Məhkəmə qərarları › İş №2-1(112)-2262/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2262/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2262/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X25, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 ünvan 4il Bürosunun vəkili X32 cəzalandırılması və intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması barədə Azərbaycan Respublikası Vəkillər X12 müraciətləri daxil olmuşdur. Azərbaycan Respublikası Vəkillər X23 17 aprel 2020-ci il tarixli qərarı ilə vəkil barəsində intizam icraatı başlanılaraq, müraciətlərdə göstərilən xüsusatların araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyasının 05 avqust 2020-ci il tarixli rəyi ilə ünvan 4il Bürosunun vəkili X51 tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissələrinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. X3 vəkil Cavabdeh barəsində olan müraciətləri belə əsaslandırılmışdır ki, 2019cu ilin sentyabr ayının sonunda həm ailəsinin, həm də özünün yaxın dostluq münasibətində olduğu vəkil Cavabdehla aralarındakı iş razılığına əsasən sonuncu ona 75.000 AZN pul verməli idi. Razılığa əsasən Cavabdeh ona 2019-cu ilin noyabr ayında 25.000 AZN, 2020-ci ilin fevral ayında 50.000 AZN pul verməli idi. 2019-cu ilin noyabr ayında vəkil Cavabdeh ona 25.000 AZN pul verməmiş və bildirmişdir ki, 2020-ci ilin yanvar ayında pulun hamısını tam olaraq verəcəkdir. 2020-ci il yanvar ayının bitməsinə baxmayaraq, vəkil Cavabdeh pulu verməmiş, o, Cavabdeh pulunu tələb etdikdə, sonuncu onu küçə söyüşləri ilə təhqir etmiş, ona seksual xarakterli SMS-lər göndərmişdir. Bundan başqa, vəkil Cavabdeh ölkə Rəhbərliyini, Birinci Xanımı təhqir etmişdir. Bununla bağlı onda səs yazısı da vardır. Həmçinin göstərmişdir ki, vəkil Cavabdeh ona əxlaqsız təkliflər etmiş, bununla bağlı WhatsApp şəbəkəsindən SMS-lər göndərmişdir. Vəkil Cavabdeh bu SMS-lərin 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək olan müddətlərdə yazmışdır. Artıq Cavabdeh onun telefon nömrəsini WhatsApp şəbəkəsindən blok etdiyindən, həmin əxlaqsız SMS-lərin əks etdirildiyi fotoşəkillərin tarixini müəyyən etmək mümkün olmur. Şikayətində o, vəkil Cavabdeh cəzalandırılmasını xahiş etmişdir. İntizam icraatı üzrə şikayətçi X57 yazılı izahat vermiş, həmçinin Vəkillərin İntizam Komissiyasının 02 iyul 2020-ci il tarixli iclasında iştirak edərək müraciətlərində və izahatında göstərdiklərini təsdiqləmişdir. İntizam icraatı üzrə vəkil Cavabdeh yazılı izahat vermiş və izahatında göstərmişdir ki, X44 2010-cu ildən tanıyır. Onun anası Əliyeva Minayənin vəkili kimi çoxsaylı məhkəmə proseslərində hüquqlarını müdafiə etmiş, nəticədə bir neçə daşınmaz əmlak onların mülkiyyətində qalmışdır. Məhkəmə prosesləri X39 anası ilə qardaşları və digər yaxın qohumları arasında baş vermişdir. 2011-ci ildə X57 «Bahar Enerji» neft şirkətində mühasib işləmişdir. O da iş yoldaşı ilə dalaşmış, Suraxanı rayon məhkəməsində onun vəkili kimi hüquqlarını müdafiə etmişdir. Bütün bunlar ardıcıllıqla 2012-ci il ərzində davam etmişdir. Həmin ildə X9 Mehriban adlı xanımdan 4000 manat borc almış, borcunu verməmiş, iş məhkəmə müstəvisinə qalxmışdır. Abşeron Rayon Məhkəməsinin 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Rzayeva Mehribanın iddiası təmin edilmiş, X33 4000 manat pul tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə hazırkı vaxta qədər icra edilməmişdir. X57 “X83”dan kredit götürmüş, lakin ödəniş etmədiyinə görə mülki iş məhkəmə müstəvisinə qalxmışdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə X33 3500 manat pulun tutularaq iddiaçı banka ödənilməsi qət edilmişdir. Həmin qətnamə hazırkı vaxta qədər icra edilməmişdir. 2015-ci ildə X34 ilə X57 arasında 22 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsi əsasında yaranmış 9144 manat borcla bağlı məhkəmə çəkişməsi olmuşdur Abşeron Rayon Məhkəməsinin 26.11.2015-ci il tarixli 2(012)- 5028/2015 saylı qətnaməsi ilə 9100 manat pulun X33 tutularaq X30 verilməsi qət edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılsa da Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2016-cı il tahxli qərarı ilə ləğv edilmiş, mülki iş yeni apellyasiya baxışına qaytarılmşdır. Qətnamənin ləğv edilməsinin səbəbi isə notariusun icra qeydinin olması təşkil etmişdir. Həmin işdə də vəkil kimi iştirak etmiş, nə qədər qonarar almasını unutmuşdur. Həmin işlə bağlı müqavilənin surəti onda yoxdur. Abşeron Rayon Məhkəməsinin 10.03.2017-ci il tarixli qərarı ilə X57 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Tərəfindən verilən apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 15 mart 2017-cı il verilən apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 15 mart 2017ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 10.03.2017-ci il tarixli qərarı ləğv edilmiş, X57 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bu iş üzrə isə hüquqi yardımın məbləğini unutmuşdur. Abşeron rayon məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh X45 qarşı “borcun ödənilməsi" tələbinə dair iddiası təmin edilmiş, ondan ***-**-** GSM nömrəsi vasitəsilə rabitə xidmətindən istifadəsi nəticəsində 1252,11 məbləğində pul vəsaitinin tutularaq iddiaçı “Azercell Telekom" MMC-yə ödənilməsi qət edilmişdir. Bu qətnamə də digər qətnamələr kimi hazırkı vaxta qədər icra edilməmişdir. Səbəb isə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar olunmaması, icra məmurları tərəfindən əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş tədbirlərin heç bir nəticə verməməsidir. Tərəfindən verilən sorğular nəticəsində müəyyən olunub ki, X57 ayrı-ayrı vətəndaşları da şantaj edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə əsassız zənglər edir, nəticədə ayrı-ayrı vətəndaşlar polis təhqiqatının təsiri altına düşürlər. X57 heç yerdə işləməyərək Azərbaycan dövlətinin birdəfəlik ödəməsindən yararlanmış, 190 manat birdəfəlik ödəməni almışdır. Bu da onun yoxsul vəziyyətdə olmasını bir daha sübut edir. Belə ki, birdəfəlik ödəmə mülkiyyətində heç bir daşınmaz əmlakı olmayan, heç yerdə gəliri olmayan və adına heç bir nəqliyyat vasitəsi olmayan şəxslərə verilir. Bundan başqa X10 Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə 102 xidməti vasitəsilə şikayət etmiş, lakin izahat verməkdən yayınmışdır. X11 Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə 102 xidməti vasitəsilə şikayət edərək kirayə yaşadığı mənzildən guya 50 manatının oğurlandığını bildirmiş, lakin təhqaqat orqanı rədd qərarı qəbul etmişdir. Həmin işlə bağlı əsassız olaraq sahə polis rəisini də şantaj etmişdir. X15 RPİ-nin 19-cu PB-nə DİN-in 102 xidməti vasitəsilə ayrı-ayrı illərdə şikayət etmişdir. Sonuncu şikayət isə qardaşı Elmar Səmədovdan olmuşdur. Qardaşı Kürdəxanı qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı Günayla ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Günay 2019-cu il 11 yanvarda bibisi qızı Əhmədova Ofeliyadan aldığı 15.000 manat pulu onun qardaşına ödəniş etmişdir. 2019-cu ilin iyun ayında həmin obyekti bəyənmədiyinə görə həmin pul vəsaiti Günaya geri qaytarılmışdır. Pulunu geri aldıqdan bir ay sonra qardaşı barədə polisə şikayət etmişdir. Günay ondan şikayətinin geri götürülməsi üçün 25.000 manat puİ tələb etmişdir. Həmin material da izahata əlavə edilir. Bütün bunlar bir daha X39 şantajçı olduğunu təsdiq edir. X57 bibisi qızı Əhmədova Ofeliya adlı qadının fərdi yaşayış evinin Yasamal RİH ilə alqı-satqı müqaviləsi nəticəsində əldə etdiyi pulu mənismsəmişdir. X69 şəxsi borclarını həmin pulun hesabına ödəmişdir. X57 bibisi qızı Ofeliyadan aldığı 30.000 manatın əvəzinə ona 50.000 manat qaytaracağını söz vermiş, əmlak satışından əldə ediləcək gəlir daxil olmaqla 2020-ci ilin fevralında ona həmin vəsaitin qaytaracığını vəd vermişdir. Bu barədə Günay özü məlumat vermişdir. X57 həmin 50.000 manatı, “ABC- Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kontakt Home mağazalar şəbəkəsinə borclu olduğu 6000 manatı, məhkəmə qətnamələri ilə borclu olduğu digər orqan və şəxslər daxil olmaqla ümumilikdə 75.000 manat pulu ondan tələb etməyə başlamışdır. Əks təqdirdə onu rüsvay etməklə hədələyirdi. Günay Əliyeva ona bildirmişdir ki, haqqında "WhatsApp" yazışmaları var. Həmin yazışmaları ailəsinə, Vəkillər Kollegiyasının rəhbərliyinə yaymaqla onu hörmətdən salacaqdır. O, onun anası Əliyeva Minayənin ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək qızının qarşısının almasının tələb etmiş, cavabında isə o, Günay adlı qızının olmadağını bildirmişdir. O, 2018-ci ildə Günayın kirayə yaşadığı Yasamal rayonu, Zərdabi 69, 1 saylı mənzilə bəzən getmişdir. O, istintaqa bu halları təsdiq edib. Otaqda olmadığından istifadə edərək mobil telefonuna özü yazışmalar yazıb. Üzləşdirmə istintaq hərəkəti zamanı özü bunları etiraf edib. Həmçinin ondan 1000 manatı da şantaj yolu ilə aldığını təsdiq edib. Yazdığı WhatsApp yazışmaları isə şantaj xarakteri daşıyır. Hədə-qorxu ilə tələb etmənin üsulu kimi yalnız ona və ona aid şəxsi məlumatları üzvü olduğun kollegial orqana təqdim etməklə barəsində rüsvayedici məlumat yaymaqla ondan 75.000 manat pulun tələb edilməsi sualına cavab verə bilməmişdir. X57 eyni məlumatlarla hüquqi yardım göstərdiyi bir neçə şirkətə də gedərək, orada da analoji məlumat versə də, həmin şirkət rəhbərləri tərəfindən oradan qovulmuşdur. X66 bütün rüsvayedici məlumatları Azərbaycan Respublikası Vəkillər X12 təqdim etmişdir. Barəsində yazdığı şikayət ərizəsində guya ona 75.000 manat borcunun olduğunu bildirsə də həmin borcun necə yaranması barədə heç bir məlumat verə bilməmişdir. Üzləşdirilmə istintaq hərəkəti zamanı tərəfindən 59 sual verilmiş, Günay isə ona heç bir sual verə bilməmişdir. Bildirir ki, tərəfindən istintaqa guya yüksək vəzifəli şəxsləri söyməyilə bağlı Günayın əlində bayraq etdiyi disklərin fonoskopik ekspertizasının keçirilməsi barədə vəsatət təqdim edilmişdir. Həmin vəsatət də təmin edilmişdir. Günay isə istintaqa həmin diski təqdim etməkdən boyun qaçırır. Üzləşdirilmə zamanı diskin nə vaxt, hansı şəraitdə (gizli və ya aşkar), hansı üsulla, hansı yolla əldə edilməsi ilə bağlı suala konkret cavab verə bilməmişdir. Bildirmişdir ki, heç kəsi söyməmişdir. Bütün bunlar tərbiyəsinə və əxlaqına ziddir. Üzləşdirilmə zamanı “belə diskin nəyə görə hüquq mühafizə orqanlarına təqdim etməməsiniz?" sualına Günay konkret cavab verə bilməmişdir. Tərəfindən Binəqədi RPİnə şikayət edilmişdir. Lakin o, istintaqa izahat verməmişdir. Günay da istintaqa gəlmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunsa da, bu barədə yenicə məlumat almışdır. Bildiyi qədər həmin qərar prokurorluq tərəfindən ləğv edilib. X57 barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 243.1 və 182.1-ci maddələri ilə cinayət işi başlanılmış, ona rəsmi ittiham verilmiş, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 17.11,2019-cu il tarixli ərizədə yazılanlar barədə bildirmişdir ki, onun hansı şəraidə yazıldığını bilmir. Surəti ilə tanış olmuşdur. Sonralar həmin ərizə ilə şantaj olunmuşdur. Vəkil Cavabdeh Vəkillərin İntizam Komissiyasının 02 iyul 2020-ci il və 05 avqust 2020-ci il tarixli iclaslarında iştirak edərək izahatında göstərmişdir ki, X79 ilə aralarında hüquqi xidmətlə bağlı bağladığı müqavilələrin və orderlərin surətini təqdim edə bilməmişdir. Belə ki, o həmin ərəfələrdə Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasında fəaliyyət göstərmişdir və həmin Büroda qeyd edilən sənədlərin əldə edilməsi onun imkanı xaricindədir. Qeyd edilən sənədlərin surətlərini özündə saxlamamışdır. O, şikayətçi Günay Əliyevadan 75.000 manat məbləğində pulu almamışdır. O, Günay Əliyevadan aralarında bağlanmış müqavilələr üzrə vəkillik fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aldığı pul məbləğlərindən başqa hər hansı məbləğdə pul almamışdır. X46 barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə onun ümumilikdə 1000 manat məbləğində pulunu almışdır. O, Günay Əliyevadan bu növ hərəkətlərinə son qoyulmasını tələb edəndə, sonuncu ondan müxtəlif qurumlara şikayətlər etməyə başlamışdır. X79 ilə yaxın münasibətləri 2018-cu ildən etibarən başlamışdır. O, Günay Əliyevaya 17.11.2019-cu il tarixli sevgi məktubunu, bu tipli SMS-lər yazdığını etiraf edir, buna görə də üzrxahlığını bildirir. Lakin o, Günay Əliyeva ilə telefon danışığı və digər danışıqlar zamanı heç bir kəsi söyməmiş, təhqir etməmişdir. X28 təqdim etdiyi səs yazılarına qulaq asmışdır, lakin bir daha bildirir ki, həmin CD-lərdəki səs yazılarındakı səs ona məxsus deyil. Bununla bağlı Xəzər RPİ-də Günay Əliyevanın barəsində araşdırılan cinayət işində fonoskopik ekspertizanın keçirilməsi barədə vəsatət də vermişdir, lakin həmin CD disk istintaq materiallarında olmadığına görə ekspertiza keçirmək mümkün olmamışdır. CD diskin təqdim edilməsi ilə bağlı Xəzər RPİ İŞ müstəntiqi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət də etmişdir. Həmçinin bildirmişdir ki, Günay Əliyevanın izahatında göstərdiyi kimi onun ƏMDK-da hər hansı tanışı yoxdur, o, ümumiyyətlə dövlət əmlakının özəlləşdihlməsi və daha sonra həmin əmlakın satılaraq qazanc əldə etmək növündə hər hansı fəaliyyətlə məşğul olmamışdır. Günay Əliyevanın əvvəlki məhkəmə iclaslarında ona qarşı iddia qaldırmış Əmrah Kərimov adlı şəxsdən ona qarşı istifadə etməsi barədə göstərilənlərlə bağlı vəkil Cavabdeh bildirmişdir ki, o, bu işdə X38 vəkili olmamışdır. O, şikayətçinin 2016-ci ildə Ali Məhkəmədə olan mülki işdə vəkili olmuşdur. Əlavə edilmiş 17.11.2019-cu il tarixli ərizədə Zaman X40rşı olan hissləri barədə yazmış, onu sevəcəyini və bütün istək və “kaprizlərini” yerinə yetirəcəyini qeyd etmişdir. Xəzər Rayon Prokurorluğunun 28.04.2020-ci il tarixli cinayət işi başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərarının surətindən görünür ki, X39 X26 və X18 fahişəliyə cəlb etməsi faktı üzrə Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin qərarın “Müəyyən etdim” hissəsində qeyd edilmişdir ki, Cavabdeh ərizə ilə prokurorluğa müraciət edərək, tanışı X39 onun barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyərək, ondan 75.000 manat pul tələb etməsi barədə məlumat vermiş və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xəzər RPİ İŞ-nin müstəntiqi Elməddin Paşayevin 18.06.2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarının surətindən müəyyən edilir ki, X57 09.12.2019-cu il tarixdə vəkil Cavabdeh onun barəsində rüsvayedici məlumatlar olan səsyazısını yayacağı ilə hədələyərək, sonuncudan 1000 AZN pul tələb edib ələ keçirmişdir və bununla bağlı Günay Əliyevaya Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Həmçinin bu qərarla Günay Əliyeva Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Xəzər RPİ İŞ-nin müstəntiqi Elməddin Paşayevin 18.06.2020-ci il tarixli zərər çəkmiş şəxs qismində tanıma haqqında qərarının surətindən müəyyən edilir ki, vəkil Cavabdeh X39 barəsində başlanılmış ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Araşdırma zamanı şikayətçi Günay Əliyeva tərəfindən təqdim edilmiş 2 ədəd CD diskdə olan səs yazıları dinlənilmişdir. Vəkil Cavabdeh da həmin səs yazılarını dinlədiyini Komissiyanın 05.08.2020-ci il tarixli iclasında etiraf etmiş, lakin səs yazılarında olan danışıqların-səslərin ona məxsus olmadığını bildirmiş, qeyd edilən səs yazılarının vəkil Cavabdeh məxsus olub-olmamasını müəyyən etmək məqsədi ilə Xəzər RPİ-də Günay Əliyevanın barəsində araşdırılan cinayət işində fonoskopik ekspertizanın keçirilməsi barədə vəsatət də vermişdir, lakin həmin CD disk cinayət işi materiallarında olmadığına görə bu günədək ekspertiza keçirmək mümkün olmamışdır. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə araşdırma materiallarını məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, vəkil Cavabdeh əvvəllər hüquqlarını müdafiə etdiyi X45 qarşı nalayiq ifadələr işlətdiyindən, əxlaqsız SMS-lər göndərdiyindən, əvvəllər müdafiə etdiyi şəxsə qarşı sevgi hissləri barədə ərizə yazmaqla, vəkilin peşə fəaliyyətini həyata keçirərkən vəkil kimi hüquq və vəzifələrini düzgün icra etmədiyindən, vəkil etikası tələblərinə riayət etmədiyindən, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə və ifadələrə yol verdiyindən, mədəni, nəzakətli, diqqətli olmadığından, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görmədiyindən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuş və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Vəkillər X23 19 avqust 2020-ci il tarixli iclasında vəkil Cavabdeh barəsindəki intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyinə baxılaraq, müvafiq qərar qəbul edilmişdir. Belə ki, Rəyasət Heyətinin 19 avqust 2020-ci il tarixli iclasında X3 müraciəti əsasında başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası ona qarşı kollegiya üzvlüyündən xaric olunmağı ila bağlı qanunsuz və əsassız iddia qaldırmışdır. İddianı qəbul etmir. O, 2007-ci ildən Vəkillər Kollegiyasının üzvüdür. 2020-ci il avqustun 19-na qədərki tarixədək barəsində heç bir intizam tənbehi tətbiq olunmayıb. İşləri kifayət qədər geniş olub. Peşə fəaliyyətinin həyata keçirilməsi zamanı heç kim ondan şikayət etməyib. Barəsində heç bir intizam xarakterli qərar qəbul olunmayıb. 2011-ci ildə X57 «Bahar Enerji» neft şirkətində mühasib işləmişdir. O iş yoldaşı ilə dalaşmış, Suraxanı rayon məhkəməsində onun vəkili kimi hüquqlarını müdafiə etmişdir. İddiası təmin olunmayıb. Həmin qətnamədən X57 tərəfindən verilən apellyasiya şikayəti təmin olunmamışdır. Lakin şikayətçi izahatında göstərmişdir ki, guya o iş yoldaşı ilə barışmışdır. Həmin ildə X9 Mehriban Əlihüseyn qızı ilə məhkəmə mübahisəsi olmuş, onun və anasının hüquqlarını müdafiə etmişdir. Abşeron rayon məhkəməsinin 2(012)-1676 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Rzayeva Mehribanın iddiası təmin edilmiş, X33 4 min manat pul tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə hazırkı vaxta qədər icra edilməmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)-1090/2013 saylı, 15 noyabr 2013-cü il tarixli qərarı ilə borclu X57 barədə 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X57 «X83»dan kredit götürmüş, lakin ödəniş etmədiyinə görə mülki iş məhkəmə müstəvisinə qalxmışdır. Yasamal rayon məhkəməsinin 2(004)- 1697/2012 saylı, 29 mart 2012-ci il tarixli qətnaməsi ilə X33, X19 və X20 3500 (üç min beş yüz) manat pulun tutularaq iddiaçı banka ödənilməsi qət edilmişdir. Həmin qətnamə hazırkı vaxta qədər icra edilməmişdir. X8 X41 tərəfindən zorlanmasına dair Yasamal rayon Polis İdarəsinə şikayət etmiş, toplanan material əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. 10 yanvar 2015-ci il tarixdə X34 ilə X57 arasında 22 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsi əsasında yaranmış 9144 manat borcla bağlı məhkəmə çəkişməsi olmuşdur. Abşeron rayon məhkəməsinin 26.11.2015-ci il tarixli, 2(012)-5028/2015 saylı qətnaməsi ilə 9100 manat (doqquz min bir yüz) manat pulun X33 tutularaq X30 verilməsi qət edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılsa da Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3980/16 saylı, 22 avqust 2016-cı il tarixli qərarı ilə ləğv edilmiş, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamənin ləğv edilməsinin səbəbi isə notariusun icra qeydinin olması təşkil etmişdir. Həmin işdə də vəkil kimi iştirak etmiş, nə qədər qonarar almağını unutmuşdur. Həmin işlə bağlı müqavilənin surəti isə onda yoxdur. Ümumiyyətlə şikayətçi nə müqaviləni, nə də qonaranı mübahiləndirməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-332/2017 saylı, 11 yanvar 2017-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin işdə iştirak etməmişdir. Abşeron rayon məhkəməsinin 10.03.2017-ci il tarixli qərarı ilə X57 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilib. Tərəfindən verilən apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-110/2017 saylı, 15 mart 2017-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin 10.03.2017-ci il tarixli qərarı ləğv edilmiş, X57 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bu iş üzrə isə hüquqi yardım almamışdır. Bundan sonra onun heç vaxt vəkili olmamışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-2654/2018 saylı, 25 may 2018-ci il tarixli qərardadı ilə X27 X33 9144 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilmişdir. Bu işdə X39 vəkili kimi X35 çıxış etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-2654/2018 saylı, 29 iyun 2018-ci il tarixli qərardadı ilə yenidən X27 X33 9144 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-4681/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə X27 Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna və X45 qarşı kredit müqaviləsinə dair icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bu işdə də X39 vəkili kimi X35 çıxış etmişdir. Abşeron rayon Məhkəməsinin 8(012)-258/2021 saylı, 29 mart 2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon 1 saylı Noratiat Ofisinin 8İ- 1424 saylı, 09.03.2021-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar borclu X45 aid hissədə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,1200 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Abşeron rayon məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh X45 qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası təmin edilmiş, ondan (050)-736-97-97 GSM nömrəsi vasitəsilə rabitə xidmətindən istifadəsi nəticəsində 1252.11 (bir min iki yüz əlli iki manat 11 qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bu qətnamə də digər qətnamələr kimi hazırkı vaxta qədər icra edilməmişdir. Səbəb isə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar olunmaması, icra məmurları tərəfindən əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş tədbirlərin heç bir nəticə verməməsidir. Tərəfindən verilən sorğular nəticəsində müəyyən olunub ki, X57 ayrı-ayrı vətəndaşları da şantaj edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə əsassız zənglər edir, nəticədə ayrı-ayrı vətəndaşlar polis təhqiqatının təsiri altına düşürlər. X57 heç yerdə işləməyərək Azərbaycan dövlətinin birdəfəlik ödəməsindən yararlanmış, 190 manat birdəfəlik ödəməni almışdır. Bu da onun yoxsul vəziyyətdə olmasını bir daha sübut edir. Belə ki, bir dəfəlik ödəmə mülkiyyətində heç bir daşınmaz əmlakı olmayan, heç yerdə gəliri olmayan və adına heç bir nəqliyyat vasitəsi olmayan şəxslərə verilir. Bundan başqa X10 rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə 102 xidməti vasitəsilə şikayət etmiş, lakin izahat verməkdən yayınmışdır. X11 rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə 102 xidməti vasitəsilə şikayət edərək kirayə yaşadığı mənzildən guya 50 manatının oğurlandığını bildirmiş, lakin təhqiqat orqanı rədd qərarı qəbul etmişdir. Həmin işlə bağlı əsassız olaraq sahə polis rəisini də şantaj etmişdir. X39 verdiyi şikayət əsasında Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin 29 sentyabr 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. X15 rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə DİN-in 102 xidməti vasitəsilə ayrı-ayrı illərdə şikayət etmişdir. Sonuncu şikayət isə qardaşı Elmar Səmədovdan olmuşdur. Qardaşı Kürdəxanıda yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı Günayla ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Günay 2019-cu il 11 yanvarda bibisi qızı Əhmədova Ofeliyadan aldığı pulun 15 min manatı qardaşına ödəniş etmişdir. 2019-cu ilin iyun ayında həmin obyekti bəyənmədiyinə görə həmin pul vəsaiti tərəfindən ona geri qaytarılmışdır. Pulun geri qaytarılması barədə qəbzdə imzası var. Pulunu geri aldıqdan bir ay sonra qardaşı barədə polisə şikayət etmişdir. Günay ondan şikayətinin geri götürülməsi üçün 25 min manat pul tələb etmişdir. X42 olan pul isə onun bibisi qızı X73- Kərim qızının Yasamal rayon İcra Hakimiyyəti orqanı ilə alqı-satqı müqaviləsi nəticəsində əldə etdiyi pul olmuşdur. Belə ki, o X4 guya biznes adı ilə 30000 manat pul alaraq, şəxsi borclarını ödəmişdir. X57 barəsində olan cinayət işi üzrə sadaladığı faktlar öz təsdiqini tapmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi 09 yanvar 2019-cu il tarixdə bağlanmışdır. 11 yanvar 2019-cu il tarixdə isə X57 qardaşına 15000 manat pul vermişdir. Tarixlər arasındakı iki gün fərq hər şeyi izah edir. Bütün bunlar bir daha X39 şantajçı olduğunu təsdiq edir. X57 bibisi qızı Əhmədova Ofeliya adlı qadının (055 258-18-09) fərdi evinin Yasamal rayon İcra Hakimiyyəti orqanı ilə alqısatqı müqaviləsi nəticəsində əldə etdiyi pulu mənismsəmişdir. X22 şəxsi borclarını həmin pulun hesabına ödəmişdir. X57 bibisi qızı Ofeliyadan aldığı 30 min manatın əvəzinə ona 50 min manat qaytaracağını söz vermiş, guya əmlak satışından əldə ediləcək gəlir daxil olmaqla 2020-ci ilin fevralında ona həmin vəsaitin qaytaracığını vəd vermişdir. Bu barədə özü ona məlumat vermişdir. X66 həmin 50 min manatı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Kontakt Home” mağazalar şəbəkəsinə borclu olduğu 6000 (altı) min manatı, məhkəmə qətnamələri ilə borclu olduğu digər orqan və şəxslər daxil olmaqla ümumilikdə 75000 (yetmiş beş min) manat pulu ondan tələb etməyə başlamışdır. Əks təqdirdə onu rüsvay etməklə hədələyirdi. Bildirmişdir ki, haqqında vatsap yazışmaları var. Həmin yazışmaları ailəsinə, Vəkillər Kollegiyasının rəhbərliyinə yaymaqla onu hörmətdən salacaqdır. O onun anası Əliyeva Minayənin 050 ***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək qızının qarşısının almasının tələb etmiş, cavabında isə o, Günay adlı qızının olmadağını bildirmişdir. O, 2018-ci ildə Günayın kirayə yaşadığı Yasamal rayonu, Zərdabi 69, 1 saylı mənzilə hərdənbir getmişdir. O, istintaqa bu halları təsdiq edib. Üzləşdirmə istintaq hərəkəti zamanı özü bunları etiraf edib. Həmçinin ondan 1000 min manatı da şantaj yolu ilə aldığını təsdiq etmişdir. Təqdim etdiyi vatsap yazışmaları isə fotoşopdur. X14 anası Əliyeva Minayənin vəkili kimi onun adından etibarnaməsi olub. Nəsimi rayon məhkəməsinin 2(006)-5509/2017 saylı, 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə Əliyeva Minayənin qardaşı və qardaşı uşaqlarına qarşı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11795/2017 saylı, 05 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Əliyeva Minayə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuşdur. Həmin məhkəmə prosesində də iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3098/2018 saylı, 02 may 2018-ci il tarixli qərarı ilə qarşı tərəfin kassasiya şikayəti təmin olunmamış, qətnamə qüvvədə qalmışdır. O, X39 bacısı X36 və yeznəsi X21 da vəkili olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11769/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin xeyrinə olan qətnaməsi ləğv edilmiş və Rusiya Federasiyasının vətəndaşı Kukova Ksenianın ilkin iddiası təmin olunmuşdur. Həmin məhkəmə prosesində də bacısının vəkili olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1199/2020 saylı, 02 mart 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin prosesdə də bacısının vəkili olmuşdur. İşlədiyi müddət ərzində onun orta aylıq əmək haqqı 1415,75 manat təşkil etmişdir. X57 barəsində olan cinayət işi üzrə tərəfindən çoxsaylı vəsatətlər verilmişdir. Həmin vəsatətlərə aydınlıq gətirilməyib. İddiaçı orqanın iddiasının əsasını da təqdim etdiyi vəsatətlərdə müəyyən etmək istədiyi məsələlər dayanır. Hədə qorxu ilə tələb etmənin üsulu kimi yalnız ona və ona aid şəxsi məlumatları üzvü olduğu kollegial orqana təqdim etməklə barəsində rüsvayedici məlumat yaymaqla ondan 75 min manat pulun tələb edilməsi sualına isə cavab verə bilməmişdir. İddiaçı orqanın istinad etdiyi şəxsi xarakterli 17 noyabr 2019-cu il tarixli məktuba münasibətdə isə X6 08 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, əlyazmada göstərilənlərdə hər hansı əxlaqsızlıq göstəricisi müəyyən olunmur, mənəviyyata zidd heç bir məqam aşkarlanmır. Xəzər rayon prokurorunun 18 fevral 2021-ci il tarixli qərarı ilə X57 barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar ləğv olunmuş və əlavə istintaq aparılması üçün istintaqa qaytarılmışdır. X57 eyni məlumatlarla hüquqi yardım göstərdiyi bir neçə şirkətə də gedərək, orada da analoji məlumat versə də həmin şirkət rəhbərləri tərəfindən oradan qovulmuşdur. X66 şəxsi xarakterli məlumatları Azərbaycan Respublikası Vəkillər X12 təqdim etmişdir. Barəsində yazdığı şikayət ərizəsində guya ona 75 min (yetmiş beş min) manat borcunun olduğunu bildirsə də həmin borcun nesə yaranması barədə heç bir məlumat verə bilməmişdir. Üzləşdirilmə istintaq hərəkəti zamanı tərəfindən 59 (əlli doqquz) sual verilmiş, Günay isə ona heç bir sual verə bilməmişdir. Tərəfindən istintaqa güya yüksək vəzifəli şəxsləri söyməyi ilə bağlı Günayın əlində bayraq etdiyi disklərin fonoskopik ekspertizasının keçirilməsi barədə vəsatət təqdim edilmşdir. Həmin vəsatət də təmin edilmişdir. Günay isə istintaqa həmin diski təqdim etməkdən boyun qaçırıb. Üzləşdirilmə zamanı diskin nə vaxt, hansı şəraitdə (gizli və ya aşkar), hansı üsulla, hansı yolla əldə edilməsi ilə bağlı suala konkret cavab verə bilməmişdir. O, heç kəsi söyməmişdir. Bütün bunlar tərbiyəsinə və əxlaqına ziddir. Üzləşdirilmə zamanı “belə diskin nəyə görə hüquq mühafizə orqanlarına təqdim etməməsiniz” sualına Günay konkret cavab verə bilməmişdir. X1 verilən sualların təqribi siyahısını təqdim etmişdir. “Hansı işlə məşğul olursunuz? 75 min manatı hansı fəaliyyətdən əldə etmisiniz? Həmin pulun mənbəyini deyə bilərsinizmi? Əgər Sizin bu qədər pulunuz var idisə dövlətdən nəyə görə iki dəfə 190 manatlıq sosial ödəniş almısınız? Əgər sizin pulunuz var idisə nəyə görə Abşeron rayon məhkəməsinin 2592/2013 saylı, X83ın borcunu, 2166/2013-cü il Rzayeva Mehribanın borcunu, 42/2013cü il dövlətə olan borcunu, 2810/2015-ci il tarixli Kərimov Əmraha olan borcunu, 165777/18 saylı azərselin 50 manatlıq borcunu ödəməmisiz? Onları ödəmək üçün məni şantaj edirsiz? X5 evinin satışından əldə etdiyi puldan 30 min alaraq şəxsi borclarınıza xərcləmisiz? Onun pulunu da məndən istəyirsiz? "xxxx" MMC-nin kontakt mağazalar şəbəkəsindən aldığınız məişət texnikasını neynəmisiz? Satmısız 6 mindən çox borcunuz qalıb. Ona görə də məni şantaj edirsiz? Əgər borcum var idisə nəyə görə şəxsi xarakterli vatsap yazışmalarımı Kollegiyaya və Qara çay şirkətinin rəhbəri Azər Yusifova və sürücüsü Rəşad Abdullayevə vermisiniz? Onlar pul alıb-verən orqanlardır? Məqsədiniz məndən pul ala bilmədiyinizə görə şantaj edib işdən çıxarmaq olmuşdur? Kollegiyaya disk təqdim etmisiz? Məqsədiniz nə idi? Gizli yolla əldə etdiyiniz həmin disklə haqqımda rüsvayedici məlumat yaymaq hədəsi ilə pul qopartmaq idi? Hazırkı vaxta qədər ayrı-ayrı polis bölmələrinə şikayət etməklə neçə nəfəri şantaj etmisiz? Elçin adlı şəxs tərəfindən zorlanamağınıza dair şikayət vermisiz? Dövləti aldadaraq adınıza əmlak olmasına baxmayaraq sosial təminat nazirliyindən pul qopartmağınıza nə ad verək? Müstəntiqə nazirliyə təqdimat verilməsi barədə vəsatət qaldırmışdır. ünvan 1 ünvanda hansı əsasla yaşamısız? Nigar, Dilarə, sinif yoldaşın X47 (hazırda həbsdədir), Səidə, Samirə, Nailə, İradə və s. qızlarla məni şantaj edərək pul tələb etməyinə nə deyirsən? Həmin qızları Dalğa Biçə sən göndərmirdin? Əmin oğlu Yaşar Əliyevin başçılıq etdiyi priton Zahid Xəlilovda yerləşmirdi? 15 min manatı kimdən almışdınız? Axı Ofeliya 2019-cu ilin 09 yanvarında alqı-satqı müqaviləsindəq əldə etdiyi pulun 30 mini sizə vermişdi, bu barədə nə deyə bilərsiniz? Həmin pulu nə vaxt və kimə geri qaytardınız? Tam şəkildə və yaxud qismən? Əgər 75 min manatı ailə üzvləriniz sizə etibar edibsə, nəyə görə özləri şəxsən mənə təqdim etməyiblər? Axı onlar məni sizdən əvvəl tanıyıblar? Bu barədə nə deyə bilərsiniz? İstintaqa təqdim etdiyi Ədliyyə Nazirliyi Abşeron rayon icra və probasiya şöbəsinin qanuni qüvvəsini almış icra sənədlərindən aydın görünür ki, ünvan 2 ünvanda icraçılar dəfələrlə baxış keçiriblər. Baxış zamanı da onun anasının tərəfindən həmin evdə faktiki yaşamadığı və icra tələbinin yönəldiyildiyi əmlakların olmadığı müəyyən olunub. Belə təqdirdə 25 min manatdan yuxarı borcu olduğu halda pulunuzla həmin borcları ödəməməyinizi necə əsaslandırırsınız? iddia etdiyiniz obyekt harada alınacaqdı, neçəyə alınacaqdı, kimlə danışmışdıq? Bu barədə nəyə görə valideynləriniz mənimlə müzakirə aparmayıblar? Əgər olubsa hansı yormada olub? Əgər valideynlərinz sizə belə etibar edirlərsə, 2013-cü ildən hazırkı vaxta qədər təxminən 25 mindən yuxarı olan borcunuzu valideynləriniz tərəfindən heç olmasa hissə-hissə, qismən ödənilməməsi barədə nə deyə bilərsiniz? Əgər ailənizin maddi imkanları belə genişdirsə, atanız da pensiya kartını sizə veribsə (pul çıxarılmaya dair vedegörüntüləri istintaqa təqdim etmişəm) nəyə görə idarə etdiyi nəqliyyat vasitəsini kredit-lizinq əsasında əldə edib? Üzvü olduğum kollegiyal orqan olan Vəkillər Kollegiyasına yazdığınız şikayət ərizələrinizdə mənim güya dövlət başçısını söyməyim və bu barədə disk təqdim etmisiz? Məqsədiniz barəmdə rüsvayedici məlumat yaymaqla məndən pul almaq idi? Bu barədə nə dey bilərsiniz? Əgər belə niyyətiniz, məqsədiniz yox idisə, təqdim etdiyiniz şikayət və diskin kollegiyaya, sizə əvə peşə fəaliyyətimə nə aidiyyəti var idi? Əgər pul almaq niyyətiniz yox idisə, tərəfinizdən təqdim edilən məhkəmə bildirişi və etibarnamə sizinlə əlaqəmi təsdiq etməyə imkan vermirdi? Həmin disk harada, nə vaxt, hansı şəraitdə yazılmışdır? Əvvəlki cavablarda bildirdiniz ki, sizin telefon avtomatik yazıları yazır. Sizin kollegiyaya göndərdiyiniz diski hazırlamaq məqsədilə telefonunuzdakı yazıları xüsusi texniki vasitələrin köməyi ilə diskə köçürmüsünüz? Bu barədə nə deyə bilərsiniz və bütün bunlar hansı zəruriyyətdən irəli gəlirdi? Rəhbər şəxsləri güya söyməyimə dair diski istintaqa təqdim etmisinizmi? Etməmisinizsə səbəbi barədə nə deyə bilərsinizmi? 75 min manatı nə vaxt vermisiniz? Həmin vaxtı da Əmraha, azərselə, Mehribana və digər şəxslərə aylıq 385 manat, 120 manat ödəməni ödəməli idiniz. Belə imkanınız var idisə həmin borcları niyə bağlamırdınız? Hədə qorxu ilə tələb etmənin üsulu kimi mənim tərəfimdən yalnız mənə və sizə aid şəxsi, intim məlumatları üzvü olduğum kollegiyal orqana təqdim etməklə barəmdə rüsvayedici məlumat yaymaqla məndən pul tələb etməyiniz barədə nə deyə bilərsiniz? Dediniz ki, məqsədiniz mənimlə hüquqi bağlılığı təsdiq etmək olmuşdur. Bunun üçün etibarnamə və məhkəmə bildirişi təqdim etmisiniz. Bu sənədlər kifayət deyildirmi ki, dedikləriniz təsdiq olunsun? Əgər iddia etdiyiniz pul ailənizə məxsus olubsa, bu vaxta qədər onlardan biri mənimlə maraqlanmayıb, görüşməyiblər? Bu barədə nə deyə bilərsiniz?” İddiaçının tərtib etdiyi iddia ərizəsində iddianın əsasını aşağıdakılar təşkil edir: «vatsap yazışmaları olan fotoşəkillərdən görünür ki, Zaman adlı nömrə istifadəçisi əxlaqsız ifadələrdən istifadə etməklə Günay Əliyevanın mobil nömrəsinə SMS-lər göndərmişdir. Əlavə edilmiş 17.11.2019-cu il tarixli ərizədə Zaman X40rşı olan hissləri barədə yazmış, onu sevəcəyi və bütün istək və «kaprizlərini» yerinə yetirəcəyini qeyd etmişdir». - «vatsap yazışmaları üzrə fotoşəkillərdən görünür ki, Zaman adlı nömrə istifadəçisi əxlaqsız ifadələrdən istifadə etməklə Günay Əliyevanın mobil nömrəsinə SMS-lər göndərmişdir»; (İddia ərizəsinin 5-ci səhifəsinin 3-cü abzası); -«Həmçinin vəkil Cavabdeh ona əxlaqsız təkliflər etmiş, bununla bağlı Vatsap şəbəkəsindən SMS-lər göndərmişdir. Vəkil Cavabdeh bu sms-ləri 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək olan müddətədək yazmışdır. Artıq Cavabdeh onun telefon nömrəsini vatsap şəbəkəsindən blok etdiyindən, həmin əxlaqsız sms-lərin əks etdirildiyi fotoşəkillərin tarixini müəyyən etmək olmur»(İddia ərizəsinin 2-ci səhifəsinin 1-ci abzası). Təhdid, hədə-qorxu, şantaj xarakterli müraciət və şikayətlərdə X57 ümumiyyətlə belə məsələni mübahisələndirməmiş, İntizam komissiyası onu süni şəkildə vəkillikdən xaric etmək üçün şikayətçinin adından bunları tərtib edərək intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə «hüquqi don» geyindirməyə çalışmışdır. Halbuki 02 iyul 2020-ci il tarixli iclasda X31 küy salaraq iclası tərk etmiş, sonrakı iclasda isə ümumiyyətlə iştirak etməmişdir. X24 göstərilmişdir ki, «həmçinin Komissiyada araşdırma zamanı X57 əlavə olaraq göstərmişdir ki, vəkil Cavabdeh ona əxlaqsız təkliflər etmiş, bununla bağlı vatsap şəbəkəsindən sms-lər göndərmiş, həmçinin 17.11.2019-cu il tarixli ərizə də yazmışdır. Vəkil Cavabdeh bu sms-ləri 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək olan müddətədək yazmışdır. Artıq Cavabdeh onun telefon nömrəsini vatsap şəbəkəsindən blok etdiyindən, həmin əxlaqsız sms-lərin əks etdirildiyi fotoşəkillərin tarixini müəyyən etmək olmur» «Əlavə edilmiş 17.11.2019-cu il tarixli ərizədə Zaman X40rşı olan hissləri barədə yazmış, onu sevəcəyini və bütün istək və kaprizlərini yerinə yetirəcəyini qeyd etmişdir» kimi əsas təşkil edir (İddia ərizəsinin 5-ci səhifəsinin 3-cü abzası). Bununla bağlı tərəfindən təqdim edilən ekspertiza rəyi vardır. Əvvəla onu qeyd etmişdir ki, Azərbaycan Respublikası Vəkillər X29 yazdığı hər iki izahatında tərəfindən «şikayətçi» X45 hər hansı vatsap yazışmasının göndərməsini etiraf etməmişdir. Əksinə tərəfindən Xəzər rayon prokuroru Fəxri Ələsgərova ünvanladığı 21.04.2020-ci il tarixli vəsatətdə göstərmişdir ki, «on ildən çox müddət ərzində tanıdığı X57 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə ondan 75000 (yetmiş beş min) manat pul tələb edir. Bunun üçün məhkəmə, polis, prokurorluq orqanlarına müraciət etmədən birbaşa üzvü olduğu Azərbaycan Respublikası Vəkillər Kollegyasmın rəhbərliyinə qanunsuz şikayət etmiş, guya şəxsi vatsap yazışmaları və hansısa gizli telefon danışıqları barədə məlumatları təqdim etmişdir. Buradan görünmüşdür ki, X39 məqsədi şəxsi vatsap yazışmaları və gizli telefon danışıqları barədə rüsvayedici hesab etdiyi məlumatları Kollegiyaya təqdim etməklə onu üzvlükdən kənarlaşdırmaq, barəsində intizam icraatı açdırmaqdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X43 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci ildə Lerik rayonunda doğulmuşdur. - X57 tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ünvanlanmış ərizələrinin surətlərindən görünür ki, Günay Əliyeva vəkil Cavabdeh barəsində şikayət ərizələri ilə müraciət edərək Cavabdeh Vəkillər Kollegiyasından xaric olunmasını xahiş etmişdir. - X57 tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının İntizam Komissiyasına 10 iyun 2020-ci il tarixli izahatdan görünür ki, Günay Əliyeva şikayət ərizəsi ilə bağlı ətraflı izahat vermişdir. - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasının 05 avqust 2020-ci il tarixli rəyindən görünür ki, araşdırma gedişində vəkil Cavabdeh şikayətçi Günay Əliyevaya əxlaqsız SMS-lər göndərməsi, daha sonra sevgi hissələri barədə ərizə yazması ilə vəkil etikası tələblərinə riayət etməməsi, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə və ifadələrə yol verməsi, mədəni, nəzakətli, diqqətli olmaması, bununla vəkilliyə olan inamı azaltması, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görməməsi öz təsdiqini tapır. Təqdim edilmiş CD yazılarında vəkil Cavabdeh Günay Əliyeva ilə aralarındakı danışıq zamanı Ölkə Rəhbərliyinə, müxtəlif rəhbər şəxslərə qarşı təhqiramiz ifadələr işlətməsi barədə xüsusatları Komissiyada araşdırma zamanı vəkil Cavabdeh qəbul etməmiş, oradakı səs yazılarına qulaq asdığını, lakin həmin səsin ona aid olmadığını, bunun üçün fonoqrafik eksperitza keçirilməli olduğunu bildirmişdir. Qeyd edilən xüsusatlar vəkil Cavabdeh tərəfindən qəbul edilmədiyuindən, həmçinin CD yazılarındakı danışıq səslərinin vəkil Cavabdeh aid olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bunun üçün müvafiq ekspertiza rəyi tələb edildiyindən, həmçinin fonoqrafik ekspertizanın keçirilməsi barədə vəkil Cavabdeh tərəfindən Xəzər RPİ-nin İŞ-də Günay Əliyevanın barəsində qaldırılmış cinay işndə vəsaatət verildiyindən və qeyd edilən vəsatət üzrə yekun qərar qəbul edilmədiyindən hesab edilir ki, bu xüsusatlara qiymət verilməsi Vəkillərin İntizam Komissiyasının səlahiyyətinə aid deyildir. X38 vəkil Cavabdehl bağlı verdiyi şikayətdə sonununun ondan 75.000 AZN pul alması, pulunu hal-hazıradək qaytarmaması, G.Əliyevanın pulu tələb edərkən Cavabdeh onun təhqir etməsi ilə bağlı qeyd edilir ki, şikayətçi G.Əliyevanın izahatlarında bu pulu vəkil Cavabdeh vəkillik fəaliyyəti ilə bağlı vermədiyini, ucuz qiymətə daşınmaz əmlakıraı əldə edib özəlləşdirdikdən sonra baha qiymətə satmaqla qazanc əldə etmək məqsədi ilə verdiyini bildirmişdir. Şikayətin qeyd edilən halı vəkil Cavabdeh vəkillik fəaliyyəti ilə bağlı olmadığından, həmçinin Cavabdeh G.Əliyevanın təhqir etməsi ilə bağlı sübutlar Komissiyaya təqdim edilmədiyindən hesab edilir ki, bu xüsusatlara baxılması Vəkillərin İntizam Komissiyasının səlahiyyətinə aid deyildir. Həmçinin hesab edilir ki, vəkil Cavabdeh X38 barəsində Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində əsassız olaraq cinayət işi açdırması, bu yolla ona qarşı təzyiq etməsi, verilmiş şikayət ərizəsi geri götürməyəcəyi təqdirdə şikayətçini həbs etdirməklə hədələməsi, həmçinin şikayətçiyə qarşı iddia qaldırmış Əmrah Kərimovu şahid qismində dəvət etməsi ilə bağlı xüsusatlara baxılması Vəkillərin İntizam Komissiyasının səlahiyyətləri çərçivəsində deyildir. X2 şikayəti əsasında aparılmış intizam icraatı üzrə araşdırma materiallarınnı Komissiya məmsuu halında qiymətləndirərək hesab edir ki, Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh şikayətçi Günay Əliyevaya qarşı nalayiq ifadələr işlətdiyindən, əxlaqsız SMS-lər göndərildiyindən, əvvəllər müdafiə etdiyi şəxsə qarşı sevgi hissələri barədə ərizə yazmaqla, vəkil kimi hüquq və vəzifələrini düzgün icra etmədiyindən, vəkil etikası tələblərinə riayət etmədiyindən, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə və ifadələrə yol verdiyindən, mədəni, nəzakətli, diqqətli olmadığından, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görmədiyindən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuş və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol vermişdir. Yuxarıda şərh edilənləri nəzərəd alaraq və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsini, “Vəkillərin İntiazm Komissiyası haqqında” Əsasnamənin 6.12-ci maddəsinin tələblərini rəhbər tutaraq Komissiya hesab etmişdir ki, hazırki rəy müzakirə edilməsi və müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X12 təqdim edilməlidir. - Azərbaycan Respublikası Vəkillər X23 29 avqust 2020-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh barəsində Vəkillərin İntiazm Komissiyasının rəyinin nəzərə alınması, peşə fəaliyyətini həyata keçirərəkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnmasə qanuni qüvvəyə minənədəki vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. - X6 439 saylı, 08.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, birinci sual üzrə təqdim olunan materialda Cavabdeh tərəfindən yazılmış əlyazmada sevgi münasibətlərdən söhbət gedir, müəllifin yazıda adını qeyd etdiyi X48 qarşı sevgisi ifadə olunur. İkinci sual üzrə yazıda əsasən sevgi etirafı və bununla yanaşı qayğı, diqqət, münasibətlərin davamlı olacağı barədə vədlər yer alır. Üçüncü sual üzrə əlyazmada göstərilənlərdə hər hansı əxlaqsızlıq göstəricisi müəyyən olunmur. Dördüncü sual üzrə iki tərəf arasında olan münasibətin normal qadın-kişi münasibətlərindən qaynaqlandığı anlaşılır. İstifadə olunmuş sözlərdə və cümlələrdə mənəviyyata zid heç bir məqam aşkarlanmamışdır. - Azərbaycan Respublikası Vəkillər X7 məhkəməyə ünvanladığı 587 saylı, 05.05.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 4il Bürosunda fəaliyyət göstərmiş Cavabdeh barəsində 19.08.2020-ci il tarixənədək intizam tənbehi tətbiq edilməmişdir. - Bakı şəhəri, 2 saylı Vəkil Burosunun 18.01.2021-ci il tarixli, 05/06 nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, 2 saylı Vəkil Bürosunda vəkil işləyərkən son iki il 6 ay ərzində (2018/2020-ci il) 1.415 manat 75 qəpik orta əmək haqqı almışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X57 Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh barəsində şikayət ərizəsi ilə Vəkillər Kollegiyasına müraciət etmiş, həmin müraciət Vəkillər Kollegiyasının İntizam Komissiyasında araşdırılmış, araşdırma nəticəsində Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Cavabdeh şikayətçi Günay Əliyevaya qarşı nalayiq ifadələr işlətdiyindən, əxlaqsız SMS-lər göndərildiyindən, əvvəllər müdafiə etdiyi şəxsə qarşı sevgi hissələri barədə ərizə yazmaqla, vəkil kimi hüquq və vəzifələrini düzgün icra etmədiyindən, vəkil etikası tələblərinə riayət etmədiyindən, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə və ifadələrə yol verdiyindən, mədəni, nəzakətli, diqqətli olmadığından, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görmədiyindən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozması və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol verməsi müəyyən edilərək müzakirə edilməsi və müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X12 təqdim edilmişdir. Azərbaycan Respublikası Vəkillər X23 29 avqust 2020-ci il tarixli, 11 saylı iclasında Vəkillər Kollegiyasının İntizam Komissiyasının rəyi müzakirə edilmiş və Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaması qanuni qüvvəyə minənədəki vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; - 1-ci maddəsinin 2-ci hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; - 1-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. - 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. - 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. - 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X17 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". - 16-cı maddəsinin 1-ci hissəsinə görə peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, «Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərə əməl etməlidir; - 16-cı maddəsinin 3-cü hissəsinə görə vəkilin mülki və ya cinayət işləri üzrə müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi və AR Mülki Prosessual Məcəlləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. - 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. - 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. - 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. - 23-cü maddəsinin 1-ci hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; - barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; - məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. - 23-cü maddəsinin 2-ci hissəsinə görə görə vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin: - 1-ci bəndinə görə hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. - 2.2-ci bəndinə görə vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. - 2.3-cü bəndinə görə vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. - 2.5-ci bəndinə görə Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. - 2.8-ci bəndinə görə vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. - 3.4-cü bəndinə görə vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. - 3.5-ci bəndinə görə vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin: - 5.13-cü bəndinə əsasən Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını yerinə yetirməlidirlər. - 8.2-ci bəndinə əsasən Vəkillər X12 vəkillik fəaliyyəti üzrə bir sıra idarəetmə səlahiyyətləri ilə yanaşı Kollegiyanın üzvlüyünə qəbul və ondan xaric olunma, vəkilliklə məşğul olmanın müvəqqəti dayandırılması kimi səlahiyyəti vardır. Məhkəmə ilk növbədə qeyd edir ki, Aygün Əliyevanın vəkil Cavabdeh şikayətinin yalnız “əxlaqsız SMS-lər göndərməsi, daha sonra sevgi hissləri barədə ərizə yazması” ilə bağlı hissəsinə Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən qiymət verilmiş, şikayətin digər hissələri isə Vəkillər Kollegiyasının İntizam Komissiyasının səlahiyyətlərinə aid olmaması əsası ilə qiymətləndirilməmişdir. Məhkəmə hesab edir ki, vəkil Cavabdeh şikayətçi Günay Əliyevaya qarşı nalayiq ifadələr işlətdiyindən, əxlaqsız SMS-lər göndərdiyindən, müdafiə etdiyi şəxsə qarşı sevgi hissləri barədə ərizə yazdığından vəkil kimi hüquq və vəzifələrini düzgün icra etməmiş, vəkil etikası tələblərinə riayət etməmiş, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə və ifadələrə yol vermiş, mədəni, nəzakətli, diqqətli olmamış, bununla da intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol vermişdir. Həmin əməllər cavabdehin Vəkillər Kollegiyasından xaric edilməsi üçün yetərli olan, qanunla nəzərdə tutulan əsaslardır. Belə olan halda Cavabdeh vəkil kimi peşə borcunu həyata keçirərkən yuxarıda qeyd edilən qanunvericilik aktlarının pozulması hallarına yol verdiyindən və sadalanan hallar Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan iddiaçının gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar