Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2250/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********148942 nömrəli vergi məsuliyyətinə cəlb qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********145773 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar xx.xx.2021-ci il tarixində tərtib edilmiş və xx.xx.2021-ci il tarixində **********864900 kargüzarlıq nömrəsi ilə Cəmiyyətin elektron poçtuna göndərilmiş **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı” tərtib edilərkən, səyyar vergi yoxlaması keçirilən zaman və həmçinin **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı” əsasında çıxarılmış xx.xx.2021-ci il tarixində, **********148942 nömrəli məsuliyyətə cəlb qərarı ilə qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. İlk növbədə qeyd edirlər ki, **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nda qeyd edilmiş əlavə hesablanmış vergi məbləğləri həmçinin mütənasib olaraq hesablanmış maliyyə sanksiyalarının heç bir əsası yoxdur. Belə ki, hesablama zamanı Cəmiyyətin gəlirlərinin hansı hesablama bazası əsasında müəyyən edildiyi barədə heç bir məlumat verilməmişdir. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 1.8-ci bəndində Cəmiyyət tərəfindən idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan “Bars” markalı elektrik akkumlyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyaları üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, ********** saylı məktubu sasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət olunmaqla ekspertiza təyin edilməsi və ekspert tərəfindən “elektrikli akkumlyatorların real bazar satış qiymətlərinin müəyyən edilməsi barədə” xx.xx.2019-cu il tarixli ekspert rəyinin verilməsi qeyd edilmişdir. Bundan başqa, **********45826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 1.9.3 və 1.9.4-cü bəndlərində isə ekspert və mütəxəssisin dəvət edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir və ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Vergi Məcəlləsinin 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək, ekspertin rəyi ilə tanış olmaq kimi hüquqları vardır. Aydın olduğu kimi, yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən faktiki yoxlanılan müəssisə, dövr və məhsullar üzrə heç bir ekspertiza keçirilməsi barədə qərar qəbul etməmiş, olduğu halda isə yoxlanılan şəxsi bu qərarla tanış etməmiş və onun Vergi Məcəlləsi ilə müəyyən olunan hüquqlarını ciddi şəkildə pozmuşdur. Yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən, yoxlamanın başlaması tarixindən əvvəl mövcud olmuş, digər bir ekspert rəyi əsas götürülərək əlavə hesablamalar aparılmışdır. Qeyd etmək istərdik ki, Cəmiyyətimizin fəaliyyəti ilə əlaqədar yoxlama aparılan zaman yoxlamanın başlanıldığı tarixdən öncə mövcud olmuş ekspert rəyi əsas götürüldüyü halda belə yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən yoxlanılan şəxsə bu barədə məlumat verməməklə Cəmiyyətimizin Vergi Məcəlləsi ilə nəzərdə tutulan hüquqları ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilməmiş və səyyar vergi yoxlamasını həyata keçirən orqan tərəfindən hansı meyar və kriteriyalara əsasən yoxlanılan müəssisənin idxal etdiyi malların (elektrikli akkumulyatorlarin) yoxlamadan əvvəlki dövrdə əldə olunmuş (xx.xx.2019-cu il tarixli) ekspert rəyində qeyd edilmiş elektrikli akkumulyatorlarla texniki göstəricilərinə görə eyni olduğu müəyyən edilmişdir. Nəzərə çatdırırlar ki, elektrikli akkumlyatorların təsnifat üzrə amper vahidləri eyni olsa da, onların digər texniki göstəriciləri fərqli ola bilər. Bu kimi məsələlərin müəyyən edilməsi üçün xüsusi texniki biliklər tələb olunur. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 11-ci səhifəsində qeyd edilmişdir ki, VM-nin 14.6.3-cü maddəsinə istinad edilmiş və bu maddənin 14.6.3.1 və 14.6.3.2-ci alt maddələrinin tətbiq edilməsi mümkün olmadığı qeyd edilmişdir. Halbuki, VM-nin 14.6.3.2-ci maddəsinə əsasən - dəyərin toplanması üsuluna əsasən, yəni bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanması mümkündür. Burada səyyar vergi yoxlamasını keçirən vergi orqanın tərəfindən hansı səbəblə tətbiqi mümkün olan və qanunvericiliyin tələbinə görə ardıcıllıq prinsipi pozularaq 14.6.3.2-ci maddə tətbiq etmədən ondan sonrakı, yəni 14.6.3.3-cü maddə tətbiq edilmişdir. Bundan başqa VMnin 67-ci maddəsinə əsasən vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları müəyyən edilmişdir. Belə ki, VM-nin 67.1-ci maddəsinə əsasən “vergi orqanı ödənilməli olan verginin məbləğini həmin maddədə sadalanan əlaqəli məlumatlardan istifadə etməklə hesablamalı” və ya VMnin 67.2-ci və 67.4-cü maddələrində göstərilən “vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün bir sıra zəruri meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməklə” hesablanmalıdır. Səyyar vergi yoxlaması keçirilən zaman yuxarıda qeyd edilmiş 67-ci maddə nəzərə alınmamış, əlaqəli məlumatların və ya vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları barədə heç bir məlumatın olub- olmaması yoxlanılmamış, bu istiqamətdə qanunvericiliyin tələbi və səyyar vergi yoxlamasının keçirilməsi qaydaları çərçivəsində heç bir sənədləşmə aparılmamışdır. Beləliklə, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarının tətbiqi ciddi şəkildə pozulmuş və birbaşa VM-nin 14-cü maddəsinə əsasən “bazar qiymətləri ilə ödənilməli olan verginin məbləği” üsulu seçilmişdir. Hətta yoxlamanı həyata keçirən orqan tərəfindən VM-nin 14-cü maddəsi seçilməsinə baxmayaraq, heç bu maddədə nəzərdə tutulmuş konkret halların hansının və necə seçildiyi barədə heç bir qeyd aparılmamışdır. Əlavə olaraq qeyd etmək istəyirlər ki, **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı” xx.xx.2021-ci il tarixdə tərtib edilsə də, Cəmiyyətə elektron poçt vəsitəsi ilə xx.xx.2021-ci il tarixində təqdim edilmiş və bununla da, Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbi ciddi şəkildə pozulmuşdur. Tərtib edilmiş **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”-da və xx.xx.2021ci il tarixli, **********148942 nömrəli məsuliyyətə cəlb qərarında Cəmiyyətin büdcəyə ödənilməli olan ƏDV məbləğlərinin yayındırıldığı, VM-nin 166-cı maddəsi üzrə aylar üzrə düzgün müəyyən edilməməsi qeyd edilmişdir. Qeyd etmək istəyirlər ki, Cəmiyyətin təqdim etdiyi malların zamanı və vaxtı müəyyən olmadığı halda səyyar vergi yoxlamasını keçirən orqan tərəfindən VM-nin 166-cı maddəsi hansı formada və necə 166-cı maddənin tələbləri tətbiq edilmişdir. Bundan başqa sözügedən “Səyyar vergi yoxlaması aktı”nda yoxlanılan müəssisənin VM-nin 169.4-cü maddəsinin tələbi çərçivəsində də, həmçinin ƏDV üzrə yayındırılmış məbləğlər barədə qeydlər mövcuddur. Belə ki, VM-nin 169.4-cü maddəsi qeyri-rezident şəxslərin ƏDV-si üzrə vergi agenti olan rezident müəssisələrin büdcəyə bəyan etməli və ödəməli olduğu vergi məbləğlərindən bəhs edir. Lakin, Cəmiyyət tərəfindən yoxlanılan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətində qeyri-rezidentlər ilə heç bir əlaqəsi və maliyyə-təsərrüfat münasibəti mövcud olmamışdır. Nəticə olaraq, qeyd etmək zəruridir ki, Cəmiyyət tərəfindən yalnız 2019-cu ildə təxminin 853.000 manat dəyərində elektrik akkumulyatorlar idxal edilmişdir, lakin yoxlama prosesi zamanı və onun nəticəsi olaraq tərtiq edilmiş **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”na əsasən vergi orqanı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş malların dəyəri 512783 manat (ƏDV-siz), 2020-ci il üzrə isə təqdim edilmiş malların dəyəri 1 378 569 manat (ƏDV-siz) qəbul edilmiş və hesablama bu əsassız məbləğlər üzərindən aparılmışdır. Yoxlamanı aparan şəxs tərəfindən təqdim edilmiş malların hansı hissəsinin hansi dövrdə baş verdiyi hansı ehtimal və güman üzərindən aparması da məchul olaraq qalır. Digər məqam isə ondan ibarətdir ki, yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən, “Qazaxıstan” istehsalı “Ekonom sinif və bazarda xüsusi satış çəkisinə və qudvil-inə sahib olmayan elektrik akkumlyatorların satışından, hansı hesablama nəticəsində 853 000 manat məbləğində malın 1 891 000 manata təqdim edilməsi, təxmini 1 038 000 manat mənfəət əldə etməsi, başqa sözlə ifadə edilsə təxmini 121% ticarət əlavəsi ilə fəaliyyət göstərməsi qənaətinə gəlinmişdir ki, bu da öz növbəsində absurddur. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktf’nda 2019 və 2020-ci illər üzrə Cəmiyyətin xərcləri (aktda qeyd edilmiş mənfəət vergisi üzrə bəyannamənin 221.4-cü sətri) azaldılmış və bu barədə necə və niyə azaldıldığı müəyyən edilməmiş və heç bir qeyd aparılmamışdır. Bu halda, səyyar vergi yoxlamasını həyata keçirən orqan tərəfindən Cəmiyyətin təqdim etdiyi malların maya dəyəri hansı üsulla (FİFO, LİFO, orta dəyər) müəyyən edilməsi də, müəyyən deyil. Əgər yoxlamanı həyata keçirən şəxs tərəfindən Nazirlər Kabinetinin 55 saylı qərarı ilə şərti rentabellik norması tətbiq edilmişdirsə, o zaman bu barədə də heç bir qeyd mövcud deyil. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”na əsasən vergi orqanı tərəfindən müəssisəyə münasibətdə icarə münasibətləri çərçivəsində “Ödəmə mənbəyində vergi” (ÖMV) hesablanmışdır. Belə ki, səyyar vergi yoxlamasını həyata keçirən orqan tərəfindən hansı məlumatlara əsasən icarə haqqının ödənildiyi və ya ödənilmədiyi müəyyən edilmişdir? Azərbaycan Respublikası VM-nin 124 və 150-ci maddələrinə əsasən vergi ödəyiciləri icarə haqlarından ödəmə mənbəyində vergilər üzrə gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq bəyannaməni təqdim etməyə və hesablanmış vergini büdcəyə köçürməyə borcludur. Səyyar vergi yoxlamasını həyata keçirən orqan tərəfindən heç bir məlumat və sənədlərə əsasən icarə haqlarının ödənildiyi təsdiq edilməmişdir və beləliklə də ödənilməsi təsdiq olunmayan əməliyyat üzrə ÖMV hasablanaraq qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Qeyd etmək istəyirlər ki, **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı’' Cəmiyyətə gecikmə ilə təqdim ediləndən sonra tərəflərindən aktda öz əksini tapan kifayət qədər detallı və aydın məlumatları, qanun pozuntularını özündə əks etdirən şikayət ünvanlanmış, reqlament üzrə təyin edilmiş telefon danışığı zamanı bir daha ətraflı məlumatlar verilmiş, lakin həmin şikayət üzrə yoxlamanı həyata keçirən orqanın rəhbəri tərəfindən VM-nin 49.1.3 maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməmişdir. Bildirmək istəyirlər ki, yoxlamanı həyata keçirən vergi orqanın rəhbəri tərəfindən xx.xx.2021-ci il tarixində **********148942 nömrəli məsuliyyətə cəlb qərarı **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın surətini özündə əks etdirmişdir. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”-da qeyd edilmiş məqamlar xx.xx.2021-ci il tarixində **********148942 nömrəli məsuliyyətə cəlb qərarına köçürülmüşdür. Bundan başqa, xx.xx.2021-ci il tarixində **********148942 nömrəli məsuliyyətə cəlb qərarında Cəmiyyətin şikayəti eyni qaydada birə-bir köçürülmüş, lakin şikayətin mahiyyəti üzrə qeyd edilmiş məqamlara heç bir münasibət bildirilməmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə ilə müraciət edərək, bildirmişdir ki, "xxxx" MMC 2019-cu il ərzində Qazaxıstan Respublikasından 859 306.20 manatlıq "Bars" markalı elektrik akkumulyatorları idxal etmişdir. Yoxlanılan dövr ərzində şirkət başqa mal, iş və xidmət almamışdır. Lakin, səyyar vergi yoxlaması ilə şirkətə ümumilikdə 574 081.48 manat vergi və maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə deyilsə, şirkətə idxal etdiyi malların 67 faizi məbləğində vergi hesablanmışdır. Bu isə heç bir məntiqə sığmır və tamamilə absurtdur. Belə ki, 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində gəlirlərinin 887 719.96 manat olması bəyan edilmişdir. Lakin, vergi orqanı tərəfindən 2019 və 2020-ci illər üzrə gəlirlərinin 1 891 353.22 manat olması qənaətinə gəlinmişdir. Vergi orqanının məntiqi ilə məsələyə yanaşılsa elə çıxır ki, şirkətin idxal etdiyi 859 306.20 manatlıq mallar üzrə 1 891 353.22 manat gəlir əldə etmişdir ki, bunun nəticəsində də, şirkətə 574 081.48 manat vergi və maliyyə sanksiyası hesablansın. İdxal edilmiş 859 306.20 manatlıq malların 2.2 dəfə və ya 220% marja ilə satılması qeyri mümkündür. Təkcə bu qeyd edilənlər yoxlama ilə hesablanan vergilərin qanunsuz olmasından xəbər verir. 2019-cu il üzrə tərəflərindən təqdim olunmuş mənfəət vergi bəyannaməsində gəlirlərimizin 887 719,96 manat, xərcləri isə 875 297.84 manat olması qeyd olunsa da, səyyar vergi yoxlaması ilə müəssisənin gəlirinin 512 783.28 manat, xərclərinin isə 288 676.84 manat olması qənaıtinə gəlinərək, 42 336.86 manat əlavə mənfəət vergisi 21 168.43 manat maliyyə sanksiyası hesablanılmışdır. Bundan əlavə bildirirlər ki, şirkətin xx.xx.2019cu ildən fəaliyyətini 5 il müddətində dayandırmış və həmin tarixdən obyektini vergi uçotundan çıxararaq 2019-cu il üzrə mənfəət vergisi bəyənnaməsini təqdim etmişdir. Mənfəət vergi bəyənanməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrində dövr ərzində daxil olınnş və təqdim olunmuş malların dəyərinin 859 306.20 manat olması qeyd olunmuş, eyni zamanda dövrün sonuna heç bir qalığı qalmamışdır. Həmçinin səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində də, qeyd edilmişdir ki, vergi ödəyicisinin ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinə baxış keçirilmiş və həmin ünvanda müəssisənin faktiki fəaliyyətinin olmadığı müəyyən olunmuşdur. Yəni şirkət 2019-cu ildə idxal etdiyi malları həmin ildə də, təqdim etmiş və 2020-ci ildə fəaliyyət göstərməmişdir. Lakin, səyvar vergi yoxlaması ilə şirkətlərinə 2020-ci il üzrə heç bir fəaliyyətinin və mal qalıqları olmamasına baxmayaraq, 158 964,79 manat məbləğində mənfəət vergisi hesablanmış və 79 482,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, şirkətlərinin 2020-ci ildə gəlirləri 1 378 569,94 manat, xərcləri isə 583 746 manat, əldə olunmuş mənfəətin 794 823.94 manat olmuşdur. Qeyd edilən rəqəmlərin haradan götürüldüyü isə səyyar vergi yoxlaması aktında açıqlanmamışdır. Həmçinin 2019 və 2020-ci il üzrə şirkətlərinə səyyar vergi yoxlaması ilə ƏDV-nin 289 953.58 manat azaldılması və 109 299.59 manat artıq hesablanması qənaətinə gəlinərək, yalnız azaldılmış məbləği 50%-i həcmində 144 976.80 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Nəticədə isə 180 653.99 manat ƏDV hesablanmış və 90 327.01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2020-ci il üzrə hesablanan vergilərin və tətbiq edilən maliyyə sanksiyalarının cəmi 556 011.29 manat təşkil edir. Halbuki, 2020-ci ildə şirkətləri heç bir fəaliyyəti olmamışdır, lakin hesablanan vergilərin əksər hissəsi 2020-ci il üzrə olmuşdur. Səyyar vergi yoxlaması aktında bununla bağlı heç bir açıqlama olmadığından qeyd edilən məbləğdə hesablamanı heç cür anlaya bilmirlər. Necə ola bilər ki, şirkət 2020-ci ildə fəaliyyət göstərməyəgöstərməyə ona 556 011.29 manat vergi hesablansın? Bundan əlavə bildirirlər ki, səyyar vergi yoxlaması xx.xx.2021-ci ildə başlanılmış və xx.xx.2021-ci ildə başa çatmışdır. Lakin, səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd edilmişdir ki, Cəmiyyət tərəfindən idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan "Bars" markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspertiza keçirilmiş və ekspert tərəfindən xx.xx.2019-cu il tarixli rəy verilmişdir. Bu məqamda 2 sual meydana çıxır. Birinci sual ondan ibarətdir ki, necə ola bilər ki, yoxlama başlamamışdan əvvəl ekspertiza təyin edilsin? Belə ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, ekspert rəyi isə xx.xx.2019-cu il tarixdə verilmişdir. Səyyar vergi yoxlaması başlanılmadan öncə ekspertizanın keçirilməsi həm absurtdur. Həm də, Vergi Məcəlləsinin 44-cü maddəsinə ziddir. İkinci sual ondan ibarətdir ki, yuxarıda da qeyd edildiyi kimi vergilərin əksər hissəsi 2020-ci il üzrə hesablanmışdır. Ekspert rəyi isə 2019-cıı ildə verilmişdir. Necə ola bilər ki, ekspert rəyini gələcəklə bağlı versin? Yəni ekspert rəyi rəy verilən tarixə qədər olan əməliyyatlarla bağlı olmalıdır. Həmçinin səyyar vergi yoxlaması aktının 1.9.4-cii bəndində qeyd edilmişdir ki, ekspertiza aparılmamışdır. Göründüyü kimi, səyyar vergi yoxlaması aktının bir tərəfində yazılır ki, ekspertiza keçirilmiş və ekspert rəyi əlavə olunur, digər tərəfində isə qeyd olunur ki, ekspertiza keçirilməmişdir. Həmçinin bildirilmişdir ki, istinad olunan ekspertiza rəyi onlara indiyə kimi təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********148942 saylı “Vergi ödəyicisinin vergi qanunvriciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, cavabdehin xx.xx.2021-ci il tarixli, **********145773 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: dekabr 2018 - dekabr 2020) təyin edilmiş, yoxlamaya xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Aparılan səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli, **********145826 nömrəli aktla rəsmiləşdirilmişdir və səyyar vergi yoxlaması aktında qeyd edilənlər əsaslı hesab edildiyindən xx.xx.2021-ci il tarixli, **********148942 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edilmişdir. Cavabdeh aşağıda qeyd edilən hallara əsasən iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq, ərizəyə etiraz edir: Mənfəət vergisi 2019-cu il üzrə: Müəssisənin 2019-cu il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 887719,96 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 887719,96 manat), xarici valyutanın manata nisbətən mənfi məzənnə fərqi 706,87 manat olmuşdur. Çıxılmalardan sonra ümumi gəlir məbləği 887013,09 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 9795,24 manat (yerli işçilər üzrə əmək haqqı 9795,24 manat), sosial sığorta haqları 1938,27 manat, malın dəyəri 859306,20 manat, bank xidməti üzrə xərclər 3301,01 manat, nəqliyyat xərci 957,12 manat, ümumilikdə gəlirdən çıxılan xərclər isə 875297,84 manat təşkil etmişdir. Müəssisə tərəfindən 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəət 11715,25 manat olmaqla 20% dərəcə ilə 2343,05 manat vergi məbləği hesablanmışdır. Yoxlanılan dövrdə müəssisə elektrik akkumulyatorların topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur.Yoxlama zamanı müəssisə tərəfindən qismən təqdim olunmuş sənədlərə, vergi orqanında olan uçot baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, ekspert rəyinə, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə münasibətdə mənfəət vergisinin 42336,86 manat məbləğində azaldıldığı müəyyən edilmişdir. Yoxlama zamanı müəssisə tərəfindən təqdim edilmiş bəyannamədə ümumi gəlirin 374936,68 manat, malın dəyəri üzrə xərclərin 589421,0 manat məbləğində artıq göstərilməsi, icarə haqqının isə (fiziki şəxslər üzrə) 2800,0 manat az göstərilməsi müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 108-ci və 130-cü maddələrinin tələbləri pozularaq mənfəət vergisinin 42336,86 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına göıə azaldılmış məbləğin 50%-i həcmində, yəni 21168,43 manat (42336,86 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi 2020-ci il üzrə Müəssisə tərəfindən 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Yoxlama zamanı müəssisənin 2020-ci il üzrə ümumi gəlirinin 1378569,94 manat və xərclərinin (malın dəyəri) 583746,0 manat təşkil etməsi müəyyən edilmiş, əldə edilmiş 794823,94 manat mənfəətdən 158964,79 manat mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 79482,40 manat (158964,79 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Müəssisə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etdikdən sonra **********0 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış və bildiriş xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama zamanı müəssisə tərəfindən yoxlamaya ilkin sənədlər tam təqdim edilmədiyindən Qazaxıstan Respublikasından idxal olunmuş və təqdim edilmiş müxtəlif markalı “Bars” elektrik akkumulyatorlarının bazar qiymətlərinin öyrənilməsi zərurəti yaranmışdır. Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddədə göstərilən qiymətləndirmə üsullarından biri ilə müəyyənləşdirilə bilər. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.3.1 -ci və 14.6.3.2-ci maddələrini tətbiq etmək mümkün olmadığından bu Məcəllənin 14.6.3-cü maddəsinə əsasən bazar qiymətinin müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilməsinə ehtiyac yaranmışdır. Ona görə də vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektrik akkumulyatorlarının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə həmin Məcəllənin 44-cü maddəsinə əsasən ekspert qarşısında ölkəyə idxal olunmuş Qazaxıstan Respublikasının istehsalı olan “Bars” markalı eiektrik akkumulyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı sual qoyulmuşdur. Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektrik akkumulyatorlarının real bazar qiymətləri müəyyən edilərək ekspert rəyi tərtib edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 859 nömrəli ekspert arayışı akta əlavə olunmuşdur. Vergi orqanına təqdim edilmiş bəyannaməyə əsasən müəssisə tərəfindən yoxlanılan dövr üçün ümumilikdə büdcəyə ödənilməli ƏDV 62892,28 manat, büdcədən qaytarılmalı ƏDV isə 57512,31 manat müəyyən edilmişdir. Yoxlama zamanı ekspert rəyi nəzərə alınmaqla xx.xx.2018- cı il tarixdən 31 12.2020-cı il tarixədək olan dövr üzrə vergi orqanına təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılmış və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə münasibətdə 180653,99 manat kənarlaşma aşkar edilmişdir. Eyni zamanda yoxlanılan dövrdə müəssisə tərəfindən (2019-cu ilin yanvar, fevral və 2020-ci ilin dekabr ayları) ƏDV-nin aylar üzrə düzgün müəyyən edilməməsi nəticəsində verginin 289953,58 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmalı verginin azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 144976,80 manat (289953,58 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə müəssisə tərəfindən elektron qaimə-faktura təqdim edilmədən pərakəndə qaydada akkumulyatorların satışından əldə edilən gəlir Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən müəssisənin fəaliyyət göstərdiyi sonuncu ayın, yəni 2020-ci ilin dekabr ayının ƏDV bəyannaməsində əks etdirilmişdir. ÖMV üzrə: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124.1 -ci maddəsinə əsasən daşınar və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Vergi orqanında olan baza məlumatlarına əsasən müəssisə 01.01 2019-cu il tarixli 01 nömrəli müqaviləyə əsasən fərdi sahibkar X1 məxsus Sumqayıt şəhəri, Bakı - Quba yolunun sol tərəfi ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürməklə, 400 manat məbləğində aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müəssisə tərəfindən yoxlanılan dövr ərzində daşınmaz əmlakın icarə haqqının ödənilməsinə baxmayaraq Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində verginin tutulması və büdcəyə köçürülməsi təmin olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 392,0 manat azaldılmasına görə 50%-i miqdarında, yəni 196,0 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən müəssisə tərəfindən vergi hesabatını və ya nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyi üçün 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021–ci il tarixli, **********148942 saylı qərara əsasən vergi ödəyicisinə mənfəət vergisi üzrə 201301,65 manat məbləğin yayındırılmasına görə 100650,83 manat maliyyə sanksiyası, ƏDV üzrə 289953,58 manat məbləğin yayındırılmasına görə 90327,01 manat maliyyə sanksiyası, vergi hesabatını və ya nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyi üçün 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 23-cü maddəsinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 38.1ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Cavabdeh tərəfindən etiraza əlavə təqdim olunaraq bildirilmişdir ki, iddia ərizəsində qeyd edilir ki, səyyar vergi yoxlaması aktında qeyd edilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyi iddiaçıya münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının keçirildiyi tarixdən əvvəl tərtib edildiyindən yoxlama prosessual pozuntu ilə müşayiət olunmuşdur, iddiaçı həmçinin ərizəsində Vergi Məcəlləsinin 44-cü maddəsinə istinad edərək yoxlama zamanı həmin maddənin tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, iddiaçı bildirmişdir ki, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi barədə qərar qəbul edilməli və vergi ödəyicisi həmin qərarla tanış edilməli idi. İddiaçının qeyd edilən mövqeyinə cavab olaraq bildiririk ki, vergi qanunvericiliyində yoxlamanın gedişində təyin edilməyən ekspertiza üzrə tərtib edilmiş rəydən yoxlama zamanı istifadə edilməsi ilə bağlı hər hansı məhdudiyyət mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergi orqanına əldə edilən mənbəyi bəlli olan hər hansı məlumatlar əsasında vergini hesablamaq hüququ vermişdir. Yoxlama zamanı istinad edən ekspert rəyi məhz Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində qeyd edilən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan əlaqəli məlumatlardır. Belə ki, iddiaçı səyyar vergi yoxlamasına yoxlamanın aparılması üçün sənədləri tam təqdim etmədiyindən vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd edilən hüququndan istifadə edərək əlaqəli məlumatlardan istifadə etməklə verginin hesablanmasını həyata keçirmişdir. Zərurət yarandığı halda iddiaçının da, ərizəsində qeyd etdiyi kimi səyyar vergi yoxlaması zamanı ekspertizanın təyin edilməsi ilə bağlı qərar qəbul edilməli, barəsində yoxlama aparılan şəxs həmin qərarla təmin edilməli, həmçinin səyyar vergi yoxlaması ekspert rəyi yoxlamaya təqdim edilənədək müvəqqəti dayandırılmalı idi. Lakin səyyar vergi yoxlaması aktından müəyyən edildiyi kimi yoxlama xx.xx.2021-ci il tarixdə başlanılaraq xx.xx.2021-ci il tarixdə başa çatdırılmış və ekspertizanın keçirilməsi ilə bağlı dayandırılmamışdır. Başqa sözlə desək, səyyar vergi yoxlamasının gedişində ekspertiza təyin edilmədiyindən iddiaçının ərizəsində 14cü maddənin tətbiqi ilə bağlı qeyd etdiyi dəlillər əsassızdır. Həmçinin yuxarıda qeyd edilənlərə əsasən iddia ərizəsində qeyd edilən vergi orqanının 67-ci maddəyə istinad etmədən verginin hesablanmasına dair mövqeyi öz təsdiqini tapmır. Vergi ödəyicisi həmçinin qeyd edilən maddə üzrə analoji vergi ödəyicisinin məlumatları araşdırılmadan Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiymətinin tətbiq edildiyinə istinad etmişdir. Belə ki, qeyd edildiyi kimi yoxlamanın gedişində istifadə edilən ekspert rəyi 67-ci maddədə öz əksini tapan əlaqəli məlumatdır. Qeyd edilən mövqe vergi qanunvericiliyinin müvafiq maddəsinin göstərişləri ilə ziddiyyət təşkil etməkdədir. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsində verginin hesablanmasına əsas verən məlumatlar üzrə hər hansı ardıcıllıq nəzərdə tutulmamış, müəyyən edilmiş üsullardan heç birinin digərinə münasibətdə üstünlüyü qeyd edilməmişdir. Odur ki, maddənin müəyyən etdiyi metodlardan hər hansı birinin və ya bir neçəsinin tətbiq edilməsi vergi orqanının mülahizəsindən asılı olan haldır. Həmin yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin iddiaçı "Kubin TTİ-B” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı işi üzrə xx.xx.2014-cü il tarixli 2-2(102)-167/14 saylı qərarında da, öz əksini tapmışdır: “...... Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, vergi orqanlarının ödənilməli olani verginin məbləğini 67.1,2-ci maddəyə əsasən vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar və 67.1.9-cu maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Məcəllənin 83.9-ci maddəsinə əsasən isə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Bu müddəaların təhlilinə görə vergi orqanı Məcəllənin 83.2-ci maddəsi ilə ona verilmiş hüquqlar çərçivəsində maddədə göstərilən mənbələrin birinə və ya bir neçəsinə istinad edə bilər. Həmin maddədə hər hansı bir sərt ardıcıllıq müəyyən olunmamışdır, çünki maddədə istifadə edilən “hüququ vardır” ifadəsi belə bir seçimi vergi orqanının ixtiyarına vermişdir.” İddiaçı həmçinin bildirir ki, yoxlamanın yekununa dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********145826 səyyar vergi yoxlaması aktı müəssisəyə xx.xx.2021-ci il tarixdə elektron poçt vasitəsilə göndərilmiş və bununla da Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbi ciddi şəkildə pozulmuşdur. Qeyd edilən halla bağlı bildirirlər ki, xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı xx.xx.2021-ci il tarixdə, yəni vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq poçt vasitəsilə vergi ödəyicisinin vergi orqanında uçotda olduğu ünvana göndərilmiş, lakin qapının bağlı olması səbəbindən qəbul edilməmişdir, (göndərilməni təsdiq edən poçt qəbzi əlavə edilir). Vergi Məcəlləsinin 23-cü maddəsinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza və etiraza əlavəyə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - **********47 sorğu nömrəli bəyannamələrə əsasən Qazaxıstan Respublikasından İddiaçı MMC-nin ünvanına dəyərləri müvafiq olaraq 70038.0 USD, 70380.00 USD, 69814.00 USD, 68802.00 USD, 72150.00 USD, 78264.00 USD, 72688.00 USD təşkil edən qurğuşun-turşu akkumlyatorları əlavə edilmiş siyahıya uyğun mallar daxil olmuşdur. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMC xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********027400 nömrəli tələbnaməyə əsasən İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının mateiralalrına baxılmasının nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci iltarixli, **********148942 saylı qərar əsasında aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğlər müəyyən edilmişdir: a) əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sığorta haqları: 382347.64 Azərbaycan manatı 0.00 ABŞ dolları, b) Vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları: 191453.84 Azərbaycan manatı 0.00 ABŞ dolları, c) Vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış faizlər 0.00 Azərbaycan manatı, 0.00 ABŞ dolları büdcəyə ödənilməli olan cəmi məbləğ 573801.48 Azərbaycan manatı və 0.00 ABŞ dolları təşkil etmişdir. Qeyd olunanlar nəzərə alınaraq tələb olunmuşdur ki, büdcəyə ödənilməli olan 573801.48 Azərbaycan manatı və 0.00 ABŞ dolları vəsait 5 gün müddətində yerli xəzinə orqan(lar)ının hesablarına ödənilməlidir. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfidnən verilmiş 26 dekabr 2019-cu il tarixli “Ölkəyə idxal olunmuş Qazaxıstan Respublikası İstehsalı olan “Bars” markalı elektrik akumulyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyən edilməsi barədə” ekspert rəyinə əsasən, ekspert qarşısında qoyulmuş Qazaxıstan Respublikası istehsalı olan “Bars” markalı elektrik akummlyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyən edilməsi” sualına cavab olaraq bildirilmişdir ki, malların topdan və pərakəndə qiymətləri müəyyən edilərək cədvəldə göstərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8599 nömərli, 21 yanvar 2020-ci il tarixli ekspert arayışına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisinin ekspertiza təyini haqqında məktubuna və siyahısına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş siyahıda adları qeyd edilmiş akkumlyatorların pərakəndə orta bazar qiyməti ilə ümumi dəyəri 2835.0 manat, topdan satış orta bazar qiyməti ilə ümumi dəyəri 2208.0 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş arayışa əsasən, vergi ödəyicisinin adı İddiaçı MMC, obyektin kodu – **********- 29001, obyektin adı – Anbar, arayışın məzmunu bu ərizənin 3-cü bölməsində göstərilən vergi ödəyəcisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin) ləğvi barədə vergi öəyicisi tərəfindən qərar qəbul edilmişdir. Bu qərara əsasən ləğv tarixini bildirmişdir. Ləğv tarixi xx.xx.2019-cu il göstərilmiş, ləğvin səbəbi vergi ödəicisinin fəaliyyətinə xitam verildikdə qeyd edilməlidir. - İddiaçı MMC tərəfindən təqdim edilmiş 2019-cu il vergi dövrü üzrə mənfəət vergisi bəyannaməsinə əsasən 200.1-ci bənddə malların təqdim edilməsindən gəlir 887.719,96 manat, 221.3-cü bənddə xammal və materiallar 859.306,20 manat, 234-cü bənddə cəmi gəlirdən çıxılan xərclər 875.297, 84 manat, 247-ci bənddə ödənilməli mənfəə vergisi məbləği (sət.243-sət.244sət.245-sət.246) 2,343.05 manat göstərilmişdir. - Mənfəət vergisinin bəyananməsinə 1 nömrəli Əlavəyə əsasən 1.3.2-ci bənddə dövr ərzində daxil olmuş mallar 859.306. 20 manat, təqdim edilmiş, silinmiş, ləğv edilmiş, mallar 859.306.20 manat göstərilmişdir. - **********145826 nömrəli, xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlaması” aktına əsasən, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmış, xx.xx.2021-ci il tarixli, **********146818 nömrəli qərarla 30 gün müddətinə, 2.06.2021-ci il tarixli, **********9147851 nömrəli qərarları qərarla 30 gün müddətinə uzadılmış, yoxlamanın nəticələrinə əsasən 2019-cu il mənfəət vergisi üzrə 42336.86 manat, 2020-ci il mənfəət vergisi üzrə 158964.79 manat, 2019-cu il əlavə dəyər vergisi üzrə 41810.99 manat, 2020-ci il üzrə 248142.59 manat, 2019-cu il ödəmə mənbəyindən tutulan vergi üzrə 392.00 manat, 2018-ci il vergi hesabatının və arayışın vaxtında verilməməsi üzrə 0.00 manat, 2019-cu il vergi hesabatının və arayışın vaxtında verilməməsi üzrə 0.00 manat, ümumilikdə 491647.23 manat vergi məbləği müəyyən edilmişdir. - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********148942 nömrəli qərara əsasən, Azərbaycan Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrinə əsasən 2019-cu il mənfəət vergisi üzrə 42336.86 manat, 2020-ci il mənfəət vergisi üzrə 158964.79 manat, 2019-cu il əlavə dəyər vergisi üzrə 41810.99 manat, 2020-ci il üzrə 248142.59 manat, 2019-cu il ödəmə mənbəyindən tutulan vergi üzrə 392.00 manat, 2018-ci il vergi hesabatının və arayışın vaxtında verilməməsi üzrə 0.00 manat, 2019-cu il vergi hesabatının və arayışın vaxtında verilməməsi üzrə 0.00 manat, ümumilikdə 491647.23 manat vergi məbləği hesablanmışdır. Beləliklə sadalanan xüsusatlara hüquqi qiymət verərək, məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdeh tərəfindən İddiaçı MMC üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixli, **********145773 saylı qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müddət uzadılması barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarların olmasını göstərmiş, həmin qərarların surəti məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən qərarların əsaslı olmasını, həmin müddətlərə əməl olunmasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən “Səyyar vergi yoxlaması aktı”nın 1.8-ci bəndində göstərilmişdir ki, Vergi ödəyicisi tərəfindən idxal olunmuş Qazaxıstan Respublikası istehsalı olan “Bars” markalı elektrik akkumlyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********767000 saylı məktubu əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət olunmaqla, ekspertiza təyin edilmişdir. Ekspert tərəfindən elektrik akkumlyatorlarının real bazar satış qiymətlərinin müəyyən edilməsi barədə” xx.xx.2019-cu il tarixli ekspert rəyi vreilmişdir. Ekspert rəyi yoxlama aktına əlavə olunmuşdur. Aktın 1.9.3-cü və 1.9.4-cü bəndlərində isə ekspertiza aparılmaması və mütəxəssis dəvət edilməməsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir və ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. İş materiallarında isə belə bir qərarın mövcudluğu müəyyən edilməmişdir. Cavabdeh tərəfindən etiraz ərizəsində Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə istinad edilsə də, məhkəmə bununla bağlı qeyd edir ki, həmin Məcəllənin 14.6.3-cü maddəsində göstərilmişdir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: ... 14.6.3.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Lakin, cavabdeh tərəfindən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmaması, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplanmasının mümkün olmaması ilə bağlı dəlillər, yəni konkret olaraq həmin Məcəllənin 14.6.3.3-cü maddəsinin tətbiq edilməsini zəruri edən hallar sübuta yetirilməmişdir. Həmçinin, həmin maddənin tətbiqini zəruri edən hallar mövcud olduqda belə, bu maddənin tətbiqi İddiaçı MMC üzrə yoxlama aparıldığı xx.xx.2021-xx.xx.2021-ci il dövrlərdə olmalı idi. Belə ki, iş materiallarında olan səyyar vergi yoxlamasında istinad edilmiş ekspert rəyi İddiaçı MMC üzrə yoxlama aparılan xx.xx.2021-xx.xx.2021-ci il dövrlərindən öncə, xx.xx.2019-cu il tarixdə tərtib olunmuşdur. Cavabdeh tərəfindən bununla bağlı məhkəməyə təqdim edilmiş etiraza əlavədə Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə istinad edilmişdir ki, cavabdehin həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin sözügedən maddəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlarını nəzərdə tutmuş, həmin Məcəllənin 67.2-ci maddəsində isə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün həmin maddədə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ekspert rəyinin isə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olması müəyyən edilməmişdir. Sözügedən ekspert rəyi digər vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsi nəticəsində əldə olunmuş məlumat olduğu təqdirdə isə, bu mübahisəli qərarın qəbul edilməsinə əsas olmuş səyyar vergi yoxlaması aktında öz əksini tapmalı idi. Əksinə səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində cavabdeh tərəfindən Vergi Məcəlləsinin 44-cü maddəsinə istinad edilməklə həmin ekspert rəyi əsas götürülmüşdür. Sözügedən hal isə, bir daha cavabdehin etiraz və etiraza əlavə ərizəsində göstərilən dəlillərinin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar mübahisələndirilən hissədə əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də, mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********148942 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2250/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2250/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver