Məhkəmə qərarları › İş №2-1(112)-2267/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2267/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2267/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Miminat Tacıb qızı Hacıbəyоvanın sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2,iddiaçıların vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı şəhid statusunun verilməsi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən еtdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı Cəbrayıl rayonu hərbi komissarlığı tərəfindən 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, Tərtər rayonu ərazisində, döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmətdə olarkən N sentyabr 1996-ci il tarixdə həmin hərbi hissəyə aid döyüş postunda mina partlayışı nəticəsində həlak olmuş, 1977-ci il təvəllüdlü X1 şəhid statusunun verilməsindən imtinanın qanunsuz hesab olunması və həmin statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçıların ərizəsi təmin olunduğu halda iddiaçıların iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçılar məhkəmə icraatından yayınmış olurlar. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı Cəbrayıl rayonu hərbi komissarlığı tərəfindən 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, Tərtər rayonu ərazisində, döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmətdə olarkən N sentyabr 1996-ci il tarixdə həmin hərbi hissəyə aid döyüş postunda mina partlayışı nəticəsində həlak olmuş, 1977-ci il təvəllüdlü X1 şəhid statusunun verilməsindən imtinanın qanunsuz hesab olunması və həmin statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi iddiaçıların vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 55-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı Cəbrayıl rayonu hərbi komissarlığı tərəfindən 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, Tərtər rayonu ərazisində, döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmətdə olarkən N sentyabr 1996-ci il tarixdə həmin hərbi hissəyə aid döyüş postunda mina partlayışı nəticəsində həlak olmuş, 1977-ci il təvəllüdlü X1 şəhid statusunun verilməsindən imtinanın qanunsuz hesab olunması və həmin statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi iddiaçıların vəsatəti əsasında geri qaytarılsın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə)şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar