Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2254/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun vəkili XN, Cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidmət illərinin güzəştli şərtlərlə hesablanması” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx N996-cı il tarixindən NNNN-ci ilin iyun ayına qədər döyüş bölgəsində olduğu xidmət illərinin güzəştli şərtlərlə, yəni bir ay xidmət müddətinin üç ay müddəti kimi hesablanması vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı N993-cü ilin yanvar ayının 6-dan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi kiçik çavuş hərbi rütbəsində xidmətə başlamışdır. Həmin hərbi hissədə N996-cı ilə qədər xidmətdə olmuşdur. Hərbi hissənin özü arxa cəbhədə dislokasiya olunsa da, iddiaçı xidmətə daxil olduqundan bir müddət sonra tərkibində olduğu N saylı hərbi hissənin tabeçiliyində olan N saylı divizion döyüş bölgəsinə göndərildi və döyüş tapşırığıı yerinə yetirməyə başladı. O səbəbdən xidmət illəri hesablanan zaman N saylı hərbi hissənin tərkibində olarkən xidmətinin döyüş bölgəsində - N saylı divizion tərkibində keçirilməsi güzəştli şərtlərlə düzgün hesablanmamışdır (N ay 3 ay kimi) . N996-cı ildə döyüş bölgəsində xidmət etdiyi N saylı divizon döyüş mövqeyində saxlanılmaqla 99N saylı hərbi hissənin tərkibinə verildi. O səbəbdən N996-cı ilin N9 noyabr tarixindən NNNN-ci ilin iyun ayına qədər N-ci divizionun tərkibində-döyüş bölgəsində xidməti davam etdirmişdir. NNNN-ci ilin iyun ayında arxa cəbhəyə keçirilmiş və NNN4-cü il sentyabr ayının NN-ə qədər 99N saylı hərbi hissədə xidmətdəni davam etdirmişdir. Xidmət etdiyi N saylı divizion 99N saylı hərbi hissənin tərkibinə verildikdən sonra da, divizionun dislokasiya olunduğu yerdə, xidmət şəraitində və yerinə yetirdiyi döyüş tapşırığında heç bir dəyişiklik baş verməmişdir. Yəni, xx xxxxxx N996-cı ildən NNNN-ci ilin iyun ayına qədər divizion tərkibində döyüş bölgəsində xidmətini davam etdirmişdir. Həmin dövrdə də iddiaçının xidmət illəri güzəştli şərtlərlə hesablanmalı olsa da, divizion tərkibində xx xxxxxx N996-cı ildən NNNN-ci ilin iyun ayına qədər olan xidmət dövrünün şəxsi işində güzəştli xidmət illəri kimi qeyd edilmədiyindən iddiaçı xidmət illərinə görə layiq olduğu pensiyanı ala bilmir. Güzəştli şərtlərlə olmalı olan xidmət illərinin düzgün hesablanması xahişi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciətlər olsa da, Müdafiə Nazirliyi müraciətlərinə belə cavab vermişdir: “Bildiririk ki, xx xxxxxx NNN7-ci ilə qədər qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublkası Qanunun NN-ci maddəsinin “a” bəndinin (“Hərbi qulluqçuların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanuna dəyişikliklər və əlavə edilməsi barədə” NNN4-cü il N sentyabr tarixli 7NN-NNQD nömrəli Azərbaycan Respublikası Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin NNN4-cü il N3 sentyabr tarixli NNN nömrəli Fərman qüvvəyə minənədək) müddəalarına görə xidmtədən buraxılanadək ümumi xidmət illəri (güzəştli şərtlərlə sayılan xidmət müddətləri də daxil olmaqla) NN il və daha çox hərbi xidmət və ya orqanlarıda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququ olmuşdur” Cavabdeh daha sonra göstərir ki, iddiaçının ümumi xidmət illəri NN il 4 ay N5 gün olsa da, həmin xidmət illərinin N4 il N3 ay N5 günü güzəştli illər olduğundan və NN təqvim ili olmadığından pensiya hüququna malik deyildir. Verilmiş cavab müraciətin mahiyyətinə uyğun deyildir. Belə ki, müraciətdə göstərilir ki, iddiaçı divizion tərkibində xx xxxxxx N996cı ildən NNNN-ci ilin iyun ayına qədər olan xidmət dövrünü güzəştli xidmət illəri kimi hesablanmalı olduğu və şəxsi işində bu barədə qeydlər aparılmalı olduğu halda, hesablanmamış və qeydlər aparılmadığından pensiya təyinatı üçün tələb edilən xidmət müddəti düzgün hesablanmır. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. İstefada olan kiçik gizir İddiaçı xx.xx.N9NN -ci il tarixdən 3N N5.N9N3-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində NN il NN ay NN gün müddətli həqiqi hərbi xidmətdə, xx.xx.N993-cü il tarixdən xx.xx.NNN6-cı il tarixədək N3 il NN ay NN gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir kimi, ümumilikdə təqvim hesabı iləN6 il NN gün həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xidmət illərinin güzəştli qaydada sayılması aşağıdakı kimi həyata keçirilmişdir. Belə ki,"Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdət artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinitinin 63N nömrəli xx xxxxxx N993-cü il tarixli Qərarının xx xxx N997-ci il tarixədək qüvvədə olmuş N-ci hissəsinin "b" bəndinin birinci abzasının müddəalarına görə həmin tarixədək Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddətinin bır günü iki gün kimi sayılır. Bu səbəbdən İddiaçı Müdafiə Nazirliyinin 9NN nömrəli hərbi hissəsində xx.xx.N993-cü il tarixdən N9.NN N996cı il tarixədək xidmətdə olduğu müddətinin bir günü iki gün sayılmaqla N3 il NN ay N3 gün onun xidmət illərinə əlavə edilmişdir. Həmin Qərarın (Azərbaycan Respublikası Prezidentinin NNN nömrəli xx xxxxxxxx NNN4-cü il tarixli Fərmanı qüvvəyə minənədək)qüvvədə olmuş N-ci hissəsinin "a" bəndinin birinci və ikinci abzaslarının müddəalarına görə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrlərinin bir günü üç gün kimi sayılır. Müdafiə Nazirliyinin 99N nömrəli hərbi hissəsinin 3-cü, 6-cı və N-ci zenit raket divizionları xx xxxxxx N993-cü il tarixdən xx xxxx N995-ci il tarixədək, xx xxxxxx NNNN-ci il tarixdən xx xxxxxx NNN6-cı il tarixədək isə yalnız N-ci zenit raket divizionu döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənbölmələr hesab edilmişdir. İddiaçı həmin hərbi hissədə xx.xx.N996-cı il tarixdən xx.xx.N997- cı il tarixədək, habelə xx.xx.N99N-cı il tarixdən xx.xx.NNNN-ci il tarixədək N-ci zenit raket divizionunda xidmətdə olduğu dövrlərdə həmin divizion döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilməmişdir. Bu səbəbdən, İddiaçı həmin dövlərə aid xidmət illərinin bir gününün üç gün kimi sayılması tətbiq edilməmişdir. İddiaçı, qeyd olunan Qərarın xx xxx N997-ci il tarixədək qüvvədə olmuş N-ci hissəsinin "b" bəndinin birinci abzasının müddəaları tətbiq edilməklə, yalnız xx.xx.N996-cı il tarixdən xx.xx.N997-cı il tarixədək olan müddətinin bir günü iki gün sayılmaqla N5 ay NN gün onun xidmət illərinə əlavə edilmişdir. Nəticədə, İddiaçı xidmət illəri: təqvimlə - N6 il N ay NN gün, xidmət illərinə güzətli qaydada əlavə olan müddət - N4 il N3 il N5 gün, ümumi xidmət illəri isə NN il N4 ay N5 gün təşkil edir. Yuxarıda göstərilənlərə istinad olaraq, yəni İddiaçı N9.NN N996-cı il tarixdən xx.xx.NNN4-cü il tarixədək olan dövr ərzində 99N nömrəli hərbi hissədə xidmət keçdiyi bölmələr, o xidmət keçdiyi zaman döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmələr hesab edilmədiyindən, onun xidmət illərinin bir gününün üç gün kimi sayılmasını qanuna müvafiq hesab edilməmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında İddiaçı və onun vəkili N.Musayev iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.İsayev iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx xxxxxx NNN9-cu il tarixli, 3N №-li arayışdan görünür ki, N96N-ci il təvəllüdlü ehtiyatda olan kiçik gizir İddiaçı xx.xx.N9NN-ci ildən xx.xx.N9NN-ci ilədək kursant, xx.xx.N9NN-ci ildən xx.xx.N9N3-cü ilədək SSRİ SQ-də, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilədək N saylı hərbi hissədə, xx.xx.N996-cı ildən xx.xx.NNN4-cü ilədək 99N saylı hərbi hissədə, xx.xx.NNN4-cü ildən xx.xx.NNN6-cı ilədən N54 saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq HHMQ və HHQK –nın xx.xx.NNN6-cı il tarixli NN9 gm əmrinə əsasən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş xx xxx NNN9-cu il tarixli, 5/N-6399 №-li arxiv arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi RHK-dan ehtiyatdan həqiqi hərbi xidmətə göndərilmiş, sıravi İddiaçı 9NN№lihərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 3 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, 5NN №-li yarımqrupunun mühafizə tağımının komandir müavini vəzifəsinə təyin edilmişdir. HHQ və HHQM komandirinin xx xxxxxx N996-cı il tarixli müvafiq əmrinə əsasən hərbi xidmətini davam etdirmək çünü 99N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş, kiçik gizir İddiaçı Tahir oğlu 9NN №-li hərbi hissə komandirinin xx xxxxxx N996-cı il tarixli N69 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N9N №-li hərbi hissədən gəlmiş, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri HHQ və HHMQ komandanın xx.xx.N996-cı il tarixli müvafiq əmrilə N-ci divizionun aparat rəisi vəzifəsinə təyin edilmiş, kiçik gizir İddiaçı Tahir oğlu 99N №-li hərbi hissə komandirinin xx xxxxxx N997-ci il tarixli N6№-liə əmrilə xx.xx.N997-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 99N №-li hərbi hissə komandirinin NNN4-cü il tarixli, N55 №-li hərbi hissə komandirinin NNN4-NNN7-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxx NNN9-cu il tarixli, NN/3N73 saylı imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, onun hərbi xidmət illəri təqvimlə - N6 il N ay NN gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət – N4 il N3 ay N5 gün, ümumi xidmət illəri isə NN il N4 ay N5 gün təşkil edir. İddiaçının xidmət illəri kifayət qədər, yəni NN təqvim ili təşkil etmədiyi üçün, o, hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası hüququna malik deyildir. Cavabdeh tərəfindən təqdim olunmuş SSR Müdafiə Nazirliyinin SQ-NNN5NNN saylı xidməti kitabçasının surətindən görünür ki, xx xxxxxx N96N-ci il təvəllüdlü İddiaçı xx.xx.N993-xx.xx.N993-cü il tarixədək 9NN№-li hərbi hissəsinin 5NN №-li yarımqrupunun mühafizə tağımının komandiri vəzifəsində; xx.xx.N993-xx.xx.N994-cü il tarixədək həmin hərbi hissəsində mayor-rəis vəzifəsində; xx.xx.N994-xx.xx.N996-cı il tarixədək 9NN№-li hərbi hissəsinin N-ci divizionunun aparat rəhbəri vəzifəsində; xx.xx.N996-xx.xx.N997-ci il tarixədək 99N saylı hərbi hissəsinin N-ci zenit raket briqadasının N-ci C-NN5 zenit raket divizionunun aparat rəisi vəzifəsində; xx.xx.N997-xx.xx.N99N-ci il tarixədək 99N saylı hərbi hissəsinin N-ci zenit raket briqadasının NN-cu C-NN5 zenit raket divizionunun radiorele stansiyasının rəisi vəzifəsində; xx.xx.N99N-xx.xx.NNNN-ci il tarixdən 99N saylı hərbi hissənin N-ci zenit raket briqadasının N-ci C-NN5 zenit raket divizionunun təsərrüfat bölməsinin rəisi vəzifəsində; xx.xx.NNNN-xx.xx.NNNN-ci il tarixdən 99N saylı hərbi hissəsinin N-ci zenit raket briqadasının maddi təminat tağımının ərzaq anbarının rəisi vəzifəsində; xx.xx.NNNN-xx.xx.NNN4-cü il tarixədək 99N saylı hərbi hissəsinin N-ci zenit raket briqadasının anbar rəisi vəzifəsində; xx.xx.NNN4-xx.xx.NNN6-cı il tarixədək N54 saylı hərbi hissəsinin komanda məntəqəsinin rabitə bölüyününü radiorele stansiyasının rəisi vəzifəsində işləmişdir. Əmrdən çıxarışların surətləri cavabdeh tərəfindən təqdim olunmuşdur. İş materiallarında olan Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına dair siyahıdan görünür ki, kiçik gizir İddiaçı xx.xx.N9NN-ci ildən xx.xx.N9N3-cü il tarixədək N il NN ay NN gün; xx.xx.N993-xx.xx.NNN6-cı il tarixədək N3 il NN ay NN gün, ümumilikdə N6 il NN gün və bir ay xidmətin iki ay hesabı ilə xx.xx.N993-xx.xx.N997-ci il tarixədək N4 il N3 ay N5 gün, cəmi NN il N4 ay N5 gün ümumi xidmət illəri olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx xxxx NNNN-ci il tarixli, NN/N67 saylı arayış-məruzəsindən görünür ki, “Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölməsinin tərkibinin müəyyənləşdirilməsi” haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin N339 nömrəli xx.xx.N993-cü il tarixli, N4N nömrəli xx.xx.N994-cü il tarixli, N65 nömrəli xx.xx.N994-cü il tarixli, NNNN nömrəli xx.xx.N994-cü il tarixli, NN3N nömrəli xx.xx.N994-cü il tarixli, NN46 nömrəli xx.xx.N994-cü il tarixli, NN64 nömrəli xx.xx.N994-cü il tarixli, NNNN nömrəli xx.xx.N994-cü il tarixli, NNNN nömrəi xx.xx.N994-cü il tarixli, NN99 nömrəli xx.xx.N994-cü il tarixli, NN nömrəli xx.xx.N995-ci il tarixli, N3 nömrəli xx.xx.N995-ci il tarixli və NN7 nömrəli xx.xx.N995-ci il tarixli əmrlərinə əsasən Müdafiə Nazirliyinin 99N nömrəli hərbi hissəsinin yalnız 3-cü, 6-cı və N-ci zenit raket divizionları xx xxxxxx N993-cü il tarixdən xx xxxxx N995-ci il tarixədək, habelə Müdafiə Nazirinin NN5 nömrəli xx.xx.NNNN-ci il tarixli, N67 nömrəli xx.xx.NNNN-ci il tarixli, NN45 nömrəli xx.xx.NNNN-ci il tarixli, NN5N nömrəli xx.xx.NNNN-ci il tarixli, NN3N nömrəli xx.xx.NNN3-cü il tarixli və NN35 nömrəli xx.xx.NNN4-cü il tarixli əmrlərinə əsasən, Müdafiə Nazirliyinin 99N nömrəli hərbi hissəsinin yalnız N- ci zenit raket divizionu xx xxxxxx NNNN-ci il tarixdən xx xxxxxx NNN6-cı il tarixədək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir. Arayışda göstərilən məxfi əmrlərə Məhkəmə tərəfindən baxış keçirilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.N996-cı il tarixdən NNNN-ci ilin iyun ayına qədər döyüş bölgələrində olduğu xidmət illərinin güzəştli şərtlərlə hesablanmasını tələb edir və bu halı “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə əsaslandırır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin əsasını “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu və “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı təşkil edir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun N-ci maddəsinin N-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun NN-ci maddəsinin a bəndinə əsasən, xidmətdən buraxılanadək NN təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Həmin Qanunun N6-cı maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. xx xxx N997-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 63N nömrəli xx xxxxxx N993-cü il tarixli Qərarının N-ci hissəsinin bəndlərinə əsasən: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında alınan yaralar, kontuziya, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti b) xidmətin bir ayı iki ay sayılmaqla: Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddəti;respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən NNNN metr və daha çox hündürlükdə;reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə;su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla. Hazırda qüvvədə olan “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 63N nömrəli xx xxxxxx N993-cü il tarixli Qərarının N-ci hissəsinin bəndlərinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; b) xidmətin bir ayı ayyarım sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. İşin mübahisə predmetini təşkil edən xidmət illəri N996-NNNN-ci il tarixlərini əhatə edir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçı hazırki iddia tələbi ilə döyüş bölgəsində olduğu xidmət illərinin güzəştli şərtlərlə, yəni bir ay xidmət müddətinin üç ay xidmət müddəti kimi hesablanmasını tələb etsə də, iddiaçı ümumiyyətlə nə N997-ci il tarixədək qüvvədə olan, nə də hazırda qüvvədə olan “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının N-ci maddəsinin a kateqoriyasında göstərilən şəxs kimi qiymətləndirilmir. Belə ki, iddiaçı həmin döyüş bölgələrində məhz öz xidməti vəzifəsini yerinə yetirilməsi üçün göndərilmiş və müvafiq vəzifələr üzrə fəaliyyət göstərmişdir. Yəni göründüyü kimi, o, sözügedən Qərarın N-ci maddəsinin b kateqoriyasında olan şəxslərə aid edilir. Cavabdeh haqlı olaraq iddiaçının hərbi qulluqçu kimi xidmət illərini hesablayarkən, iddiaçının xx.xx.N993-cü il tarixdən xx.xx.N996-cı il tarixədək xidmət olduğu müddətinin bir günü iki gün sayılmaqla N3 il NN ay N3 gün; xx.xx.N996-cı il tarixdən xx.xx.N997-ci il tarixədək olan müddətinin isə həmin qaydada olaraq N5 ay N gün hesablamaqla onun xidmət illərinə əlavə etmişdir. N996-NNNN-ci il tarixlərini əhatə edən xidmət illərinə gəldikdə isə, Məhkəmə bildirir ki, cavabdeh tərəfindən təqdim olunmuş arayışdan və şifahi məhkəmə baxış iclasında nəzərdən keçirilmiş əmrlərdən məlum olmuşdur ki, 99N nömrəli hərbi hissəsinin yalnız 3cü, 6-cı və N-ci zenit raket divizionları xx xxxxxx N993-cü il tarixdən xx xxxxx N995-ci il tarixədək, həmin hərbi hissəsinin yalnız N-ci zenit raket divizionu xx xxxxxx NNNN-ci il tarixdən xx xxxxxx NNN6-cı il tarixədək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir. Lakin, iddiaçı 99N nömrəli hərbi hissəsinin N-ci zenit raket divizionunda xx.xx.N996-xx.xx.N997-ci il tarixlərində və xx.xx.N99N-xx.xx.NNNN-ci il tarixlərində xidmət etmişdir. Göründüyü kimi, iddiaçı 99N nömrəli hərbi hissəsinin N-ci zenit raket divizionunda xidmət etsə də, həmin dövrlərdə həmin bölmə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilməmişdir. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikasının İPM-nin N.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin N5.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 5N.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 6N.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 6N.N-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidmət illərinin güzəştli şərtlərlə hesablanması” tələbinə dair iddiası əsassız olduğundan, iddia tələbi təmin olunmamaldıır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin N-ci, 34-cü, 6N-ci, N5.N-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidmət illərinin güzəştli şərtlərlə hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 54N-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2254/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2254/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver