Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-225/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müraciətə cavab verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 yanvar 2022-ci il tarixdə göndərilmiş müraciətinə cavabdeh Müdafiə Nazirliyi tərəfindən cavab verilməsi üçün müddət təyin edilməsini və Müdafiə Nazirliyinin üzərinə müraciətə cavab verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N6-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müddətdən artıq çavuş rütbəsində sürücü vəzifəsində xidmət etmiş və xidmət zamanı dəfələrlə fərqlənmişdir. 28 mart N6-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 161 saylı Hərbi hissə komandirinin əmri ilə iddiaçı Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən 037 saylı Hərbi hissəsinə ezam olunmuşdur. Aprel döyüşləri başlayan kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 037 saylı Hərbi hissəsinin komandirinin şifahi əmri ilə Füzuli rayonunda yerləşən Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərin ön xəttinə göndərilmişdir. Döyüşlərin getdiyi ərazidə atəş altında ön xəttə silah-sursat aparmışdır. İddiaçı qeyd edir ki, döyüşlərdə iştirak etdiyini ən azı 3 (üç) şahid təsdiq etməyə hazırdır və həmin hərbi qulluqçular N6-cı ilin aprel döyüşlərinin iştirakçısıdır. İddiaçı müharibə iştirakçısı barədə müvafiq sənədin təqdim edilməsinə dair dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aidiyyəti struktur qurumları isə Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsini, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunlarını pozaraq bugünədək iddiaçıya cavab verməmişdirlər.
3. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba əsasən vətəndaş İddiaçı ehtiyata buraxılmasına əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir.
4. 161 saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 220 nömrəli Əmrindən Çıxarışa əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 095əç nömrəli əmri ilə 4-cü taborun maddi-texniki təminat taqımı avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Beyləqan rayonu N saylı hərbi hissədən gəlmiş hesab olunmuş, xx.xx.N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır.
5. 161 saylı hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli 228 nömrəli Əmrindən Çıxarışa əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, zenit-raket artilleriya bataryası 2-ci zenit artileriya taqımı 4-cü manqa sürüc, N nömrəli hissə komandirinin xx.xx.N7-ci il tarixli 062əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin zenitraket artilleriya bataryası zenit artilleriya taqımının sürücüsü vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.N7-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə (Beyləqan rayonu) komandirinin sərəncamına göndərilmişdir. Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmrinə əsasən N7-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. N7-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilməyib. N7-ci ilin növbəti məzuniyyətindən 15 gün istifadə edib.
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.N9-cu il tarixli Əmrindən Çıxarışa əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş əsgər İddiaçı, 5-ci reaktiv artilleriya divizonunun 15-ci reaktiv artilleriya batareyasının 2-ci reaktiv artilleriya taqımının 3-cü maşının sürücüsü, N nömrəli hərbi hissə komandirinin N iyun N9-cu il tarixli, 045 “əç” nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyyata buraxıldığına görə 09 iyun N9-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinə göndərilmişdir. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N7-ci il tarixli, 22 nömrəli əmrinə əsasən N9-cu il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş əsgər İddiaçı N9-cu il üçün nəzərdə tutulmuş maddi yardım verilib. N9-cu ilin növbəti məzuniyyətindən 5 (beş) günistifadə edib, məzuniyyət pulu ödənməyib.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən kiçik çavuş İddiaçı verilmiş xidmət vərəqəsi, xidməti xasiyyətnamə, söhbət vərəqələri və ehtiyatda olan kiçik çavuş İddiaçı verilmiş arayış-məlumat iş materiallarına əlavə olunmuşdur.
8. Məhkəmə iclasında tərəflər iştirak etmirlər.
II. İddianın mümkünlüyü
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N5-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
12. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli müraciətin cavablandırılmasını tələb etsə də, hazırki iddia tələbini irəli sürməkdə iddiaçının məqsədi müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdır.
13. Məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək hesab edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməklə öz məqsədinə çata bilər.
14. Odur ki, iddia tələbi lazımi qaydada qaldırılmamışdır, lakin iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyünü istisna etmir, belə ki, iş materiallarına əsasən iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı səlahiyyətli inzibati orqana müraciət yoxdur. Belə ki, iddiaçının müraciətləri məhz xidməti və döyüşlərdə iştiak etməsi ilə bağlı arayışın verilməsi ilə bağlıdır. Odur ki, məhkəmə iddia tələbinin müharibə veteranı adının və vəsiqəsinin verilməsi kimi dəyişdirilməsi ilə bağlı hüquqi yardım göstərilməsini prosessual qənaət prinsipindən irəli gələrək məqsədəuyğun hesab etmir.
15. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva