Məhkəmə qərarları › İş №2-1(112)-226/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-226/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-226/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı X1 (Ünvan:Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 41, mənzil 48), cavabdehin nümayəndəsi X4 (Ünvan: Sumqayıt şəhəri, MİK-17, ev 21, mənzil 50; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquq idarəsinin cavabdeh qismində işlər üzrə şöbəsinin böyük hüquqşünası) iştirakları ilə, iddiaçı - X1 cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri kiçik sahibkaqrlıqla iş departamentinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 31.05.2019-cu il tarixli, **********184316 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ın qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin 04.03.2020-ci il tarixli qərardadı ilə iddiaçının “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 may 2019-cu il tarixli **********184316 nömrəli qərarının qismən ləğv edilərək maliyyə sanksiyasının 16.112 manat hissəsinin şəxsi hesab vərəqəsi üzrə azaldılması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 18.06.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 Üzrə Baş İdarəsi əsl olan Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmənin 18.06.2020-ci il tarixli qərardadı ilə iddiaçının ““vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.02.2020-ci il tarixli **********197584 nömrəli qərarının ləğv edilərək maliyyə sanksiyasının 16.111,79 manat hissəsinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin 16.03.2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 “buraxılmış müddətin bərpası barədə” vəsatəti təmin edilərək, iddiaçı X2 barəsində qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.02.2020-ci il tarixli **********197584 nömrəli qərarı üzrə buraxılmış iddia müddəti bərpa edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 01.07.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” 24.02.2020-ci il tarixli **********197584 nömrəli qərarının 16.111,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı fiziki şəxs olmaqla, 2015-ci ilin aprel ayından vergi ödəyicisi kimi qeydiyyatdadır və xırda sahibkarlıqla məşğul olmaqla ailəsini dolandırırdı. Fəaliyyət göstərdiyi müddətdə fərdi sahibkar kimi üzərinə götürdüyü bütün öhdəlikləri vaxtı-vaxtında icra etmiş, vergiləri vaxtı-vaxtında ödəməklə nümunəvi sahibkar olmuşdur. X5 Departamentinin səyyar vergi yoxlamaları idarəsinin ictimai iaşə və xidmət sahələri üzrə şöbənin əməkdaşı tərəfindən 12.04.2019-cu ildə tərtib edilmiş **********168099 saylı səyyar vergi yoxlaması aktı ilə iddiaçının 2015-ci ilin aprel ayından mart 2018-ci il dövrü əhatə edən fəaliyyətini yoxlamım və 2018-ci il üzrə 64447.17 manat sadələşdirilmiş vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun 32223.59 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmiş, həmin aktın qanuniliyindən şikayət verilsə də, malların satışına dair göndərilmiş qaimə fakturalar və vergi hesab fakturalarının faktiki onun adına göndərildiyi və buna görə də köməklik göstərə bilmədikləri bildirilmişdir. Yekunda isə Bakı şəhəri X5 Departamentinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 may 2019-cu il tarixli **********184316 saylı qərarına əsasən həmin akt təsdiq edilmiş və ona 2018-ci il üzrə 64447.17 manat sadələşdirilmiş vergi xə ona uyğun 32223.59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, iddiaçı həmin məbləğdə pulu ümumiyyətlə işlədiyi müddətdə görməmiş və fəaliyyəti xırda sahibkarlıqdan ibarət olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Fiziki şəxsin uçotu haqqında” şəhadətnaməyə əsasən X2 25.047.2011-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 06.06.2018-ci il tarixli **********152777 nömrəli qərarına əsasən X1 fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.04.2015-31.03.2018) təyin edilmişdir. İş materiallarından görünür ki, Səyyar vergi yoxlamasına 07.06.2018-ci il tarixdə başlanmış, 09.04.2019-cu il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi üzrə 12.04.2019-cu il tarixli **********168099 nömrəli akt tərtib olunmuşdur. İş materiallarından görünür ki, aparılan səyyar vergi yoxlaması zamanı vergidən yayınma halları aşkar edilmiş, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 31.05.2019-cu il tarixli **********184316 nömrəli Qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, sonradan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 31.05.2019-cu il tarixli **********184316 nömrəli Qərara “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” 24.02.2020-ci il tarixli **********197584 saylı Qərar ilə düzəliş edilmişdir. İş materiallarından görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə" 24.02.2020-ci il tarixli **********197584 saylı Qərar ilə vergi ödəyicisinə səyyar vergi yoxlaması əsasında hesablanmış sadələşdirilmiş vergi məbləği 32.223,58 manat, buna müvafiq olaraq da tətbiq edilmiş maliyyə sanksiyası 16.111,79 manat azaldılmış və sözügedən düzəliş vergi ödəyicisinin şəxsi hesab vərəqəsində nəzərə alınmışdır. İş materiallarında olan 12.04.2019-cu il tarixli **********168099 nömrəli səyyar vergi yoxlaması aktına əsasən yoxlanılan dövrdə iddiaçı tütün məmulatlarının topdan satışı ilə məşğul olmuşdur. Yoxlanılan dövr ərzində iddiaçı tərəfindən "DİRECT DİSTRİBUTİON GROUP (DDG)" (VÖEN **********) Qapalı Səhmdar Cəmiyyətindən elektron qaimə fakturalar əsasında dəyəri 1566392,0 manat təşkil edən müxtəlif adlarda tütün məmulatları alınmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən həmin dövrdə 25750,0 manat sadələşdirilmiş dövriyyə göstərilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin 08.06.2018-ci il tarixli **********4177 saylı qərarına əsasən fiziki şəxsin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi sıra 6, 67 nömrəli mağazada operativ vergi nəzarəti keçirilmiş, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-faktura əsasında nəzarət edilməsi məsələsi yoxlanılmış, nəticəsi barədə VN 16 seriyalı 005806 nömrəli akt tərtib edilmişdir. Aktın nəticəsi olaraq obyektdə 08.06.2018ci il tarixə 18070.1 manat dəyərində mal qalığı müəyyən edilmişdir. Vergi orqanında olan baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 01.04.2018-08.06.2018-ci il tarix aralığı üzrə 169665,3 manat mal alışı olduğu və həmin dövrdə 7700,0 manat dövriyyə göstərdiyi müəyyən edilmişdir. Yoxlama ilə iddiaçı tərəfindən yoxlanılan dövr ərzində alınmış malların yoxlanılan dövr ərzində təqdim edilməsi qənaətinə gəlinmişdir. Bundan əlavə vergi ödəyicisinin təqdim etdiyi 13 fevral 2019-cu il tarixli izahatında yoxlanılan dövrdə alınmış tütün məmulatlarının həmin dövrdə satıldığı qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş tütün məmulatlarının topdansatış bazar qiymətinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət edilmiş və 02.05.2017-ci il tarixdən 31.03.2018ci il tarixədək elektron qaimə fakturalar əsasında alınmış mallann topdansatış qiyməti müəyyən edilərək tütün məmulatlarının təqdim edilməsindən 1636929,2 manat dövriyyəsinin olduğu aşkar edilmişdir. İş materiallarından görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” 24.02.2020-ci il tarixli **********197584 saylı Qərar ilə vergi ödəyicisinə 32.223,58 manat əsas vergi məbləği hesablanmış və 16.111,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, səyyar vergi yoxlaması ilə hesablanmış 32.223,58 manat əsas vergi borcu üzrə vergi öhdəliyi iddiaçı tərəfindən yerinə yetirilmiş, 16.111,79 manat maliyyə sanksiyası üzrə vergi borcu isə ödənilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi hazırkı vəziyyətdə maliyyə sanksiyası müstəqil olaraq deyil, vergilərin azaldılmasına görə tətbiq edilmiş və məsuliyyətə cəlb etmənin müddəti keçməmişdir. Beləliklə Vergi Məcəlləsinin tələblərinə uyğun vergi məbləğinin hesablandığını və maliyyə sanksiyası, eləcə də iddiaçının hesablanmış əsas vergi məbləğini ödədiyini nəzərə alaraq, iddia tələbi təmin edilməməli, tətbiq edilmiş maliyyə sanksiyası vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası, verginin ödənilməsi qaydası və müddəti. Həmin Məcəllənin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan fəlaiyyətdir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 23.1.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” 24.02.2020-ci il tarixli **********197584 nömrəli qərarının 16.111,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar