Məhkəmə qərarları › İş №2-1(112)-2248/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2248/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2248/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələblərinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Yasamal raon İcra Hakimiyyəti Başçısının 162 nömrəli, 06.08.2020-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının 635 nömrəli 31.10.2002-ci il tarixli Sərəncamı ilə əri X6 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. 2015-ci il tarixdə həyat yoldaşı Vaqif Bağırov vəfat etdikdən sonra Cavabdeh Başçısının 36 nömrəli 17.02.2015-ci il tarixli Sərəncamı ilə ərinin vəfat etməsi ilə əlaqədar ərinin ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi onun adına keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərara əsasən onun kart hesabına (hesab nömrəsi: **********2331666 AZN) 20.02.2015-ci il tarixdən başlayaraq 2020-ci ilin fevral ayının 24-dək mənzil kirayəsi xərcləri ödənilmişdir. Qeyd olunan tarixdən sonra kirayə haqqı dayandırılmışdır. Bununla bağlı olaraq o, cavabdehə müraciət etmişdir. Ona ilkin olaraq bildirmişlər ki, narahat olmasın kirayə haqları ödəniləcək. Lakin, cavabdeh tərəfindən mənzil kirayə xərcinin ödənilmədiyini görüb rəsmi olaraq ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq cavabdeh 217/g-10 saylı, 14.07.2020-ci il tarixli cavab məktubunda mənzil növbəsinin onun adına keçirilməsi barədə Cavabdeh Başçısının 36 nömrəli, 17.02.2015-ci il tarixli Sərəncamının rayon İcra Hakimiyyətinin Mənzil məsələləri üzrə Komissiyasında müzakirə olunduğunu və qanunvericiliyin tələbinə uyğun olmadığından ləğv olunması barədə qərar qəbul olunduğu qeyd edilmişdi. Yalnız, həmin Qərarın ona verilməsinin təmin edilməsi barədə müraciətindən sonra cavabdeh tərəfindən 13-71/2-068/2-tl nömrəli, 21.09.2020-ci il tarixdə məktuba əlavə olaraq Cavabdeh Başçısının 162 nömrəli 06.08.2020-ci il tarixli Sərəncamı poçt vasitəsi ilə ona təqdim olunmuşdur. Qeyd olunan Sərəncama əsasən, o, İddiaçı ailə üzvləri ilə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmaqla Cavabdeh Başçısının 36 nömrəli, 17.02.2015-ci il tarixli Sərəncamının ləğv olunması qərara alınmışdır. Sərəncamın ləğv olunmasına əsas kimi “Hərbi qulluqçuların statutsu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvülərinin mənzil növbəsinə götürülməsi nəzərdə tutulmaması göstərilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərə seçdikləri yaşayış yerinə gəldikləri gündən sonra 3 aydan artıq müddətə və mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərcləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə həmin şəxslərin müvəqqəti yaşayış yeri üzrə yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilir. Əri X6 silahlı qüvvələr və müharibə veteranı olmuşdur. 25 ildən çox hərbi xidmətdə olmuşdur. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür. X13 2015-ci ildə vəfat etmişdir. Həmin vaxta qədər mənzillə təmin olunması üçün ərinin vəfatından sonra tərəfindən cavabdehə yenidən sənədlər təqdim olunmaqla Cavabdeh Başçısının 36 nömrəli 17.02.2015-ci il tarixli Sərəncamı ilə ərinin vəfat etməsi ilə əlaqədar ərinin adına ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi onun adına keçirilmişdir. Məhz mənzillə təmin olunmadığı üçün (ərimin vəfatından sonra ona) 2020-ci ilin yanvar ayı da daxil olmaqla cavabdeh tərəfindən hər ay mənzil kirayə xərci ödənilirdi. Hal-hazırkı vaxta qədər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu və mənzillə təmin olunmadığı halda cavabdeh tərəfin ərimin vəfatı ilə əlaqədar onu ehtiyatda olan hərbi qulluqçuların ailə üzvü kimi güzəştli mənzil növbəsində çıxarılması tam əsassızdır. Hal-hazıra qədər mənzillə təmin olunmadığı üçün o, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzildə kirayədə yaşayır. O, mənzil kirayə haqqı ödəyir. O, 1955-ci il təvəllüdlü olmaqla hazırda 65 yaşı var. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. 01.10.2009-cu il tarixədək qüvvədə olan MM-in 40-cı maddəsi isə mənzil sahəsi normasını adambaşına 12 kv.m müəyyən etmişdi. Beləliklə, cavabdehin inzibati aktda istinad etdiyi qanun oxşar münasibətlərdə hər bir halda vətəndaşların hüquqi vəziyyətini pisləşdirdiyindən cavabdeh tərəfdən qəbul edilmiş inzibati akt qanunsuz hesab edilməlidir. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt mahiyyətcə qanuna zidd olmuş və onun hüquqlarını pozmuşdur (İPM-73.1 madd). “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərara əsasən, indiyə qədər yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış, yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Bakı şəhərində 47,30 manat, başqa şəhər və rayon mərkəzlərində 33 manat, digər yaşayış məntəqələrində 28 manat nağdsız qaydada kompensasiya ödənilib. Dəyişikliyə əsasən, bu məbləğ artırılaraq Bakı şəhərində 47,30 manatdan 150 manata, başqa şəhər və rayon mərkəzlərində 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində 28 manatdan 55 manata çatdırılıb. Eyni zamanda Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay 100 manat məbləğində kompensasiya müəyyənləşib. Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, iddiaçı öz iddiasını onunla əsaslandırır ki, onun həyat yoldaşı X7 25 il ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və layiqincə vətənə xidmət etmişdir. 2002-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. O, ailə üzvləri ilə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 110 saylı evdə qeydiyyatda olduqları üçün ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehnə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün tələb olunan müvafiq sənədləri təqdim etdikdən sonra Cavabdeh Başçısının 635 nömrəli, 31.10,2002-cı il tarixli Sərəncamı ilə o yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür. Cavabdeh Başçısının 36 nömrəli, 17.02.2015-ci il tarixli Sərəncamı ilə V.Bağırovun vəfat etməsi ilə əlaqədar mənzil uçotu onun həyat yoldaşı İddiaçı adına keçirilmişdir. Cavabdeh Başçısının 162 nömrəli, 06.08.2020-ci il tarixli Sərəncamına əsasən əsasən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından vətəndaş İddiaçı və onun ailə üzvlərinin Cavabdeh mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir.Həmin sərəncam ilə iddiaçı ailə üzvlərilə birlikdə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və növbəsinə dair Cavabdeh Başçısının 36 nömrəli, 17.02.2015-ci il tarixli Sərəncamı ləğv olunmuşdur. Hesab edirlər ki, iddiaçının bu iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.2,-ci maddəsinə əsasən, dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (yəni, Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Eyni zamanda Məcəllənin 49.6.-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən kateqoriyalardan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normalardan yuxarı ayrlılma norması müəyyən edilə bilər. Yuxarıda qeyd olunan istinadlara əsasən rayon İcra Hakimiyyəti tərəfindən mənzillərin ayrılması üçün İcra Hakimiyyətinin mənzil fonduna mənzillərin ayrılması zəruridir. Eyni zamanda Cavabdeh mənzil fondunda mənzillərin olmadığını nəzərə alaraq rayon İcra Hakimiyyəti tərəfindən mənzillərin ayrılması mümkün deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3.-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Cavabdehnə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. Rayon İcra Hakimiyyəti öz tərəfindən mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayədnsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Ali Birləşmiş Komandanlıq məktəbi tərəfindən verilmiş M\V seriyalı, 003954 nömrəli “Müharibə veteranı” vəsiqəsinin surətindən görünür ki, iddiaçının mərhum əri X4 10.08.1997-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh Başçısının 162 nömrəli, 06.08.2020-ci il tarixli “Cavabdeh Başçısının 36 nömrəli, 17.02.2015-ci il tarixli sərəncamının ləğv edilməsi haqqında” sərəncamının surətindən görünür ki, Cavabdeh Başçısının 635 nömrəli, 31.10.2002-ci il tarixli sərəncamı ilə vətəndaş X6 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh başçısının 36 nömrəli, 17.02.2015-ci il tarixli sərəncamı ilə V.Bağırovun vəfat etməsi ilə əlaqədar mənzil uçotu onun həyat yoldaşı İddiaçı adına keçirilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından vətəndaş İddiaçı və onun ailə üzvlərinin Cavabdeh mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması, Yasama rayon İcra Hakimiyyəti Başçısının 36 nömrəli, 17.02.2015-ci il tarixli sərəncamının ləğv olunması barədə sərəncam qəbul edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 36 nömrəli, 17.02.2015-ci il tarixli “Ehtiyatda olan zabit V.Ə.Bağırovun vəfat etməsi ilə əlaqədar mənzil uçotunun həyat yoldaşı Z.M.Bağırovun adına keçirilməsi haqqında” sərəncamın surətindən görünür ki, X5 31.10.2002-ci il tarixdən ailəsi ilə birlikdə yaşayış yeri üzrə ehtiyyatda olan zabit kimi güzəştli əsaslarla mənzil növbsinə qəbul edilmişdir. Hal-hazırda onun həyat yoldaşı İddiaçı, rayon İcra Hakimiyyətinə müraciətində X3 vəfat etdiyini bildirərək mənzil uçotunun adına keçirilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. İddiaçı bu barədə müvafiq sənədləri təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq, X3 vəfat etməsi ilə əlaqədar mənzil nöbəsi tarixi saxlanılmaqla (31.10.2002-ci il) həyat yoldaşı İddiaçı adına keçirilməsi barədə sərəncam qəbul edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 635 nömrəli, 31.10.2002-ci il tarixli “V.Ə.Bağırovun ehtiyatda olan zabit kimi güzəştli mənzil uçotuna götürülməsi haqqında” sərəncamın surətindən görünür ki, sözügedən sərəncama əsasən X5 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 qızı) güzəştli mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlər siyahısına daxil edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mübahisəli sərəncam maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə aşağıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafıq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfındən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfındən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Həmin maddənin 7-ci hissəsinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Hazırki iş üzrə mübahisəli sərəncamı qəbul edərkən cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin mənzil növbəsinə götürülməsinin nəzərdə tutulmadığını əsas gətirmişdir. Halbuki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin mənzil növbəsinə götürülməməsi kimi birbaşa norma nəzərdə tutulmamışdır. Əksinə, həmin Qanunun 21.5-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamın – inzibati aktın qanuniliyi maddi-hüquqi və formalhüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla bağlı məhkəməyə təqdim edilmiş dəlilləri də, əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etdiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şrtləri nmövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının 162 №-li, 06.08.2020-ci il tarixli sərəncamı ləğv olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar