Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2257/2021 06.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirаkı ilə, İddiаçı İddiaçı Əziz oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 3-cü şəxs qismində işə cəlb edilməklə “birdəfəlik sığorta kompensasiyasının ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Əziz oğlu cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, şəhid qardaşı X5 görə birdəfəlik sığorta kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-7266/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qardaşı X10 AR MN-nin N saylı hərbi hissəsində xidmət etmiş və xx.xx.1994-cü ildən 17.11,1994-cü ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə almış, xx.xx.1994-cü ildə hospitalda dünyasını dəyişmişdir. Ona əsnəyin pərdəşəkilli yayılmış difteriyası diaqnozu qoyulmuşdur. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında AR Qanununa əsasən şəxsin hərbi xidməti borcunu yerinə yetirən vaxt xəstəlik səbəbindən ölümü və ya əlil olması onu sığorta ödənişini almaq hüququndan məhrum etmir və bu halda ona ödənilməli olan sığorta məbləği 11000 manat təşkil edir. Onun qardaşı subay olmuş, hər iki valideyni dünyasını dəyişmişdir, o, onun qanun üzrə vərəsəsi kimi mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmiş və onun digər vərəsələri həmin kompensasiyanı almaqdan onun xeyrinə imtina etmişlər. Qubadlı rayon məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsinə əsasən onun qardaşı xx xxxxxx 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ölüm faktı müəyyən edilmişdir. Bundan başqa Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2019-cu il tarixli 8275 saylı arayışından göründüyü kimi qardaşı Vəliyev Bəhruz AR MN-nin N saylı hərbi hissəsində xidmət etmiş və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə almış, xx.xx.1994-cü ildə hospitalda dünyasını dəyişmişdir. Ona əsnəyin pərdəşəkilli yayılmış difteriyası diaqnozu qoyulmuşdur. Bütün bu hallar ona birdəfəlik kompensasiyanın təyin edilməsi üçün əsas verdiyi halda, cavabdeh təşkilat hər dəfə bir bəhanə gətirməklə bu məbləği vermək istəmir. Belə ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ona ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, bu sığorta ödənişləri AR ƏƏSMN və ya sığorta şirkəti tərəfindən həyata keçirildiyi üçün həmin təşkilatlara müraciət etməlidir. Lakin cavabdeh təşkilatın ona ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda isə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilən siyahıda adının olmamasını səbəb kimi gətirmişdir. Göründüyü kimi bir təşkilat bu məsələni digər təşkilatın üzərinə qoyur. O, bundan sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» barədə iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 2(006)-4310/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardadı ilə ərizə üzrə mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan o, şikayət vermiş, məhkəmə qərardadı ləğv etmiş və işə ümumi icraat qaydasında baxmaqla iddia tələbini rədd etmişdir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə onun şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə bir daha müəyyən edilmişdir ki, həmin sığorta ödənişini cavabdeh həyata keçirməlidir və bu məsələyə görə o cavabdehlik daşıyır. Sonda qeyd edilənlərin nəzərə alınmasını və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı iddiasına görə onun mərhum qardaşı X11 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş və xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alaraq xx.xx.1994-cü il tarixdə hospitalda dünyasını dəyişmişdir. İddiaçı mülki qanunvericilik qaydasında mərhum qardaşının vərəsəsi olduğunu və vəfat etmiş hərbi qulluqçu kimi qardaşına görə 11000 (on bir min) manat birdəfəlik sığorta kompensasiyası almaq hüququna malik olduğunu iddia edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı hüquqi münasibətlər Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanı (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında) ilə tənzimlənir. Həmin Fərmanın 1-ci maddəsinə əsasən 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Fərmanın 2-ci maddəsində qeyd edilir ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Həmin Fərmanın 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1997-ci il avqustun 2- dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etmək və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək vəzifəsi təsbit edilmişdir. Fərmanın icrasını təmin etmək məqsədilə ilə ƏƏSMN (cavabdeh orqan) hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adının bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olubolmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul edilməklə məsul edilmişdir. (Maddə 6.2) Qeyd edilən qanunvericilik normalarının qarşılıqlı şərhindən aydın olur ki, iddia olunan ödəmənin təmin edilməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: 1. mərhum hərbi qulluqçu və ya daxili işlər orqanlarının əməkdaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması. 2. həmin şəxsin adının Fərmanın 5 və 5-1-ci maddəsində nəzərdə tutulmuş siyahılara daxil edilməsi. Lakin hazırkı iş üzrə yuxarıdakı halların heç biri mövcud deyildir. Şəxsin öldüyünü təsdiq edən sənəddə ölüm səbəbi qismində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması yox, xidməti vəzifələrini yerinə yetirərkən vəfat etməsi qeyd edilmişdir. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məhkəməyə ünvanlanmış cavab məktubunda X2 şəhid statusunun 2007-ci ildə ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçuların siyahısında adının olmadığı qeyd edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmiş, iddiaçı və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu qeyd edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.2.2, 3.1 və 8.1.4-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaya cavab verməli inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçı vəfat etmiş qardaşına görə birdəfəlik sığorta kompensasiyasının ödənilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş sənədlər: - İddaçı İddiaçı müraciətinə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ünvanlanmış xx xxxxx 2019-cu il tarixdə № 07-07-478 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin şəhid ailələrinə göstərdiyi qayğı və diqqətin davamı olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 saylı Fərmanına dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Fərmanı imzalanmışdır. Fərmana əsasən 11 000 ( on bir min ) manat məbləğində sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə verilməsinə icazə verilmişdir. Həmin məbləği almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi tövsiyyə edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş № 8275 saylı arayışdan görünür ki, N nömrəli hərbi hissənin sabiq əsgəri X10 həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş, xx.xx.1994-cü il tarixdə hospitalda vəfat etmişdir. Diaqnoz: Əcnəyin pərdəşəkilli yayılmış difteriyası. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1994-cü il üçün 6 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 5836-cı sayındakı qeyd. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçı ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli № **********3 saylı məktubda qeyd edilmişdir ki, birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 5-ci hissəsinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, X14 Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş ümumi siyahıda X3 adı aşkar olunmadığından Nazirlik tərəfindən onun vərəsəsinə (vərəsələrinə) 11000 manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. Məsələyə aydınlıq gətirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyi tövsiyə olunmuşdur. - Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli № 90/12 saylı arayışın surətindən görünür ki, Azərbaycan Respublikası vətəndaşı 13 may 1971-ci il tarixdə Qubadlı rayon, Fərcan kəndində anadan olmuş X3 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə arxiv məlumatları xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək olan dövrə aid “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 hikahı haqqında akt qeydi aşkar olunmamışdır. -xx xxxxxx 1994-cü ildə Qubadlı rayon VVAQ tərəfindən verilmiş İİ-ЖГ №447295 seriya nömrəliğlüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 1994cü ildə 23 yaşında ğlmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilmişdir. Füzuli bölgəsində gedən döyüşlərdə yaralanmış və hospitalda vəfat etmişdir. - Notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X12, X9, X6, X16, X13 və X7 xx.xx.1994-cü ölmüş qardaşları X1 miras qalmış birdəfəlik ödəmədən vərəsəlik yolu ilə onlara düşən paydan qardaşları İddiaçı xeyrinə imtina etmişlər. - Qubadlı rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli № 2-53 saylı qətnaməsinin surətindən görünür ki, xx xxx 1971-ci ildə Qubadlı rayonunda anadan olmuş X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx xxxxxx 1994-cü il tarixdə həlak olması faktının müəyyən edilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli № **********8 saylı məktubdan görünür ki, şəhid hərbi qulluqçularının vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına (Fərman) uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 5-ci hissəsinə əsasən 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Fərmanın icrası ilə əlaqədar aidiyyəti olanlar tərəfindən təqdim edilmiş müvafiq siyahılar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci il 9 oktyabr tarixindən etibarən hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, vərəsələrinin birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti təmin edilmiş və sənədlərin qəbuluna başlanılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda X3 adı aşkar olunmamışdır. Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixdə № 196 saylı məktubla cavab ünvanlayaraq qeyd etmişdir ki, 2007-ci il tarixdə “şəhid” və “şəhid ailəsi” statusu verilmiş şəxslərin sənədlərinə yenidən baxılması zamanı Qubadlı RHK-da “şəhid” statusunda qeydiyyatda olmuş X3 xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Udlağın difteriyası,yayılmış forma” diaqnozu ilə stasionar müalicədə olması və 17.11 1994-cü il tarixdə hospitalda (Mərkəzi Hərbi Kliniki hospitalın xx.xx.2007-ci il tarixli 2061 nömrəli məktubu) vəfat etməsi aşkar olunmuşdur. 2007-ci il tarixdə X3 “şəhid” statusu ləğv olunmuşdur. Qubadlı rayon Məhkəməsinin 31,03.2008-ci il tarixli qətnaməsinə əsasən X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1994-cü il tarixdə həlak olması faktı müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli Qərardadına əsasən Qubadlı rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ləğv edilmişdir. X3 adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlar ilə əlaqədar xəbərsiz elan edilmiş hərbi qulluqçuların siyahısında yoxdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra-birdəfəlik ödəmə) verilsin. Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 4-cü bəndinə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir. Fərmanın 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbi qulluqçunun adının bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış halarından görünür ki, Fərmanın icrasını təmin etmək məqsədilə ilə cavabdeh inzibati orqan hərbi qulluqçunun müvafiq siyahılarda olub-olmamasını müəyyən etməli, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair müvafiq qərar qəbul edilməlidir. Beləliklə, iddianın təmini üçün 2 əsas şərt mövcud olmalıdır:
1. mərhum hərbi qulluqçunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması;
2. həmin şəxsin adının Fərmanın 5 və 5-1-ci maddəsində nəzərdə tutulmuş siyahılara daxil edilməsi. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, iddiaçının mərhum qardaşı xx.xx.1994-cü ildə müalicə aldığı hospitalda vəfat etmiş, 2007-ci ildə şəhid statusu ləğv olunmuş, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması faktı müəyyən edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən Qubadlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ləğv edilmişdir. xx xxxxxx 1994-cü ildə Qubadlı Rayon VVAQ tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə də ölüm səbəbi kimi Fizuli bğlgəsində gedən döyüşlərdə yaralanması və xx xxxxxx 1994-cü ildə hospitalda vəfat etməsi qeyd edilmişdir. Həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məhkəməyə ünvanlanmış cavab məktubunda X2 şəhid statusunun 2007-ci ildə ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçuların siyahısında adının olmadığı qeyd edilmişdir. Göründüyü kimi, yuxarıda sadalanan şərtlərin heç biri mövcud olmadığından, yəni, iddiaçının qardaşının şəhidlik statusu olmadığından və müvafiq siyahıda adı qeyd edilmədiyindən hazırki halda iddiaçının iddiası əsassızdır, cavabdehin imtinası isə qanunidir, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Əziz oğlunun iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə