Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2243/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı nümayəndəsi Abdiyev İslam Babaşxan oğlunun, Cavabdeh Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinə qarşı “cavabdehin hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsinə dair, cavabdeh tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində iddiaçıya vurulmuş ziyana görə kompensasiyanın, ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin İddiaçı İran İslam Respublikasının X12 X10 Salt Store Şirkəti ilə xx.xx.2019-cu il tarixli V/54/1 saylı alğı-satqı müqaviləsi əsasında sözügedən şirkətdən 02.03.22-ci il tarixdə almış olduğu 1 680 ədəd 25 kiloqramlıq kisədə, ümumi çəkisi 41 850,00 kq, invoys dəyəri 2 051,00 ABŞ dolları, gömrük dəyəri 5691,60 ABŞ dolları olan “Duz məhsulu partiyasından nümunənin götürülməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsinə dair”, “Duz məhsulu partiyasının sertifikatlaşdırılmasından imtina etməsinin əsassız və qanunsuz hesab edilməsinə dair”, cavabdeh orqan tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə ümumilikdə 8 766 (səkiz min yeddi yüz altmış altı) manat kompensasiyanın, eləcə də, həbs olunmuş duzun satışından əldə ediləcək pulların yekun məhkəmə qərarı qəbul edilərək, pullar alınanadək, duz satışı ilə bağlı dövriyyəsindən hər ay əldə edəcəyi 1 150 – 1 200 manat mənfəətin hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olaraq Respublikaya qida məhsulları idxal edir. Cəmiyyətin iş fəaliyyəti dövründə, Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin əməkdaşları səlahiyyətlərindən sui-istifadə edərək özbaşınalıq edirlər, sahibkarlardan qanunsuz tələblər edirlər, istədikləri olmayanda isə malların, qida məhsullarının müxtəlif başlıqlar altında maşınlarda, vaqonlarda, anbarlarda qalaraq zay olmalarına səbəb olurlar. Bu vaxta qədər Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin əməkdaşlarının bu özbaşınalıqları, qanunazidd əməl və hərəkətləri barədə ölkə rəhbərinə, çoxlu miqdarda şikayət ərizələri yazmış, Azərbaycan Respublikası X1 rəhbərliyinin qəbullarında olmuş, rəhbər işçilərin tapşırıqları əsasında yenidən yoxlamalar keçirilmiş, işinin dürüst olması, yoxlanılan qida məhsulunun müvafiq normalara uyğun olması müəyyən edilmişdir. İddiaçı İran İslam Respublikasının X12 X10 SALT STORE şirkəti ilə xx.xx.2019-cu il tarixli V/54/1 nömrəli alqı-satqı müqaviləsi əsasında, sözügedən Şirkətdən, 02.03.22-ci il tarixdə, 1680 ədəd 25 kq-lıq kisədə, ümumi çəkisi 41850,00 kq, İnvoys dəyəri 2051,00 ABŞ dolları, Gömrük dəyəri 5691,60 ABŞ dolları olan Xörək duzu idxal etmiş, xx.xx.2022-ci il tarixdə Gömrük Bəyannaməsi tərtib etmişdir (İram İslam Respublikasının Mənşə sertifikatı 99-5444 xx.xx.2022, İnvoys № 32, xx.xx.2022). Bundan əvvəl, xx.xx.2022-ci il tarixdə, Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinə ərizə yazaraq, idxal etmiş olduğu xörək duzunun yoxlanılmasını və partiyanın sertifıkatlaşdırılmasını xahiş etmişdir. Cavabdeh məhsuldan sınaq üçün nümunə götürməmişdir. Sınaq üçün nümunələrin nə vaxt və haradan götürüldüyü barədə məlumatı yoxdur, götürmüşsə belə, müvafiq qaydalara və təlimatlara əməl edilməmişdir? xx.xx.2022-ci il tarixdə, poçt vasitəsi ilə, Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin rəisinin imzaladığı xx.xx.2022-ci il tarixli, 23/1 1İSN-3380 saylı, məhsulun partiyasının sertifıkatlaşdırılmasından imtina edilməsinə dair məktubu almışdır. Məktuba əlavə edilmiş, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasının AZ-19010305/LAB01-22001-T-001 saylı Sınaq Protokolundan məlum olmuşdur ki, duzda yodun kütlə payı 28.0-dir. Bununla yanaşı, Sınaq Nəticələrinin altında da qeyd edilmişdir ki, “Sınağın nəticələrinə etiraz 7 iş günü müddətində X2 müvafiq şöbələrinə bildirilməlidir. Müəyyən edilmiş müddətdən sonra şikayətlər əsassız sayılır və qəbul edilmir. Beləliklə, qaydaların, müddətlərin ötürülməsi ilə gətirmiş olduğu xörək duzu yoxlanılmadan, Respublikası X1 Bakı Regional Bölməsi tərəfindən məhsulun partiyasının sertifıkatlaşdırılmasından imtina edilmişdir. O vaxtdan bu günə qədər, 41850,00 kq xörək duzu anbarda qalmışdır, yodunu itirməkdə davam edir, həmçinin anbardan başqa yüklərin yığılması və saxlanması üçün istifadə edə bilmir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin rəisinin imzaladığı xx.xx.2022-ci il tarixli, 23/11İSN-3911 saylı, məhsulun texniki məqsədlərlə istifadəsinin uyğun hesab edilməsinə dair məktubu almışdır. Məktub ilə bəyan edilmişdir ki, duzun texniki məqsədlərlə istifadə edilməsi barədə planın müəyyənləşdirilməsi və bu barədə təsdiqedici sənədlərin Agentliyin Bakı Regional Bölməsinə təqdiri edilməsindən sonra, məsələyə təkrar baxılacaqdır? Göründüyü kimi, cavabdehin səlahiyyətlərindən sui-istifadə etməklə törətdikləri əməllər, onun sahibkarlıq fəaliyyətinə maneə olmuş, işləməyinə imkan verməmiş, üstəlik sahibkar olaraq hüquqlarını pozmaqla, maddi ziyan da vurmuşdur. xx.xx.2022-ci il tarixdə müxtəlif şikayət ərizələri yazmışdır. Bunlarla yanaşı, xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinə qarşı “Duz məhsulu partiyasından nümunələrin götürülməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, “Duz məhsulu partiyasının sertifıkatlaşdırılmasından imtina etməsinin əsassız və qanunsuz hesab edilməsi” tələbinə dair iddia qaldırmışdır. Bunlardan sonra, xx.xx.2022-ci il tarixdə, Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin əməkdaşlarından birinin zənginə əsasən cəmiyyətin kirayələdiyi anbara gəlmişdir ki, əməkdaş anbarda yoxlama aparcaqdır. Məlum olmuşdur ki, bu əməkdaşın xidməti vəsiqəsindən başqa bir sənədi yoxdur, yoxlamaya dair hər hansı bir rəsmi sənəd təqdim etməmişdir ki, vəsiqəsi bəs edir, nəyi yoxlamaq istədiyini isə izah edə bilməmişdir. Bildirmişdir ki, müvafiq, qanuni yoxlamalara səlahiyyət verən sənədlərlə gələrək istənilən vaxt yoxlama apara bilərlər. Beləliklə, Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin əməkdaşı çıxıb getmişdir. Bundan bir neçə gün sonra, zəng etmişlər ki, qərar əsasında yoxlama aparılacaq. Bildirmişdir ki, əvvəlcədən vaxtını müəyyən etməklə, istənilən vaxt yoxlama aparıla bilər. xx.xx.2022-ci il tarixdə saat 10:55-də özlərini Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin əməkdaşları kimi təqdim edən iki nəfər şirkətin icarəyə götürdüyü anbara gəlmişlər, çəkiliş etməyə başlamışlar. Bu şəxslərin göstərdikləri sənədlərdən məlum olmuşdur ki, onların hazırkı yoxlamanı keçirmələri hüquqi şəxsin müraciəti əsasındadır və onlar hansısa zəhərli maddələrin, qidaların yoxlanmasını həyata keçirəcəklər. O və İddiaçı Kommersiya direktoru Nümayəndə onların bu sənədlərinə etiraz etmişlər. Telefona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən gələn bildirişdən məlum olmuşdur ki, X1 Bakı Regional Bölməsinin əməkdaşları hüquqi şəxs İddiaçı rəhbəri barədə İXM-nin 544.1-ci maddəsi ilə, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı İnzibati Xəta haqqında protokol tərtib etmişlər. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-1523/2022 saylı qərarı ilə hüquqi şəxs İddiaçı rəhbəri, vəzifəli şəxs Abdiyev İslam Babaşxan oğlu barəsində İXM-nin 544.1-ci maddəsi ilə tərtib edilmiş, MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin icraatında olan iş üzrə cavabdehə qarşı pretenziya məktubunu təqdim etməməsi səbəbindən, ərizə yazıb, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir ki, pretenziya məktubunu təqdim etdikdən sonra, yenidən məhkəməyə müraciət etsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8409/2022 saylı qərardadı ilə ərizəsi təmin edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə X1 Bakı Regional Bölməsinə pretenziya məktubu təqdim etmiş, bütün bunlar barədə, Azərbaycan Respublikası X1 sədrinə şikayət ərizəsi yazmışdır. xx.xx.2022-ci il tarixdə şikayəti ilə bağlı saat 15:00-da X3 dəvət edilmişdir. İdxal etdiyi və sertifikat verilməsindən imtina edilən duzun mövcudluğundan söhbət etmişdir. Əməkdaşlar anbara gəlib duza baxmışlar, saymışlar, yoxlamışlar. Bildirmişlər ki, sertifikat verilməsindən imtina edilmiş duz yerindədir. Sonda akt tərtib edilmişdir. Müvafiq aktdan məlum olmuşdur ki, guya bu yoxlama onun xahiş və müraciəti ilə aparılmışdır. İzah edilmişdir ki, onlardan nəyisə yoxlamağı, saymağı xahiş etməmişdir. Ona görə də aktı imzalamamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1894/2022 saylı Qərarı ilə, X1 Bakı Regional Bölməsinin apellyasiya şikayəti təmin edilməmiş, Hüquqi şəxs İddiaçı rəhbəri, vəzifəli şəxs Abdiyev İslam Babaşxan oğlu barəsində İXM-nin 544.1-ci maddəsi ilə tərtib edilmiş, MN seriyalı № ******* saylı xx.xx.2022-ci il tarixli İnzibati Xəta haqqında Protokol əsasında başlanılmış icraata xitam verilməsinə dair Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 3(001)-1523/2022 saylı Qərarı dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlar onu göstərir ki, cavabdeh səlahiyyətlərindən sui-istifadə edərək qanunazidd əməllər törədir. Cavabdehin hərəkətləri qanunazidd olduğundan, onların hazırkı imtinaları da, sonrakı əməlləri də əsassız və qanunsuz olduğundan məhkəmə müdafiəsindən istifadə edilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin “cavabdehin qərar və hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” kimi dəqiqləşdirilməklə dəymiş maddi ziyan və əldən çıxmış faydanın dəqiq qeyd olunaraq məhkəməyə təqdim edilməsi, həmçinin kompensasiya ilə bağlı tələbi əsaslandıran sənədlər və hallar barədə məhkəməyə məlumat verilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən İddiaçı İran İslam Respublikasının X12 X10 Salt Store Şirkəti ilə xx.xx.2019-cu il tarixli V/54/1 saylı alğı-satqı müqaviləsi əsasında sözügedən şirkətdən 02.03.22-ci il tarixdə almış olduğu 1 680 ədəd 25 kiloqramlıq kisədə, ümumi çəkisi 41 850,00 kq, invoys dəyəri 2 051,00 ABŞ dolları, gömrük dəyəri 5691,60 ABŞ dolları olan “Duz məhsulu partiyasının sertifikatlaşdırılmasından imtina edilməsi”nə dair hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsinə dair, cavabdeh tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində iddiaçıya vurulmuş ziyana görə ümumilikdə, 11 368,26 manat kompensasiyanın, eləcə də anbarın xx.xx.2023-cü il tarixə qədər olan icarə haqqına görə xərci üçün 2 400 manatın (ödəniləcək günə qədər hesablanacaq pul da daxil olmaqla), həmçinin, bu günə qədər əldən çıxmış fayda olan 14 400 manatın (ödəniləcək günə qədər hesablanacaq pul da daxil olmaqla), eyni zamanda, bu günə qədər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit olaraq ödənilmiş 4 800 manatın (ödəniləcək günə qədər hesablanacaq pul da daxil olmaqla) cavabdehdən iddiaçının xeyrinə tutulması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən İddiaçı İran İslam Respublikasının X12 X10 Salt Store Şirkəti ilə xx.xx.2019-cu il tarixli V/54/1 saylı alğı-satqı müqaviləsi əsasında sözügedən şirkətdən 02.03.22-ci il tarixdə almış olduğu 1 680 ədəd 25 kiloqramlıq kisədə, ümumi çəkisi 41 850,00 kq, invoys dəyəri 2 051,00 ABŞ dolları, gömrük dəyəri 5691,60 ABŞ dolları olan “Duz məhsulu partiyasının sertifikatlaşdırılmasından imtina edilməsi”nə dair hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsinə dair, cavabdeh tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində iddiaçıya vurulmuş ziyana görə ümumilikdə, 11 368,26 manat kompensasiyanın, eləcə də duzun saxlandığı anbarın xx.xx.2023-cü il tarixinə qədər olan icarə haqqına görə xərci üçün 2600 manatın, (ödəniləcək günə qədər hesablanacaq pulun da tutulacağı şərti ilə), həmçinin bu günə qədər əldən çıxmış fayda olan 15.600 (on beş min altı yüz) manatın, (Ödəniləcək günə qədər hesablanacaq pulun da tutulacağı şərti ilə), eyni zamanda, bu günə qədər tərəfindən "xxxx" ASC-yə kredit olaraq ödənilmiş 4942,86 (dörd min doqquz yüz qırx iki manat, səksən altı qəpik) manatın, (Ödəniləcək günə qədər hesablanacaq pulun da tutulacağı şərti ilə), cəmi, 34.511,13 (otuz dörd min beş yüz on bir manat, on üç qəpik) manatın cavabdeh Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsindən İddiaçı xeyrinə tutulması” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən İddiaçınə ünvanlanmış 23/1/İSN-3380 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, idxal olunmuş duz məhsulunun sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələrdə yoxlanılan göstəricilərdən yodun miqdarının normadan aşağı olmasına görə məhsul Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarının 2.21.3-cü yanmbəndinə əsasən qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilmişdir. Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən İddiaçınə ünvanlanmış 23/1/İSN-3911 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, idxal olunmuş duz məhsulunun sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələrdə yoxlanılan göstəricilərdən yodun miqdarının normadan aşağı olmasına görə məhsul Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04 2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermir. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarına əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Qida təhlükəsizliyi sertifikatı yeyinti məhsullarından götürülmüş nümunələr üzərində aparılmış ekspertizaların nəticələrinə əsasən idxal olunan yeyinti məhsullarına verilir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilir. Respublika ərazisində qida ve yem məqsədilə istifadə olunan duzun tərkibində yodun miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” normativ sənədə əsasən 30-50 mkq/q müəyyən edilmişdir. Təqdim edilmiş nümunələrdə yodun kütlə payının 30 mkq/q-dan az olduğunu və beynəlxalq təcrübəni nəzərə alaraq, həmin məhsulun qida və yem məqsədi ilə istifadəsi istisna olmaqla, digər sahələrdə texniki məqsədlərlə istifadəsi uyğun hesab edilir. Qeyd olunanları nəzərə alaraq sözügedən məhsulun texniki məqsədlərlə istifadə edilməsi barədə planın müəyyənləşdirilməsi və bu barədə təsdiqedici sənədlərin Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi zəruridir. Sənədlər təqdim edildikdən sonra məsələyə təkrar baxılacaqdır. Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən İddiaçınə ünvanlanmış 19/2622 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, müraciətlərlə bağlı Agentliyin müvafiq struktur bölməsində araşdırma aparılmış və eyni zamanda tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən İran İslam Respublikasından xörək duzu məhsulunun idxalı barədə xx.xx.2022-ci il tarixli İD ********** nömrəli müraciət edilmişdir. Məhsul partiyasından xx.xx.2022-ci il tarixdə Agentliyin Bakı Regional bölməsinin əməkdaşları tərəfindən nümunə götürüldüyü və laboratoriyaya təqdim olunduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli № AZ-19010305/LAB01-22001-T-001 nömrəli laboratoriya sınaq protokoluna əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan göstəricilərdən yodun miqdarının normadan aşağı olması aşkar edilmişdir. Bununla da məhsul Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitarıya epidemioloji qaydalarına və normativlərinə cavab verməmişdir. Agentliyin xx.xx.2022-ci il tarixli QTŞ-035.22 nömrəli rəyinə əsasən məhsulun qida və yem məqsədi ilə istifadəsi istisna olmaqla, digər sahələrdə texniki məqsədlərdə istifadəsi uyğun hesab edilmişdir. Məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli 23/1/İSN-3911 nömrəli məktub ünvanlanmışdır. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar Agentlik tərəfindən qanunla nəzərdə tutulmuş qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli YPK/0155-22 nömrəli plandankənar yoxlamanın aparılması haqqında qərar qəbul olunduğu və barəsində çıxarılmış yoxlama qərarına etiraz etməyi, həmçinin yoxlayıcılann məhsullara baxış keçirməsinə şərait yaratmadığı müəyyən edilmişdir. Məsələ ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 544.1-cı maddəsinə (İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsəd ilə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə) görə yoxlayıcılar tərəfindən Nb MN1259437 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2022-ci il tarixli 23/1/QN-5133 nömrəli məktubla Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Müraciətdə Agentlik əməkdaşlarının tədqiq olunan duzdan nümunə götürən zaman iştirakın olmaması ilə bağlı iddia tərəfindən araşdırılmış, lakin hal təsdiqini tapmamışdır. Belə ki, Agentliyin xx.xx.2022-ci il tarixli QT 11482/22 nömrəli “məhsul nümunələrinin götürülməsi aktı”nın məhsul nümunələrinin götürülməsində iştirak edən sahibkarın nümayəndəsi hissəsində N.Alxan imzasıyla iştirakını təsdiq etmişdir. Məhsul idxalı ilə əlaqədar bundan əvvəl edilən digər müraciətlərin icrası zamanı A.Nəbiyevin iştirakı ilə tərtib edilmiş məhsul nümunələrinin götürülməsi aktlarının surətləri də məlumat üçün təqdim edilmişdir. 37 saylı xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2022-ci il tarixdə alınmış xörək duzunun dəyəri (3487 manat) ödənilmişdir. 9 saylı xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" X6 Cəmiyyətinə 2380 manat ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi X9 Portalı xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 5,40 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Gömrük Komitəsi – Azterminalkompleks Birliyinin (ƏDV) balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X9 Portalı xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 30 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Gömrük Komitəsi – Azterminalkompleks Birliyinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X9 Portalı xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 60 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Gömrük Komitəsi – Azterminalkompleks Birliyinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X9 Portalı xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 10,80 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Gömrük Komitəsi – Azterminalkompleks Birliyinin (ƏDV) balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X9 Portalı xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 16,95 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Gömrük Komitəsi – Azterminalkompleks Birliyinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X9 Portalı xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 853,74 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Gömrük Komitəsi – Bakı BGİ-nin (İdxal rüsumu) balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X9 Portalı xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 3,05 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Gömrük Komitəsi – Azterminalkompleks Birliyinin (ƏDV) balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X9 Portalı xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 240 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Gömrük Komitəsi – Bakı BGİ-nin (Əməliyyat haqqı) balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X9 Portalı xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 3745,86 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Gömrük Komitəsi – Bakı BGİ-nin (ƏDV) balansına köçürmüşdür. QT seriyalı 11482/22 saylı xx.xx.2022-ci il tarixli akta əsasən Azərbaycan Respublikasının X5 tərəfindən İddiaçı idxal etdiyi xörək duzundan laboratoriyaya təqdim edilmək üçün 25 kq (xx.xx.2022 – xx.xx.2022) xörək duzunun nümunəsi götürülmüşdür. Azərbaycan X2 Milli Referens Laboratoriyasında müayinə edilmiş İddiaçınə məxsus xörək duzu məhsuluna dair QTŞ-035.22 saylı xx.xx.2022-ci il tarixli rəydə bildirilmişdir ki, İddiaçı tərəfindən İD012201072 nömrəli müraciət əsasında ölkəyə idxal edilmiş xörək duzu məhsulu Azərbaycan X2 Milli Referens Laboratoriyasında yodun kütlə payı üzrə laborator müayinələrə cəlb edilmiş və məhsula dair 2022-ci il 17 mart tarixli AZ-19010305/LAB01- 22001-T-001 nömrəli sınaq protokolu tərtib edilmişdir. Sınaq nəticələrinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarixli 25 saylı Əmri ile təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərinə görə məhsulda yodun kütlə payının normadan az (28 mkq/q) olduğu aşkar edilmişdir. Respublika ərazisində qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 30 dekabr tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida və məqsədi ilə olunan duzun tərkibində yodun miqdannın müəyyən edilməsi haqqında” normativ sənədə əsasən 30-50 mkq/q müəyyən edilmişdir. Təqdim edilmiş nümunədə yodun kütlə payının 30 mkq/q-dan az olduğunu həmin məhsulun qida və yem məqsədi ilə istifadəsi istisna olmaqla, digər sahələrdə texniki məqsədlərlə istifadəsi uyğun hesab edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 35-AS/454-23 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2021-ci il tarixdə illik 17% olmaqla 100000 manat kredit xətti rəsmiləşdirilmişdir. 100000 manat əsas borcdan və 4942,86 manat faiz borcdan ödəniş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən İddiaçınə ünvanlanmış 3-21-1-3/2-354/2023 saylı xx.xx.2023-cü il tarixli standartların qüvvədə olub-olmaması barədə məktubda bildirilmişdir ki, ГОСТ 33770-2016 «Соль пищевая. Отбор и подготовка проб. Определение органолептических показателей» və ГОСТ 13830-97 “Соль поваренная пищевая. Общие технические условия” dövlətlərarası standartların Azərbaycan Respublikasında qüvvədə olubolmaması ilə bağlı daxil olan 28 mart 2023-cü il tarixli 46 nömrəli məktubunuza iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma institutu” publik hüquqi şəxsdə aidiyyəti üzrə baxılmışdır. Adları çəkilən dövlətlərarası standartlar ölkə ərazisində qüvvədədir, həmçinin duz məhsulu ilə bağlı hazırda qüvvədə olan AZS ***-**** “Yodlaşdırılmış xörək duzu. Texniki şərtlər” dövlət standartı da mövcuddur. Məlum olduğu kimi, standartlaşdırma üzrə sənədlərin tətbiqi və yayımı, həmin sənədlərə müəlliflik hüquqlarının qorunması, habelə uyğunluğun qiymətləndirilməsi zamanı fiziki və hüquqi şəxslər tərəfindən rəsmi nəşrlərin onlara məxsusluğunun (standartlaşdırma üzrə sənədlərin milli standartlaşdırma qurumundan alınmasını) təsdiq edilməsi barədə məcburi tələblər “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, hüquqlarını təmsil etdiyi qurum tərəfindən duz nümunələrinin götürülməsi qüvvədə olan qanunvericiliyə və Nazirlər Kabinetinin 154 və 302 nömrəli qərarlarına uyğun qaydada həyata keçirilmişdir. İddiaçının istinad etdiyi standartlar beynəlxalq standartlar olmamaqla bərabət məcburi tətbiqi nəzərdə tutulmur və tətbiqi könüllü qaydada nəzərə alına bilər. Məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatına əsasən Azərbaycan Respublikası X1 regional bölmələri inzibati orqandır (43.1.1-ci yarımbənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"ndan: 2.1. Ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının X5 (bundan sonra-Agentlik) tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonra-sertifikat) malik olmalıdır. 2.2. Forması bu Qaydaların əlavəsində göstərilən sertifikat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Agentlik tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən idxal olunan yeyinti məhsullarına verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci 16 avqust tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”ndan:
3. Yeyinti məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alış-satış və idxal-ixrac əməliyyatları yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir.
4. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanı (Azərbaycan Respublikasının X5) qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən məhsulların minimum keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərinə (bundan sonra qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara) riayət edilməsinə nəzarəti həyata keçirirlər. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində digər orqanların iştirakına yol verilmir.
6. Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) edilmiş məhsulların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunluğu araşdırılarkən aşağıdakılar tələb edilir: - istehsalçı ölkənin müvafiq orqanları tərəfindən verilmiş məhsulun mənşəyini, keyfiyyətini və təhlükəsizliyini xarakterizə edən sertifikatların rəsmi tərcüməsi və məhsulun respublikaya daxil edilməsi üçün kontraktın (müqavilənin) surəti; - Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) olunmuş və ixrac edilən yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmaması barədə əlamətlər müəyyən edildikdə, məhsullardan seçilmiş nümunələrin sınaqları (müayinəsi) aparılır; - Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
8. Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini öz səlahiyyətləri çərçivəsində, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası X1 müfəttiş və mütəxəssisləri həyata keçirirlər. [12] Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti həmin məhsulların Azərbaycan Respublikasında istehlak üçün idxalı (sərbəst dövriyyə üçün buraxılış), istehsalı, qablaşdırılması, ticarəti, tədarükü, saxlanması, ixracı və daşınması mərhələlərində keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” normativ sənədə əsasən 30-50 mkq/q müəyyən edilmişdir. İddiaçının iddia tələbi cavabdeh Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən iddiaçının İran İslam Respublikasının X12 X10 Salt Store Şirkəti ilə xx.xx.2019-cu il tarixli V/54/1 saylı alqı-satqı müqaviləsi əsasında sözügedən şirkətdən 02.03.22-ci il tarixdə almış olduğu 1 680 ədəd 25 kiloqramlıq kisədə, ümumi çəkisi 41 850,00 kq, invoys dəyəri 2 051,00 ABŞ dolları, gömrük dəyəri 5691,60 ABŞ dolları olan “Duz məhsulu partiyasının sertifikatlaşdırılmasından imtina edilməsi”nə dair hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsinə və bununla da cavabdeh tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində iddiaçıya vurulmuş ziyana görə ümumilikdə, 11 368,26 manat kompensasiyanın, eləcə də duzun saxlandığı anbarın xx.xx.2023-cü il tarixinə qədər olan icarə haqqına görə xərci üçün 2600 manatın, (ödəniləcək günə qədər hesablanacaq pulun da tutulacağı şərti ilə), həmçinin bu günə qədər əldən çıxmış fayda olan 15.600 (on beş min altı yüz) manatın, (Ödəniləcək günə qədər hesablanacaq pulun da tutulacağı şərti ilə), eyni zamanda, bu günə qədər tərəfindən "xxxx" ASC-yə kredit olaraq ödənilmiş 4942,86 (dörd min doqquz yüz qırx iki manat, səksən altı qəpik) manatın, (Ödəniləcək günə qədər hesablanacaq pulun da tutulacağı şərti ilə), cəmi, 34.511,13 (otuz dörd min beş yüz on bir manat, on üç qəpik) manatın cavabdeh Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsindən İddiaçı xeyrinə tutulması ilə bağlıdır. Cavabdeh tərəfindən 3103.2022-ci il tarxdə idxal olunmuş duz məhsulunun sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələrdə yoxlanılan göstəricilərdən yodun miqdarının normadan aşağı olmasına görə məhsul Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarının 2.21.3-cü yanmbəndinə əsasən qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilmişdir. İddiaçı cavabdehin həmin imtinasının qanunsuz hesab edilməsini və bu imtina səbəbindən ona dəymiş zərərə görə kompensasiya tələb edərkən gətirdiyi dəlillər nümunələrin cavabdeh tərəfindən qanunauyğun qaydada götürülməməsi və “dövlətlərarası standartlar”a uyğun aparılmamasıdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən hər hansı bir təlimata, qaydaya və ya standarta əməl etməmişdir və bu nəticə etibarilə nümunənin götürülməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən QT seriyalı 11482/22 saylı xx.xx.2022-ci il tarixli akta əsasən Azərbaycan Respublikasının X5 tərəfindən İddiaçı idxal etdiyi xörək duzundan laboratoriyaya təqdim edilmək üçün 25 kq (xx.xx.2022 – xx.xx.2022) xörək duzunun nümunəsi götürülmüşdür. Nümunələrin götürülməsi sahibkarın nümayəndəsi X7 iştirakı ilə aparılmışdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasının AZ-19010305/LAB01-22001-T-001 saylı Sınaq Protokolundan məlum olmuşdur ki, duzda yodun kütlə payı 28.0-dir. Məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - Cavabdeh tərəfindən İddiaçı idxal etdiyi xörək duzundan laboratoriyaya təqdim edilmək üçün 25 kq (xx.xx.2022 – xx.xx.2022) xörək duzunun nümunəsi götürülərkən mövcud inzibati icraatdan kənara çıxılmamaqla, inzibati orqanın fəaliyyətində davamlı və səmərəli inzibati praktikanın bu qaydada olması; - İddiaçıya münasibətdə həmin inzibati orqan tərəfindən mövcud praktikadan kənara çıxılmamasını; - Məhsulun real satışa çıxarılmasının səbəbləri təkcə bu haldan asılı olmamaqla, ümumiyyətlə satılmamasının başqa hallar da səbəb ola biləcəyi; Beləliklə məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Belə bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçı tərəfindən gətirilən dəlillər və qeyd edilən hallar ehtimallara əsaslanır və hazırda ekspertizanın keçirilməsi ilə yodun miqdarının həmin dövr üçün müəyyən edilməsi mümkün olmadığından məhkəmə bu barədə ekspertizanın keçirilməsinə zərurət görmür. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova