Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2239/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndələri və vəkilləri “Ədalət” vəkil bürosunun vəkilləri X6 və Vəkil1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi-Nümayəndə, Üçüncü şəxs X8 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X14, Cavabdeh2 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “ilkin özəlləşdirilmə barədə qərarın etibarsız hesab olunması və.s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X14, Cavabdeh2 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “ilkin özəlləşdirilmə barədə qərarın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı 3-cü tədris korpusunda olan mübahisəli hissələrə dair ilkin özəlləşdirilmə barədə qərarın etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ünvan 2 ünvanında yerləşən İddiaçı 3-cü tədris korpusunda olan mübahisəli hissələrə dair ilkin özəlləşdirilmə barədə qərarın etibarsız hesab olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nizami küçəsi, 117 ünvanında yerləşən İddiaçı 3-cü tədris korpusunda yerləşən 607,1 kv. metr sahənin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin sərəncamının etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən İddiaçı İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin xx.xx.2003-cü il tarixli 117 saylı sərəncamının İddiaçı ünvan 3 ünvanında yerləşən 3-cü tədris binasının 607,1 kv. metr sahəsinin özəlləşdirilməsi hissəsində etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin xx.xx.2003-cü il tarixli, 117 saylı sərəncamının İddiaçı ünvan 3 ünvanında yerləşən 3-cü tədris binasının 607,1 kv. metr sahəsinin özəlləşdirilməsi hissəsində etibarsız hesab olunması, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti ilə X14 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 149 №-li “icarəyə verilmiş əmlakın alqı-satqı” müqaviləsinin və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən X7 adına verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2003-cü il tarixli, 000508 №-li şəhadətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən təqdim etdiyi iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə məhkəmədən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 117 saylı sərəncamının İddiaçı ünvan 3 ünvanında yerləşən 3-cü tədris binasının 607,1 kv. metr sahəsinin özəlləşdirilməsi hissəsində etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia və iddianın dəyişdirilməsi barədə ərizələrdə göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı üçüncü tədris binasının bir sıra yerləri qanunsuz olaraq özəlləşdirilmişdir. Belə ki, sözü gedən tədris binasının yarımzirzəmi hissələri (F.Əmirov küçəsi tərəfindən “Piano” restoranı; Nizami küçəsi tərəfindən “Konti” restoranı), həmçinin tədris binasının həyətində yerləşən ikimərtəbəli tikilinin bir hissəsinə çıxarışlar verilmiş və həmin yerlər hal-hazırda üçüncü şəxslərin “mülkiyyətindədir”. Onların iddiaçıya verdiyi məlumata görə mübahisəli hissələrə dair müvafiq çıxarışları mövcuddur. Baxmayaraq ki, sözügedən mübahisəli hissələr İddiaçı balansındadır və dövlət mülkiyyəti hesab olunur. Hesab edirlər ki, balanssaxlayıcının - İddiaçı razılığı olmadan üçüncü tədris binasının hər hansı hissəsi özəlləşdirilə bilməzdi. ADNSU-nun sorğusu əsasında ƏMDX tərəfindən xx.xx.2021 -ci il tarixli məktubu ilə təqdim olunmuş sənədlər arasında xx.xx.2003-cü il tarixli 117 nömrəli “yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” Sərəncam əlavə olunmuşdur. Bu Sərəncama əsasən 1 nömrəli əlavədə göstərilən icarəyə verilmiş qeyri-yaşayış sahələri və daşınmaz dövlət əmlakı 100% dəyəri ilə icarəçilərə satın alınmaq üçün təklif edilmişdir. Həmin Sərəncama görə 1 nömrəli əlavədə göstərilən icarə müqavilələri ləğv edilməli və icarəçilərin razılıq verdikləri halda onlarla “Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti” arasında birbaşa alqı- satqı müqaviləsi bağlanılmaqla 30 gün ərzində əmlakın dəyərinin ödənilməsi təmin edilməlidir. ADNSU-ya təqdim olunan sənədlər arasında xx.xx.2003-cü il tarixli AR Təhsil Nazirinin imzaladığı məktubu var. Həmin məktuba əsasən Nazirlik tərəfindən Dövlət Əmlakının Özəlləşdirilməsi departamentinə bildirilmişdir ki, Təhsil Nazirliyi S.Qurbanovun ADNA-nın balansında olan Nizami küçəsi 117 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə icazə verilməsinə dair müraciətə mövcud qanunvericiliyə uyğun baxılıb həll edilməsinə etiraz etmir. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun İİ fəsli “Dövlət Əmlakının Özəlləşdirilməsi Qaydası və Üsulları” adlanır. Bu fəsil 15-ci maddəsindən başlayaraq 28-ci maddəsi də daxil olmaqla dövlət əmlakının özəlləşdirilməsi məsələlərini tənzimləyir. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 1.0.2-ci, 7.1 ci, 15.1-ci, 16.2-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Fərmanın əvvəlki redaksiyasında İqtisadiyyat Nazirliyi əvəzində müvafiq illərdə “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” və “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri qeyd olunmuşdur. Yəni, 2003-cü ildə Universitetin balansında olan dövlət əmlakının özəlləşdirilməsi ya Azərbaycan Respublikasının Prezidentinin, ya da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş qərar əsasında olmalı idi. Yəni, burada söhbət hansısa sərəncamdan deyil, məhz qərardan gedir. Onların halında isə yalnız “Dövlət Əmlakının Özəlləşdirilməsi departamentinin” direktorunun imzaladığı sərəncam mövcuddur. Departament direktorunun dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qərar vermək səlahiyyəti qanunla nəzərdə tutulmayıb. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 15.4-15.7-ci maddələrinə əsasən dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir. Lakin, təqdim olunan sənədlərdən göründüyü kimi heç bir komissiya formalaşmamış, özəlləşdirmə planı da təsdiq olunmamışdır. Daha sonra, xx.xx.2003-cü il tarixli 117 nömrəli Sərəncam qəbul olunarakən bu Sərəncamın yuxarı hissəsində “yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” adlı əsaslandırma verilib. Yəni, bu Sərəncam yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan dövlət əmlakının özəlləşdirilməsini təmin etmişdir. Lakin, bu Sərəncama aid 1 nömrəli əlavədə qeyri-yaşayış sahələrinin ünvanı, ümumi sahəsi və s. kimi faktiki məlumatla yanaşı dövlət əmlakının məxsusluğu da qeyd olunub. Bu əlavədə isə aşkar olaraq qeyd olunub ki, S.Qurbanova icrayə verilmiş sahə mənz Universitetə məxsusdur. ADNSU isə nə yerli icra hakimiyyəti orqanı, nədə ki mərkəzi icra hakimiyyəti orqanı deyil. Faktiki olaraq, “özəlləşdirmə prosesi” Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 16-cı maddəsində nəzərdə tutulan üsulla aparılıb. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun İİ fəsli “Dövlət Əmlakının Özəlləşdirilməsi Qaydası və Üsulları” adlanır. Yəni, əsas qaydada riayət etmədən - qərar qəbul edilmədən yalnız Qanunun 16.1.6- cı maddəsində nəzərdə tutulmuş üsul - icarəyə verilmiş dövlət əmlakının satışı üsulu ilə dövlət əmlakının özəlləşdirilməsi baş tutmuşdur. Daha sonra, “özəlləşdirmə prosesi” zamanı balanssaxlayıcı olan ADNSU-dan (o vaxt ADNA) razılıq məktubu alınmamışdır. İşin içində yalnız arasında xx.xx.2003-cü il tarixli AR Təhsil Nazirinin imzaladığı məktub mövcuddur. Əvvəla Təhsil Naziri Universitetin balansında olan əmlaka dair hər hansı qərar qəbul edə bilməz. Çünki, ADNSU-nun nizamnaməsinə əsasən “Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. ADNSU-nun əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir”. Bundan başqa, təqdim olunan TN-nin məktubunda “özəlləşdirmə prosesinə icazəyə” rast gəlinmir. Bu məktub xx.xx.2003-cü il tarixində imzalanmış, 427 nömrəli icarə müqaviləsi isə xx.xx.2003-cü il tarixində bağlanmışdır. 117 nömrəli Sərəncam isə öz növbəsində xx.xx.2003-cü il tarixində, cəmi 6 gün sonra imzalanmışdır. Faktiki olaraq, icarə müqaviləsinin bağlanma səbəbi heç də həmin müqavilənin mətnində qeyd olunduğu kimi “6 ay müddətinə qeyri-yaşayış sahəsininin xidmət məqsədi ilə istifadə verilməsi” olmamışdır. Sadəcə ƏMDX qanunsuz olaraq, balanssaxlayıcının razılığı olmadan Təhsil nazirinin özəlləşdirmənin qanunvericiliyə uyğun olaraq aparılması tələbinə göz yumaraq, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 15.1 -ci maddəsinin tələblərini kobud surətdə pozaraq, heç bir əsas olmadan vətəndaşa Universitetin balansında olan əmlaka mülkiyyət hüququnu vermişdir. Daha sonra, xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanla təsdiq olunmuş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən İİ Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir. Həmin əsasnamənin 11-ci bəndinə əsasən "İcarə haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək mövcud qanunvericilik aktlarına müvafiq satınalma hüququ ilə bağlanmış icarə müqavilələri əsasında icarəyə verilmiş əmlakın icarəçisi tərəfindən satın alınması halları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yoxlanılır və qanun pozuntuları aşkar edilmədikdə, müvafiq hüquqi və fiziki şəxslərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə onlara reyestrdən çıxarış verilir. Lakin, qeyd olunanlara baxmayaraq xx.xx.2003-cü il tarixli 427 nömrəli icarə müqaviləsində hər hansı şərt nəzərdə tutulmayıb və ya satınalma hüququ barədə hər hansı cümləyə rast gəlmək mümkün deyil. Yəni, bu müqavilə üzrə dövlət əmlakının özəlləşdirilməsi aparıla bilməzdi. Daha sonra, xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanla təsdiq olunmuş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının 4.2.2-ci bəndinə əsasən icarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyriyaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqısatqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na müvafiq olaraq özəlləşdirilir. İcarə obyekti (qeyri-yaşayış sahəsi) bu bəndin 1-ci abzasında göstərilən hallarda özəlləşdirmə üçün açıq elan edildikdə və icarə müqaviləsi ləğv olunduqda mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həll edilir. “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin 8-ci bəndinə əsasən icarə obyekti özəlləşdirmə üçün açıq elan olunduqda, icarə müqaviləsi ləğv edilmiş hesab olunur və mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir. Gördüyü kimi, ƏMDX heç bu qaydalara da riayət etməmişdir. Belə ki, xx.xx.2003-cü il tarixli 117 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən icarəçilərə icarəyə götürdükləri qeyriyaşayış sahələrinin satın alınması təklifi ilə eyni anda, 1 ay müddəti gözlənilmədən dərhal bağlanmış icarə müqavilələri ləğv edilmişdir. Onların halında, cəmi 6 gün əvvəl bağlanmış müqavilə ləğv olunmuşdur. Yəni, müqavilə ləğv olunduqda dövlət əmlakı özəlləşdirmə üçün açıq elan olunmalı idi ki, digər maraq göstərən şəxslər bu prosesdə iştirak edə bilsin. Göründüyü kimi ADNSU-nun balansında olan əmlakın “özəlləşdirmə prosesi” qeyri-şəffaf və mümkün qaydaların pozulması ilə aparılmışdır. Daha sonra, xx.xx.2003-cü il tarixli 117 nömrəli Sərəncamın istinad etdiyi və xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanla təsdiq olunmuş “yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının 4.1- ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisələri (obyektləri) tərəfindən icarəyə götürülmüş və onlar tərəfindən istehsal, ticarət, ictimai-iaşə, məişət xidməti və digər məqsədlər üçün istifadə edilən qeyri-yaşayış sahələri qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həmin müəssisələr (obyektlər) ilə birlikdə özəlləşdirilir. Yəni, əslində ADNSU-nun 607.1 kv. metr sahəsi deyil, bütün bina özəlləşdirilməli idi. Lakin, həqiqət budur ki, ali təhsil müəssisəsinin bir hissəsi iaşə xidmətlərini göstərən fərdi sahibkarlar tərəfindən özəlləşdirilib. Belə ki, icarə müqaviləsi xx.xx.2003-cü il tarixində bağlanılır, bu icarə müqaviləsinin ləğv olunması və obyektin satın alınmasına dair Sərəncam xx.xx.2003 -cü il tarixində imzalanır, icarəyə verilmiş alqı-satqı müqaviləsi xx.xx.2003-cü il tarixində bağlanılır, ADNSU-nun balansında olan 607.1 sahəyə dair “mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən Şəhadətnamə” xx.xx.2003- cü il tarixində rəsmiləşdirilir, xx.xx.2003-cü il tarixində isə A.M.Xalıqverdiyev və Cavabdeh2 şəxslərə mülkiyyət hüququ haqqında Şəhadətnamə təqdim olunur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmə tərəfindən X14, Cavabdeh2 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində (zəruri cəlbetmə qaydasında) cəlb olunaraq, məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh ƏMDX tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********30 saylı iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (3-cü şəxslər - X14, Cavabdeh2 və X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı üçüncü tədris korpusunda olan mübahisəli hissələrə dair ilkin özəlləşdirmə barədə qərarın etibarsız hesab olunmasını xahiş etmişdir. Aşağıdakı səbəblərdən hesab edirlər ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində bildirir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı üçüncü tədris binasının yarımzirzəmi hissələri, həmçinin tədris binasının həyətində yerləşən ikimərtəbəli tikilinin bir hissəsinə çıxarışlar verilmiş və həmin yerlər hal-hazırda üçüncü şəxslərin mülkiyyətindədir. Bununla əlaqədar bildirirlər ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilməmişdir və iddiaçı bununla bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidmətinin mövcud olmayan qərarının ləğv edilməsi barədə iddianı əsassız hesab edirlər. Daha sonra cavabdeh ƏMDX məhkəməyə təqdim etdiyi **********09 saylı xx.xx.2022-ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərmişdir ki, iddiaçı tərəfindən qaldırılmış hazırkı iddia tələbinin inzibati aktın etibarsızlığının tanınması kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd olunur ki, işə baxan möhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir, bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında ifadə olunan mövqeyinə uyğun olaraq bildirirlər ki, hazırda iddiaçı Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin xx.xx.2003-cü il tarixli, 117 nömrəli sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia edir və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu hal irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Bundan əlavə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında işə baxan məhkəmələrin mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməli olduğu bildirilmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami, 117 ünvanında yerləşən 607.1 kv. metr qeyri yaşayış sahəsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti ilə X14 arasında 23 aprel 2003-cü il tarixli, 427 nömrəli icarə müqaviləsi bağlanılmış və daha sonra qeyd edilən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-ci yarımbəndinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, xx.xx.2003-cü il tarixli, 149 nömrəli alqı-satqı müqaviləsi ilə X14 tərəfindən satın alınmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı 19 il ərzində mübahisə predmeti olan əmlakın özəlləşdirilməsindən xəbərdar olmuşdur. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Özəlləşdirmə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq razılığı əsasında həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi icarəçinin müvafiq müraciəti əsasında onun tərəfindən özəlləşdirilmişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən icarəçi əmlakı satın almaqda üstünlük hüququna malik olduğundan, iddiaçının əmlakın özəlləşdirilməsi zamanı cavabdehin hüquqi varisi olduğu qurum tərəfindən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün üçüncü şəxslərə təklif olunmaması ilə bağlı mövqeyi əsassızdır. Bundan əlavə iddiaçı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-15.7-ci maddələrinə əsaslanaraq əmlakın özəlləşdiriməsi zamanı özəlləşdirmə komissiyasının yaradılmadığını və bundan əlavə özəlləşdirmə planının təsdiq olunmadığını qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6-cı bəndinə əsasən icarəyə verilmiş dövlət əmlakının satışı tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan hər hansı müəssisə kimi icarəyə verilməmişdir. Bu səbəbdən də həmin sahəyə dair özəlləşdirmə qeyd olunan Fərmanın 4.6.5-ci bəndinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş ərizədə iddianın digər əsası kimi “Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin” direktorunun dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 14 iyun 2001-ci il tarixli, 04 nömrəli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin “Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin” nizamnaməsinin üçüncü bəndinə əsasən Departament dövlət əmlakının özəlləşdirilməsi və onun idarə olunması, dövlət əmlakı barəsində sərəncam verilməsi, habelə dövlət əmlakının qeydiyyatının aparılması sahələrində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edən qurumdur. Beləliklə, qeyd edilən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla onun özəlləşdirilməsi barədə qərar qəbul etmək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinin hüquq varisi olmuş quruma məxsus olmuşdur. Göründüyü kimi, iddianın predmeti olan qeyri-yaşayış sahəsi yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən və aidiyyəti dövlət qurumlarının razılığı əsasında X9 icarəyə verilərək, özəlləşdirilmişdir. İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sərəncamın etibarsız hesab edilməsini xahiş etsə də, həmin qərarın qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Üçüncü şəxs X14 məhkəməyə təqdim etdiyi iddia tələbinə dair yazılı etirazda göstərmişdir ki, iddia tələbi birbaşa olaraq onun qanunla qorunan hüquq və maraqlarına toxunduğundan aşağıdakı göstərəcəkləri səbəblərə görə rədd edilməsini xahiş edirlər. İddiaçının irəli sürdüyü əsasları qruplaşdırmalı olsa belə bir mənzərənin şahidi olarlar: Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin mübahisə predmeti olan alqı-satqı müqaviləsinin bağlamaq səlahiyyətinin olmaması; Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar əvəzinə Sərəncam qəbul edilməsi; Özəlləşdirmənin həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun aparılmaması; Özəlləşdirmə zamanı balanssaxlayıcı olan İddiaçındən müvafiq razılığın alınmaması. İddiaçının irəli sürdüyü birinci arqumentlə bağlı qeyd olunmalıdır ki, həmin dövrdə mövcud olmuş departament dövlət əmlakının özəlləşdirilməsi sahəsində səlahiyyətli bir qurum kimi çıxış etmiş və həmin dövrdə həyata keçirilən bütün özəlləşdirilmələr adıçəkilən departament vasitəsi ilə icra olunmuşdur. İddiaçının bu arqumenti mövcud praktikanın inkarı kimi qəbul edilməlidir. İddiaçının ikinci arqumentilə bağlı qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən qəbul olunan inzibati aktın adının hansı cür qoyulmasından asılı olmayaraq onun yaratdığı hüquqi nəticələr və məqsədi önəmlidir. Belə ki, mübahisə predmeti olan Sərəncam əsasında icarələrində olmuş daşınmaz əmlak özgəninkiləşdirilmişdir. Yəni özgəninkiləşdirməyə əsas verən sənədin adının “Sərəncam”, “Qərar” və s. olması onun mahiyyətini dəyişmir. İddiaçının üçüncü arqumentilə bağlı qeyd olunmalıdır ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş məlumatlardan da görünür ki, X14 tərəfindən ilk öncə mübahisə predmeti olan daşınmaz əmlak icarəyə götürülmüş daha sonra icarəyə götürülmüş daşınmaz əmlak təhsil nazirliyinin müvafiq razılığı əsasında özgəninkiləşdirilmişdir. Yəni həmin dövrdə mövcud olan qaydaların hansısa bəndinə riayət edilməməsi Samir Qurbanovun təqsiri üzündən baş verməmiş, Samir Qurbanov iki dövlət orqanı arasında yerinə yetirilmiş prosedur qaydalarına etibar və etimad etmiş və yekunda daşınmaz əmlakın mülkiyyətçisi olmuşdur. Hansısa texniki prosedur qaydalarına riayət olunmaması səbəbindən qanunla müəyyən edilmiş etimad hüququnun pozulması doğru olmazdı. İddiaçının dördüncü arqumentilə bağlı qeyd olunmalıdır ki, ilk növbədə iddiaçı özəlləşdirmə həyata keçirilən zaman mübahisə predmeti olan daşınmaz əmlakın onların əmlakı olmasını sübuta yetirməlidir. Belə ki, balanssaxlayıcı statusu ilə əmlakın mülkiyyətçisi arasında böyük fərq vardır. Balanssaxlayıcı müəyyən bir əmlaka konkret olaraq istifadə və sahiblik hüququnu həyata keçirə bilər, onu mühafizə edə və həmin əmlak üzərində başqa hüquq və vəzifələri ola bilər. Lakin mülkiyyətçi isə balanssaxlayıcıdan fərqli olaraq qanunla müəyyən edilmiş daha böyük səlahiyyətlərə malikdir. Bu əsasdan Əmlak Komitəsi təkcə Təhsil Nazirliyinin razılığının alınması ilə kifayətlənmiş və sonrakı preosedurları həyata keçirmişdir. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ ötürülmüşdür. Qeyd olunanlara əsasən hesab edirlər ki, Universitet tərəfindən hazırkı iddia tələbi ilə bağlı ən geci 2014-cü ildə məhkəməyə müraciət olunmalı idi. Lakin iddiaçı bu hüququndan həmin müddətdə istifadə etməmişdir. Eyni zamanda inzibati aktın etibarsız sayılmasına əsaslar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində sadalanmışdır. Lakin həmin normaya diqqət yetirdikdə cavabdeh inzibati orqan tərəfindən hər hansı bir qanun pozuntusunun yəni etibarsızlığa səbəb ola biləcək pozuntular müəyyən edilmir. Üçüncü şəxslər Cavabdeh2 və X5 tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər X14, Cavabdeh2 və X5 məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndələri və vəkilləri X11 və Vəkil1 məhkəmə iclasında ayrı-ayrılıqda iddianı müdafiə etməklə, iddia ərzəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh ƏMDX-nin nümayəndəsi-Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək, yazılı etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X7 vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında, iddianın hüquqi cəhətdən əsassız olmasının nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, müvafiq olaraq iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin və vəkilinin izahatlarını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia mümkündür. Belə ki, İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq hüquqlarının pozulduğunu qeyd etməklə, balansında olmuş qeyri-yaşayış sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsinə dair cavabdeh inzibati orqanın inzibati akt sayılan sərəncamının etibarsız hesab olunmasını tələb edir. İddia hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik olan şəxs tərəfindən, həmin iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmışdır. İş materiallarında olan: Təsis sənədlərindən (Azərbaycan Respublikası Vergilər Nazirliyi Bəyannamələr, vergi ödəyicilərinə xidmət və uçot idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş qeyrikommersiya hüquqi şəxsinin vergi uçotu haqqında şəhadətnamənin (VÖEN **********); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən 43 nömrə ilə 14 noyabr 2016-cı il tarixdə qeydiyyata alınmış İddiaçı Nizamnaməsinin (3-cü redaksiyada) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışın) surətlərindən müəyyən olunur ki, İddiaçı (əvvəlki adı Azərbaycan Dövlət Neft Akademiyası) xx.xx.2002ci il tarixdə hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı ünvan 5 Respublikasının Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Dövlət Neft Sənaye Universitetinə ünvanlanmış 45-01 №-li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı ünvan 6 ünvanlarında yerləşən tədris korpuslarının memarlıq abidəsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanladığı məktublara baxılmışdır. Bildirirlər ki, Azadlıq prospekti, 34 (inv №3028) və ünvan 7 ünvanlarında yerləşən binalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən tədris korpusu isə daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında mövcud deyildir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********34 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən görünür ki: Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi departamentinə ünvanlanmış 03-1122/16 saylı xx.xx.2003-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X12 ərizə ilə Təhsil Nazirliyinə müraciət edərək, Azərbaycan Dövlət Neft Akademiyasının balansında olan Nizami küçəsi 117 ünvanında yerləşən qeyri yaşayış sahəsinin özəlləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Təhsil Nazirliyi qaldırılan məsələyə mövcud qanunvericiliyə uyğun baxılıb həll edilməsinə etiraz etmir. “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 427 №-li, xx.xx.2003-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, qeyd olunan müqavilə Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 saylı və 19 avqust 1999-cu il tarixli Fərmanlarına əsasən bir tərəfdən bundan sonra “İcarəyəverən” adlandırılacaq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamentinin Kiçik idarəetmənin təşkili və torpaq idarəsi ilə digər tərəfdən bundan sonra “İcarəçi” adlandırılacaq X7 arasında bağlamışdır. Qeyd olunan müqavilənin: - 1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcarəyəverən” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamenti direktorunun xx.xx.2003-cü il tarixli, 110 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nizami 117 (registr № ***-*******2-001) ünvanında yerləşən, ümumi sahəsi 601,1 kv. metr təşkil edən Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Akademiyasının balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir. - 3-cü bəndində icarə müqaviləsinin müddəti xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin, Təhsil Nazirliy, Azərbaycan Dövlət Neft Akademiyasının (qeydiyyat 818 nömrəli) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan müəyyən olunur ki, ünvan 9 ünvanında yerləşən 607,1 kv. metr olan qeyri-yaşayış sahəsi 23.04.03-23.10.03-cü il müddətinə illik məbləğ 29332,5 manat məbləğində müəyyən olunmaqla X7 icarəsinə verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 117 saylı sərəncamından görünür ki, qeyd olunan Sərəncamla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na və “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq icarəyə verilmiş qeyri-yaşayış sahələrinin və daşınmaz dövlət əmlakının özəlləşdirilməsini təmin etmək məqsədi ilə aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 23 nömrəli Qərarına uyğun qiymətləndirilmiş, bu Sərəncama 1 nömrəli əlavədə göstərilən icarəyə verilmiş qeyri-yaşayış sahələri və daşınmaz dövlət əmlakı 100 % dəyəri ilə icarəçilərə satın almaq üçün təklif edilsin.
2. Bu Sərəncama 1 nömrəli əlavədə göstərilən icarə müqavilələri ləğv edilmiş hesab olunsun və Əqdlərin qeydiyyatı və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi şöbəsinə (Ş.Abdullayev) tapşırılsın ki, icarəçilər icarəyə götürülmüş qeyri-yaşayış sahəsini və daşınmaz dövlət əmlakını almağa razılıq verdikləri halda onlarla Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti arasında əmlakın dəyərinin ödənilməsini təmin etsin. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 117 saylı sərəncamı ilə təsdiq edilmiş 1 nömrəli “Əlavə” – “İcarəçilərə 100 % dəyəri ilə təsdiq olunan icarəyə verilmiş qeyri-yaşayış sahələrinin Siyahısı”nda 427 №li xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında X9 icarəyə verilmiş Azərbaycan Dövlət Neft Akademiyasına məxsus, ünvan 10 ünvanında 1 mərtəbəli, binanın 1-ci mərtəbəsində yerləşən, 607.1 kv. metr qeyri-yaşayış sahəsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib olunmuş 004831 №-li “Müəssisə və obyektin” Texniki pasportunun surətindən müəyyən olunur ki, qeyd olunan texniki pasport balanssaxlayıcısı Təhsil Nazirliyi, Azərbaycan X10 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 117 ünvanında yerləşən ümumi sahəsi 607,1 kv. metrdən ibarət olan qeyri yaşayış sahəsinə dair X7 adına tərtib olunmuşdur. İcarəyə verilmiş əmlakın alqı-satqısına dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti (“Satıcı”) ilə X14 (“Alıcı”) arasında bağlanmış 12 may 2003-cü il tarixli 149 №-li alqı - satqı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin Kiçik özəlləşdirmənin təşkili və torpaq idarəsi ilə bağladığı xx.xx.2003-cü il tarixli 427 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü bu müqavilə ilə satın aldığı 607,1 kv. metr qeyri-yaşayış sahəsi təşkil edir. - 1.2-ci bəndinə əsasən “Satıcı” Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 117 ünvanında yerləşən 607,1 kv. metr qeyri-yaşayış sahəsini bu müqavilə ilə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 81.556.000 (səksən bir milyon beş yüz əlli altı min) manata birbaşa satır, “Alıcı” isə onu satın alır. - 1.3-cü bəndinə əsasən əmlakın satış qiymətinin 100%-i ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. X14 (“Satıcı”) ilə X5 (“Alıcı”) və Cavabdeh2 (“Alıcı”) arasında Bakı şəhəri 2 saylı Dövlət notariat kontorunda bağlanmış (Reyestrdə 4ə/2-314 № ilə qeyd edilmişdir) xx.xx.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 117 ünvanında yerləşən 607,1 kv. metrdən ibarət qeyriyaşayış sahəsinin alqı-satqısına dair bağlanmışdır. Hüquq şöbəsinin əqdlərin qeydiyyatı və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi şöbəsinə ünvanlanmış məktubda qeyd olunur ki, fiziki şəxslər Cavabdeh2 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 117 ünvanında yerləşən 607,1 kv. metrlik qeyriyaşayış sahəsinə “Mülkiyyət hüququ haqqında” şəhadətnamə verilməsinə dair müraciətinə Hüquq şöbəsində baxılmışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, həmin əmlak Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən X2, onun adına 15 may 2003-cü il tarixli 000568 nömrəli mülkiyyət şəhadətnaməsi verilmişdir. Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 27 may 2003-cü il tarixli DƏÖD-06-1/4120-Q-169 nömrəli arayışına əsasən adı çəkilən əmlakın tam dəyəri ödənilmiş, onun girov qoyulması, habelə həbs altında olması barədə məlumat daxil olmamışdır. 30 may 2003-cü il tarixdə S.Qurbanov notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla, həmin əmlakı Cavabdeh2 və A.Xalıqverdiyevə satmışdır. Qeyd edilən əqdlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığını nəzərə alaraq, Cavabdeh2 və A.Xalıqverdiyevin adlarına “Mülkiyyət hüququ haqqında” şəhadətnamə verilə bilər. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş ******* №-li mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 117 ünvanında yerləşən 607,1 kv. metr qeyri-yaşayış sahəsi xx.xx.2003-cü il tarixdə reyestr kitabında 2 nömrə ilə 000843 № ilə Cavabdeh2 və X3 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin **********27 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X7 adına ünvan 11 ünvanında yerləşən, 607,1 kv. metr qeyri-yaşayış sahəsinə xx.xx.2003cü il tarixli 000568 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" şəhadətnamə verilmişdir. Lakin, Bakı şəhəri, 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4Ə/2-314 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X14 əmlakı Cavabdeh2 və X1 və həmin şəxslərin adına xx.xx.2003-cü il tarixli 000843 nömrəli “Mülkiyyət hüququ" haqqında şənadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk öncə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ hissəsinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. - 155.4-cü maddəsinə əsasən Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Mülkiyyət hüququna xitam verilməsinin xüsusi halı olan özəlləşdirmə, dövlət mülkiyyətində olan (qanunvericilikdə nəzərdə tutulan əmlak istisna olmaqla) əmlakın əvəzli və ya əvəzsiz qaydada fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə keçməsini ehtiva edir. Özəlləşdirmənin həyata keçirilməsi ilk növbədə təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadi mühitinin yaradılması, iqtisadi proseslərə bütün növ istifadə olunmamış ehtiyatların (bitməmiş və istismara verilməmiş obyektlər, daşınmaz əmlak və s.), investisiyaların, o cümlədən xarici investisiyaların iqtisadiyyata cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması məqsədi daşıyır. Bu baxımdan özəlləşdirmə prosesində hüquqi və fiziki şəxslərin sərbəst iştrakı və fəaliyyəti üçün zəruri şəraitin təmin edilməsi, həmin prosesin tarazlaşdırılmış və fasiləsiz şəkildə aparılması dövlətin üzərinə düşən vacib öhdəlikdir. Qeyd edilməlidir ki, hüquq və azadlıqların səmərəli həyata keçirilməsi üçün hər hansı pozuntulara və neqativ təsirlərə davam gətirən hüquq müdafiə təminatı mexanizminin mövcudluğu hüquqi, demokratik dövlətə xas olan keyfiyyətlərdən biridir. Hüquq və azadlıqlardan azad istifadə edilməsinin təmin olunmasını nəzərdə tutan müvafiq mühiti və maddi özülü əks etdirən sosial-iqtisadi təminatların hüquq və azadlıqların hüquqi təminatları ilə bağlılığı, özəlləşdirmə zamanı yaranan ictimai münasibətlərin müdafiə və mühafizəsinin də öz təsir dairəsində saxlanmasını şərtləndirir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən; - Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (1.0.1 -ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (2.1-ci maddə). - Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir (8.1-ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir (15.1 -ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır (16.1.6-cı maddə). - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir (22.1 -ci maddə). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (hazırda Əmlak Məsələləri Dövlət Xidməti). X16 4.6.5-ci bəndində nəzərdə tutulmuşdur ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının; 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət əmlakının satılmasının rəsmiləşdirilməsi qaydalarını müəyyən edir. Dövlət əmlakının satılması haqqında qərar qəbul olunduqdan, hərracların, müsabiqələrin nəticələri barədə isə protokol imzalandıqdan sonra alıcı ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanır (bənd 2) Özəlləşdirmə nəticəsində bağlanan alqı-satqı müqaviləsində satılmış obyektin adı, tərkibi və satış qiyməti, onun ödənilməsinin forma və müddətləri, satıcı, alıcı və vasitəçilər haqqında məlumat, onların ünvanı, obyektin sonrakı istifadəsi barədə qarşılıqlı öhdəliklər, həmin obyektin satılması şərtləri və bu şərtlərin pozulmasına görə tərəflərin məsuliyyəti, obyektin yerləşdiyi torpaq sahəsindən istifadə qaydaları və müqaviləyə xitam verilməsi qaydaları göstərilməlidir. Tərəflərin razılığı ilə müqavilədə digər şərtlər də göstərilə bilər (bənd 3). Müqavilə bağlandıqdan sonra, alıcıya müvafiq əqdin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının satılmasına dair şəhadətnamə verilir (bənd 4) Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Bu Əsasnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İcarə haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydalarını müəyyən edir. İİ Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir (3-cü bənd). İcarəyə verilmiş dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi haqqında qərarlar İİ Dövlət Proqramının 2.2-ci və 2.3-cü bəndlərində müəyyən edilmiş təsnifatdan asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir (5-ci bənd). “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək mövcud qanunvericilik aktlarına müvafiq satınalma hüququ ilə bağlanmış icarə müqavilələri əsasında icarəyə verilmiş əmlakın icarəçisi tərəfindən satın alınması halları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yoxlanılır və qanun pozuntuları aşkar edilmədikdə, müvafiq hüquqi və fiziki şəxslərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə onlara reyestrdən çıxarış verilir (11-ci bənd). Bu bəndin birinci abzasında göstərilən hallarda qanun pozuntuları aşkar edildikdə, Əmlak Məsələləri Dövlət Komitəsi qanunvericiliyə müvafiq qaydada məhkəmədə iddia qaldırır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İddia ərizəsinə görə iddiaçı cavabdeh inzibati orqanın sərəncamının etibarsız hesab edilməsini xahiş edir. Lakin Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almaqla, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində təsbit edilən və mübahisələndirilən sərəncamın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri mövcud deyil. İşin araşdırılan hallarından da göründüyü kimi, hazırda iddiaçı tərəfindən mübahisələndirilən sərəncam (inzibati akt) cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə ona verilən səlahiyyətlər çərçivəsində “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmaqla qəbul edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillərə gəldikdə isə, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı mübahisəli əmlakın “özəlləşdirmə prosesi” zamanı balanssaxlayıcı olan ADNSU-dan (o vaxt ADNA) razılıq məktubunun alınmadığına istinad etsə də, məhkəmə araşdırması zamanı qeyd olunan dəlil iş materialları ilə təkzib olunmuşdur. Belə ki, yuxarıda qeyd olunan məktubdan da göründüyü kimi iddiaçının tabeçilik qaydasında yuxarı orqanı sayılan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış məktubda mübahisəli daşınmaz əmlakın üçüncü şəxsin adına özəlləşdirilməsi ilə bağlı etirazın olmadığı bildirilmişdir. Bundan əlavə iddiaçı tərəfindən istinad olunan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.12.16-cı maddəsinə əsasən (mübahisələndirilən sərəncamın qəbul edildiyi zaman qüvvədə olan redaksiyasına görə) Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan dövlət icbari ümumi orta təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan olmuşdur ki, ADNSU (o vaxt ADNA) qeyd olunan müəssisələrə aid edilə bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəflərin və üçüncü şəxsin müvafiq olaraq nümayəndələrinin və vəkillərinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev