Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2253/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə (Şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinin icra edən Fərid Vəliyev) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə (Şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinin icra edən Fərid Vəliyev) qarşı həmin ünvanda valideynin özünə məxsus olan evi mərhum X1 məxsus olan vərəsə qaydasında bağışlanmadan vərəsə payı bağışlanmasını baxılmasından, cavabdehdən qeydiyyat tələb etdikdə məhkəmə tələblərini bildirdikdə Nərimanov rayonunun polis mayoru F.Əliyev vəsiqə qeydiyyat şəbəsinin ünvan qeydiyyatına alınması haqqında ünvan Bakı şəhəri, Nərimanov rayonu, X4 7, mənzil 53dən qətnamə çıxarılması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından görünür ki, hüquqi yardım haqqında məktub xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçıya təqdim edilmişdir. Həmçinin, həmin tarixli məhkəmə iclasında iddiaçıya bir daha cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Göründüyü kimi, hüquqi yardım haqqında məktub İddiaçı təqdim edilsə də, iddiaçı cavabdehi və iddia tələbini dəqiqləşdirməmişdir. İş materiallarından görünür ki, məhkəmə xx.xx.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım haqqında məktub təqdim edərək və məhkəmə iclasını xx.xx.2022-ci il tarixə təyin edərək, müvafiq cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsi üçün ona kifayət qədər şərait yaratmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsindən imtina edərək, iddianın mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya hüquqi yardım haqqında məktub təqdim edilərək, cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin, iddiaçı qanunvericiliyə uyğun olaraq cavabdehi və həmin cavabdehə qarşı yönəldilən iddia tələbini dəqiqləşdirməmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh qismində “Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi Şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinin icra edən Fərid Vəliyev”göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi Şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinin icra edən Fərid Vəliyev inzibati orqan deyildir. X2 hər hansı normativ-hüquqi aktla inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki şəxs deyil. Eyni zamanda, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda “Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi Şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinin icra edən Fərid Vəliyev” inzibati orqan kimi müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmçinin, məhkəmə qeyd edir ki, idida ərizəsində göstərilən tələb inzibati məhkəmə icraatında baxılan iddiaya uyğun deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh və həmin cavabdehə qarşı yönəldilən iddia tələbi inzibati məhkəmə icraatında baxılan iddiaya uyğun dəqiqləşdirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2253/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2253/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver