Məhkəmə qərarları › İş №2-1(112)-2263/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2263/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2263/2020 18.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X1 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qaz sobasına görə ödədiyi pulun geri qaytarılması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı tərəfindən yaşadığı mənzilə 4 gözlü qaz sobasının alınması ilə əlaqədar ödədiyi 360 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup əlildir. O, xx.xx.2017-ci il tarixdə mənzilinə 360 manat dəyərində4 gözlü qaz sobasıalmışdır. Belə ki, onun köhnə qaz sobası köhnəldiyi üçün sıradan çıxmışdır. Həmin pulun ona ödənilməsi barədə o,Cavabdehnə dəfələrlə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona məktub göndərilərək maliyyə vəsaiti olmadığı üçün ona yardım etmək mümkün olmadığı bildirilmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndində qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia tələbinin İPM-nin 2.2-ci maddəsi ilə müəyyən edilən iddia növlərindən hər hansı birinə aid edilməsi və həmin Məcəllənin tələblərinə uyğun verilmiş və 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öz vəsaiti hesabına aldığı qaz sobasına görə icra hakimiyətindən həmin pulun tutulmasını (kompensasiya) ödənilməsini xahiş edir ki, həmin kompensasiya məbləği isə inzibati orqanın hər hansı qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş zərərlə bağlı kompensasiya məbləği deyildir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi “Əlillərin Sosial Müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 47-ci maddəsinə istinad edir ki, həmin maddə də qeyd edilir ki, yerli hakimiyyət orqanları müvafiq büdcələrin vəsaiti hesabına və özlərinin səlahiyyəti daxilində əlillərin dövlət pensiyalarının bütün növləri üzərinə əlavə haqlar, onlara tibbi xidmət, yaşayış sahəsinin, kommunal xidmətlərin haqqını, ictimai nəqliyyatda gediş-gəliş haqqını ödəməkdə güzəştlər, fərdi hərəkət vasitələrinin, yanacağın, yeyinti məhsullarının, paltarın, ayaqqabının və əlillər üçün zəruri olan digər malların dəyərini ödəməkdə güzəştlər müəyyən edə bilər, habelə əlillərin spesifik tələbatının ödənilməsinə və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilən başqa qərarlar qəbul edə bilərlər. Qanunvericiliyin normalarından göründüyü kimi, qanunverici qanunda müvafiq sahələrdə əlillərə müəyyən güzəştlər edilməsini nəzərdə tutmuş, onların öz vəsaitləri hesabına əldə etdikləri digər növ məişət əşyaların istifadə edildikdən sonra sıradan çıxması ilə əlaqədar həmin əşyaların dəyərinin ödənilməsini nəzərdə tutmamışdır. Cavabdeh tərəfindən iddiaçının həmin qanunla müəyyən edilmiş hüquqları o zaman pozula bilərdi ki, iddiaçı həmin qanunda nəzərdə tutulmuş güzəştlərlə bağlı müraciət edərdi, cavabdeh isə qanunla onun üzərinə qoyulmuş səlahiyyətləri icra etməkdən boyun qaçırardı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının publik hüquq sahəsində müəyyən edilmiş hər hansı bir hüququnun pozulması iddiaçı tərəfindən əsaslandırılmadığından, bununla da, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar