Məhkəmə qərarları › İş №2-1(112)-2240/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2240/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2240/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "maddi ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "maddi ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ümumi hüquqi öhdəliklərin nəticəsində İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə vurulmuş 300.000 (üç yüz min) manat ziyana görə kompensasiyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 ildən artıqdır ki, Çin Xalq Respublikası adından Azərbaycan Respublikasında neft-qaz yataqlarının işlənməsində iştirak etmişlər. Şirkət olaraq üzərlərinə düşən vəzifələr yüksək səviyyədə yerinə yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X2 daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında" 2016-cı il 2 may tarixli 2024 nömrəli Sərəncamına uyğun olaraq beynəlxalq müqavilə üzrə fəaliyyət göstərən şirkət , Azərbaycan Respublikasına aid Xəzər Dənizinin sektorunda Ümid yatağının və X2 daxil olduğu dəniz blokunun kəşfində işlənməsi haqqında Saziş üzrə İdxal və İxrac Rüsumları və Vergilər Protokoluna əsasən İdxal və İxrac Rüsumları və vergilərdən azad olunma "İddiaçı" şirkətinin Azərbaycan Nümayəndəliyininə şamil olunmuşdur. Həmçinin "İddiaçı" haqqında Sertifikat təqdim edilmişdir. Alınan malların siyahısı DGK-nə vaxtında bəyan edilsə də, məlum səbəblərdən cavabların verilməsi gecikdirilmişdir. Nəticədə DGK-in müraciəti səbəbindən Xəzər Rayon Məhkəməsi tərəfindən sazişin 4-cü maddəsinin (4. Bu Qanun qüvvəyə mindikdən sonra saziş, müqavilə, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə və Müqavilədə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Müqaviləyə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur; və 7-ci maddəsinin (7. Sazişdən və Müqavilədən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin və Müqavilənin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.) tələbləri pozulmaqla Komitənin öz gecikdirməsinin nəticəsi olaraq “X13 Kompanı” şirkətinin nümayəndəliyinin barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri məbləğinin otuz faizi məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edərək. İddiaçı Azərbaycan Respublikasının İXM-nin 491.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli biliərək və inzibati xətanın bilavasitə obyekti olan Xəzər Rayon Məhkəməsinin 3(003)-114/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 47.017,94 (qırx yeddi min on yeddi manat doxsan dörd qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-116/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 38324,72 (otuz səkkiz min üç yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-115/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən “X14 Kompani” Şirkətinin Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 10.743,68 (on min yeddi yüz qırx üç manat, altmış səkkiz qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-117/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 43568,16 (qırx üç min beş yüz altmış səkkiz manat on altı qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)- 243/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 47734,64 (qırx yeddi min yeddi yüz otuz dörd manat, altmış dörd qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 30101,71 (otuz min yüz bir manat, yetmiş bir qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Ümumilikdə 300.000 (üc yüz min) manatdan artıq cərimə tətbiq edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məhkəməyə ünvanladığı iddia ərizəsinə dair xx.xx.2020-ci il tarixli 1000-210/2xx-xx/023252 №li etirazda göstərmişdir ki, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Dövlət Gömrük Komitəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi xx.xx.2019-cu il tarixdə 074/19 nömrəli məktubla Dövlət Gömrük Komitəsinə müraciət etmişdir (Əlavə olunur). Müraciətdə “İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “X10 Kompani” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərini yerinə yetirəcəkdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Ümid-1 neft yatağında Karbohidrogen fəaliyyəti ilə bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikat verilməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik.” qeyd olunmuşdur. Müraciətə İdxal və X7olma sertifikatı alınması üçün ərizə, subpodratçıların İdxal və X7 olma sertifikatı alması üçün ərizəyə əlavə (Əlavə 4), İddiaçıxxxx“X11 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair xx.xx.2019-cu il tarixli UB197/2019 nömrəli müqavilə, xx.xx.2019-cu il tarixli “X11 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı ilə İddiaçı” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair xx.xx.2019-cu il tarixli UB197/2019 nömrəli müqaviləyə əsasən qazma avadanlığının təftişi və təmiri xidmətlərinin aparılması ilə Azərbaycan Respublikasına son istifadə gömrük prosedurunda idxal/ixrac olunması nəzərdə tutulan 25823.12 ABŞ dolları dəyərində “bolt, kürəcikli və ya diyircəkli diyirlənmə yastıqları (podşipnik), rezin prokladka (ara qat), rezin salnik, təmizləyici rezin salnik, drenaj xətti üçün plastik patrubok, nasos kəməri, flans, qayka, şayba” adlı malların siyahısı və sıfır faiz (0 %) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə) əlavə edilmişdir. İddiaçı” şirkətinin Azərbaycan Nümayəndəliyinin Dövlət Gömrük Komitəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 074/19 nömrəli müraciəti Dövlət Gömrük Komitəsində xx.xx.2019-cu il tarixdə xx/xx/031704 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Müraciətə vaxtında baxılmış və xx.xx.2019-cu il tarixli 1000-120/01/082 nömrəli məktubla (Əlavə olunur) cavab verilərək subpodratçı İddiaçı” şirkətinin Azərbaycan Nümayəndəliyinə ÜMİD-40/02 nömrəli İdxal və X7 X8 verilmişdir. Sertifikatda sertifikatın qüvvəyə minmə tarixi xx.xx.2019 və qüvvədən düşmə tarixi xx.xx.2019 göstərilmişdir. Daha sonra İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi xx.xx.2019-cu il tarixdə 107/19 nömrəli məktubla (Əlavə olunur) Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Müraciətdə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “X10 Kompani” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İdxal və X7 Olma Haqqında xx.xx.2019-cu il tarixində ÜMİD-40/02 saylı Sertifikat almışdır. Lakin ÜMİD-40/02 saylı sertifikat üzrə əlavə malların gətirilməsinə zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Ümid-1 neft yatağında Karbohidrogen fəaliyyəti ilə bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikata XİFƏN kodların əlavə olunmasına dair göstəriş verməyinizi Sizdən xahiş edirik.” qeyd olunmuşdur. Müraciətə subpodratçı İddiaçı” şirkətinin Azərbaycan Nümayəndəliyinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən ÜMİD-40/02 nömrəli İdxal və X7 X8 və xx.xx.2019-cu il tarixli “X11 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı ilə İddiaçı” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair xx.xx.2019-cu il tarixli UB197/2019 nömrəli müqaviləyə əsasən qazma avadanlığının təftişi və təmiri xidmətlərinin aparılması ilə Azərbaycan Respublikasına son istifadə gömrük prosedurunda idxal/ixrac olunması nəzərdə tutulan 221317.26 ABŞ dolları dəyərində malların siyahısı əlavə edilmişdir. Müraciət Dövlət Gömrük Komitəsində xx.xx.2019-cu il tarixdə xx/xx/040935 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Daha sonra İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi eyni tarixli, nömrəli və məzmunlu, yəni yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli 107/19 nömrəli məktubla (Əlavə olunur) yenidən təkrarən Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Həmin müraciət Dövlət Gömrük Komitəsində xx.xx.2019-cu il tarixdə xx/xx/041204 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Yuxarıda qeyd olunan müraciətlərə vaxtında baxılmış və Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə xx.xx.2019-cu il tarixli 1000- 120/1xx-xx/024315 nömrəli məktubla (Əlavə olunur) cavab verilmişdir. Dövlət Gömrük Komitəsinin göstərilən cavab məktubunda “Sizin xx.xx.2019-cu il tarixli müraciətinizə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində baxılmışdır. Tərəfinizdən təqdim edilən siyahıda malların kodlarının X4 mal nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Bu baxımdan “Xəzər Dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X2 daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə Risk xidmət Sazişi əsasında hazırlanmış “İdxal-ixrac vergiləri haqqında” protokolun müddəalarına uyğun olaraq şirkətinizə podratçı tərəflə bağlanmış müqaviləyə müvafiq qaydada verilmiş ÜMİD-40/02 saylı sertifikatına əsasən idxal ediləcək malların siyahısındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra müraciətinizdə qeyd olunan məsələlər həllini tapacaqdır.” qeyd olunmuşdur. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin səlahiyyətli şəxsi ilə telefon əlaqəsi saxlanılaraq siyahıda yaranan uyğunsuzluqlar, yəni tərəflərindən təqdim edilən siyahıda malların kodlarının X4 Mal Nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edilməsi, həmçinin müqavilədə göstərilən ümumi dəyərin idxal edilməsi nəzərdə tutulan malların ümumi dəyərindən az olması səbəbindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixli 1000-120/1xxxx/024315 nömrəli imtina məktubunun İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyinə göndərilməsi ətraflı izah edilmiş və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət olunması tövsiyyə edilmişdir. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi xx.xx.2019-cu il tarixli 107/19 nömrəli məktubla edilən müraciətdən 3 ay sonra xx.xx.2020-ci il tarixdə 023/20 nömrəli məktubla (Əlavə olunur) Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Həmin müraciət Dövlət Gömrük Komitəsində xx.xx.2020-ci il tarixdə xx/xx/004175 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Müraciətdə “İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “X10 Kompani” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərini yerinə yetirəcəkdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Ümid-1 neft yatağında Karbohidrogen fəaliyyəti ilə bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikat verilməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik.” qeyd olunmuşdur. Müraciətə subpodratçı İddiaçı” şirkətinin Azərbaycan Nümayəndəliyinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən qüvvəyə minmə tarixi xx.xx.2019 və qüvvədən düşmə tarixi xx.xx.2019 göstərilən ÜMİD-40/02 nömrəli İdxal və X7 X8, İdxal və X7olma sertifikatı alınması üçün ərizə, subpodratçıların İdxal və X7 olma sertifikatı alması üçün ərizəyə əlavə (Əlavə 4), Azərbyacan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən sıfır faiz (0%) dərəcə ilə ƏDV üzrə e-sertifikat”ın verilməsinə dair müraciətin qeydiyyata alınması haqqında xx.xx.2020-ci il tarixli bildiriş, xx.xx.2020-ci il tarixli “X11 Şirkətinin” Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı” şirkətinin Azərbaycan Nümayəndəliyi arasında bağlanmış “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair xx.xx.2019-cu il tarixli UB197/2019 nömrəli müqaviləyə əsasən qazma avadanlığının təftişi və təmiri xidmətlərinin aparılması ilə Azərbaycan Respublikasına son istifadə gömrük prosedurunda idxal/ixrac olunması nəzərdə tutulan 271747.04 ABŞ dolları dəyərində malların siyahısı, İddiaçıxxxx“X11 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair xx.xx.2019cu il tarixli UB197/2019 nömrəli müqavilə və UB197/2019 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixli Əlavə № 2 əlavə edilmişdir. Yuxarıda qeyd olunan müraciətə vaxtında baxılmış və Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə xx.xx.2020-ci il tarixli 1000- 120/1xx-xx/004083 nömrəli məktubla (Əlavə olunur) cavab verilmişdir. Dövlət Gömrük Komitəsinin göstərilən cavab məktubunda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sizin xx.xx.2020-ci il tarixli müraciətinizlə əlaqədar olaraq bildirir ki, qaldırdığınız məsələyə baxılması üçün “Xəzər Dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X2 daxil olduğu blokun kəşfiyyatı və Risk xidmət” Sazişi əsasında hazırlanmış “İdxal-ixrac vergiləri haqqında” protokolda nəzərdə tutulmuş sənədlərin Komitəyə təqdim olunması zəruridir” qeyd olunmuşdur. Daha sonra İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi eyni tarixli və nömrəli, yəni yuxarıda qeyd olunan xx.xx.2020-ci il tarixli 023/20 nömrəli məktubla (Əlavə olunur) yenidən təkrarən Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Həmin müraciət Dövlət Gömrük Komitəsində xx.xx.2020-ci il tarixdə xx/xx/008463 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Müraciətdə “İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “X10 Kompani” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərini yerinə yetirəcəkdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Ümid-1 neft yatağında Karbohidrogen fəaliyyəti ilə bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikat verilməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik.” qeyd olunmuşdur. Müraciətə subpodratçı İddiaçı” şirkətinin Azərbaycan Nümayəndəliyinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən qüvvəyə minmə tarixi xx.xx.2019 və qüvvədən düşmə tarixi xx.xx.2019 göstərilən ÜMİD-40/02 nömrəli İdxal və X7 X8, İdxal və X7olma sertifikatı alınması üçün ərizə, subpodratçıların İdxal və X7 olma sertifikatı alması üçün ərizəyə əlavə (Əlavə 4), xx.xx.2020-ci il tarixli “X11 Şirkətinin” Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı” şirkətinin Azərbaycan Nümayəndəliyi arasında bağlanmış “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair xx.xx.2019-cu il tarixli UB197/2019 nömrəli müqaviləyə əsasən qazma avadanlığının təftişi və təmiri xidmətlərinin aparılması ilə Azərbaycan Respublikasına son istifadə gömrük prosedurunda idxal/ixrac olunması nəzərdə tutulan 271747.04 ABŞ dolları dəyərində malların siyahısı, Azərbyacan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən sıfır faiz (0%) dərəcə ilə ƏDV üzrə e-sertifikat”ın verilməsinə dair müraciətin qeydiyyata alınması haqqında xx.xx.2020-ci il tarixli bildiriş, İddiaçıxxxx“X11 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair xx.xx.2019-cu il tarixli UB197/2019 nömrəli müqavilə və UB197/2019 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixli Əlavə № 2 əlavə edilmişdir. Yuxarıda qeyd olunan müraciətə vaxtında baxılmış və xx.xx.2020-ci il tarixli 1000- 120/01/025 nömrəli məktubla (Əlavə olunur) cavab verilərək subpodratçı İddiaçı” şirkətinin Azərbaycan Nümayəndəliyinə ÜMİD-40/03 nömrəli İdxal və X7 X8 verilmişdir. Sertifikatda sertifikatın qüvvəyə minmə tarixi xx.xx.2020 və qüvvədən düşmə tarixi xx.xx.2020 göstərilmişdir. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin (VÖEN:**********) ünvanına Çinin “X12 Company” şirkəti tərəfindən ümumi gömrük dəyəri 9821,28 manat olan “tökmə formaların və ya tökmə qəliblərin istehsalı üçün istifadə edilən hazır bağlayıcı maddələr”, “maşınla və ya əllə toxunmuş digər boyanmış trikotaj parçalar” və “pambıq və pambıq məmulatları” adlı mallar göndərilmişdir. Həmin mallar barəsində xx.xx.2019-cu il tarixdə **********8832 nömrəli gömrük bəyannaməsi tərtib olunaraq xx.xx.2019-cu il tarixinədək müvəqqəti saxlanca verilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq qeyd olunan mallar İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi tərəfindən rəsmiləşdirilməmiş və müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi tərəfindən müvəqqəti saxlancda yerləşdirilmiş malların gömrük təminatı pozulmuş, müvəqqəti saxlanca götürülmüş malların vəziyyətinin dəyişdirildiyi məlum olmuşdur. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi isə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunun tələblərinə (müddətə), şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı digər gömrük proseduru altında yerləşdirməmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsində İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati xəta haqqında müvafiq protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qanuni qüvvəyə minmiş 7 məhkəmə qərarı üzrə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə ümumilikdə 220.437,23 manat inzibati cərimə tətbiq olunmuşdur. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və iddiaçının nümayəndəsi və vəkili X1 xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X9 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(003)-20/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 9821,28 manat dəyərində malların 30 (otuz) faizi, 2946,38 (iki min doqquz yüz qırx altı manat otuz səkkiz qəpik) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(003)-115/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 35812,25 (otuz beş min səkkiz yüz on iki manat, iyirmi beş qəpik) manat məbləğinin 30 (otuz) faizi, yəni 10743,68 (on min yeddi yüz qırx üç manat altmış səkkiz qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(003)-114/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 156726,49 manat dəyərində malların 30 (otuz) faizi, 47017,94 (qırx yeddi min on yeddi manat doxsan dörd qəpik) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(003)-116/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 127749,05 (bir yüz iyirmi yeddi min yeddi yüz qırx doqquz manat beş qəpik) manat məbləğinin 30 (otuz) faizi, yəni 38324,72 (otuz səkkiz min üç yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(003)-117/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin – 145227,20 manat məbləğin otuz faizi 43568,16 (qırx üç min beş yüz altmış səkkiz manat on altı qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(003)-243/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 159115,47 manat dəyərində malların 30 (otuz) faizi, 47734,64 (qırx yeddi min yeddi yüz otuz dörd manat altmış dörd qəpik) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(003)-242/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 100339,04 (bir yüz min üç yüz otuz doqquz manat dörd qəpik) manat məbləğinin 30 (otuz) faizi, yəni 30101,71 (otuz min yüz bir manat yetmiş bir qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İddia ərizəsindən göründüyü kimi, hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən öhdəliklərinin yerinə-yetirilməməsi nəticəsində ona vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsini tələb edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı iş materiallarından və cavabdehin nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsində qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana heç bir müraciət olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "maddi ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar