddiaçı N8 avqust N99N-ci il tarixdən N6 noyabr N996-cı il tarixədək Kürdəmir RHK-da Səfərbərlik və qeydiyyat şöbəsinin rəisinin baş köməkçisi vəzifəsində kapitan rütbəsində həqiqi hərbi xidmətdə olduğunu vurğulamışdır və eyni zamanda, səfərbərlik elan olunduğu gündən sonra N993-cü ilin noyabr ayında şəxsi heyətin Müdafiə Nazirliyinin 70N saylı hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün təhvil verilməsində yaxından iştirak etdiyini, eləcə də hərbi hissəni müxtəlif səbəblərdən özbaşına tərk etmiş əsgərləri və onlardan toplanmış silah sürsatları adlı siyahı və qaimələrlə 70N saylı hərbi hissəyə, təlim toplanış məntəqələrinə təhvil verdiyini qeyd etmişdir. Sonda iddiaçı N – N999-cu illərdə Azərbaycan Respublikası DİN X6 – Cəbrayıl istiqamətində respublikanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirən əməliyyat alayının siyası şöbəsində kapitan rütbəsində ön mövqedə Cocuq Mərcanlı, Lələtəpə qəsəbələri və adsız yüksəkliklər uğrunda döyüş şəraitində xidmət etdiyi qeyd etmişdir. İddiaçı sonuncu xidmət etdiyi qoşun növünə, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməlidir. İddiaçının iddiasının təmin edilməsi məqsədəuyğun deyil. Göstərilənlərə və İPM-in N.N, 58.7, 68.N-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.N, N54.N-ci maddələrinə, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinə əsaslanaraq, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən ehtiyata buraxılmasını nəzərə alaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdehlər sırasından çıxarılması məhkəmədən xahiş olunur. İş materiallarında surəti olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin İddiaçı ünvanlanmış 7 dekabr N0N8-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olan 70N nömrəli hərbi hissə komandirinin 0N.0N – 3N.NN.9N-ci il, 0N.05 – 3N.NN.93-cü il tarixli nizami hissə üzrə əmrlərində xidmətiniz barədə məlumat aşkar olunmamışdır. 70N saylı hərbi hissə komandirinin yanvar – may N994-cü il tarixli nizami hissə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında xidmətniz barədə məlumat aşkar olunmamışdır. Kürdəmir Rayon Hərbi Komissarlığının Qeydiyyat və Səfərbərlik şöbəsinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında surəti olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın İddiaçı ünvanlanmış N oktyabr N0N8-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Sizə “müharibə veteranı” vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq edən sənədlər (hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin surətini, olduğu təqdirdə hərbi xidmətiniz haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etmənizi qeyd etməklə ətraflı ərizənizlə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın islasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. İş materiallarında surıəti olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı ünvanlanmış N oktyabr N0N8-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı aklarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri vətəndaşların hansı qoşun növündə xidmət etməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxli İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəziliyi, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissuayların rəyi ilə verilir. Odur ki, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmağınızı təsdiq edən sənədlərinizi Xidmətin Kürdəmir rayon şöbəsinə təqdim etməlisiniz. Tələb olunan sənədlər toplandığı təqdirdə Sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyada baxıla bilər. İş materiallarında surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin N63 nömrəli N mart N0N9-cu il tarixli arxiv arayışında arxiv sənədlərinə istinadən kapitan İddiaçı dislokasiya yeri Füzuli rayonu – döyüş bölgəsi olmuş N saylı hərbi hissənin və N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən aşağıdakı məlumatlar bildirilir: - N) XN N4 fevral N-ci il tarixli N4 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N mart N-ci il tarixli 68 nömrəli əmrilə Silahlı Qüvvələrdə “Zabit heyəyinin xidmətkeçmə” Əsasnaməsinə uyğun olaraq həqiqi hərbi xidmətə qəbul edilib, hərbi hissədə siyasi və sosial işlər üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir; N) XN N5 fevral N999-cu il tarixli NN nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N6 fevral N999-cu il tarixli N0 nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən azad edilərək N saylı hərbi hissəyə keçirilmişdir; 3) XN N5 fevral N999-cu il tarixli NN nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N9 fevral N999-cu il tarixli 49 nömrəli əmrilə N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, XNN üzrə təlimaçı vəzifəsinə təyin edilmişdir; 4) daxoli Qoşunların Komandanının 30 iyun N999-cu il tarixli 54 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N iyul N999-cu il tarixli N80 nömrəli əmrilə tutduğu vəzifədən azad edilərək hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, 7 iyul N999-cu il tarixdən XN sərəncamına göndərilmişdir; 5) XN N3 oktyabr N999-cu il tarixli 8N nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin NN noyabr N999-cu il tarixli 307 nömrəli əmrilə XN sərəncamından gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, əməliyyat taborunda XNN üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir; 6) XN 3N yanvar N000-ci il tarixli 6 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N fevral N000-ci il tarixli 40 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq tutduğu vəzifədən azad edilərək, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla, Silahlı Qüvvələrə ehtiyata buraxılıb, N4 fevral N000-ci il tarixdən Kürdəmir RHK-ya göndərilmişdir. İş materiallarına surəti əlavə edilmiş AR Daxili İşlər Nazirliyi XNN İdarəsinin İddiaçı ünvanlanmış 3 mart N0N0-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı AR Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətinizə baxılmışdır. Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında məhz atəşkəs dövründə dislokasiya yeri Füzuli rayonu – döyüş bölgəsi olmuş N saylı hərbi hissədə xidmət etdiyniz qeyd olunmuşdur. Bu səbəbdən də, «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən qaldırılan məsələnin müsbət həlli mümkün olmamışdır. Odur ki, müraciətə baxılması dayandırılmışdır. İPM-in 30-cu maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bakı İnzibati Məhkəməsinin 8 iyun N0N0-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 8 sentyabr N0N0-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 8 iyun N0N0-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərardadında məhkəmə kollegiyası vurğulamışdır ki, iş üzrə birinci instansiya məhkəməsi qərardad qəbul edərkən iddia ərizəsində bir neçı inzibati orqanın birgə cavabdehlər kimi göstərildiyini, işin xüsusatlarının, o cümlədən iddiaçının gətirdiyi dəlil və əsasların isə İPM-in 30-cu maddəsində təsbit olunmuş “birgə iştirakçılıq” meyarları ilə uzlaşmadığını qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən İPM-in N3-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya cavabdeh orqanların dəqiqləşdirilməsi barədə təklif edilməmişdir. İPM-in N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N.0.N-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.N-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdehlərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin N sentyabr N0NN-ci il tarixli qərardadı ilə hazırkı inzibati məhkəmə icraatına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cavabdeh kimi cəlb edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi XNN İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və həmin Xidmətin Kürdəmir rayon şöbəsinin hazırkı inzibati məhkəmə icraatında cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyi bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirajk edən cavabdehin nümayəndəsi X9 iddianın təmin olunmamasını xahiş etdi. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N.0.N-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun N.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun N4-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN6 saylı NN sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin Nci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci hissəsinin N-ci bəndində əsasən bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, İddiaçı DİO-da xidməti N4 fevral N-ci il tarixdən başlandığından, onun həmin dövrdən sonrakı xidməti üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş zonasında döyüş əməliyyatlarında iştirakı və yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması barədə hər hansı sübut və dəlil təqdim edilməmiş, eləcə də məhkəmə icraatında bununla bağlı hallar müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə vurğulayır ki, hazırkı məhkəmə icraatında iddiaçının sonuncu xidmət yeri Daxili İşlər Nazirliyi olsa da, onun əvvəlki xidməti üzrə orqanda fəaliyyəti (SHXÇD Xidməti) zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı müvafiq rayonların ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etməsi, habelə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara konkret olaraq döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə tutarlı sübut da təqdim edilməmişdir. Belə olan halda isə məhkəmənin qənaətinə görə İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 5N-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in N3.N, 58.7, 6N, 75, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-223/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-223/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver