Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-225/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədov Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının keçmiş müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu 29 iyun 2001-ci il tarixdə qəbul olunmuşdur. Bununla belə, qeyd edilən Qanun qəbul olunduqdan sonra, yəni 2001 – 2006-cı illər ərzində iddiaçıya pensiya hesablanmamışdır. 2006-ci ildən başlayaraq ona ayrılmış pensiyanın məbləği 1.700 manat miqdarında müəyyənləşdirilmişdir. İddiaçı 2012-ci ildə DSMF Bakı şəhəri Yasamal rayon şöbəsinə pensiyanın düzgün hesablanılmaması ilə əlaqədar müraciət etmişdir. Aparılan araşdırma zamanı ona ayrılmış pensiyanın düzgün hesablanmadığı müəyyən olunmuşdur. Daha sonra aylıq pensiyanın məbləği 1.700 manatdan 2.200 manata qaldırılmışdır. Həmin dövrdən etibarən iddiaçı pensiya alır. Lakin DSMF Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən aparılan hesablama zamanı yaranmış aylıq pensiyanın 500 manat fərq hissəsi bu vaxtadək iddiaçıya ödənilməmişdir. Daha sonra iddiaçı ona pensiyanın düzgün hesablanmaması ilə bağlı təkrarən 10 dekabr 2019-cu il, 23 yanvar 2020-ci il və 4 mart 2020-ci il tarixlərdə təkrar olaraq DSMF Xüsusi Şərtlərlə Təminat İdarəsinə müraciətlər etmişdir. Həmin İdarə tərəfindən **********1 saylı 10 yanvar 2020-ci il və **********6 saylı 3 mart 2020-ci il tarixli cavab məktublarında konkret olaraq heç bir hal göstərilməmişdir. Sadəcə olaraq hər iki cavabda «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29.9, 20.8, 21.4, 20.5, 20.13, 21.1, 21.3-ci maddələri, eləcə də «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsində göstərilənlər sadalanmış, ərizələrə əsasən hər hansı bir araşdırma aparılmamış, onlara formal olaraq münasibət bildirilmiş, qaldırılan məsələ müsbət həllini tapmamışdır. Həmçinin, həmin İdarənin mütəxəssisləri tərəfindən iddiaçıya bildirmişdir ki, hazırkı pensiya yenə də düzgün hesablanmamış, aylıq olaraq ona təxminən 80 manat az məbləğ ödənilmişdir və həmin məbləğ də artırılmalıdır. Hazırda həmin pensiya məbləği hesablanmamış və ona ödənilməmişdir. İddiaçı hesab edir ki, həmin məbləğlər birdəfəlik hesablanaraq ona ödənilməli, eyni zamanda hazırda aldığı pensiya məbləğinə əlavə olunmalıdır. İddiaçı pensiyasının düzgün hesablanmaması ilə əlaqədar 22 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Ona 17/75 saylı 5 fevral 2020-ci il tarixli arayış təqdim olunmuş və orada 2008 – 2010-cu illər ərzində ona maddi yardım verilməsi barədə məlumat, pensiyanın hesablanması üçün əmək haqqı barədə arayış, 5.850 manat məbləğində vəsaitə aid 519 saylı məxaric orderinin surəti, 10.826 manat məbləğində son haqq-hesaba dair arayış, eləcə də 4.946,72 manat məbləğində 2 aylıq əmək haqqı, 6.449,36 manat məbləğində kompensasiya və 5.850,60 manat məbləğində aylıq vəzifə maaşına dair məlumatların surətləri verilmişdir. Həmin məlumatlar cavabdehə təqdim olunsa da, araşdırma zamanı qeyd edilən sənədlərdə göstərilən məlumatlar nəzərə alınmamış, ümumiyyətlə araşdırma aparılmamışdır. Təkrar olaraq 4 mart 2020-ci il tarixində pensiyanın düzgün hesablanması, Baş Prokurorluq tərəfindən 2002 – 2006-ci illər ərzində pensiyanın alınmasına dair lazımi sənədlərin cavabdehə təqdim olunması ilə əlaqədar müraciət edilsə də, Baş Prokurorluq tərəfindən onun ərizəsinə cavab verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikaı Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, İPM-in 2, 34.1, 52, 68, 69, 73.1, 75.4, 85.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən hazırkı pensiya məbləğinə azı 580 manat əlavə edilməklə, 2006-cı ildən bu günədək verilməyən fərq hesablanaraq birdəfəlik qaydada ödənilməsi, aylıq azı 80 manat əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiasına etiraz edilir. İddiaçının mövqeyinə görə, onun pensiyasına 580 manat əlavə edilməli, 2006-cı ildən bugünədək verilməyən fərq hesablanaraq birdəfəlik ödənilməli, eləcə də hazırda aldığı pensiyaya aylıq azı 80 manat əlavə edilməlidir. İddiaçı pensiyaya çıxdığı vaxt «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin ona ödənilməsini təsdiqləyən müvafiq arayışı təqdim edə bilməmiş, bu səbıbdən də onun bu barədə tələbi əsaslı deyildir. O, 1 yanvar 2006-cı il tarixdə pensiyaya çıxmışdır. İddiaçı adıçəkilən maddələrdə nəzərdə tutulmuş əlavələri almış olsa belə, həmin əlavələrin sığorta ödənişinə cəlb edilmədiyi şübhəsizdir. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29 iyun 2001-ci il tarixdə qəbul edilmiş və 31 iyul 2001-ci il tarixdə dərc olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 fevral 2018-ci il tarixli 17/114 nömrəli məktubuna əsasən 29 iyun 2001-ci il tarixli «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinəti verilir. Həmin qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən DSMF-yə ayrılmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərin əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Belə ki, Qanunun 20.8-ci maddəsinə görə, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Qanunun 20.9-cu maddəsinə görə prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 21.4-cü maddəsinə görə, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Göründüyü kimi, hər üç məbləğ əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qəbul edilməsi bəsit məntiqsizlik olardı, çünki əmək haqqından əmək haqqı hesablana bilməz. Digər tərəfdən, Qanunun 20.9-cu maddəsinə münasibətdə daha bir məqam diqqətə alınmalıdır. Maddənin dispozisiyasmdan görünür ki, 1-ci cümlədə və 2-ci cümlədə istifadə edilmiş “prokurorluq işçiləri” ifadələrinin əhatə dairəsi fərqlidir. Belə ki, qanunverici 1-ci cümlədə “prokurorluq işçiləri” deyərkən həm işləyən, həm də pensiyaya çıxmış işçiləri diqqətə almış, 2-ci cümlədə isə yalnız işləyən prokurorluq işçilərini nəzərdə tutumuşdur. Bir sözlə, müalicə üçün müavinət işləyən işçilərə verilməlidir, pensiyada olan işçilər isə pulsuz tibbi xidmətlə təchiz edilirlər. Deməli, işlədiyi müddətdə 20.9-cu maddədəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz. Bundan başqa, Qanunun 21.4-cü maddəsinə münasibətdə daha bir halı qeyd etmək zəruridir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarı ilə «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı» təsdiqlənmişdir. Siyahıda açıq şəkildə göstərilmişdir ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Beləliklə, bu məbləğlər əmək haqqının sonrakı artımı deyildir, əgər prokurorluq işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər, almayıbsa, həmin maddələrə istinad edilə bilməz. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı iddia edir ki, 25 noyabr 2010-cu il tarixdə pensiyaya çıxmışdır. Halbuki, iş materiallarından da göründüyü kimi o, öz ərizəsi əsasında 1 yanvar 2006-cı il tarixdə pensiyaya çıxmışdır. İddiaçıya həmin tarixdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 63-1-ci (Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri xidmət illərinə görə pensiya hüququna malikdirlər) və 17-ci maddələrinin (Pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir) tələblərinə uyğun olaraq pensiya təyin edilmişdir. Bundan başqa, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.13-cü maddəsinin 19 oktyabr 2007-ci il tarixədək olan redaksiyasına əsasən prokurorluqda 25 il qulluq etmiş və pensiya təminatı hüququndan istifadə etməyən prokurorluq işçisinə aylıq əmək haqqı ilə yanaşı ala biləcəyi pensiya məbləğinin 50 faizi ödənilir. Qeyd olunan normalardan da göründüyü kimi, iddiaçı 1 yanvar 2006-cı il tarixdə öz hüququndan istifadə edərək, pensiya çıxmışdır. Bu məsələlər ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-cf il tarixli Qərarı mövcuddur. Həmin Qərarda deyilir ki, sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu «Əmək pensiyaları haqqında» Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası – təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, «təminat xərcliyindəki sonrakı artımlar”, “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərdiyinə münasibətdə) almış olsun və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: 1) əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; 2) əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Həmçinin, qeyd edilməlidir ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin tələbləri iddiaçıya tətbiq oluna bilər. Həmin maddəyə göreə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin 2 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - İddiaçı prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi əmək pensiyası təyin olunarkən ona mükafat kimi verilmiş məbləğlər (10.826 manat və 5.850 manat) nəzərə alınmışdırmı? - İddiaçı prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi 2006 – 2010-cu illər üzrə təyin olunmuş pensiya məbləğinin əsasını təşkil edən əmək haqqı və əlavələr nə qədərdir? - İddiaçı prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi 2010 – 2020-ci illər üzrə təyin olunmuş pensiya məbləğinin əsasını təşkil edən əmək haqqı və əlavələr nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 6 avqust 2021-ci il tarixli məktubla Mərkəzin ekspertinin həmin tarixli 9/1096 saylı ekspert rəyi daxil olmuşdur. Rəyin nəticə hissəsində aşağıdakılar bildirilir: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilən məktubdan göründüyü kimi, İddiaçı 1 yanvar 2006-cı il tarixdən 31 yanvar 2007-ci il tarixədək olan dövr ərzində ümumilikdə 1.268,44 manat əskik, 1 fevral 2007-ci il tarixdən 31 dekabr 2007-ci il tarixədək olan dövr ərzində 938,23 manat artıq, 1 yanvar 2008-ci il tarixdən 31 may 2021-ci il tarixədək olan dövr ərzində isə ümumilikdə 18.649,18 manat əskik pul vəsaiti ödənildiyindən, nəticədə ümumilikdə 18.979,39 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin, İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə 10.826 manat məbləğində ödənilmiş kompensasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»nın 31-ci abzasına (sonuncu) əsasən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi, qeyd edilən pul təminatının İddiaçı əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğu son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar İddiaçı ödənilmiş 5.850 manatın onun əmək haqqına aid ödənclərdən olmadığı üçün həmin vəsaitin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə iddia ilə bağlı ünvanlanmış 25 fevral 2022-ci il tarixli məktubunda bildirilir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X1 İbrahimova dair mövcud olan pensiya işinə aid sənədlərdə ona DSMF Yasamal rayon şöbəsi tərəfindən 1 yanvar 2006-cı il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə pensiyası təyin olunduğu qeyd edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 1 yanvar 2006-cı il tarixdə İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə (Azərbaycan Respublikası Baş Prokurorluğunun İdarəsində böyük prokuror) vəzifə maaşı 390 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 175,50 manat, rütbəyə görə əlavəsi 21 manat və digər növ əlavələri 143,25 manat olmaqla orta aylıq əmək haqqı 729,75 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (729,75 manat) 80 faizi – 583,80 manat məbləğində hesablanmışdır. Eyni zamanda, adıçəkilən şəxs işləyən əmək pensiyaçısı olduğu üçün «Əmək pensiyaları haqqında» Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (583,80 manat) sığorta hissəsi tam (69,76 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (583,80 – 69,76 = 514,04 x 50% = 257,02 manat) olmaqla ümumilikdə ona 326,78 manat (69,76 + 257,02) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin 1 yanvar 2006-cı il tarixdən 31 mart 2006-cı il tarixədək olan dövr ərzində İddiaçı hər ay 303,51 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində adıçəkilən şəxsə 69,81 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 10.1-ci maddəsi ilə müəyyən edilmiş əmək pensiyalarının baza hissəsi Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən 1 aprel 2006-cı il tarixdə artırıldığı üçün İddiaçı əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 74,76 manat müəyyən edilmişdir. Nəticədə İddiaçı əmək pensiyasının sığorta hissəsi tam (74,76 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (583,80 – 74,76 = 509,04 x 50% = 254,52 manat) olmaqla ümumilikdə ona 329,28 manat (74,76 + 254,52) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin 1 aprel 2006-cı il tarixdən 30 sentyabr 2006-cı il tarixədək olan dövr ərzində İddiaçı hər ay 303,51 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində adıçəkilən şəxsə 154,62 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının rütbə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 oktyabr 2006-cı il tarixdən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 390 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 175,50 manat, rütbəyə görə əlavəsi 64 manat və digər növ əlavələri 150,42 manat olmaqla orta aylıq əmək haqqı 779,92 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (779,92 manat) 80 faizi – 623,94 manat məbləğində hesablanmışdır. Eyni zamanda «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 10.1-ci maddəsi ilə müəyyən edilmiş əmək pensiyalarının baza hissəsi Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən 1 oktyabr 2006-cı il tarixində artırıldığı üçün İddiaçı əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 79,76 manat müəyyən edilmişdir. Nəticədə İddiaçı işləyən əmək pensiyaçısı olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (623,94 manat) sığorta hissəsi tam (79,76 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (623,94 – 79,76 = 544,18 x 50% = 272,09 manat) olmaqla ümumilikdə ona 351,85 manat (79,76 + 272,09) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin 2006-cı ilin oktyabr və noyabr ayları üzrə İddiaçı hər ay 303,51 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində adıçəkilən şəxsə 96,68 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2006-cı il tarixdən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 975 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 438,75 manat, rütbəyə görə əlavəsi 64 manat və digər növ əlavələri 360,04 manat olmaqla orta aylıq əmək haqqısı 1.837,79 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1.837,79 manat) 80 faizi – 1.470,23 manat məbləğində hesablanmışdır. Eyni zamanda adıçəkilən şəxs işləyən əmək pensiyaçısı olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (1.470,23 manat) sığorta hissəsi tam (79,76 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (1.470,23 – 79,76 = 1.390,47 x 50% = 695,24 manat) olmaqla ümumilikdə ona 775 manat (79,76 + 695,24) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin İddiaçı 2006-cı ilin dekabr ayı üzrə 303,51 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ay üzrə adıçəkilən şəxsə 471,49 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfədən az olmamaqla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2007-ci il tarixindən 88,47 manat müəyyən edilmişdir. Nəticədə adıçəkilən şəxsin əmək pensiyasının sığorta hissəsi tam (88,47 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.470,23 – 88,47 = 1.381,76 x 50% = 690,88 manat) olmaqla ona ümumilikdə 779,35 manat (88,47 + 690,88) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin İddiaçı 2007-ci ilin yanvar ayı üzrə 303,51 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ay üzrə adıçəkilən şəxsə 475,84 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. 1 fevral 2007-ci il tarixdən əmək pensiyasiyalarının baza hissəsi artırıldığı üçün İddiaçı əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 98,47 manat müəyyən edilmişdir. Nəticədə İddiaçı əmək pensiyasının sığorta hissəsi tam (98,47 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.470,23 – 98,47 = 1.371,76 x 50% = 685,88 manat) olmaqla ümumilikdə 784,35 manat (98,47 + 685,88) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 1 fevral 2007-ci il tarixdən 31 dekabr 2007-ci il tarixədək olan dövr ərzində ümumilikdə 8.627,85 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 9.566,08 manat ödənilmişdir. Bu səbəbdən də adıçəkilən şəxsə yuxarıda qeyd olunan dövr ərzində 938,23 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. 1 yanvar 2008-ci il tarixdən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldığı üçün İddiaçı əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 116,57 manat müəyyən edilmişdir. Nəticədə İddiaçı əmək pensiyasının sığorta hissəsi tam (116,57 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.470,23 – 116,57 = 1.353,66 x 50% = 676,83 manat) olmaqla ümumilikdə 793,40 manat (116,57 + 676,83) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin 1 yanvar 2008-ci il tarixdən 31 avqust 2008-ci il tarixədək olan dövr ərzində İddiaçı hər ay 785,92 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində adıçəkilən şəxsə 59,84 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. 1 sentyabr 2008-ci il tarixdən əmək pensiyalarının baza hissəsi artırıldığı üçün İddiaçı əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 131,57 manat müəyyən edilmişdir. Nəticədə İddiaçı əmək pensiyasının sığorta hissəsi tam (131,57 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.470,23 – 131,57 = 1.338,66 x 50% = 669,33 manat) olmaqla ona ümumilikdə 800,90 manat (131,57 + 669,33) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin 1 sentyabr 2008-ci il tarixdən 31 dekabr 2008-ci il tarixədək olan dövr ərzində İddiaçı hər ay 785,92 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində adıçəkilən şəxsə 59,92 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. 1 yanvar 2009-cu il tarixindən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldığı üçün İddiaçı əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 143,33 manat müəyyən edilmişdir. Nəticədə İddiaçı əmək pensiyasının sığorta hissəsi tam (143,33 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.470,23 – 143,33 = 1.326,90 x 50% = 663,45 manat) olmaqla ona ümumilikdə 806,78 manat (143,33 + 663,45) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin 1 yanvar 2009-cu il tarixdən 8 noyabr 2009-cu il tarixədək olan dövr ərzində İddiaçı hər ay 785,92 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində adıçəkilən şəxsə 214,16 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının rütbə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 9 noyabr 2009-cu il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 975 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 438,75 manat, rütbəyə görə əlavəsi 138 manat və digər növ əlavələri 372,38 manat olmaqla orta aylıq əmək haqqısı 1.924,13 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1.924,13 manat) 80 faizi – 1.539,30 manat məbləğində hesablanmışdır. Eyni zamanda adıçəkilən şəxs işləyən əmək pensiyaçısı olduğu üçün «Əmək pensiyaları haqqında» Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (1.539,30 manat) sığorta hissəsi tam (143,33 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (1.539,30 – 143,33 = 1.395,97 x 50% = 697,99 manat) olmaqla ona ümumilikdə 841,32 manat (143,33 + 697,99) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 2009-cu ilin noyabr (22 gün) və dekabr ayları üzrə ümumilikdə 1.458,29 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 1.362,26 manat ödənilmişdir. Bu səbəbdən də adıçəkilən şəxsə yuxarıda qeyd olunan dövr ərzində 96,03 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. 1 yanvar 2010-cu il tarixdən əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırıldığı üçün İddiaçı əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 144,36 manat müəyyən edilmişdir. Nəticədə İddiaçı əmək pensiyasının sığorta hissəsi tam (144,36 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.539,30 – 144,36 = 1.394,94 x 50% = 697,47 manat) olmaqla ümumilikdə 841,83 manat (144,36 + 697,47) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 1 yanvar 2010-cu il tarixdən 31 avqust 2010-cu il tarixədək olan dövr ərzində ümumilikdə 6.734,64 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6.575,36 manat ödənilmişdir. Bu səbəbdən də adıçəkilən şəxsə yuxarıda qeyd olunan dövr ərzində 159,28 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. 1 sentyabr 2010-cu il tarixdən əmək pensiyalarının baza hissəsi artırıldığı üçün İddiaçı əmək pensiyasının sığorta hissəsi həmin tarixdən 154,36 manat müəyyən edilmişdir. Nəticədə İddiaçı əmək pensiyasının sığorta hissəsi tam (154,36 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1.539,30 – 154,36 = 1.384,94 x 50% = 692,47 manat) olmaqla ona ümumilikdə 846,83 manat (154,36 + 692,47) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin 1 sentyabr 2010cu il tarixdən 7 oktyabr 2010-cu il tarixədək olan dövr ərzində İddiaçı 1.038,05 manat ödənilməli olduğu halda, həmin müddət ərzində 999,66 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində adıçəkilən şəxsə 38,39 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. 8 oktyabr 2010-cu il tarixindən İddiaçı prokurorluq orqanlarından azad olunması əlaqədar təqdim etdiyi son 24 ay ərzindəki əmək haqqı barədə arayışa əsasən onun əmək pensiyası yenidən hesablanmışdır. Adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 975 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 438,75 manat, rütbəyə görə əlavəsi 138 manat və digər növ əlavələri 1.088,21 manat olmaqla orta aylıq əmək haqqısı 2.639,96 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2.639,96 manat) 80 faizi – 2.111,97 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 8 oktyabr 2010cu il tarixdən 31 dekabr 2013-cü il tarixədək olan dövr ərzində ümumilikdə 81.889,93 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 77.533,59 manat ödənilmişdir. Bu səbəbdən də adıçəkilən şəxsə yuxarıda qeyd olunan dövr ərzində 4.356,34 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.115 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 501,75 manat, rütbəyə görə əlavəsi 138 manat və digər növ əlavələri 1.206,62 manat olmaqla orta aylıq əmək haqqı 2.961,37 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2.961,37 manat) 80 faizi – 2.369,10 manat məbləğində hesablanmışdır. Lakin 1 yanvar 2014-cü il tarixdən 28 fevral 2018-ci il tarixədək olan dövr ərzində İddiaçı hər ay 2.212 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində adıçəkilən şəxsə 7.855 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.225 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 551,25 manat, rütbəyə görə əlavəsi 138 manat və digər növ əlavələri 1.299,67 manat olmaqla orta aylıq əmək haqqı 3.213,92 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 20.8.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3.213,92 manat) 80 faizi – 2.571,14 manat məbləğində müəyyən edilmişdir. Lakin 1 mart 2018-ci il tarixdən 31 may 2021-ci il tarixədək olan dövr ərzində ona hər ay 2.422,16 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində adıçəkilən şəxsə 5.810,22 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən İddiaçı 1 yanvar 2006-cı il tarixdən 31 yanvar 2007-ci il tarixədək olan dövr ərzində ümumilikdə 1.268,44 manat əskik, 1 fevral 2007-ci il tarixdən 31 dekabr 2007-ci il tarixədək olan dövr ərzində 938,23 manat artıq, 1 yanvar 2008-ci il tarixdən 31 may 2021-ci il tarixədək olan dövr ərzində isə ümumilikdə 1.8649,18 manat əskik pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 18.979,39 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası DSMF orqanı tərəfindən 2.422,16 manatdan 2.571,14 manata artırılmış və 1 iyun 2018-ci il tarixdən 31 may 2021-ci il tarixədək olan dövr üçün ona ödənilməli olan 5.363,28 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı əmək pensiyası üzrə keçmiş üç il müddəti üçün (1 iyun 2018-ci il tarixdən 31 may 2021-ci il tarixləri arasındakı dövr) hesablanmış 5.363,28 manat fərq məbləğinin «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə 2021-ci ilin iyun ayından etibarən hissə-hissə adıçəkilən şəxsin pensiyasının (2.571,14 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür. Məhkəmənin 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə “ABAK-X7” MMC-dən 2 noyabr 2020-ci il tarixli qərardadla ekspertiza qarşısında qoyulmuş sualar üzrə mütəxəssis rəyinin alınması qərar alınmışdır. “ABAK-X7” MMC-dən məhkəməyə ünvanlanmış 2 iyun 2022-ci il tarixli məktubla müvafiq mütəxəssis rəyi verilmişdir. Rəydə aşağıdakılar bildirilir: - (Hesablama) Araşdırmalara əsasən İddiaçı ödənilən mükafat məbləğləri 10.826 manat və 5.820 manat pensiya hesablanması zamanı nəzərə alınmamışdır. Təqdim etdiyi sənədlərə əsasən İddiaçı 2006-cı ildə təyin edilən ümumi pensiya məbləği 4.434,71 manat və ona ödənilən ümumi pensiya məbləği 3.642,12 manat təşkil edir, nəticədə 792,59 manat fərq məbləği ortaya çıxmışdır. 2007-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 9.407,21 manat və ona ödənilən ümumi pensiya məbləği 9.869,59 manat təşkil edir, nəticədə 462,36 manat artıq məbləğ ortaya çıxmışdır. 2008-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 9.550,81 manat və ona ödənilən ümumi pensiya məbləği 9.431,04 manat təşkil edir, nəticədə 119,77 manat fərq məbləği ortaya çıxmışdır. 2009-cu ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 9.741,24 manat və ona ödənilən ümumi pensiya məbləği 9.431,04 manat təşkil edir, nəticədə 310,20 manat fərq məbləği ortaya çıxmışdır, 9 noyabr 2009-cu il rütbəyə görə 138 manat və digər növ əlavələr 372,38 manat təyin olunmuşdur. 2010-cu ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 15.855,18 manat və ona ödənilən ümumi pensiya məbləği 9.837,40 manat təşkil edir, nəticədə 6.017,78 manat fərq məbləği ortaya çıxmışdır, ona 8 oktyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından azad olunmuşdur, ödənilən mükafat məbləğləri (10.826 manat və 5.850 manat) cəmlənib 12 aya bölünərək orta aylıq əmək haqqının üzərinə gəlməklə hesablanmışdır. 2011-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 36.480,95 manat və ona ödənilən ümumi pensiya məbləği 26.856,73 manat təşkil edir, nəticədə 9.604,22 manat fərq məbləği ortaya çıxmışdır. 2012-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 25.343,62 manat və ona ödənilən ümumi pensiya məbləği 24.207,24 manat təşkil edir, nəticədə 1.136,38 manat fərq məbləği ortaya çıxmışdır. 2013-cü ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 25.343,62 manat və ona ödənilən ümumi pensiya məbləği 24.207,24 manat təşkil edir, nəticədə 1.136,38 manat fərq məbləği ortaya çıxmışdır. 2014-cü ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2015-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2016-cı ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2017-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 28.429,15 manat və ona ödənilən ümumi pensiya məbləği 26.544 manat təşkil edir, nəticədə 1.885,15 manat fərq məbləği ortaya çıxmışdır. 2018-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 30.449,55 manat və ona ödənilən ümumi pensiya məbləği 28.645,60 manat təşkil edir, nəticədə 1.803,95 manat fərq məbləği ortaya çıxmışdır. 2019-cu ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 30.449,55 manat və ona ödənilən ümumi pensiya məbləği 29.065,92 manat təşkil edir, nəticədə 1.383,63 manat fərq məbləği ortaya çıxmışdır. 2020-ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 30.449,55 manat və ona ödənilən ümumi pensiya məbləği 29.065,92 manat təşkil edir, nəticədə 1.383,63 manat fərq məbləği ortaya çıxmışdır. 2021ci ildə İddiaçı təyin edilən ümumi pensiya məbləği 12.451,60 manat və ona ödənilən ümumi pensiya məbləği 12.110,80 manat təşkil edir, nəticədə 340,80 manat fərq məbləği ortaya çıxmışdır. - (Nəticə) İddiaçı 2006 – 2010-cu illər üzrə 48.989,16 manat pensiya məbləği müəyyən edilmiş və 42.211,19 manat pensiya məbləği ödənilmişdir, 2011 – 2021-ci illər üzrə 304.665,05 manat pensiya məbləği müəyyən edilmiş və 280.335,45 manat pensiya məbləği ödənilmişdir. Ümumi olaraq müəyyən edilən ümumi pensiya məbləği 353.654,20 manat və ödənilən ümumi pensiya məbləği 322.546,64 manat təşkil edir. Nəticədə İddiaçı ödənilməli 31.107.56 manat təşkil edir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 2 fevral 2002-ci il tarixdən 1 iyun 2021-ci il tarixədək ödənilməmiş 46.466,22 manat pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, 2010-cu ilin noyabr ayının 25-dək prokurorluq orqanlarında xidmətdə olmuşdur. 2006-cı ildə DSMF tərəfindən ona pensiya hesablansa da, bu hesablama düzgün aparılmamışdır. Həmçin dövrdən sonra 2010-cu ilədək prokurorluq əməkdaşı kimi fəaliyyətdə olduğundan, pensiyanın 50%-ni almışdır. 2010-cu ilin noyabr ayında onun prokurorluq orqanlarında fəaliyyətinə xitam verilmişdir və bu onun xidmətdə son yaş həddinə çatması ilə əlaqədar olmuşdur. Həmin vaxtdan sonra DSMF orqanı ona hesabladığı pensiya məbləğini tam həcmdə ödəmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2019-cu ilin dekabr ayında müraciət etmişdir. Müraciətdə 25 il prokurorluq orqanlarında xidmət keçmiş şəxs kimi onun pensiya hüququ 2002-ci ildə yarandığını və həmin dövrdən sonra 2002 – 2006-cı illərdə pensiya ödənişini almadığını, 2006-cı ildən sonra əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını bildirmiş və pensiyanın düzgün hesablanaraq həmin dövrlər üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh ərizəni təmin etməmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda (İPM-in 8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqanın yerləşdiyi yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, iddia ərizəsi məhkəmənin icraatına 1 oktyabr 2021-ci il tarixdən əvvəlki dövrdə daxil olduğundan, İPM-in 8.1.2-ci maddəsinin həmin tarixdən sonrakı dövrdə qüvvədə olan tələbləri hazırkı işə münasibətdə tətbiq edilmir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1950-ci il təvəllüdlüdür, 24 noyabr 2010-cu il tarixədək prokurorluq orqanlarında xidmətdə olmuşdur. 2006-cı ildə DSMF orqanı tərəfindən ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası hesablanıb təyin edilmişdir, lakin fəaliyyətdə olan prokurorluq işçisi kimi ona 2006-cı ildən əmək pensiyasının 50%-i ödənilmişdir. 2010-cu ilin noyabr ayında isə, onun prokurorluq orqanlarında fəaliyyətinə xidmətdə son yaş həddinə çatması ilə əlaqədar xitam verildiyindən, DSMF orqanı tərəfindən hesablanmış həmin pensiya məbləği tam həcmdə ödənilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında hazırkı cavabdehə müraciət edərək, prokurorluqda 25 il xidmət keçmiş şəxs kimi onun pensiya hüququnun hələ 2002ci ildə yarandığını və həmin dövrdən sonra 2002 – 2006-cı illərdə heç bir pensiya ödənişini almadığını, habelə 2006-cı ildən sonra əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını bildirmiş və pensiyanın düzgün hesablanaraq sözügedən dövrlər üzrə ödənilməmiş pensiya məbləğinin ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş və bununla bağlı məhkəməyə müraciət olunmasını ona tövsiyə etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahsələndirir. «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. «Əmək pensiyaları haqqında» Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi tədqiq edilmiş mütəxəssis rəyi digər sübut qismində ekspert rəyinə nisbətən daha mötəbər qiymətləndirilməməlidir. Belə ki, sözügedən mütəxəssis rəyi həm qoyulan sullar üzrə kifayət qədər əhatəli, həm də istinad olunmuş normativ sənədlər və məlumatlar baxımından qənaətbəxs dəyərləndirilir. Hansı ki, bu mütəxəssis rəyinə görə İddiaçı 2006-cı ildə təyin olunan əmək pensiyasının düzgün hesablanmaması nəticəsində 2 fevral 2006-cı il tarixdən 1 iyun 2021-ci il tarixədək ona 31.107.56 manat məbləğ az ödənilmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının tələb etdiyi pensiya məbləği yalnız yuxarıda qeyd olunan 2006 – 2021-ci illəri əhatə etmir, o həm də 2002 – 2006-cı illər üzrə yaranmış fərqi də tələb edir. Nəzərə alınsa ki, mütəxəssis rəyinə əsasən iddiaçıya 2006-cı ilin yanvar və fevral ayları üzrə aylıq 326,78 manat pensiya məbləği (pensiyanın 50%-i miqdarında) ödənilmişdirsə, tərəflərin digər dəlilləri olmadığından, bu məbləğ 2002-ci ilin fevral ayından başlayaraq 2006-cı ilədək 47 ay ərzində 15.358,66 manat (326,78 manat x 47 ay) təşkil etmiş olur. Bununla da, hazırkı məhkəmə icraatında işdə olan sübutlar və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçıya 2002 – 2021-ci illər üzrə ödənilməmiş pensiya məbləği (fərq məbləği) 46.466,22 (31.107.56 + 15.358,88) manat təşkil edir. Lakin qeyd olunmalıdır ki, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının ödənilməmiş məbləğinin ödənilməsi üzrə ona münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1, 37.7-ci maddələrinin tələbləri tətbiq olunmalıdır. Yəni, müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləği ona ödənilməlidir. İPM-in 98-1.1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. İPM-in 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. İPM-in 98-1.4-cü maddəsinə əsasən Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödəniməsindən imtina olunması qismən qanuna zidd və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının ödənilməmiş məbləğinin müraciət etdiyi tarixdən əvvəlki son üç ilə aid hissəsi «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə müvafiq qaydada ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, iş materiallarında olan cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvalanmış 3 mart 2020-ci il tarixli məktubdan onun həmin Mərkəzi Filiala 2020-ci ilin yanvar ayında müraciət etdiyi məlum olur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının 2 fevral 2002-ci il tarixdən 1 iyun 2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş 46.466,22 manat pul vəsaitinin 2017-ci ilin yanvar ayından sonrakı dövrə aid hissəsinin «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsində müəyyən edilmiş qaydada (ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə) ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının 2 fevral 2002-ci il tarixdən 1 iyun 2021ci il tarixədək olan dövr üzrə ödənilməmiş 46.466,22 manat pul vəsaitinin 2017-ci ilin yanvar ayından sonrakı dövrə aid hissəsinin «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsində müəyyən edilmiş qaydada (ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə) ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-225/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-225/2022
29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver