Məhkəmə qərarları › İş №2-1(112)-2261/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2261/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2261/2021 21.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), İddiaçının nümayəndəsi X3 (baş hüquqşünas, ünvan 2 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndələri X2 (normativ hüquqi təminat sektorunun böyük məsləhətçisi, ünvan 3 ünvanında qeydiyyatda olan) və X4 (baş məsləhətçi, ünvan 4 ünvanında yaşayan) iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı qərar və göstərişin ləğv olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisarv Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qəbul etdiyi 12.07.2019-cu il tarixli qərar və 16 iyul 2019-cu il tarixli Göstəriş qanunsuz və əsassız olduğundan ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 19.04.2019-cu il tarixli FA-04 nömrəli əmri ilə komissiya yaradılmış, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması üzrə İddiaçı QSC-nin fəaliyyəti yoxlanmış, yoxlamanın nəticələrinə dair 12.07.2019-cu il tarixdə qərar qəbul edilmiş və 16 iyul 2019-cu il tarixli Göstəriş tərtib edilərək göstərişdə nəzərdə tutulmuş tələblərin icra edilməsi tələb edilmişdir. Göstərişin 6-cı bəndində birbaşa qeyd edilmişdir ki, 6 ay müddətində inzibati və məhkəmə qaydasında şikayət verilə bilər. 12.07.2019-cu il tarixli qərarda və 16 iyul 2019-cu il tarixli Göstərişdə nəzərdə tutulmuş tələblər Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə zidd olduğundan İddiaçı QSC tərəfindən 18.07.2019-cu il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edilərək 12.07.2019-cu il tarixli qərar və 16 iyul 2019-cu il tarixli Göstəriş qanunsuz və əsassız olduğundan həmin göstərişin ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində şikayət ərizəsinə baxılmış və 17.10.2019-cu il tarixdə cavab verilmişdir. Həmin cavab məktubu ilə şikayət təmin edilməmiş və 30 gün müddətində inzibati qaydada və ya məhkəmə vasitəsi ilə şikayət etmək hüququnun olması göstərilmişdir. Bundan sonra 22.10.2019-cu il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apelyasiya Şuraşına ərizə ilə müraciət edilərək 12.07.2019-cu il tarixli qərar və 16 iyul 2019-cu il tarixli Göstəriş qanunsuz və əsassız olduğundan həmin göstərişin ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurası tərəfindən şikayətə baxılması haqqında 24.12.2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərar ilə şikayət təmin edilməmiş və 30 gün müddətində Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına şikayət etmək hüququnun olması göstərilmişdir. Daha sonra 07.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına ərizə ilə müraciət edilərək 12.07.2019-cu il tarixli qərar və 16 iyul 2019-cu il tarixli Göstəriş qanunsuz və əsassız olduğundan həmin göstərişin ləğv edilməsi xahiş edilmişdir. Lakin bu günə qədər həmin ərizəyə baxılması barədə hər hansı rəsmi sənəd Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasından cəmiyyətə daxil olmamışdır. Yuxarıda göstərilən formada 12.07.2019-cu il tarixli qərarın və 16 iyul 2019-cu il tarixli Göstərişin qanunsuz və əsassız olması ilə bağlı inzibati qaydada edilmiş şikayətlərə baxılıb qurtarmadığı halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət xidməti iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və 16 iyul 2019-cu il tarixli Göstərişin icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 12.07.2019-cu il tarixli qərarı və 16 iyul 2019-cu il tarixli Göstərişi qanunsuz və əsassız olduğundan, Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə zidd olduğundan, işin faktiki halları ilə inzibati orqanın gəldiyi nəticə arasında uyğunsuzluq olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş 15.02.2011-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajlarm, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin əsasnamənin 1.6-cı bəndində isə birbaşa göstərilmişdir ki, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar Reyestrdə qeydiyyata alınmır. Lakin iş materiallarından da göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisarv Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 19.04.2019-cu il tarixli FA-04 nömrəli əmri ilə komissiya yaradılmış, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması üzrə İddiaçı QSCnin fəaliyyəti yoxlanmış, yoxlamanın nəticələrinə dair tərtib edilərək göstərişdə nəzərdə tutulmuş tələblərin icra edilməsi tələb edilmişdir. Lakin aparılan yoxlama ümumiyyətlə Reyestrdə qeydiyyata alınmamış və bununla da aparılan yoxlama qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlama tam, hərtərəfli və obyektiv aparılmamış, 12.07.2019-cu il tarixdə qərarı və 16 iyul 2019-cu il tarixli Göstərişi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin də tələblərinə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində mənfəət, xalis mənfəət və ümumi dövriyyə kimi anlayışlar nəzərdə tutularaq bir-birindən fərqləndirilsə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlama zamanı bu anlayışlara və qanunvericiliyin tələblərinə ümumiyyətlə məhəl qoymamış və dövriyyəni mənfəət kimi qəbul edərək həmin pul vəsaitinin mənfəət qismində tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlama zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin də təməl prinsiplərini kobud formada pozaraq heç bir araşdırma aparmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlama zamanı alınmış xammalın dəyərini, xammal alındıqdan sonra onun emalını, emal zamanı çəkilən xərcləri, satışını həyata keçirdikləri məhsulun satışa hazır olanadək cəmiyyətin həyata keçirdiyi digər xərcləri, həmçinin satışını həyata keçirdikləri məhsulun ümumi dövriyyəsi ilə bağlı vergi orqanına təqdim etdikləri hesabatları, həmin hesabatlar əsasında ödədikləri vergiləri, xüsusilə də mənfəət vergisini, həmçinin cəmiyyətin xalis mənfəətinin olub-olmamasını, həmin xalis mənfəətin hansı hissəsinin yoxlama predmeti ilə əlaqədar əldə edilməsini nəzərə almamışdır. Yuxarıda göstərilənlərdən də görünür ki, mübahisə edilən 12.07.2019cu il tarixli qərar və 16 iyul 2019-cu il tarixli Göstərişin ləğvi ilə bağlı 07.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına ərizə ilə müraciət edilsədə bu günə qədər cavab verilməmişdir. Buna baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət xidməti iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, Xidmətin qərarı və Xidmətin göstərişinin qəbul edilməsinin maddi hüquqi əsası Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” Qanununun (AFHQ) 8-ci maddəsinin 4-cü bəndi və 17-ci maddəsinin 1-ci bəndidir. AFHQ-nin 8-ci maddəsində 4-cü bəndində göstərilən hərəkətin, yəni bazarda əlavə üstünlük əldə edilməsi ümumi qiymətlərin manipulyasiya edilməsinin antiinhisar qanunvericiliyinin pozulması kimi qiymətləndirilməsi üçün həmin hərəkəti edən təsərrüfat subyektinin bazarda hökmran mövqe tutan təsərrüfat subyekti olması zəruridir. AFHQ-nin 4-cü maddəsində (əsas anlayışlar) göstərilib ki, hökmran mövqe-təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur. Xidmətin qərarında və Xidmətin göstərişində iddiaçının məhz bazarda hökmran mövqe tutan təsərrüfat subyekti olması məsələsi ümumiyyətlə əsaslandırılmayıb. Halbuki, AFHQnin 3-cü maddəsinə əsasən həmin Qanunla müvafiq icra hakimiyyəti orqanlarına verilən səlahiyyətlət diskresion səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlə daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Yuxarıda 1-ci bəndə göstərilən əsas dəlil, yəni iddiaçının bazarda hökmran mövqe tutan təsərrüfat subyekti olmasının inzibati aktda ümumiyyətlə əsaslandırılmaması nəzərə alınmaqla, qeyd etmək lazımdır ki, hətta, bu vacib məsələ nəzərə alınmasa belə, iddia ərizəsində haqlı olaraq göstərilib ki, cavabdeh iddiaçı barəsində inzibati akt qəbul edən zaman iddiaçının dövriyyəsini mənfəəti kimi qəbul etmişdir. Halbuki, AFHQ-nin 17-ci maddəsi inzibati orqanın məhz müvafiq qanunvericiliyin pozulması yolu ilə əldə edilmiş mənfəətin dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutur. İddiaçı 2015-2018-ci illər üzrə zərərlə işləmişdir. 2019-cu ildə isə il başa çatmadığından mənfəət məbləğinin 5 aylıq hesablanması qeyri-mümkündür. Belə ki, müəssisələr üçün mənfəət vergisinin hesablanması üçün vergi ili təqvim ili sayılır. Yuxarıda 1-ci və 2-ci bənddə göstərilən məqamlar nəzərə alınmasa belə, bu bənddə şərh edilən dəlil iddianın təmin edilməsi üçün yetərlidir. Belə ki, Xidmətin qərarı və Xidmətin göstərişinin əsaslandırılması habelə iddiaçının topdansatışı ilə məşğul olduğu maye qazın Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli qərarı ilə qiymətinin vergilərlə birlikdə 300 manat kimi təsdiq edilməsi ilə bağlıdır. Nazirlər Kabinetinin 16.09.2019-cu ilə tarixli 410 nömrəi Qərarı ilə Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli Qərarı ilə təqdiq edilmiş qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında 4-cü (“Maye qaz” topdan satışı) bəndi ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 4-cü bədin ləğv edilməsi hüquqi şəxs kimi iddiaçının hüquqi məsuliyyətini aradan qaldıran hal olduğu üçün Xidmətin qərarı və göstərişi ləğv edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İqtisadiyyat Nazirliyi yanında Antiihisar Siyasəti və istehlakçıların Hüquq arının Müdafiəsi Dövlət Xidmətində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərinin pozulması əlamətləri üzrə 19.04.2019-cu il tarixli FA-04 nömrəli iş qaldırılmışdır. Həmin işə baxılaraq Dövlət Xidməti tərəfindən İddiaçı QSC barəsində “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında" 12.07.2019-cu il tarixli (çıxış nömrəsi: Q- 00037, 16.07.2019-cu il) Qərar qəbul edilmiş və həmin qərar əsasında İddiaçı QSC-yə “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” 16.07.2019-cu il tarixli (çıxış nömrəsi: G-00038, 16.07.2019-cu il) Göstəriş verilmişdir. Qərarın 1.2-ci bəndinə əsasən maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixinə kimi olan dövr ərzində qeyriqanuni fəaliyyəti nəticəsində əldə etdiyi 9 192 570,51 manat (doqquz milyon bir yüz doxsan iki min beş yüz yetmiş manat əlli bir qəpik) məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi, 1.3-cü bəndinə əsasən isə maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 01.06.2019-cu il tarixindən maye qazın topdansatış tarifini (qiymətini) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiq olunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi çıxılmaqla) hesablayaraq həmin məbləğə bərabər mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi haqqında “X13" QSC-yə göstəriş verilməsi qeyd edilmişdir. Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” 16.07.2019-cu il tarixli Göstərişinin 2-ci bəndi ilə maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 9 192 570,51 manat (doqquz milyon bir yüz doxsan iki min beş yüz yetmiş manat əlli bir qəpik) məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə köçürülməsi, 3-cü bəndi ilə isə maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 01.06.2019-cu il tarixindən maye qazın topdansatış tarifini (qiymətini) “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymat) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiq olunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi çıxılmaqla) hesablayaraq həmin məbləğə bərabər mənfəəti 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi və bu barədə Dövlət Xidmətinə məlumat verilməsi “X13" QSC-dən tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları haqqında” Qərarının 4.1-ci bəndinə əsasən icra hakimiyyəti orqanları, bazar subyektləri (onların vəzifəli şəxsləri) və vətəndaşlar, o cümlədən fərdi sahibkarlar, mövcud qanunvericiliyə uyğun olaraq antiinhisar orqanlarının antiinhisar qanunvericiliyinin pozulması haqqında işi mahiyyət üzrə həll edən qərarlarının və göstərişlərinin tam və ya qismən etibarsız sayılması, cərimə tətbiq edilməsi və maliyyə sanksiyaları tətbiq edilməsi haqqında qərarların ləğv edilməsi barədə ərizə ilə inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdirlər. Antiinhisar orqanlarının qərarlarından və göstərişlərindən, iddia müddəti aid edilməyən tələblər istisna olunmaqla, çıxarıldığı gündən altı ay müddətinə şikayət verilə bilər. Qanunvericiliyin tələbini nəzərə alaraq Dövlət Xidmətinin İddiaçı QSC barəsində “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 12.07.2019-cu il tarixli Qərarı əsasında qəbul edilmiş 16.07.2019-cu il tarixli Göstərişin 6-cı bəndində iddiaçıya həmin Göstərişdən 6 ay müddətinə inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. İddiaçı həmin Qərar və Göstərişdən inzibati qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayət etsə də, İqtisadiyyat Nazirliyinin 17.10.2019-cu il tarixli Qərarı ilə şikayət təmin edilməmişdir. X5 Nazirliyinin Apellyasiya Şurasına şikayətlə müraciət etmiş, lakin Şuranın 24.12.2019-cu il tarixli Qərarı ilə bu şikayət təmin edilməmişdir. Beləliklə qanunvericiliyə uyğun olaraq iddiaçının Dövlət Xidmətinin 17.07.2019-cu il tarixli Göstərişindən 6 ay müddətində - 16.01.2020-ci il tarixədək, iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 24.12.2019-cu il tarixli Qərarından isə 30 gün müddətində - 24.01.2020-ci il tarixədək inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ olmuşdur. Yəni Dövlət Xidmətinin 16.07.2019-cu il tarixli Göstərişi 16.01.2020-ci il tarixindən sonra, inzibati şikayətə dair son instansiya olaraq İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının Qərarı isə 24.01.2020-ci il tarixdən sonra nə inzibati, nə də məhkəmə qaydasında mübahisələndirilə bilməzdi. Göründüyü kimi iddiaçı Dövlət Xidmətinin 12.07.2019-cu il tarixli Qərarından və 16.07.2019-cu il tarixli Göstərişindən iddianı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə zidd olaraq müddəti ötürməklə vermişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə istinad edərək bildirmişdir ki, aparılan yoxlama Reyestrdə qeydiyyata alınmamış və bununla da aparılan yoxlamanı qanunsuz və əsassız hesab etmişdir. Lakin iddiaçının bu iddiasını əsassız hesab edilir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin hazırki redaksiyasının 1.4-cü bəndinə görə sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalar Reyestrdən keçməlidir. Dövlət Xidməti tərəfindən İddiaçı QSC barəsində görülən tədbir həmin sahibkarlıq subyektinin fəaliyyət yerinə gəlməklə deyil, həmin sahibkarlıq subyektinin Dövlət Xidmətinə təqdim etdiyi sənədlər və məlumatlar əsasında görülmüşdür. İddiaçı ərizəsində qeyd edir ki, Dövlət Xidməti apardığı yoxlama zamanı dövriyyəni mənfəət kimi qəbul edərək həmin pul vəsaitinin mənfəət qismində tutulmasını tələb etməsi qanunsuzdur. Bununla əlaqədar bildrilir ki, 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixə kimi olan dövr ərzində maye qazın topdansatış tarifini (qiymətini) heç bir qanuni əsası olmadan “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifdən (qiymətdən) fərqli, yəni 1 tonunun topdan 300 manatdan artıq qiymətə satması nəticəsində İddiaçı QSC-nin (300 manatdan artıq hissə (əlavə dəyər vergisi çıxılmaqla əldə etdiyi gəlir 9 192 570,51 manat (doqquz milyon bir yüz doxsan iki min beş yüz yetmiş manat əlli bir qəpik) olmuşdur. Həmin gəlir “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələbləri pozulmaqla qeyri-qanuni fəaliyyəti nəticəsində əldə edildiyi üçün bu Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməlidir. 31.05.2019-cu il tarixindən sonra da maye qazın topdansatış tarifində (qiymətində) baş vermiş qanunsuz qiymət artımı davam etmiş və bu qeyri-qanuni fəaliyyət işə baxılma müddətində İddiaçı QSC tərəfindən könüllü aradan qaldırılmamışdır. Hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi ilə müraciət etmək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23 fevral 2021-ci il tarixli qərardadına əsasən iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin olunaraq, ötürülmüş prosessual müddət bərpa edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi F.Hüseynova iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndələri iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı QSC Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində 24.05.2012-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 12 iyul 2019-cu il tarixli qərarından görünür ki, 1. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması və maye qazın topdansatışının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi, 2. Maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 9 192 570,51 manat (doqquz milyon bir yüz doxsan iki min beş yüz yetmiş manat əlli bir qəpik) məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi; 3. Maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 01.06.2019-cu il tarixindən maye qazın topdansatış tarifini (qiymətini) “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiq olunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi çıxılmaqla) hesablayaraq həmin məbləğə bərabər mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi haqqında göstəriş verilməsi qərar alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında 16 iyul 2019-cu il tarixli göstərişindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN: **********) “Antiinhisar fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərin pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılmasını və maye qazın topdansatışının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğun həyata keçirilməsini dərhal təmin etməsi və bu barədə 15 (on beş) iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verilməsi, “X13" Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN: **********) maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 9 192 570,51 manat (doqquz milyon bir yüz doxsan iki min beş yüz yetmiş manat əlli bir qəpik) məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün göstərilən hesaba köçürülməsi, "X13" Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN: **********) maye qazın topdansatışını “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 01.06.2019-cu il tarixindən maye qazın topdansatış tarifini (qiymətini) “ölkə daxilində neft tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-cı il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifə (qiymətə) uyğunlaşdırdığı tarixə kimi olan dövr ərzində təsdiq olunmuş tariflə (qiymətlə) faktiki topdansatış tarifi (qiyməti) arasında fərq yaratmaq şəklində qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi gəliri (əlavə dəyər vergisi çıxılmaqla) hesablayaraq həmin məbləğə bərabər mənfəəti 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün qeyd olunan hesaba köçürməsi və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verilməsi, təsərrüfat subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qanuni göstərişini müəyyən edilmiş müddətdə yerinə yetirməməyə görə “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları “X13" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzərinə çatdırılması tələb edilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiihisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin pozulması əlamətləri üzrə 19.04.2019-cu il tarixli FA-04 nömrəli iş qaldırılmışdır. Həmin işə baxılaraq Dövlət Xidməti tərəfindən İddiaçı QSC barəsində “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında" 12.07.2019-cu il tarixli Qərar qəbul edilmiş və həmin qərar əsasında İddiaçı QSC-yə “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” 16.07.2019-cu il tarixli Göstəriş verilmişdir. İddiaçı həmin Qərar və Göstərişdən inzibati qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayət etsə də, İqtisadiyyat Nazirliyinin 17.10.2019cu il tarixli Qərarı ilə şikayət təmin edilməmişdir. X5 Nazirliyinin Apellyasiya Şurasına şikayətlə müraciət etmiş, lakin Şuranın 24.12.2019-cu il tarixli Qərarı ilə bu şikayət təmin edilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qəbul etdiyi 12.07.2019-cu il tarixli qərar və 16 iyul 2019-cu il tarixli Göstərişin ləğv edilməsini tələb edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi əsassızdır. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinə əsasən bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə daxildir. Cavabdeh apardığı yoxlama zamanı iddiaçı tərəfindən 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixə kimi olan dövr ərzində maye qazın topdansatış tarifini (qiymətini) heç bir qanuni əsası olmadan “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifdən (qiymətdən) fərqli, yəni 1 tonunun topdan 300 manatdan artıq qiymətə satması nəticəsində İddiaçı QSC-nin (300 manatdan artıq hissə (əlavə dəyər vergisi çıxılmaqla əldə etdiyi gəlir 9 192 570,51 manat (doqquz milyon bir yüz doxsan iki min beş yüz yetmiş manat əlli bir qəpik) olmuşdur. Həmin gəlir “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələbləri pozulmaqla qeyri-qanuni fəaliyyəti nəticəsində əldə edildiyi üçün bu Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi qərara alınmış, bu barədə göstərişin yerinə yetirilməsi tələb edilmişdir. İddiaçı topdansatışı ilə məşğul olduğu maye qazın Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli qərarı ilə qiymətinin vergilərlə birlikdə 300 manat kimi təsdiq edilməsi ilə bağlı göstərmişdir ki, Nazirlər Kabinetinin 16.09.2019-cu ilə tarixli 410 nömrəli Qərarı ilə Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında 4-cü (“Maye qaz” topdan satışı) bəndi ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 4-cü bəndin ləğv edilməsi hüquqi şəxs kimi iddiaçının hüquqi məsuliyyətini aradan qaldıran hal olduğu üçün Xidmətin qərarı və göstərişi ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli, 178 saylı Qərarl ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 4-cü bəndində Maye qaz (topdansatış) qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 16 sentyabr 2019-cu il tarixli, 410 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edilərək Siyahının 4-cü hissəsi ləğv edilmişdir. Göründüyü kimi 28 sentyabr 2005-ci il tarixdən maye qazın topdansatış qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısında olmuş və 16 sentyabr 2019-cu il tarixdə həmin siyahıdan çıxarılmışdır. Cavabdehin qərarı üzrə iddiaçının 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixə kimi olan dövr ərzində maye qazın topdansatış tarifini (qiymətini) heç bir qanuni əsası olmadan artırması müəyyən edilmişdir ki, bu da yuxarıda göstərilən Siyahının 4-cü hissəsinin ləğv edilərək, maye qazın topdansatış qiymətlərinin həmin siyahıdan çıxarılmasınadək olan dövrü əhatə edir. Mübahisələndirilən qərarda maye qazın topdansatış qiyməti “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarif üzrə hesablanmışdır. Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasinin Tarif (Qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli, 02 saylı qərarına əsasən “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmişdir. Həmin qərara əlavə edilmiş cədvəlin 6-cı qrafasında maye qazın topdansatış tarifi (ƏDV, yol vergisi ilə) 300,0 manat məbləğində müəyyən edilmişdir. Mübahisələndirilən qərar əsasında cavabdeh tərəfindən müəyyən edilənlərdən görünür ki, Azərbaycan Respublikasında maye qazın pərakəndə satışını həyata keçirən bazar subyektlərinə maye qazın topdan satışı İddiaçı QSC tərəfindən həyata keçirilir və İddiaçı QSC maye qazın topdansatışı üzrə bazarda hökmran mövqeyə malikdir. İddiaçı QSC maye qazın həm topdansatışını, həm də pərakəndə satışını həyata keçirir. İddiaçı QSC maye qazın 1 tonunu pərakəndə 15.01.2015-ci il tarixindən 05.08.2018-ci il tarixinə kimi 400 manata, 06.09.2018-ci il tarixindən 31.12.2018-ci il tarixinə kimi 490 manata satmış, 01.01.2019-cu il tarixindən isə 800 manata satmağa başlamışdır. “X13" QSC maye qazın 1 tonunu topdan 15.01.2015-ci il tarixindən 05.09.2018-ci il tarixinə kimi 330 manata (ƏDV ilə), 06.09.2018-ci il tarixindən 31.12.2018-ci il tarixinə kimi 420 manata (ƏDV ilə) satmış, 01.01.2019-cu il tarixindən isə topdansatış qiymətini yenidən artıraraq 600 manata (ƏDV ilə) satmağa başlamışdır. İddiaçı QSC 2015-ci ildə 67 bazar subyektinə 34 399,98 ton, 2016-cı ildə 63 bazar subyektinə 30 790,76 ton, 2017-ci ildə 59 bazar subyektinə 29 596,40 ton, 2018-ci jldə 66 bazar subyektinə 36 377,10 ton, 2019-cu ilin yanvar-may ayları ərzində 72 bazar subyektinə 19 086,69 ton maye qazı topdan satmışdır. “X13" QSC-nin Dövlət Xidmətinə daxil olmuş məktublarında müəssisənin respublikada maye qazın satışı, nəql edilməsi və maye qaz təsərrüfatının istismarı sahəsində güclü infrastruktura və yüksək ixtisaslı kadr potensialına malik olan ən qabaqcıl müəssisələrdən biri olduğu, 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında X10 və Təchizi üzrə İstehsalat Birliyinin yaradıldığı və fəaliyyət göstərdiyi, 1998-ci ildən həmin fəaliyyətin İstehsalat Birliyinin və Bakı, Bərdə, Yevlax, Şirvan, Siyəzən, Horadiz, X11 X1 yaradılmış İddiaçı ATSC tərəfindən həyata keçirildiyi, 2012-ci il tarixindən etibarən isə həmin fəaliyyətin qeyd olunan sahə üzrə ixtisaslaşmış müəssisə kimi İddiaçı QSC tərəfindən davam etdirildiyi qeyd edilmişdir. Məktublarda həmçinin İddiaçı QSC-nin maye qaz satışını H.Əliyev adına X9 və X12 ilə bağlanmış alqı-satqı müqavilələri əsasında həyata keçirdiyi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq Qərarına və yuxarıda qeyd olunmuş maye qazın alqı-satqısına dair müqavilələrə uyğun olaraq, maye qazın 1 (bir) tonunun ƏDV və yol vergisi ilə birlikdə 300 (üç yüz) manata alındığı və müəssisənin MQDS-ləri vasitəsilə Respublika ərazisində müvafiq lisenziyalar əsasında fəaliyyət göstərən müxtəlif hüquqi və fiziki şəxslərə satıldığı, X10nin və istismarının böyük xərc tələb etdiyindən və təchizatla bağlı tarif nəzərdə tutulmadığından maye qazın hüquqi və fiziki şəxslərə satış qiymətində satış, nəqletmə, istismar və s. xərclərin nəzərə alındığı bildirilmişdir. İşə baxılma iclaslarında "xxxx" Kiçik Müəssisəsinin və "xxxx" Şirkətinin nümayəndələri müqavilə münasibətlərinə əsasən əməkdaşlıq etdikləri “X13" QSC tərəfindən 2019-cu ilin əvvəllərindən etibarən maye qazın topdansatış qiymətinin 600 manata qaldırıldığını, maye qazın topdansatışını yalnız İddiaçı QSC həyata keçirdiyi üçün məcbur olaraq bu qiymətlə razılaşdıqlarını, maye qazın topdansatış qiymətinin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənməsinə baxmayaraq İddiaçı QSC tərəfindən bu qiymətlər qanunsuz olaraq artırıldığı, qeyd olunan qiymət artımının əsassız olduğunu və bu pozuntunun hazırda da davam etdiyini, onların sahibkarlıq fəaliyyətinə təhlükə yaratdığını bildirmişlər. İşə baxılma iclaslarında iştirak edən "X13” QSC-nin nümayəndələri təmsil etdikləri şirkətin Azərbaycanda maye qazın topdansatışını həyata keçirdiyini, bu sahədə ixtisaslaşmış bir qurum olduqlarını, madditexniki bazalarının böyük olduğunu, bunun saxlanılmasının böyük xərclər tələb etdiyini, eyni zamanda maye qazın təkrar emal olunduğunu və buna görə də qeyd olunan qiymət artımının baş verdiyini bildirmişlər. Lakin qeyd olunan qiymət artımının qanuni əsasları barədə heç bir sənəd və məlumat təqdim edilməmişdir. Belə olan halda cavabdeh əsaslı olaraq iddiaçının 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixə kimi olan dövr ərzində maye qazın topdansatış tarifini (qiymətini) heç bir qanuni əsası olmadan “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifdən (qiymətdən) fərqli qiymətə, yəni 1 tonunun topdan 300 manatdan artıq qiymətə satması, yəni qiymətlərlə manipulyasiya edərək, inhisarçılığa yol verməsini “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin pozulması kimi qiymətləndirmişdir. İddiaçı həmçinin qərarın ləğv edilməsinə əsas olaraq cavabdehin onun barəsində inzibati akt qəbul edən zaman onun dövriyyəsini mənfəəti kimi qəbul etməsi, “Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi inzibati orqanın məhz müvafiq qanunvericiliyin pozulması yolu ilə əldə edilmiş mənfəətin dövlət büdcəsinə ödənilməsi vəzifəsinin nəzərdə tutulduğunu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlama zamanı alınmış xammalın dəyərini, xammal alındıqdan sonra onun emalını, emal zamanı çəkilən xərcləri, satışını həyata keçirdikləri məhsulun satışa hazır olanadək cəmiyyətin həyata keçirdiyi digər xərcləri, həmçinin satışını həyata keçirdikləri məhsulun ümumi dövriyyəsi ilə bağlı vergi orqanına təqdim etdikləri hesabatları, həmin hesabatlar əsasında ödədikləri vergiləri, xüsusilə də mənfəət vergisini, həmçinin cəmiyyətin xalis mənfəətinin olub-olmamasını, həmin xalis mənfəətin hansı hissəsinin yoxlama predmeti ilə əlaqədar əldə edilməsini nəzərə almadığını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ilk növbədə 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixə kimi olan dövr ərzində maye qazın topdansatış tarifini (qiymətini) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarif üzrə 300 manat təşkil etmişdir. Həmin tarif üzrə müəyyən edilmiş 300 manat məbləğ ƏDV, yol vergisi ilə bərabər digər xərcləri də əhatə edir. Belə olan halda iddiaçının göstərilən xərc və vergilərin tarifdən (qiymətdən) artıq qiymətə satması nəticəsində əldə etdiyi artıq gəlirdən də çıxılmalı olması barədə gətirdiyi dəlillər əsassızdır. Həmçinin cavabdeh 15.01.2015-ci il tarixindən 31.05.2019-cu il tarixə kimi olan dövr ərzində iddiaçının maye qazın topdansatış tarifini (qiymətini) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tarifdən (qiymətdən) artıq qiymətə satması nəticəsində əldə etdiyi artıq gəliri 9 192 570,51 manat (doqquz milyon bir yüz doxsan iki min beş yüz yetmiş manat əlli bir qəpik) məbləğini hesablayarkən, İddiaçı QSC-nin tarif üzrə müəyyən edilmiş 300 manatdan artıq hissəsini əlavə dəyər vergisini çıxmaqla hesablamışdır. İddiaçı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən inzibati orqanın məhz müvafiq qanunvericiliyin pozulması yolu ilə əldə edilmiş mənfəətin dövlət büdcəsinə ödənilməsi vəzifəsinin nəzərdə tutulduğu barədə gətirdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndindən təsərrüfat subyektlərinin Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə borclu olduğu göstərilsədə, “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən qanunvericiliyin pozulması nəticəsində hüquqi şəxslərin əldə etdiyi əlavə gəlir dövlət büdcəsinə köçürülür. İddiaçının qanunvericiliyin pozulması nəticəsində əldə etdiyi 9 192 570,51 manat (doqquz milyon bir yüz doxsan iki min beş yüz yetmiş manat əlli bir qəpik) gəlirin dövlət büdcəsinə ödənilməsi barədə cavabdehin qəbul etdiyi qərar üzrə gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı qərarın ləğv edilməsinə digər əsas olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 19.04.2019-cu il tarixli FA-04 nömrəli əmri ilə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması üzrə İddiaçı QSCnin fəaliyyəti yoxlanılması barədə aparılmış yoxlamanın ümumiyyətlə Reyestrdə qeydiyyata alınmadığını, bununla da aparılan yoxlamanın qanunsuz və əsassız olduğunu göstərmişdir. İddiaçı öz hüquqi mövqeyini Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş 15.02.2011-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin iddiaçı barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 12 iyul 2019-cu il tarixli qərarından görünür ki, həmin qərar üzrə yoxlama başlamasına və aparılmasına əsas İddiaçı QSC tərəfindən maye qazın topdansatış qiymətinin əsassız olaraq artırılması barədə "xxxx" Şirkətinin və "xxxx" Kiçik Müəssisəsinin cavabdehə edilmiş müraciətləri olmuşdur. Bununla əlaqədar "xxxx" Şirkətinin və "xxxx" Kiçik Müəssisəsindən zəruri sənəd və məlumatlar alınmış, yoxlama həmin sənədlər əsasında aparılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamaların reyestrdən qeydiyyata alınması imperativ şərtdir və həmin yoxlamalar reyestrdə qeydiyyata alınmadan aparıldıqda hüquqi nəticə yaratmır. Cavabdeh tərəfindən aparılmış yoxlama sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə deyil, təqdim edilmiş və tələb edilmiş müvafiq sənədlər əsasında öz yerində aparılmışdır. Buna görə də həmin yoxlamanın reyestrdə qeydiyyata alınmadan aparılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfındən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Hazırki halda inzibati aktın ləğv edilməsi üçün göstərilən əsaslardan hər hansı biri müəyyən edilməmişdir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisarv Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qəbul etdiyi 12.07.2019-cu il tarixli qərarın və Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında 16 iyul 2019-cu il tarixli Göstərişin ləğv edilməsi üçün hər hansı əsas mövcud deyildir. İddiaçının tələbi əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar