Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2262/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X7 və X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı pul tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icra edilməsi vəzifəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoymaq, ona 2011-ci ildən 2021-ci ilin iyul ayına qədər çatacaq cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək barəsində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 461 nömrəli, 01.07.2011-ci il tarixli Fərmanının tətbiq edilərək 01.07.2011-ci il tarixdən 03.07.2020-ci il tarixədək müddət ərzində cərimələrdən ödənilən 25% miqdarında məbləğin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 26.12.2001-ci il tarixdən X13 Departamentinin (departamentin adı bir neçə dəfə dəyişdirilmişdir) hüquqşünas, hüquq şöbəsinin rəisi vəzifəsində işləmişdir. Demək olar ki, Nazirliyin səlahiyyətlərinə aid inzibati qərarların 90%-nin qəbul edilməsi, baxışa hazırlanması, məhkəmələrdə müdafiə edilməsi, icrasının təmin etdirilməsi onun tərəfindən həyata keçirilmişdir. Lakin əvvəlki rəhbərliyin ona qarşı əsassız qeyri-səmimi olması nəticəsində bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Prezidentinin 1 iyul 2011-ci il tarixli, 461 nömrəli fərmanına əsasən ödənilən cərimələrdən daxil olan vəsaitin 25%-i əməkdaşların maaşlarına əlavə ediləndə o, “yaddan çıxmışdır”. O vaxt bundan onun xəbəri olmamışdır. Baxmayaraq ki, onun tərəfindən ödənişlə əlaqədar dəfələrlə rəhbərliyə sənədlər hazırlanıb təqdim edilsə də heç bir nəticəsi olmamışdır. Başqa əməkdaşlara orta hesabla təxminən 7-10 (yeddi-on) min AZN məbləğ ödənilmiş və hesab edir ki, ona ödənilməli məbləğ həmin məbləğdən çox olmalıdır. Ona görə ki, onlar müəyyən inzibati işlərin rəsmiləşdirilməsində iştirak etmişlər, o isə departamentdə qəbul edilmiş bütün qərarların hazırlanmasında, qəbul edilməsində və s. aparıcı rol oynamışdır. O, müvafiq sənədlərin verilməsi üçün dəfələrlə müraciət etmişdir, lakin sənədlər ona verilməmişdir. Məcbur olub yeni rəhbərliyə 2 dəfə müraciət etmişdir, lakin uzun müddət keçməsinə baxmayaraq heç bir cavab almamışdır. Lakin yenə də ümid edir ki, yeni rəhbərliyin obyektivliyinə, əməkdaşlara göstərdiyi humanistliyinə və s. müsbət xüsusiyyətlərinə inanaraq mübahisənin məhkəmədən kənar həll olunmasına ümid bəsləyir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətiər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2011-ci il tarixli 461 nömrəli Fərmanına və həmin Fərmana əsasən X13 üzrə dövlət fondu haqqında əsasnaməyə edilmiş dəyişikliyə əsasən X13, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə ödənilmiş cərimələrin 25 %-i Ekologiya və X11 müvafiq əmrinə əsasən X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşların əmək haqlarına əlavə kimi verilmişdir. Ərizəçi İddiaçı Sabir oğlu isə işlədiyi vəzifə (hüquqşunas vəzifəsi) X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsini təmin edən vəzifələrə şamil edilmədiyindən 25 % məbləğində əlavələrin verilməsi ona şamil edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 01.07.2011-ci il tarixli, 461 nömrəli Fərmanı verildiyi zaman Nəcəfov X9 və Təbii Sərvətlər Nazirliyinin X13 Departamentinin hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsində işləmiş və yeni qəbul olunmuş normativ aktlardan bir başa xəbəri olmuş, buna baxmayaraq nədənsə işlədiyi dövrdə hüquqlarının pozulması barədə rəhbərliyə müraciət etməmişdir. Nəticədə iddia müddəti keçmiş və əsassız olan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X12və X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Salyan şəhərində doğulmuşdur. - İddiaçıya məxsus 21.11.2001-ci il tarixli, ИТ-0386387 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 26.12.2001-ci ildən 23.08.2002-ci il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və X4 X1 hüquqşunası, 23.08.2002-ci ildən 01.09.2003-cü ilədək Müfəttəşliyin hüquq şöbəsinin rəisi, 01.09.2003-cü ildən 29.03.2008ci ilədək sektor müdiri, 29.03.2008-ci ildən 07.12.2010-cu ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Departamentində məsləhətçi, 07.12.2010-cu ildən 20.08.2018-ci ilədək Departamentin hüquqi təminat sektorunun məsləhətçisi, 20.08.2018-ci ildən 14.04.2020-ci ilədək X15 X5 və X13 üzrə Dövlət Fonduna daxilolmaların təşkili sektorunda məsləhətçi, sektor müdiri, 14.04.2020-ci ildən 03.07.2020-ci ilədək X6 Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin hüquq məsələri üzrə məsləhətçisi vəzifələrində işləmişdir. - Ekologiya və X11 412/k nömrəli, 03.07.2020-ci il tarixli əmrinin surətindən görünür ki, qeyd olunan əmrə əsasən X6 Xidmətinin Hüquqi Təminat, insan resursları və sənədlərlə iş şöbəsinin hüquq məsələləri üzrə məsləhətçisi – 2-ci dərəcə dövlət qulluqçusu İddiaçı 03.07.2020-ci il tarixdən “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş, həmin Qanunun 33.2-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatdığına görə öz arzusu ilə dövlət qulluğundan çıxdığı üçün İddiaçı ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilmişdir. - Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı 26.12.2001-ci il tarixdən 03.07.2020-ci il tarixədək aldığı əmək haqqının hesablanması barədə arayışdan görünür ki, İddiaçı 26.12.2001-ci il tarixdən 03.07.2020-ci il tarixədək əsas vəzifə maaşı, qulluq stajına görə əlavə, ixtisas dərəcəsinə görə əlavələr nəzərə alınmaqla cəmi 53154,03 (əlli üç min yüz əlli dörd manat üç qəpik) manat məbləğində əmək haqqı almışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 28.01.2022-ci il tarixli, 4/243-09 nömrəli məktubdan görünür ki, nazirliyin sabiq işçisi İddiaçı işlədiyi hüquq məsələləri üzrə məsləhətçi vəzifəsi “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2011-ci il tarixli, 461 saylı Fərmanının təsir dairəsinə düşmür. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizələrdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 01.07.2011-ci il tarixli, 461 nömrəli Fərmanına əsasən ona ödənilməli olan əlavələrin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı 26.12.2001-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və X4 X1 hüquqşunası təyin edilmiş, həmin müfəttişliyin hüquq şöbəsinin rəisi, sektor müdiri, X13 Departamentində məsləhətçi, Departamentin hüquqi təminat sektorunun məsləhətçisi, X10 və X13 üzrə Dövlət Fonduna daxilolmaların təşkili sektorunda məsləhətçi, sektor müdiri, X6 Xidmətinin Hüuqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin hüquq məsələri üzrə məsləhətçisi vəzifələrində işləmişdir 03.07.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Hazırda İddiaçı ona “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 461 nömrəli Fərmanı əsasında 01.07.2011-ci ildən 03.07.2020-ci ilə qədər ödənilən cərimələrin 25 % miqdarında əlavənin və gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli, 461 nömrəli Fərmanın 1-ci bəndinə əsasən “X13 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilməsi qərara alınmışdır. Ekologiya və X11 94/Ü saylı, 08.02.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “X13 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitdən Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Metodikasının: - 2.1.1-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavənin hesablanması zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində fəaliyyət göstərən təşkilatlarının müvafiq əməkdaşlarının hər biri tərəfindən toplanılmış və ödənilmiş cərimələrin miqdarının ümumilikdə fonda ödənilmiş cərimələrin miqdarına nisbəti nəzərə alınır. - 3.2-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavələrin ödənilməsi məqsədilə X13 Departamenti X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində fəaliyyət göstərən təşkilatlarının hər bir müvafiq əməkdaşı və onlar tərəfindən toplanılmış və ödənilmiş cərimənin məbləğini əks etdirən təsdiq edilmiş məlumatları hər ay (rüb) üçün növbəti ayın 1-dən, dekabr ayı üçün isə həmin ayın 20-dən gec olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və Təsərrüfat Şöbəsinə təqdim edir. Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına “X13 haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi əlavənin ödənilməsi nəzərdə tutulur. Lakin qeyd olunmalıdır ki, bu əlavəni almaq hüququ yalnız Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlara şamil olunur. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə mübahisənin həllində mühüm rol oynayan arqument məhz iddiaçının 01.07.2011-ci ildən 03.07.2020-ci ilədək işlədiyi vəzifələrin Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətinə və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsinə aid olub-olmamasıdır. Bu istiqamətdə dəyərləndirmənin aparılması isə həmin vəzifənin qulluq funksiyasının müəyyən edilməsi ilə xarakterizə olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X13nə dövlət nəzarəti həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində işləyən işçilərin vəzifə təlimatından görünür ki, X13 Departamenti, X13nə və təbii ehtiyatlara dair qanunvericiliyin icrasına nəzarət sektorunun baş məsləhətçisi-müfəttişin, aparacı məsləhətçi-müfəttişin, məsləhətçi-müfəttişin qulluq funksiyaları ekoloji tarazlığın qorunmasına, X13 və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühit və təbii sərvətlərin mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına, ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə operativ nəzarətin həyata keçirilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət növləri nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi, ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərinin müəyyən edilməsində iştirak edilməsi və ona nəzarətin həyata keçirilməsi; ətraf mühiti çirkləndirici mənbələrinin uçotunu aparılması, onların ekoloji zərərliklilik dərəcəsini müəyyənləşdirilməsi, bunlann aradan qaldırılması üzrə təkliflər hazırlanmasında iştirak edilməsi; yeni obyektlərin layihələrinə verilmiş Dövlət ekoloji ekspertiza rəyinin tələblərinin icrasına nəzarət edilməsi və sairədən ibarətdir. Göründüyü kimi, ətraf mühitə operativ nəzarət şöbəsinin baş məsləhətçi-müfəttişi, aparacı məsləhətçi-müfəttişi, məsləhətçi-müfəttişi vəzifəsi üzrə işləyən əməkdaşların əmək funksiyaları bilavasitə X13nə dövlət nəzarətin və ətraf mühitdən istifadənin tənzimlənməsi ilə bağlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümumiyyətlə təbii ehtiyatların öyrənilməsi, istifadəsi, bərpası və mühafizəsi sahəsində dövlət siyasətini və hüquqi tənzimləməni inkişaf etdirmək funksiyalarını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan, həmin orqanın əməkdaşlarının əmək funksiyaları da inzibati orqanının fəaliyyət növünə uyğun müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, hər nə qədər də bu sektorda işləyən əməkdaşların funksiyaları bilavasitə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti əsasında ətraf mühitin qorunmasına yönəlsə də, inzibati orqanın bütün əməkdaşları X13nə dövlət nəzarətini həyata keçirmək səlahiyyətinə malik deyillər. Bunun nümunəsi kimi isə vəzifə təlimatına əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində hüquqi məsələləri üzrə məsləhətçi vəzifəsinin qulluq funksiyalarının xüsusiyyətlərini təsvir etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X6 Xidmətinin hüquq məsələləri üzrə məsləhətçi vəzifəsinin qulluq funksiyaları hüquq və fiziki şəxslər tərəfindən X13 sahəsində yol verilən inzibati hüquqpozmalarla əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar layihələrin hazırlanmasının həyata keçirilməsi, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanmasında iştirak etməsi və s. ilə bağlıdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə sorğusu əsasında təqdim olunmuş vəzifə təlimatlarının təhlili zamanı müəyyən olunur ki, hüquq məsələləri üzrə məsləhətçi vəzifəsi ilə ətraf mühitə operativ nəzarət şöbəsinin baş məsləhətçi-müfəttişi vəzifəsinin oxşar cəhət kimi “nəzarət etmək” kimi funksiyası olsa da¸ bu funksiyanın istiqamət baxımından anlayışı bir qədər fərqlidir. Belə ki, hüquq məsələləri üzrə məsləhətçi vəzifəsində işləyən əməkdaş ətraf mühitə operativ nəzarət şöbəsinin baş məsləhətçi-müfəttişi vəzifəsində işləyən əməkdaşdan fərqli olaraq xidmət üzrə akt, inzibati xəta haqqında protokol və digər hüquqi sənədlərin qanunvericiliyinə uyğun tərtib edilməsində nəzarət etmək səlahiyyətinə malikdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 №-li qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29 noyabr 2005-ci il tarixdə 3204 nömrə ilə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X3”nda hüquq-məsləhətçi vəzifəsinin əmək funksiyaları müəssisə, idarə və təşkilatlarda hüquqi işlərə metodiki rəhbərlik etmək; struktur bölmələrə, ictimai təşkilatlara hüquqi yardım göstərmək; iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək; müəssisə, idarə və təşkilatların bölmələrinin iştirakı ilə mənimsənilmə, israfçılıq, çatışmazlıq, keyfiyyətsiz, standartdan kənar, komplektləşdirilməmiş məhsul buraxılması və başqa qanun pozuntuları haqqında istintaq və məhkəmə orqanlarına verilməsi üçün istehsalatda olan sənədləri hazırlamaq; icrası qurtarmış məhkəmə, işlərinin hesabını və mühafizəsini aparmaq; təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək; müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər etmək və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq və s. ilə bağlıdır. Göründüyü kimi təkcə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqi məsələləri üzrə məsləhətçi vəzifəsi deyil, ümumiyyətlə bütün sahələrdə hüquq məsləhətçi vəzifəsində işləyən əməkdaşların vəzifə səlahiyyətləri bilavasitə hüquq sferasına aid olan nəzarətə aiddir və hüquqi aspektdən cəhətdən məhz həmin sfera üzrə funksiyanın icrasına yönəlir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının işlədiyi hüquq məsələləri üzrə məsləhətçi vəzifəsi Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətinə və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsinə aid olmadığından, iddiaçı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13nə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli, 461 nömrəli Fərmanın təsirə dairəsinə düşmür və onun 01.06.2011-ci ildən 03.07.2020-ci ilə kimi cərimələrdən ödənilən 25 % miqdarda əlavəni almaq hüququ yaranmır. Ona görə də məhkəmə iddia tələbinin həmin hissəsinin təmin olunmaması nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin “gecikdirilmiş əmək haqqına görə faizin ödənilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının irəli sürdüyü həmin tələb bilavasitə cərimələrdən ödənilən 25 % miqdarda əlavənin ödənilməsi ilə bağlı olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən bununla bağlı hər hansı araşdırmanın aparılmasına da zərurət qalmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2262/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2262/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver