Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-226/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X11 kаtibliyi, iddiaçının nümayəndəsi, vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Bakı şəhəri 10 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Mənzil Kommunal Təsərrüfatı Departamentində hüquqşünas işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi, ev 9, mənzil 100ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi, ev 9, mənzil 100-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4216/2020 saylı işi üzrə qəbul etdiyi 29.10.2020-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi, ev 9, mənzil 100-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4216/2020 saylı işi üzrə qəbul etdiyi 29.10.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1231/2021 saylı işi üzrə qəbul etdiyi, 02.06.2021-ci il tarixli Qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4216/2020 saylı işi üzrə qəbul etdiyi 29.10.2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılması təmin olunmamış, bütün faktiki halları müəyyən olunmamış qalmışdır, qəbul edilmiş qərar əsaslandırılmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X7 "xxxx" TASC-da 1987-ci ildən 2007-ci ilə kimi işləmişdir. Onun bu zavodda işlədiyi müddətdə kollektivin üzvü olduğu üçün bu zavodun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində yerləşən 9 saylı binasından 109 saylı mənzil verilmişdir. Həmin mənzilə dair anasının adına müvafiq order də verilmişdir. Sonradan ailə üzvlərərinin sayı artdığı üçün qonşuluqda yerləşən 100 saylı mənzil də iddiaçının ailəsinin istifadəsinə verilmişdir. Lakin həmin vaxtlar "xxxx" TASC fəaliyyətini dayandırdığı üçün bu mənzilin onların adına rəsmiləşdirilməsi mümkün olmadı. Bir müddət sonra bu zavodun balansında olan bina Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verildi. İddiaçı faktiki uzun müddətdir yaşadığı mənzilin adına rəsmiləşdirilməsi və müvafiq kirayə müqaviləsinin bağlanması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin sonuncu müraciətindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq bu günə kimi ona heç bir rəsmi cavab verilməmişdir. Bu da cavabdeh tərəfindən onun müraciəti ilə əlaqədar hərəkətsizlik etdiyini sübut edir. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.2008-ci il tarixli 200 nömrəli Qərarının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin 06.11.2008-ci il tarixli, 584 saylı sərəncamına əsasən, ləğv edilmiş "xxxx" DŞ-nin B.Sərdarov adına X10 Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş qeyd edilən ünvanda yerləşən yataqxana binası 07 may 2014-cü il tarixli təhvil-təslim aktı ilə Bakı şəhər MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. İddiaçı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə 07.12.2019-cu il tarixli (12.12.2019-cu il tarixdə Q- 84 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yataqxana binasının 100 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Ərizəyə tələb olunun sənədlər (order, protokol, 2 saylı formada arayış, mənzilin sxemi, binanın əvvəllər məxsus olduğu təşkilatla əmək münasibətlərini təsdiq edən sənəd və s.) əlavə edilmədiyindən onun ərizəsi Departamentin 25.12.2019-cu il tarixli, Q-84 saylı məktubu ilə baxılması üçün 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, ünvan 1 saylı evin 100 saylı mənzilini heç bir hüquqmüəyyənedici sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, həmin mənzili boşaldıb MKİS-ə təhvil verməkdən imtina etmişdir. İddiaçının anası X8 isə həmin binanın 515 saylı mənzilində faktiki olaraq yaşayır. Əldə etdiyi "xxxx"nun 08.01.2002-ci il tarixli 471 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən yataqxananın 115 saylı mənzili ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu) X2 adına yazılmışdır. İddiaçı ünvan 1 saylı evin 100 saylı mənzilinə dair hər hansı hüquqi əsası yoxdur və o, həmin mənzili əldə etmək məqsədi ilə özbaşına zəbt etmişdir. Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsаssızdır. Belə ki, iş materiallarında olan: 471 nömrəli Orderə görə, X7 "xxxx" TASC-da işlədiyi müddətdə ona M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 1 otaq, 115 ünvanında yerləşən yataqxanada yaşayış sahəsi ilə təmin olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4397/2019 saylı qətnaməsinə rəsasən İddiaçı cavabdeh 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı “mənzil-istifadə və sahiblik hüququnun tanınması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13141/2019 saylı iş üzrə qəbul edilmiş 24.10.2019-cu il tarixli qətnaməsi ilə, Binəqədi rayon Məhkəməsinin 2(001)- 4397/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. 11.01.2021-ci il tarixli Akta görə, 78 saylı MRİS-nin rəisi N.M.Rüstəmov, 2.78 saylı MRİS-nin mühəndisi V.R.Nəcəfov, 3 sahə nəzarətçisi K.H.Aliyevin imzası ilə təsdiq olunaraq akt tərtib edilmişdir ki, Bakı şəhəri, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsindəki 2 saylı X.T.M.R.T.B-nin balansında və 78 saylı MR1S-nin istismarında olan 9 saylı binanın 100-cü mənzilində yaşayan İddiaçı yaşadığı otağa aid heç bir hüquqi sənədi yoxdur. İddiaçı və onun ailəsi 2017-ci ildən göstərilən 100 saylı mənzildə qeydiyyatdadırlar. İddiaçı mənzili qeyri-qanuni zəbt etmişdir, ona görə də İddiaçı dəfələrlə xəbərdar edilmişdir ki, mənzili boşaltsın. O, bu günə kimi verilən xəbərdarlığa əməl etməmişdir. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 99, 98 nömrəli Arayışlarına görə, Binəqədi rayonu Z.Qəmbərov küçəsi, ev 9-un mənzil 109 və 124-cü mənzillərində X12 və onun ailəsi, X3 və onun ailəsi Qubadlı rayonundan məcburi köçkün kimi məskunlaşmışdrılar. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 116 nömrəli Arayışına görə, Binəqədi rayonu Z.Qəmbərov küçəsi, ev 9-un 515-ci mənzilində X7 və onun həyat yoldaşı X15 və qızı X9 qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən 05.11.2021-ci il tarixli 018-176443-1221 nömrəli Bakı İnzibati Məhkəməsinin sorğusuna ünvanladığı cavab məktubuna əsasən bildirmişdir ki, İddiaçı 20.12.2017-ci il tarixdən, X13 20.12.2017-ci il tarixdən, X16 19.12.2017-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 43-cü maddəsinə əsasən, İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Məcəllənin 52-ci maddəsinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Həmin Məcəllənin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edə bilər. Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1984-cü il 2 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlər ətrafı ərazinin saxlanması Qaydaları»nın 1-ci bəndinə görə, yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş Birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının anası X4 "xxxx"nun 08.01.2002-ci il tarixli 471 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən yataqxananın 115 saylı mənzili ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu - İddiaçı) verilmişdir. İddiaçı iddia ərizəsində qonşuluqda yerləşən 100 saylı mənzilin onun ailəsinə istifadəyə verilməsini göstərsə də, buna dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. İddiaçının mübahisəli mənzilə qeydiyyata alınmasına dair polis orqanı tərəfindən təqdim edilmiş sənədlərin arasında qanunla qeydiyyata alınması üçün nəzərdə tutulmuş zəruri olan sənədlər (order o cümlədən) aşkar edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, mənzil 100-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, mənzil 100-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-226/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-226/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver