Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2257/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.01 2024-cü il tarixində, İddiaçı ilə X20 arasında ünvan 2 ünvanda yerləşən mnzilə dair № İPKB5903093B105 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqı-satqı prosesi Bakı şəhəri 53 saylı notariat ofisində həyata keçirilmişdir. Alqı-satqı prosesi zamanı satıcı X13 həyat yoldaşı alqı-satqı müqaviləsinin bağlanmasına və mənzilin İddiaçı satılmasına notarial qaydada razılıq vermişdir. Alq-satqı prosesi həyata keçirildikdən sonra alqı-satqı sənədləri mənzilə dair çıxarışın verilməsi məqsədilə mənim tərəfimdən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli imtina ilə bildirmişdir ki, qeyd edilən mənzil ( Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D" Y/S. ev 6 mənzil 7 ) Nərimanov Rayon Məhkəməsinin 2(005)- 603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında X14 ilə X25 arasında bölünmüş, tərəflərin qeyd edilən əmlaka 1/2 hissədə payları müəyyən edilmişdir. Əlavə olaraq bildiririlir ki, X4 Rayon Məhkəməsinin 2(005)-603/2023 nömrəli, xx.xx.2023-cü ıl tarixli qətnaməsindən apellyasıya şikayəti verilmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı X2 Rayon Məhkəməsinin 2(005)-603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakda olan payından X13 xeyrinə imtina etmişdir. Qeyd edilənlər nəzərə alınaraq tərəflər arasında barışıq sazişi bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 2963/2024 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2{103)-2963/2024 saylı qərardadı qanuni qüvvəsini almış və bu barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, onun tərəfindən növbəti dəfə cavabdeh orqana müraciət edilmişdir. Lakın bu dəfə də cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtinası ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsini səbəb gətirərək, qeyd edilən əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını əsassız sayır. Belə ki, mənzilə payı müəyyən edilmiş X14 alqı-satqı müqaviləsinin bağlanmasına etiraz etməmiş, mənzilin satılmasına razı olduğunu notarial qaydada təsdiqləmişdir. Bununla da X14 mənzilin alıcının mülkiyyətinə keçməsinə etirazının olmadığını göstərmişdir. Eyni zamanda tərəflər arasında mübahisə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2963/2024 saylı qərardadına əsasən, həllini tapmışdır. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-603/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, əmlakın hüquqi statusu əvvəlki vəziyyətinə qayıtmışdır. Hesab edirəm ki, ünvan 4 ünvanda yerləşən mənzil üzərində hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması üçün heç bir maneə yoxdur. Bu səbəbdən ünvan 1 ünvanda yerləşən mənzil üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən mənzilə dair çıxarışın verilməsi vəzifəsi AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Möhtərəm hakim, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12339/2024 saylı sərəncamının icrası ilə əlaqədar bildirilir ki, iddiaçı X6 “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, ev 6 ünvanında yerləşən 7 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********81 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-603/2023 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2963/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı əsasında ləğv edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-1.1-ci maddəsi nəzərə alınaraq Nərimanov Rayon Məhkəməsinin 2(005)-603/2023 saylı qətnaməsinin icrasında dönüş edildikdən sonra təqdim edilmiş alqı-satqı müqaviləsinin icrasına baxıla bilər. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi 6, 7 saylı mənzili Yeni qaydalarla: (AZ 1133, Bakı şəhəri , Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsi, 173, M4, m1) daşınmaz əmlakın dövlət reyestrində ½ hissədə X13 adına, ½ hissədə X7 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-1.1 maddəsinə əsasən İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********81 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 6 saylı evin 7 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-603/2023 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2963/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı əsasında ləğv edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-1.1-ci maddəsi nəzərə alınaraq Nərimanov Rayon Məhkəməsinin 2(005)-603/2023 saylı qətnaməsinin icrasında dönüş edildikdən sonra təqdim edilmiş alqı-satqı müqaviləsinin icrasına baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-1.1 maddəsinə əsasən İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********13 3-21-3-30/2-4213/2024 saylı bildirişindən görünür ki, Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsində yerləşən 6 saylı evin 7 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 22.01 2024-cü il tarixli müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, qeyd edilən ünvanda yerləşən mənzil Nərimanov Rayon Məhkəməsinin 2(005)-603/2023 nömrəli. xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında X14 ilə X20 arasında bölünərək tərəflərin 1/2 payları müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 603/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X11 ilə cavabdeh X20 arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Xətai rayon VVADQ şöbəsində (Xətai rayon qeydiyyat şöbəsi) 737 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X15 atası X13 himayəsində saxlanılması, iddiaçı X11 ilə cavabdeh X13 birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 6 saylı binanın, 7 saylı mənzilinə tərəflərin 14 payları müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri 53 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli İPKB5903093B105 saylı "xxxx" ASC,X20 və İddiaçı arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X20 Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsində yerləşən 6 saylı ev 7 saylı mənzil ünvanında yerləşən ona məxsus daşınmaz əmlakı İddiaçı mülkiyyətinə vermişdir. Bakı şəhəri 53 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli İPKB5903093B105 saylı "xxxx" ASC və İddiaçı arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsində yerləşən 6 saylı evin 7 saylı mənzil ünvanında yerləşən daşınmaz əmlakın satın alınması üçün 87000 manat kredit verilmişdir. Bakı şəhəri 53 saylı Notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq tədim edilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, 1023 reyestr kitabının 92016 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan X17 tam payda məxsus olan mənzil üzərində xx.xx.2024-cü il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. X7 Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, X17 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və "xxxx" ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipoteka qoyulmasına razılıq verdiyini, alqı satqı və ipoteka müqaviləsinin şərtləri ilə tanış olduğunu, banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə razı olduğunu və bu halda bankın ilk tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2963/2024 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-603/2023 saylı, 18 aprel 2023- cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X7 cavabdeh X17 qarşı «nikahın pozulması, uşağın himayəyə verilməsi və birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-603/2023 saylı qətnaməsinə əsasən iddiaçı X11 ilə cavabdeh X20 arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Xətai rayon VVAQ şöbəsində (Xətai rayon qeydiyyat şöbəsi) 737 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2007ci il təvəllüdlü X8 atası X13 himayəsində saxlanılması, iddiaçı X11 ilə cavabdeh X13 birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 6 saylı binanın, 7 saylı mənzilinə tərəflərin 1/2 paylarının müəyyən edilməsi qət edilmişdir.X11 ilə X20 ilə öz aralarında xx.xx.2003- cu il tarixdə Bakı şəhəri Xətai rayon WAQ şöbəsində (Xətai rayon qeydiyyat şöbəsi) 737 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X8 atası X13 himayəsində saxlanılması, iddiaçı X11 ilə cavabdeh X13 birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 6 saylı binanın, 7 saylı mənzilinə tərəflərin 1/2 paylarının müəyyən edilməsi barədə tələbin məhkəmədənkənar həlli ilə bağlı razılığa gəlirlər.X3 Zaur Əli oğlu ilə aralarında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Xətai rayon VVADQ (Xətai rayon qeydiyyat şöbəsi) şöbəsində bağlanmış və 737 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmamasına, xx.xx.2007-ci il təvəllüdlü X8 atası X13 himayəsində saxlanılmasına razıdır və buna dair heç bir etirazı yoxdur.X11 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 6 saylı binanın, 7 saylı mənzilində 1/2 hissədə payından X13 xeyrinə imtina edir, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 6 saylı binanın, 7 saylı mənzilinin tam şəkildə X13 xüsusi mülkiyyətində saxlanılmasına razıdır və buna dair heç bir etirazı yoxdur.X5 Aynur Səfər qızı ilə aralarında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Xətai rayon VVAQ (Xətai rayon qeydiyyat şöbəsi) şöbəsində bağlanmış və 737 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmamasına, xx.xx.2007-ci il təvəllüdlü X8 atası X13 himayəsində saxlanılmasına razıdır və buna dair heç bir etirazı yoxdur. X5 Aynur Səfər qızının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 6 saylı binanın, 7 saylı mənzilində 1/2 hissədə payından X13 xeyrinə imtinasını qəbul edir, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 6 saylı binanın, 7 saylı mənzilinin tam şəkildə özünün yəni X13 xüsusi mülkiyyətində saxlanılmasına razıdır və buna dair heç bir etirazı yoxdur. X3 Zaur Əli oğlu ilə razılığa gəlir və etiraf edir gələcəkdə X17 qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 6 saylı binanın, 7 saylı mənzilinə dair heç bir iddiası olmayacaq. İddiaçı X7 cavabdeh X17 qarşı «nikahın pozulması, uşağın himayəyə verilməsi və birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********82 saylı məktubundan görünür ki, ünvan 7 ünvanına dair, həmçinin 06 A6/037 nömrəli xx.xx.2024-cü il tarixli arayışın tərtib edilməsinə əsas olmuş sənədlərin surətlərinin verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sorğuya uyğun olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmə iclasının keçirilməsi barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X22 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X22 Məhkəməsi dəfələrlə qərarlarında əmlak marağı olduqda “aktiv”i, eləcə də hüququ təsdiq edən məhkəmə qərarlarını (“X10 A.O” Belçikaya qarşı; Burdov Rusiyaya qarşı işlər), icarə hüququnu (İatridis Yunanıstana qarşı iş) mülkiyyət kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə hesab edir ki, ünvan 1-yə münasibətdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və mövcud olduğundan və həmin sənəd iddiaçının “aktiv”ə hüququnu təsdiq etdiyindən qeyd edilən mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq iddiaçının adına çıxarışın tərtib edilməsinə dair iddiaçının “qanuni gösləntisi” var. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamədən: 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; 2.0.3. daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir; Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Belə ki, işin halları ilə təsdiq olunur ki, Bakı şəhəri 53 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli İPKB5903093B105 saylı "xxxx" ASC,X20 və İddiaçı arasında alqısatqı və ipoteka müqaviləsi bağlanmış, X20 Bakı şəhər, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsində yerləşən 6 saylı ev 7 saylı mənzil ünvanında yerləşən ona məxsus daşınmaz əmlakı İddiaçı mülkiyyətinə vermişdir. Həmin vaxt X1 mənzilin satılmasına razı olduğunu notarial razılıq ərizəsi ilə bildirmişdir. Alqı-satqı zamanı cavabdeh qurum tərəfindən müqavilənin rəsmiləşdirildiyi notariat kontoruna mənzil üzərində xx.xx.2024-cü il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmaması barədə arayış təqdim edilmişdir. Hazırda sözügedən alqı-satqı və ipoteka müqaviləsi qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir. Bundan əlavə məhkəmə xüsusilə qeyd edir ki, hazırda cavabdeh qurumun imtina əsası kimi qeyd etdiyi Nərimanov Rayon Məhkəməsinin 2(005)-603/2023 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2963/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı əsasında ləğv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, ev 6, 7 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova