Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2251/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun döyüş əməliyyatlarında iştirak etdiyi və döyüşdüyünü nəzərə alaraq ona müharibə veteran adının və müvafiq vəsiqənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx N992-ci ildən xx xxxxxx N992-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş çüvuş hərbi rütbəsində Mİ-24 hərbi helikopterində bort-atıcı vəzifəsində xidmət etmişdir. Hərbi helikopterləri Yevlax şəhərindən bazadan qalxaraq Füzuli, Ağdam, Ağdərə, Göranboy və digər döyüş şəraitində uçuşlar etmiş, düşmənin obyektlərini və canlı qüvvəsini məhv etmişlər. O, müharibə veteranı vəsiqəsini almaq üçün dəfələrlə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinə ərizə ilə müraciət etsə də, xahişi təmin edilməmişdir. O, cavabdehin imtinasını qanunsuz hesab edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddiaçı iddia ərizəsində xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N nömrəli hərbi hissədə baş çavuş rütbəsində Mİ-24 hərbi helikopterdə bort-atıcı vəzifəsində xidmət müddətində döyüş şəraitində uçuşlar edərək döyüşlərdə iştirak etdiyini qeyd etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli 9/2-NNN24 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 49 nömrəli əmri ilə İddiaçı Qəşəm oğlunun (əmrdə ata adı qaralanmışdır) xx.xx.N992-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 67 nömrəli əmrində çavuş İddiaçı gəlmiş hesab edilməsi barədə məlumat vardır, lakin haradan gəldiyi qeyd edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 70 nömrəli əmrində çavuş İddiaçı döyüş əməliyyatları rayonundan, ezamiyyətdən gəlmiş hesab edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 93 nömrəli əmri ilə kiçik çavuş İddiaçı Qəşəm oğlu 46-cı maddənin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N99N-ci il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. Bundan başqa qeyd edilən arayışda, İddiaçı Qəşəm oğlu ərizəsində xidmət müddətini dəqiq göstərmədiyindən əlavə araşdırma aparılması mümkün olmaması yazılmışdır. Bu halda, İddiaçı döyüş əməliyyatlarında iştirak etmə faktı öz təsdiqini tapmır və döyüşlərdə iştirak etməsi ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. İddiaçı Müdafiə Nazirliyinə qarşı “müdafiə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iclas zamanı təqdim edilmiş sənədlərə baxılmış və onun barəsində müsbət qərar qəbul edilmədiyi üçün sənədləri geri qaytarılmışdır. İclas zamanı Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-NNN24 nömrəli arayışında qeyd olunmuş ezamiyyət yeri və təyinatı (yəni döyüş tapşırığını yerinə yetirmək üçün) bilinmədiyinə görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Bu hallarla bağlı komissiya tərəfindən iddiaçıya xx.xx.20N9-cu il tarixli N/M-N6407 nömrəli məktub göndərilmişdir. Bu kimi hallar iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsini bilavasitə istisna etmiş olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı Qəşəm oğluna ünvanlanmış xx.xx.20N9-cu il tarixli N/M-N2652 nömrəli, xx.xx.20N9-cu il tarixli N/M-N4739 nömrəli və xx.xx.20N9-cu il tarixli N/M-N6407 nömrəli məktublarında qeyd olunur: Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komıssıya»nın xx.xx.20N9-cu ıl tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-NNN24 nömrəli arayışında qeyd olunmuş ezamiyyətin yeri və təyinatı (yəni döyüş tapşırığını yerinə yetirmək uçun) bilinmədiyinə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildiririk ki, «Vətəndaşların müraciətləri haqqında» Qanunun N4.08-ci maddəsinə gorə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibatı və (və ya) məhkəmə qaydasında şikayət vermək huququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-NNN24 saylı arxiv arayışından görünür ki, xidmətini davam etdirmək uçün gəlmiş İddiaçı Qəşəm oğlu N №-li hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 49 №-li əmrilə (əsas §-N, səh-63, sıra-N, əmrdə atasının adı qaralanmışdır) xx.xx.N992-cı ildən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlarına salınmaqla “baş çavuş” hərbi rütbəsi verilərək Mi-24-də atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx xxxxxxx N992-cı il tarixli 67 №-li əmrində (əsas §-7, sıra-7, əmrdə adı və atasının adı tam yazılmamışdır, haradan gəldiyi qeyd edilməmişdir) çavuş İddiaçı gəlmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxxx N992-ci il tarixli 70 №-li əmrində (əsas §-8, sıra-9, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi “çavuş" yazılmışdır) çavuş İddiaçı döyuş əməliyyatları rayonundan, ezamiyyətdən gəlmiş hesab edilməsi barədə məlumat vardır. Mi-24-də atıcı vəzifəsində xidmət edən kiçik çavuş X2 46-cı maddənin «j» bəndinə əsasən ehtiyata tərxis olunduğuna gorə N №-li hərbi hissə komandirinin xx xxxxxx N992-ci ıl tarixli 93 №-li əmrilə (əsas §-3, səh-NN7. hərbi rütbəsi “kiçik çavuş" yazılmışdır) şəxsi heyətin siyahısından və bütun növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək uçun rayon hərbi komissarlığına göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin N99N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçı Qəşəm oğlu ərizəsində xidmət müddətini dəqiq göstərmədiyindən əlavə araşdırma apara bilmirik. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və XN tərəfindən məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.200N-ci il tarixli hökmü ilə CM-nin 95-ci maddəsinin N, 6, 7 bəndləri, N45-ci maddəsinin 2-ci hissəsinin N, 2, 3, 5, 6, 8-ci bəndləri, N43-cü maddəsinin 3, 4-cü hissələri, 83-cü maddəsinin 3-cü hissəsi, 228.N-ci maddəsi, 38-ci maddəsi ilə təqsirli bilinərək N4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.20N4-cü ildə Xəzər Rayon Məhkəməsinin xx.xx.20N4cü il tarixli qərarı ilə 05 ay vaxtından əvvəl şərti azad olunmuşdur, xx.xx.20N4-cü ildə cəzası tam bitmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.20N8-ci il tarixli hökmü ilə CM-nin 234.4.N və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona «Müharibə Veteranı» adı və vəsiqəsinin verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadı. Bundan başqa, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da iş materialları ilə öz təsdiqini tapmadı. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması təsdiq olunmadığından, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.N, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2251/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2251/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver