Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2252/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1i ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X2 (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş hesablama qaydasında pensiyanın yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı onun Bakı 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 nömrəli X1 fəhlə işlədiyi illərin əmək stajı kimi qəbul edilməklə, hüququnun yarandığı, yəni 25 noyabr 2003-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə Qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. 1969-cu ilin sentyabr ayından 1970-ci ilin iyul ayına qədər Bakı 2 saylı Texniki Peşə məktəbində təhsil almışdır. 1970-1971-ci illərdə Salyan rayon 28 nömrəli X1 fəhlə işləmişdir. 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. 25 avqust 1975-ci ildən 26 avqust 1992-ci ilə qədər Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasında şaxtada bərkidici vəzifəsində işləmişdir. O 25 noyabr 2010-cu ildən etibarən güzəştli şərtlərlə əmək pensiyası alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stafı olan şəxslərə pensiyalar yaşa və stala görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı Haqqında ” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çılaşına işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il stajı olduqda və bu müddətin azı 10 ilini ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən onun 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli məktubda ümumi iş stajı 20 ildən az təşkil etdiyi üçün ona 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qeyri-mümkün hesab edilmişdir. Göründüyü kimi cavabdeh orqan onun peşə təhsili aldığı müddəti və Salyan rayon 28 nömrəli X1 fəhlə işlədiyi müddəti iş stalı kimi qəbul etməmişdir. Halbuki peşə təhsili almağıə ona təqdim edilmiş Attestatla, Salyan rayon 28 nömrəli X1 fəhlə işləməyi isə arxiv arayışı ilə təsdiq edilir. Qeyd olunanlara əsasən iddiaçı onun Bakı 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 nömrəli X1 fəhlə işlədiyi illərin əmək stajı kimi qəbul edilməklə, hüququnun yarandığı, yəni 25 noyabr 2003-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etiraz edərək verdiyi izahatında bildirmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 52 yaşının tamam olduğu 25 noyabr 2010-cu il tarixindən əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edildiyindən, qanunvericilikdə təhsil müddətinin əmək stajına daxil edilmədiyi, güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1953-cü il təvəllüdlüdür. İşdə olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 3756 №li Attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı təhsil müddəti bir il olan Azərbaycan SSR Bakı şəhər 2 saylı Texniki Peşə məktəbinin çilingər-avtomobil təmirçisi sənəti üzrə 1970-ci ildə bitirmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan Filialı tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 1970-ci ildən 1971-ci il tarixədək Salyan rayon 28 №li X1 fəhlə vəzifəsində işləmişdir. İşdə olan iddiaçıya məxsus HЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 23 may 1973-cü il tarixdən 29 mart 1975-ci ilədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus AТ-Vİİ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 25.08.1975-ci il tarixdə yer altında tam iş günü 14 saylı şaxtaya 2-ci dərəcəli yeraltı mədən fəhləsi kimi işə qəbul edilmiş, 29.11.1977-ci il tarixdə yer altında tam iş günü 15 saylı şaxtaya 3-cü dərəcəli dayaq vuran fəhləsi keçirilmiş, 28.09.1979-cu il tarixdə 4-cü dərəcəi dayaq vuran fəhlə dərəcəsi verilmiş, 30.08.1980-ci ildə 6-cı dərəcəli dayaq vuran fəhlə dərəcəsi verilmiş, 26.08.1981-ci ildə yer altında tam iş günü 15 saylı şaxtaya 6-ci dərəcəli qazmaçı keçirilmiş, 26.08.1992-ci ildə RSFSR ƏHQM-nin 31-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmişdir. İşdə olan Rusiya Federasiyası “Rostoprom” X3 Asossasiyası tərəfindən verilən 15 yanvar 2012-ci il tarixli 15 №li Arayışdan görünür ki, Hxx xxxxxx 1953-cü il təvəllüdlü eydərov Ağamalı İsgəndər oğlu həqiqətən 25 avqust 1975-ci il tarixdən 26 avqust 1992-ci il tarixinə kimi Karaçayevsk şaxta idarəsində (Stavropol şaxta idarəsi) tam iş həftəsi üzrə tam gün daimi mədən fəhləsi işləmişdir. Əmr № 417, 25.08.1975-ci il, Əmr №524, 26.08.1992-ci il. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsi araşdırılaraq ona Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi (hazırki eyni adlı filialı) tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 52 yaşınızın tamam olduğu 25 noyabr 2010-cu il tarixindən əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi, Qanunun qeyd olunan maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğu, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edildiyi, qanunvericilikdə təhsil müddətinin əmək stajına daxil edilmədiyi, güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilərək, müraciəti təmin edilməmişdir. İmtinada göstərilən halların araşdırılması məqsədilə xx.xx.1953-cü il təvəllüdlü İddiaçı pensiya işinin təsdiqlənmiş surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından sorğu əsasında tələb edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus pensiya işi məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən həmin pensiya işi tədqiq edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 31 may 2020-ci il tarixli, **********4 saylı “əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarından görünür ki, İddiaçı ilk olaraq 25 noyabr 2010-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Beləliklə iş materiallarında olan cavabdehin imtina məktubundan və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, işin mübahisələndirilən halı iddiaçının hazırkı iddia ilə tələb etdiyi Bakı 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 nömrəli X1 fəhlə işlədiyi illərin əmək stajı kimi qəbul edilməklə, hüququnun yarandığı, yəni 25 noyabr 2003-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə verilməsi ilə bağlıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 25 noyabr 2010-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 25 noyabr 2003-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini və onun Bakı 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 nömrəli X1 fəhlə işlədiyi illərin əmək stajı kimi qəbul edilməklə, həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada sosial sığorta kapitalına əsasən hesablanaraq ödənildiyi əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə "Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.08.1997-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.08.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş əmək kitabçasından müəyyən olunur ki, iddiaçının 01.08.1997-ci ilə qədər 20 il 10 ay 06 gün ümumi və 17 il güzəştli iş stajı mövcuddur. İddiaçının 25.08.1975-ci ildən 26.08.1992-ci ilə qədər işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı»nın İ Bölməsindəki 10100000 ) 1010100a - yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələ peşəsinə uyğundur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan "Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və "Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 50 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə araşdırması dövründə iddiaçının təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla onun 01 avqust 1997-ci il tarixədək 20 il 10 ay 6 gün ümumi iş stajının olması və həmin stajın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə tələb olunan 10 ildən çox, 17 zərərli əmək şəraitində əmək stajına aid olunması müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı 01 avqust 1997-ci il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı»na əsasən 10 ildən çox zərərli əmək şəraitində əmək stajı topladığından onun tələbi həmin hissədə əsaslıdı və təmin edilməlidir. Məhkəmə eləcə də iddia tələbini 25.11.2003-cü il tarixədən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində qismən əsaslı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi yaranmış fərqin birdəfəlik ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Buna görə də iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq ötən 3 il müddəti üçün hesablanaraq aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsini qanuni hesab edir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 nömrəli X1 fəhlə işlədiyi illərin əmək stajı kimi qəbul edilməklə, yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, yəni 25.11.2003-cü il tarixdən təyin edilməsi, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2252/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2252/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver