Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-225/2020 07.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu əsas tutaraq onun pensiyasının “Güzəştli şərtlərlə” 2010-cu il tarixindən, 55 yaşdan hesablanmasına və Qanunun 37-ci maddəsinin 7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq xx.xx.2006-cı ildən xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsinincavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi əsasında ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Siyəzən rayonu (keçmiş Dəvəçi) Darazarat kəndində anadan olmuşdur. 1962-ci ildə Siyəzən şəhərində orta məktəbdə oxumuş və 10-cu sinifi bitirmişdir. xx.xx.1970-ci il tarixdən X10 Siyəzən bölməsində 3-cü dərəcəli poçtalyon vəzifəsində işləmişdir. xx.xx.1972-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Dəvəçi rayon Kommunal Təsərrüfat şöbəsi üzrə 3-cü dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1973-cü il tarixdə öz xahişiilə işdən azad olunmuşdur. xx.xx.1973-cü il tarixdən Siyəzənneft NQÇİ-də 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1974-cü il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci ildə Sumqayıt Quraşdırma İdarəsinin “Azərxüsusitexnikiquraşdırma” Trestində 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1977-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1977-ci il tarixdən X13 İdarəsinə qazma köməkçisi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1978-ci ildən 4-cü dərəcəli, xx.xx.1980-ci ildən 5-ci dərəcəli qazma köməkçisi verilmişdir. xx.xx.1983-cü ildən 6-cı dərəcəli qazmaçı işinə təyin olunmuşdur. xx.xx.1987-ci ildən buruq ustasının köməkçisi işinə qəbul olunmuşdur. xx.xx.1990-cı il tarixdən həmin işdən azad edilərək buruq ustası vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2004-cü il tarixdən Siyəzənneft NQÇİ-yə köçürülmüş və o, həmin tarixdən “Siyəzənneft” NQÇİ-nin qazma sexinin X6 Xidməti Sahəsinə 13-cü dərəcə ilə buruq ustası vəzifəsinə təyin edilmişdir. xx.xx.2007-ci il tarixdən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2007-ci il tarixdən KQİT X2 MMT xidmətinə neft və qaz quyuları qazması üzrə 13-cü dərəcə ilə buruq ustası vəzifəsinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdən MMT xidməti sahəsinə 6-cı dərəcəli neft və qaz quyuları qazması işinə qazmaçı keçirilmişdir. xx.xx.2009-cu il tarixdən ARDNŞ-nin Abşeron Qİİ-nə 6-cı dərəcəli qazmaçı işinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdən 13-cü dərəcəli qazma ustası, xx.xx.2011-ci il tarixdən MMTX-nə 13-cü dərəcəli növbə rəisi, xx.xx.2012-ci il tarixdən X14 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdən X12 13-cü dərəcəli qazma ustası vəzifəsində işləyərkən 57 yaşında güzəştli şərtlərlə pensiyaya çıxmışdır. xx.xx.2014-cü il tarixdən Əmək Məcəlləsinin “70b” maddəsinə əsasən ştatların ixtisarı ilə əlaqədar işdən azad olunmuşdur. O, 55 yaşında təqaüdə çıxmalı idi. 2010-cu ildə 55 yaşı tamam olmuşdur. 55 yaşı tamam olanda o, “Güzəştli şərtlərlə” pensiya təyin olunması hüququ verən sənədləri DSMF-nun Siyəzən rayon şöbəsinə müraciət etmiş, lakin fondun nümayəndəsi ona 55 yaşdan pensiya yoxdur deyə rədd cavabı vermişdir.’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2006, №54 İİİ Q) 31-ci maddəsinin 31.1 bəndinə əsasən ona əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.8 bəndinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (23 sentyabr 1992,№305) 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq ona əmək pensiyası 55 yaşdan təyin edilməlidir.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində (yaş həddininin artırılması ilə əlaqədar) dəyişiklik 01 avqust 1997-ci ildə edilib. Həmin vaxta qədər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə” yaşagörə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısına əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajı toplamışdır. Onaəmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika Qanununun 9cu maddəsinin 9.8 bəndinə əsasən,tam əmək stajı toplamış olduğu dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Onun tam əmək stajı toplamış olduğu dövrdə, yəni 01 yanvar 1993-cü il tarixindən 01 avqust 1997-ci il tarixinə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyası təyin olunması hüququ verən 13-cü maddəsi heç bir dəyişiklik olmadan qüvvədə olmuşdur. Bu da onun 55 yaşından əmək pensiyası hüququnun olduğunu sübut edir. Ona “Güzəştli şərtlərlə” əmək pensiyası xx.xx.2012-ci ildən 57 yaşından təyin edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçının iddia ərizəsində ona əmək pensiyasının 55 yaşından hesablanması ilə əlaqədarbildirir ki,“Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, istinad edilən normaları nəzərə almaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, qanunvericiliyə dəyişiklik edilənə, yəni xx.xx.1997-ci il tarixədək həm 12 il 06 ayını 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmalı, həmçinin ən azı 25 il ümumi iş stajına malik olmalıdır.Lakin iş materiallarından göründüyü kimi iddiaçının xx.xx.1997-ci il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 03 ay 20 gün) və güzəştli iş stajı 12 il 6 aydan az (11 il 09 ay 01 gün) olmuşdur. İddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.2006-cı ildən xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanması tələbi ilə əlaqədar bildirir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnu təsdiq edəcək sənədlər təqdim edilsə belə, onda yenə də iddiaçının iddia tələbində göstərdiyi xüsusi sığorta stajına uyğun olaraq 55 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və əmək pensiyanın, əmək haqqı ilə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi tamamilə əsassız və qanunsuzdur.Belə ki, güzəştli şərtlərə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmadığından pensiyanın yenidən hesablanması mümkün deyildir.“Əmək pensiyaları haqqında’’ Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan müddiə bir neçə məsələni özündə ehtiva edir: Birincisi - Qanun qüvvəyə minənədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan insanlara tətbiq olunduğunu göstərir. İkincisi - 9.8-ci maddənin tətbiq dairəsi altına düşən şəxslərin yaşına və stajına tələblər artıq əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun müəyyən edilir.Qanunun 9.8-ci maddəsi ilə əlaqədar ən önəmli məqam - “...pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir” müddəasıdır.Göründüyü kimi, maddə yalnız yaşa və staja dair tələbləri əhatə edir. Maddənin əvvəlində mövcud qanunvericiliyə görə güzəştli pensiya hüququ verən işlər və müvafiq olaraq yaş və staj tələbləri qeyd olunmuşdur. Əgər “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək şəxs güzəştli pensiya hüququ verən yerdə qanunvericiliklə müəyyən edilmiş tam staja yiyələnmişdirsə, ona nisbətdə pensiya yaşı və tələb olunan staj əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən müəyyən edilir.Yoxsa bu maddə heç bir halda pensiya məbləğinə, onun hesablanma qaydasına əvvəl mövcud olmuş qanunvericiliyin tətbiqini nəzərdə tutmur. Əvvəl mövcud olmuş qanunvericilik yalnız yaşa və staja görə tələblər hissəsində tətbiq edilir. Yaşa və staja görə tələblər dedikdə, güzəştli şərtlərlə pensiya hüququ verən minimum yaş və minimum staj (işlədiyi il) başa düşülür. 9.8-ci maddə ilə əlaqədar olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tətbiqi əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi ilə əlaqədar ancaq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə tətbiqi mümkündür.Qanunun 9.8-ci maddəsi heç bir halda pensiya məbləğinə, onun hesablanma qaydasına əvvəl mövcud olmuş qanunvericiliyin tətbiqini nəzərdə tutmur. Digər sözlə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, yəni onun güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını sübut edəcək dəlillər təqdim ediləcəyi təqdirdə belə onatəyin ediləcək pensiya hal-hazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 10-cu maddəsinə əsasən hesablana bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE serialı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən yaşa görə pensiya alır. İş materiallarında olan NZ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********1 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasını təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinin 9.1 bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Maddənin məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərt tələb olunur: 1-ci şərt ümumi sosial sığorta stajı (25 il), 2-ci şərt zərərli və ağır olan işlərdə iş stajı (12 il 6 ay), 3-cüşərt müəyyən edilmiş yaşa çatmaq (57 yaş).Bu üç şərt birlikdə tamamlandıqda Sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Müraciətinizdə pensiyanın 2010-cu il tarixindən, 55 yaşdan hesablanmasına və Qanunun 37-ci maddəsinin 7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq xx.xx.2006-cı il ildən xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsinə köməklik göstərilməsi xahiş olunur.01 yanvar 2010-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən Qanunun 27-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanaların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesabında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablanır və sığortaolunanaların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.Sizin pensiyaya çıxmaq hüququnuz (01 yanvar 2010-cu il tarixdən sonra yarandığı üçün) yuxarıda qeyd edilmiş şərtlər daxilində hesablanmışdır. (xx.xx.2012-ci il tarixdən, 57 yaşın tamamından). Sizə əvvəlki qanunla pensiya hesablanması barədə müraciətiniz mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kompleks qazma işləri Tresti tərəfindən verilmiş xx.xx.2019-cu tarixli arxiv arayışdan görünür ki, İddiaçı X3 və X15 İdarəsində işləmişdir.SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks Qazma işləri” tresti yaradılmışdır.Abşeron Qİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi SOCAR-ın “Kompleks qazma işləri” trestinin tabeliyinə verilmişdir. “Kompleks Qazma işləri" trestinin xx.xx.2009cu il tarixli, 77 saylı əmri ilə X1ma sexi kimi X15 İdarəsinin tərkibinə verilmişdir.SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri" trestinin AbşeronQazma İşləri İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı: xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək X13 İdarəsinə 3-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə işə qəbul edilib.Əmr№40-k, xx.xx.1977-ci ildə. - xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək 4-cü dərəcəli qazmaçıköməkçisi peşəsinə keçirilib. Əmr № 146-k, xx.xx.1978-ci ildə. - xx.xx.1980-ci ildən xx.xx.1983-cü ilədək 5-ci dərəcəli qazmaçı-köməkçisi peşəsinə keçirilib. Əmr № 6-k, xx.xx.1980-ci ildə. - xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək 6-cı dərəcəli qazmaçı peşəsinə keçirilib. Əmr № 22-k, xx.xx.1983-cü ildə. - xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək Buruq ustasının köməkçisi vəzifəsinə keçirilib. Əmr №231-k, xx.xx.1987-ci ildə. xx.xx.1990-cı ildən xx.xx.2004 - cü ilədək Buruq ustası vəzifəsinə təyin edilib. Əmr № 59k, xx.xx.1990-cı ildə. - xx.xx.2004-cü ildə İşdən azad edilib. Köçürülmə yolu ilə “Siyəzənneft” NQÇİ-nə köçürülüb. Əmr № 15-k, xx.xx.2004-cü ildə. - xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək X4 MMTX-nə 13-cü dərəcəli buruq ustası vəzifəsinə işə qəbul edilib. Əmr № 4-k, xx.xx.2007-ci ildə. - xx.xx.2019-cu ildən xx.xx.2009-cu ilədək MMTX-nə 6-cı dərəcəli qazmaçı peşəsinə keçirilib. Əmr № 40-ş/h, xx.xx.2009-cu ildə. - xx.xx.2009-cu ildən xx.xx.2011-ci ilədək SOCAR-ın xx.xx.2009-cu il tarixli 251 saylı sərəncamı və “Kompleks qazma işləri” trestinin 77 saylı xx.xx.2009-cu il tarixli əmrinə əsasən X1ma sexi kimi Abşeron Qİİ-nin tərkibinə verilməsilə əlaqədar olaraq X14 6-cı dərəcəli qazmaçı peşəsinə işə qəbul edilib. Əmr № 74-k, xx.xx.2009-cu ildə. - xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək X14 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilib. Əmr № 152-k, xx.xx.2011-ci ildə. - xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək MMTX-nə 13-cü dərəcəli növbə rəisi vəzifəsinə keçirilib. Əmr №217-k, xx.xx.2011-ci ildə. - xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək X14 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilib. Əmr № 293-k, xx.xx.2012-ci ildə. - xx.xx.2014-cü ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsilə əlaqədar olaraq onunla bağlanmış ƏM-si ləğv edilib. Əmr № 94-k, xx.xx.2014-ci ildə. Arayışa əsasən İddiaçı ümumi iş stajı 34 il 4 gündür. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştlişərtlərləyaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçıxx.xx.1970-ci ildən xx.xx.1972-ci ilədək X10 Siyəzən bölməsində 3-cü dərəcəli poçtalyon vəzifəsində, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək Dəvəçi rayon Kommunal Təsərrüfat şöbəsi üzrə təmir tikinti qrupu üzrə 3-cü dərəcəli rəngsaz vəzifəsində, xx.xx.1973-cü ildən xx.xx.1974cü ilədək Siyəzənneft NQÇİ-də 2-ci dərəcəli çilingər vəzifəsində, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək Sumqayıt Quraşdırma İdarəsinin “Azərxüsusitexnikiquraşdırma” Trestində 2-ci dərəcəli çilingər vəzifəsində, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək X13 İdarəsinə qazma köməkçisi vəzifəsində, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək 4-cü dərəcəli qazma köməkçisi vəzifəsində, xx.xx.1980-ci ildən xx.xx.1983-cü ilədək 5-ci dərəcəli qazma köməkçisi vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək qazmaçı vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.1990-cu ilədək buruq ustasının köməkçisi vəzifəsində, xx.xx.1990-cu ildən xx.xx.2004-cü ilədək buruq ustası vəzifəsində, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək “Siyəzənneft” NQÇİ-nin qazma sexinin X6 Xidməti Sahəsinə 13-cü dərəcə ilə buruq ustası vəzifəsində, xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək Komlpeks qazma işləri Tresti X2 MMT xidmətinə neft və qaz quyuları qazması üzrə 13-cü dərəcə ilə buruq ustası vəzifəsində, xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək MMT xidməti sahəsinə 6-cı dərəcəli neft və qaz quyuları qazması işinə qazmaçı vəzifəsində, xx.xx.2009-cu ildən xx.xx.2011-ci ilədək ARDNŞ-nin Abşeron Qİİ-nin Siyəzən qazma sexinin MMTX-də 6-cı dərəcəli qazmaçı vəzifəsində, xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək X12 13-cü dərəcəli qazma ustası vəzifəsində, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək X12 13-cü dərəcəli növbə rəisi vəzifəsində, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək X12 13-cü dərəcəli qazma ustası vəzifəsində işləmiş, xx.xx.2014-cü ildə ştatların ixtisarı ilə əlaqədar olaraq işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya 57 yaşdan - xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2010-cu il tarixdən – 55 yaşdan hesablanmalı olmasını olmasını iddia edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin yuxarıda qeyd olunan tələblərindən görünür ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa malikdirlər. Həmin qanuna edilən dəyişikliyə əsasən qeyd olunan yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Qanunun və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun tələblərinə əsasən iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.1997-ci il tarixədək ümumi iş satı 25 il olmalı və bu müddətin adı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında nəzərdə tutulmuş çalışmalıdır. Lakin iş materiallarından görünür ki, iddiaçının xx.xx.1997-ci il tarixədək ümumi iş stajı 25 ildən az - 24 il 03 ay 20 gün və güzəştli iş stajı 12 il 6 aydan az - 11 il 09 ay 01 gün olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Qanunun 37-ci maddəsinin 7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq xx.xx.2006-cı ildən xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyalar təyin edilməsini yalnız iki şərtə münasibətdə müəyyən edir - yaş və staj. Bu, pensiya təyin edilərkən digər hallara şamil edilə bilməz. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya 57 yaşının tamam olduğu tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-225/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-225/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver