Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2253/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı vəkili X8, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının iş yeri üzrə zərərli işdə çalışmağı nəzərə alınmaqla güzəştli pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanmasının və pensiya təyin edilməsini vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 55 yaşının tamam olduğu vaxtdan, yəni 28.12.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X9 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 1984-cü ildən 2002-ci ilə qədər X3nun (indiki «X14» ASC adlanır) 09.08.1984-cü il tarixli, 565 nömrəli əmrinə əsasən 13 saylı plastik kütlə sexində tökməçi şagirdi (zərərli) işinə qəbul olunmuş (staj ili-18 il), 01 may 2006-cı il tarixdən 05 oktyabr 2006-cı il tarixədək Gəncə şəhər Təmizlik İdarəsində sahə fəhləsi işləmiş (staj ili-5 ay), 12.03.2018-ci il tarixdən hazıradək “X16 MA” MMC-yə xadiməçi işləmiş,1981-ci il tarixdən 1984-cü il tarixədək Azərbaycan Texnikumunda təhsil almışdır. Göründüyü kimi iddiaçının zərərli iş yerində işləməyi ilə iş stajı 20 ildən artıq olmaqla buna dair sığorta haqları da ödənilmişdir. Əmək pensiyasına çıxmağı ilə bağlı cavabdehə müraciət etsə də, ona xüsusi şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddia tələbini aşağıdakı səbəblərə görə qanunsuz və əsassızdır. İddiaçının təqdim etdiyi əmək kitabçası və “X14” ASC tərəfindən 14 mart 2017-ci il tarixdə tərtib edilmiş arxiv arayışından göründüyü kimi, iddiaçı 09.08.1984-cü il tarixdə plastik kütlə sexinə plastik kütlə tökməçisi şagirdi, 28.11.1987-ci ildə 1-ci dərəcəli plastik kütlə tökməçisi ixtisasında, 29.07.1987-ci ildə 2-ci dərəcəli plastik kütlə tökməçisi ixtisasında, 11.04.1990-cı ildə 3-cü dərəcəli plastik kütlə tökməçisi ixtisasında işləmiş, 28.12.2002-ci il tarixdə isə öz xahişi ilə işdən çıxmışdır. Qeyd edilən müəssisənin verdiyi 16.03.2017-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçının işlədiyi 1984-cü ilin 09 avqustundan 2002-ci ilin dekabr ayının 28-dək işlədiyi plastik kütlə tökməçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahıya daxildir. Lakin, bu zaman həmin peşənin qeyd edilən siyahıda məhz hansı kod altında qeyd edilməsi göstərilməmişdir. İddiaçının əmək kitabçasında və “X14” ASC tərəfindən verilmiş arayışlarda qeyd edilmiş iddiaçının işlədiyi plastik kütlə tökməçisi vəzifəsi nə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahısında, nə də ki hal-hazırda qüvvədə olmayan Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahılarda qeyd edilməmişdir. Həmin siyahılarda tökməçi peşələri ancaq bir dəfə qeyd edilsə də, həmin peşənin adı və sahəsi iddiaçının işlədiyi peşə və sahədən fərqlənir. Belə ki, Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahısının Metal Emalına aid əritmə sobalarının yanında məşğul olan texnoloji sobaların ocaqçıları mərkəzdənqaçma maşınlarında məşğul olan bəndində göstərilən mərkəzdənqaçma, mərkəzdənqaçma - vakuum və vakuum tökmədə tökməçilər. Hal-hazırda qüvvədə olmayan Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahılarda nömrəli siyahısında 1110100a — 13384 mərkəzdənqaçma maşınlarında məşğul olan mərkəzdənqaçma, mərkəzdənqaçmavakuum və vakuum tökmədə tökməçilər. Xüsusilə qeyd edilmişdir ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox qərarlarında da qeyd edilmişdir. Misal: Ali Məhkəmənin 30.04.2019-cu il tarixli, 2-1 (102)-283/2019 saylı qərarından çıxarış: "Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər.” İddiaçının ümumi iş stajı qanunla tələb olunan 20 illik iş stajından azdır. Belə ki, iddiaçının təqdim etdiyi “X14” ASC-nın “X10” PLC tərəfindən tərtib edilmiş 02 oyun 2017-cı il tarixli arayışından məlum olur ki, o 1994-2002-ci illərdə müəssisədə fasilərlərlə işləmişdir. Həmin müəssisə iddiaçının orada 1991-2000-ci illər ərzində işlədiyi dövrlər üçün aldığı əmək haqqının aylar üzrə qrafikini təqdim etmişdir. Qeyd edilən qrafikə baxdıqda müəyyən olunur ki, həmin illər ərzində iddiaçı cəmi 5 il 08 ay (68) ay ərzində əmək haqqı almış, 2001-2002-ci illər ərzində isə, ümumiyyətlə, heç bir əmək haqqı almamışdır. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Məhz bu səbəbdən iddiaçının ümumi iş stajı 20 ildən azdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42.000 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 15927,02 manatdır. Sonda cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etirazda qeyd edilənlərə uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədəri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - “X14” ASC tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 02/1 saylı arayışdan görünür ki, xx xxxxxx 1962-ci ildə Xanlar rayonu Füzuli kəndində anadan olmuş İddiaçı həqiqətən keçmiş X3nda (indi “X14” ASC adlanır) 09.08.1984-cü ildən (əmr № 565) başlayaraq 28.12.2002-ci ilə kimi (əmr № 310) 13 saylı plastik kütlə sexində plastik kütlə tökücüsü işləmişdir: 1984 avqust 09-dan 2002 dekabr 28-dək plastik kütlə tökücüsü (bölmə 35, ümumi peşələr) bölmə 35, ümumi peşələr. İddiaçı yuxarıda göstərilən dövrdə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə pensiya təminatı hüququ verən siyahıya daxildir. - “X14” ASC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 03/1 saylı arayışda göstərilmişdir ki, xx xxxxxx 1962-ci ildə Xanlar rayonu Füzuli kəndində anadan olmuş İddiaçı Səflər qızı həqiqətən keçmiş X3nda (indi “X14” ASC adlanır) 09.08.1984-cü ildən (əmr № 565) başlayaraq 28.12.2002-ci ilə kimi (əmr № 310) 13 saylı plastik kütlə sexində plastik kütlə tökücüsü işləmişdir: 1984 avqust 09-dan 2002 dekabr 28-dək bölmə XXXİİİ, ümumi peşələr, 23200000-13399 plastik kütlənin tökücüsü. İddiaçı yuxarıda göstərilən dövrdə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə pensiya təminatı hüququ verən siyahıya daxildir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28.08.2020-ci il tarixli **********6 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır oları işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 20 ildən az təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 42.000 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15927,02 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - “X16 MA” MMC-nin 31.08.2019-cu il tarixli BB-1888 №-li əmrindən görünür ki, iddiaçı 31.08.2019-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. - “X16 MA” MMC-ilə iddiaçı arasında bağlanmış 12.03.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı 12.03.2018-ci il tarixdən xadimə peşəsinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı 12.03.2018-ci il tarixdən 12.06.2018-ci il tarixə qədər “X16 MA” MMC-də xadimə vəzifəsinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “X16 MA” MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə 31.08.2019cu il tarixdə xitam verilmişdir. - “X14” ASC-nin 05.06.2021-ci il tarixli 06/1 məktubundan görünür ki, “xx xxxxxx 1962-ci ildə Xanlar rayonu Füzuli kəndində anadan olmuş Verdiyeva X2 Cihazqayırma Zavodu üzrə 09 avqust 1984-cü il tarixli 565 №-li əmrin 9-cu paraqrafında göstərildiyi kimi (o dövrdəki qız familiyası Yadigarova olmuşdur) 13 avqust 1984-cü il tarixdən 13 saylı plastik kütlə sexinə plastik məmulatların tökücüsü şagirdi qəbul edilmişdir. M.X5 Zavodu üzrə 15 iyul 1996-cı il tarixli 242 №-li əmrin 7-ci paraqrafında göstərildiyi kimi 30 iyun 1996-cı ildən 25 mart 1999-cu ilədək uşağının üç yaşı tamam olana qədər analıq məzuniyyətinə göndərilmişdir. Uşaq 25 mart 1996-cı ildə doğulmuşdur (doğum haqqında şəhadətnamə XİX-JQ № 400440). M.X5 Zavodu üzrə 28 dekabr 2002-ci il tarixli 310 №-li əmrə əsasən məzuniyyət müddəti qurtardıqdan sonra uzun müddət işə çıxmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı adına əmək haqqı cədvəllərində 2000-ci ilin dekabr ayından başlayaraq 2002-ci ilin dekabr ayına kimi işə gəlmədiyinə görə əmək haqqı hesablanmamışdır. İddiaçı yuxarıda göstərilən dövrdə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə pensiya təminatı hüququ verən siyahıya daxildir. Müəssisəmizin adının dəyişməsi ilə bağlı əlavə olaraq məlumat verirəm ki, Azərbaycan SSR X15 Heyətinin 30 dekabr 1989-cu il tarixli qərarına əsasən Kirovabad şəhərinin tarixi Gəncə adı bərpa edilmişdir. Buna görə də, X3nun dəyişdirilərək 18 mart 1990-cı il tarixli № 127 №-li əmrlə Gəncə Cihazqayırma zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Xüsusi Maşınqayırma və Konversiya üzrə Dövlət Komitəsinin 24 fevral 1997-ci il tarixli 20 №-li əmrinə əsasən Gəncə Cihazqayırma zavodunun bazasında 01 mart 1997-ci il tarixdən Gəncə “Cihaz” İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 24 fevral 2006-cı il tarixli 46 №-li sərəncamına əsasən Gəncə “Cihaz” İstehsalat Birliyinin bazasında “X14” ASC yaradılmışdır. “X14” ASC 12 dekabr 2008-ci il tarixdə “bir pəncərə” prinsipi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 №-li Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.” - “X14” ASC-nin 05 iyun 2021-ci il tarixli 06/2 saylı arayışdan görünür ki, iddiaçı müəssisəyə 09 avqust 1984-cü il tarixli 565 №-li əmrlə işə qəbul olunmuş, 28 dekabr 2002-ci il tarixli 310 №-li əmrlə əmək müqaviləsi ləğv edilmiş, 13 saylı plastik kütlə sexində plastik kütlə tökücüsü işləmişdir. 1997-ci ilin mart-sentyabr, 1998-ci ilin iyun-dekabr, 2000ci ilin yanvar-oktyabr aylarında əmək haqqı almışdır. - İddiaçıya məxsus 20.08.1984-cü il tarixdə doldurulmuş ИТ-İ ******* saylı əmək kitabçasının kserosurətindən görünür ki, iddiaçı 13.08.1984-cü il tarixdən X3nda plastik kütlə sexinə plastik məmulatların tökücüsü şagirdi (Əmr 565, 09.08.1984), 01.12.1984-cü il tarixdən 30.12.2002-ci il tarixədək (X3nun adı dəyişdirilərək 18 mart 1990-cı il tarixli № 127 №-li əmrlə Gəncə Cihazqayırma zavodu adlandırılmış) 13 saylı plastik kütlə sexində plastik kütlə tökücüsü, 12.03.2018-ci il tarixdən 31.08.2019-cu il tarixədək “X16 MA” MMCdə xadimə (12.03.2018 tarixli əmr) peşələrində işləmişdir. - İddiaçıya məxsus ЗТ № 028183 saylı 15.03.1984-cü il tarixli diplomun kserosurətindən görünür ki, iddiaçı 1981-ci il tarixdən 01.03.1984-cü il tarixədək texnikumda texnik-texnoloq fakültəsində təhsil almışdır. - Cavabdehin 10.02.2021-ci il tarixli **********2 saylı məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı 1992-ci ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 6928,59 manat, 1992-2006-cı illər arasındakı dövr ərzində 10268,43 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 572,88 manat olmaqla cəmi pensiya kapitalı 17769,90 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42000 manat məbləğində hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 55 yaşının tamam olduğu 28.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə pensiya təminatı hüququ verən Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun məzmunu yuxarıda göstərilmiş 1.0.2-ci maddəsinin tələbinə görə iş və digər fəaliyyət dövrlərinin sosial sığorta stajı dövrü kimi sayılmasının mütləq şərti isə şəxsin əmək haqqı alması və müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olmasıdır. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun “pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də 01.01.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Belə ki, iddiaçının ümumi stajına hesablanması tələb etdiyi X6 işlədiyi 2000-ci ilin dekabr ayından 2002-ci ilin dekabr ayına kimi olan dövr onun ümumi stajına hesablana bilməz. Çünki iddiaçının adına olan əmək haqqı cədvəllərindən göründüyü kimi o, 2000-ci ilin dekabr ayından başlayaraq 2002-ci ilin dekabr ayına kimi işə gəlmədiyinə görə ona əmək haqqı hesablanmamış, barəsində olan 28 dekabr 2002-ci il tarixli 310 №-li əmrlə məzuniyyət müddəti qurtardıqdan sonra uzun müddət işə çıxmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq onunla əmək müqaviləsi ləğv edilmişdir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin müəssisədə işləməsi faktı şübhəli olduğu və digər sübutlarlarla da təsdiq edilmədiyi üçün iddiaçının ümumi stajına hesablanmamasına dair imtinası nəticə etibarilə qanunauyğun olmuşdur. Beləliklə də iddiaçının 01.09.1981-ci il tarixdən 01.03.1984-cü il tarixədək təhsil aldığı dövr 2 il 6 ay 1 gün, 13.08.1984-cü il tarixdən 01.12.2000-ci il tarixədək 13 saylı plastik kütlə sexində plastik kütlə tökücüsü şagirdi və tökücü peşəslərində 16 il 3 ay 19 gün olmaqla, 18 il 9 ay 20 gün ümumi iş stajı toplanır. Yuxarıda şərh edilənlərin nəticəsi olaraq iddiaçının 55 yaşının tamam olduğu 28.12.2017-ci il tarixədək ümumi iş stajı 20 ildən az (18 il 9 ay 20 gün) təşkil edir ki, bu halda da, ona qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyinatının aparılması qeyri-mümkündür. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, “X14” ASC verilmiş arayışlarda göstərilən iddiaçının plastik kütlə sexində plastik kütlə tökücüsü peşəsində işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na müvafiq olaraq, ümumilikdə, güzəştli iş stajı 10 ildən artıq təşkil etsə də, bu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas vermir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan iddiaçının hazırkı iddia üzrə müraciətini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının 55 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün 28.12.2017-ci il tarixə qədər ümumi iş stajı tələb olunan 20 ildən artıq stajın qarşılığında cəmi 18 il 9 ay 20 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi qanuni və əsaslıdır. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün də cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42.000 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 15927,02 manatdır. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsassız olduğuna görə İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “iddiaçının 55 yaşının tamam olduğu vaxtdan, yəni 28.12.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X9 üzərinə qoyulması barədə” iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2253/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2253/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver