Məhkəmə qərarları › İş №2-1(112)-2268/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2268/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2268/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız sayılması, ona 64 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1972-xx.xx.1974-cü illərdə Bakı zavodunun təmir-instrumental sexində işlədiyi (1 il 9 ay 18 gün), xx.xx.1974-xx.xx.1976-cı illərdə Sovet ordu sıralarında hərbi xidmət etdiyi (2 il 20 gün), xx.xx.1976-xx.xx.1976-cı illərdə Bakı karamel fabrikində təmir-mexaniki sexində işlədiyi (3 ay 1 gün), xx.xx.1976-xx.xx.1977-ci illərdə SSRİ 50 İlliyə adına AXDPİdə işlədiyi (7 ay 19 gün), xx.xx.1977-xx.xx.1977-ci ilərdə Azərbaycan SSR Tikinti nazirliyinin mənzil-kommunal idarəsində işlədiyi illərdə, digər əmək fəaliyyəti ilə üst-üstə düşməyən xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək (1 ay 26 gün), xx.xx.1977-xx.xx.1980-ci illərdə texniki vasitələr kabinetində işlədiyi (2 il 5 ay 7 gün), xx.xx.1980-xx.xx.1980-ci illərdə Bakı direksiyasında işlədiyi illərdə, digər əmək fəaliyyəti ilə üst-üstə düşməyən xx.xx.1980ildən xx.xx.1980-ci ilədək (1 ay 10 gün), xx.xx.1980-xx.xx.1987-ci illərdə texniki araşdırmalar şöbəsində işlədiyi (7 il 2 gün), xx.xx.1987-xx.xx.1988-ci il Bakı kompleks şöbəsində işlədiyi (1 il 1 ay 19 gün), xx.xx.1988-xx.xx.1988-ci illərdə Neft Sənayesi Nazirliyi kompleks layihə şöbəsində işlədiyi (14 gün), xx.xx.1988-xx.xx.1989-cu illərdə “Neyron” kooperativ kompüter mərkəzində işlədiyi (1 il 4 ay 13 gün), xx.xx.1989xx.xx.1990-cı illərdə Mədəni sağlamlıq kompleksi Ocaqda işlədiyi (2 ay), xx.xx.1990xx.xx.1990-cı illərdə “Uğur” gənclər-koopeıativ mərkəzində işlədiyi (5 ay 23 gün), xx.xx.1990-xx.xx.1992-ci illərdə “Tərəqqi” Mühəndis-kompüter mərkəzində işlədiyi (1 il 11 ay 19 gün), xx.xx.1992-ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası "xxxx" Çoxfunksiyalı şirkətində işlədiyi (2 il 2 ay 14 gün), xx.xx.1994-xx.xx.2003-cü illərdə Merkuri interneyşnl şirkətində işlədiyi (8 il 2 ay 22 gün), xx.xx.1999-cu ildən xx.xx.2021-ci ilədək 70 yaşına çatmış ahıl şəxsə (xx.xx.1929-cu il təvəllüdlü anası X2) qulluq etdiyi müddətin digər əmək fəaliyyəti ilə üst-üstə düşməyən xx.xx.2003-cü ildən xx.xx.2021 ilədək olan (18 il 6 ay 7 gün) dövrlərin, ümumilikdə 48 il 6 ay 24 gün iş stajının sosial sığorta stajına daxil edilməsi, ona 64 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 izahatında bildirdi ki, iddiaçı pensiya hüququnun yarandığı gün, yəni 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin qanunvericiliyə uyğun hesablanmaqla iddiaçıya ödənilməsinə dair xx.xx.2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini xx.xx.2021-ci il tarixində qəbul etsə də, bu günə kimi iddiaçıya pensiya təyinatı aparmamışdır. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. 1 iyul 2018-ci ildən 30 iyun 2019-cu il tarixinədək kişilərin 64 yaşında yaşa görə əmək pensiyası hüququ yaranırdı. İddiaçının 64 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur. xx.xx.1972-ci ildən hərbi xidmət və əyani təhsil də daxil olmaqla iddiaçı xx.xx.2003-cü ilədək müxtəlif peşələrdə işləmişdir. Bundan əlavə iddiaçının 70 yaşına çatmış xx.xx.1929-cu il təvəllüdlü anası X2 etdiyi qulluq dövrü də iddiaçının sosial sığorta stajına daxil edilməldir. İddiaçının 25 ildən çox stajı olduğuna görə iddiaçının 64 yaşında, yəni xx.xx.2019-cu il tarixində yaşa görə əmək pensiyası hüququ yaranır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçı cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçının işlədiyi "xxxx" çoxfunksiyalı şirkətin və "xxxx" interneyşnl şirkətin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisələrdə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək iddiaçıya əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" çoxfunksiyalı şirkətində, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" interneyşnl şirkətində işlədiyini iddia edir. İddiaçının "xxxx" çoxfunksiyalı şirkətində və "xxxx" interneyşnl şirkətində çalışdığı dövrlərlə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğu ünvanlanmışdır. Milli Arxiv İdarəsinin məktubunda adı qeyd olunan müəssisələrin arxiv sənədlərinin təhvil verilmədiyi qeyd olunmuşdur. Eyni zamanda iddiaçının anası X1q etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən anasına qulluq etdiyi dövrlərlə bağlı Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021ci il tarixli akt təqdim edilmişdir. Lakin təqdim edilmiş akt “ahıl şəxsə qulluq edilməsi müddətinin” sığortaolunanın sığorta stajına daxil edilməsinin əsasını təşkil edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qanunvericilik normasından da göründüyü kimi Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş akt ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməsi əsasını təsdiq edən aktlar sırasına daxil deyildir. Belə olan halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan X6 X8 Təhsil Müəssisəsi tərəfindən verilmiş MB seriyalı 221468 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən 1978-ci il tarixdə X6 X8 Təhsil Müəssisəsinə qəbul olunmuş və 1984-cü il tarixdə adı keçən institutun ingilis dili ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət Attestasiya Komissiyasının xx.xx.1984-cü il tarixli qərarına əsasən İddiaçı orta məktəbdə ingilis dili müəllimi ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 3 saylı “ASAN xidmət" mərkəzindən daxil ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz xx.xx.1988-ci il tarixində tərtib edilmiş İT-İ seriyalı ******* saylı əmək kitabçanıza və hərbi biletinizin surətinə əsasən sığorta stajınız 18 il 1 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış kapitalınız 18 il 1 ay sığorta stajına uyğun olaraq 13.065,57 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filialın monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən əmək kitabçanızda qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək "xxxx" çoxsahəli firmasında və xx.xx.1994-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək "xxxx" Azərbaycan-X11 müəssisəsində olan əmək fəaliyyətinizin araşdırılması zamanı qeyd olunan müəssisələrin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmadığı müəyyən edilmişdir. Bu səbəblə həmin dövrlərin araşdırılması mümkün olmamış və bu dövrlər sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, həmin müddətlərdən biri hesablanır. Sözügedən maddənin tələblərinə əsasən 1978-1984cü illəri əhatə edən təhsil dövrünüz əmək fəaliyyəti dövrünüzlə üst-üstə düşdüyündən təhsil dövrünüzün sığorta stajına daxil ediİməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunanları nəzərə alaraq Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39.1-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına atmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Qeyd olunan maddənin tələblərlərinə uyğun olaraq ananız X3 üzərində patronaj təyin edilməyiniz barədə müvafiq icra hakimiyyəti orqanının qərarını təqdim etdikdən sonra yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. Əlavə olaraq bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası lanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 4/22 saylı məktubdan görünür ki, sorğuda qeyd olunan "xxxx" çoxsahəli firmasının və "xxxx" Azərbaycan-X13 müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: dövlət reyestrində məktubunuza əlavə edilmiş əmək kitabçasının surətində göstərilmiş Azərbaycan Almanya "xxxx" Birgə Müəssisəsinin (VÖEN:**********) xx.xx.1994-cü il tarixdə 668 nömrə ilə, "xxxx" Çoxsahəli Firmasının xx.xx.1992-ci il tarixdə 28215 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. "xxxx" Çoxsahəli Firması 2004-cü ildən hazırkı dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: dövlət reyestrində "xxxx" şirkətinin xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hazırkı dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Reyestrdə "xxxx" şirkəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: "xxxx" Çoxsahəli Firması və "xxxx" Azərbaycan-X12 Müəssisəsi barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində "xxxx" Çoxsahəli Firmasının xx.xx.1996-cı il tarixdə 28215 nömrə ilə və Azərbaycan Almaniya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994cü il tarixdə 668 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxslər 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdirlər. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının (xx.xx.1973-cü il) notarial qaydada təsdiq olunmuş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı Bakı zavoduna qəbul olunana qədər əmək stajı olmamış, xx.xx.1972-ci ildə Bakı zavodunun təmir instrumental sexinə 1-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1972-ci ildə 1-ci dərəcəli dülgər ixtisası verilmiş, xx.xx.1974-cü ildə vəzifədən azad edilmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildə Bakı karamel fabrikinə təmir-mexaniki sexə ikinci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmiş, xx.xx.1976-cı ildə SSRİ 50 illiyə adına AXDPİ-yə qəbul edilmiş, xx.xx.1977-ci ildə xaric edilmiş, xx.xx.1977-ci ildə Şaumyan rayonu 109 saylı məktəbə texniki vasitələr kabinetinə laborant təyin edilmiş, xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə texniki araşdırmalar şöbəsinə 2 dərəcəli mono-fəhlə qəbul edilmiş, xx.xx.1984-cü ildə texnik vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1987-ci ildə Bakı kompleks şöbəsinə köçürülmə yolu ilə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə Neft Sənayesi Nazirliyinin sərəncamına əsasən Az.NİPİ neft institutuna köçürülməsi ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Neft Sənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli, 592 saylı məktubuna əsasən kompleks layihə şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1988-ci ildə “Neyron” kooperativ kompüter mərkəzinə sədr müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu ildə “Neyron” kooperativ kompüter mərkəzinə sədr seçilmiş, xx.xx.1989-cu ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1989-cu ildə Mədəni sağlamlıq kompleksi Ocaq istismar üzrə texnik vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990-cı ildə “Uğur” gənclər-kooperativ mərkəzinə müfəttiş təyin edilmiş, xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990-cı ildə “Tərəqqi” Mühəndis-kompüter mərkəzinə EHM baş operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə EHM AVK mərkəzinə rəis v.i.e keçirilmiş, xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası "xxxx" Çoxfunksiyalı şirkətin prezidentinin müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1994-cü ildə “Merkuri interneyşnl” şirkətinə müxanik vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı sexə qəbul olunana qədər əmək stajı olmamış, xx.xx.1977-ci ildə Azərbaycan SSR Tikinti Nazirliyinin Mənzil-kommunal idarəsinə 4 saylı Mİİ-yə usta qəbul edilmiş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1979-cu ildə baş tikinti idarəsinin 17 saylı Tİ 2-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə Bakı direksiyasına oyun avtomatlarında pul qəpik xırdalamaq üçün xəzinədar qəbul edilmiş, xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı əmək kitabçasına (xx.xx.1973-cü il) əsasən xx.xx.1972-ci ildə Bakı zavodunun təmir instrumental sexinə 1-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1972-ci ildə 1-ci dərəcəli dülgər ixtisası verilmiş, xx.xx.1974-cü ildə vəzifədən azad edilmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildə Bakı karamel fabrikinə təmir-mexaniki sexə ikinci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmiş, xx.xx.1976-cı ildə SSRİ 50 illiyə adına AXDPİ-yə qəbul edilmiş, xx.xx.1977-ci ildə xaric edilmiş, xx.xx.1977-ci ildə Şaumyan rayonu 109 saylı məktəbə texniki vasitələr kabinetinə laborant təyin edilmiş, xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə texniki araşdırmalar şöbəsinə 2 dərəcəli mono-fəhlə qəbul edilmiş, xx.xx.1984-cü ildə texnik vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1987-ci ildə Bakı kompleks şöbəsinə köçürülmə yolu ilə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə Neft Sənayesi Nazirliyinin sərəncamına əsasən Az.NİPİ neft institutuna köçürülməsi ilə əlaqədar işdən azad edilmişdir. İddiaçı ona məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1988-ci ildə Neft Sənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli, 592 saylı məktubuna əsasən kompleks layihə şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1988-ci ildə “Neyron” kooperativ kompüter mərkəzinə sədr müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu ildə “Neyron” kooperativ kompüter mərkəzinə sədr seçilmiş, xx.xx.1989-cu ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1989-cu ildə Mədəni sağlamlıq kompleksi Ocaq istismar üzrə texnik vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990-cı ildə “Uğur” gənclər-kooperativ mərkəzinə müfəttiş təyin edilmiş, xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990-cı ildə “Tərəqqi” Mühəndis-kompüter mərkəzinə EHM baş operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə EHM AVK mərkəzinə rəis v.i.e keçirilmiş, xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası "xxxx" Çoxfunksiyalı şirkətin prezidentinin müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1994-cü ildə “Merkuri interneyşnl” şirkətinə müxanik vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı ona məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən isə xx.xx.1977-ci ildə Azərbaycan SSR Tikinti Nazirliyinin Mənzilkommunal idarəsinə 4 saylı Mİİ-yə usta qəbul edilmiş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1979-cu ildə baş tikinti idarəsinin 17 saylı Tİ 2-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə Bakı direksiyasına oyun avtomatlarında pul qəpik xırdalamaq üçün xəzinədar qəbul edilmiş, xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, iddiaçı hərbi xidmət dövrü də daxil olmaqla ümumilikdə 30 il 29 gün staja malikdir (üst-üstə düşən dövrlər nəzərə alınmaqla xx.xx.1972-xx.xx.1974, xx.xx.1974- xx.xx.1976, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1977xx.xx.1977, xx.xx.1977-xx.xx.1980, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1987, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989xx.xx.1990, xx.xx.1990-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992, xx.xx.1992-xx.xx.1994, xx.xx.1994-xx.xx.2003). İddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu vaxtdan - xx.xx.2019-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh arxiv sənədləri saxlanılmadığı üçün iddiaçının "xxxx" çoxsahəli firmasında və "xxxx" Azərbaycan-X12 müəssisəsində işlədiyi dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün hesab olunmadığını qeyd etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Almanya "xxxx" Birgə Müəssisəsinin (VÖEN:**********) xx.xx.1994-cü il tarixdə 668 nömrə ilə və "xxxx" Çoxsahəli Firmasının xx.xx.1992-ci il tarixdə 28215 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Əmək kitabçasında göstərilən məlumatların və məhkəməyə təqdim edilmiş qeyd olunan məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddətlər də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin xx.xx.1999-cu ildən xx.xx.2021-ci ilədək 70 yaşına çatmış ahıl şəxsə, yəni xx.xx.1929-cu il təvəllüdlü anası X1q etdiyi müddətin digər əmək fəaliyyəti ilə üst-üstə düşməyən xx.xx.2003-cü ildən xx.xx.2021 ilədək olan dövrlərin (18 il 6 ay 7 gün) sosial sığorta stajına daxil edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilmədi. Belə ki, iddiaçı tərəfindən məhkəməyə ahıl şəxs olan anasına qulluq etdiyi dövrlərlə bağlı Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli akt təqdim edilmişdir. Lakin təqdim edilmiş akt iddiaçı tərəfindən ahıl şəxsə qulluq edilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına daxil edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək Bakı zavodunun təmir-instrumental sexində işlədiyi, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmət keçdiyi, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək Bakı karamel fabrikində təmir-mexaniki sexində işlədiyi, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək SSRİ 50 İlliyə adına AXDPİ-də işlədiyi, xx.xx.1977ci ildən xx.xx.1977-ci ilədək Azərbaycan SSR Tikinti nazirliyinin mənzil-kommunal idarəsində işlədiyi, xx.xx.1977-ci ildən xx.xx.1980-ci illərdə texniki vasitələr kabinetində işlədiyi, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Bakı direksiyasında işlədiyi, xx.xx.1980-ci ildən xx.xx.1987-ci ilədək texniki araşdırmalar şöbəsində işlədiyi, xx.xx.1987-ci ildən xx.xx.1988-ci il Bakı kompleks şöbəsində işlədiyi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək Neft Sənayesi Nazirliyi kompleks layihə şöbəsində işlədiyi, xx.xx.1988-ci ildən xx.xx.1989cu ilədək “Neyron” kooperativ kompüter mərkəzində işlədiyi, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Mədəni sağlamlıq kompleksi Ocaqda işlədiyi, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək “Uğur” gənclər-koopeıativ mərkəzində işlədiyi, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək “Tərəqqi” Mühəndis-kompüter mərkəzində işlədiyi, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək "xxxx" Çoxfunksiyalı şirkətində işlədiyi, xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək Merkuri interneyşnl şirkətində işlədiyi dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməklə, iddiaçıya 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya qeyd olunan dövrdən pensiya hesablanarkən müvafiq dövr üçün aldığı müavinət məbləği nəzərə alınmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək Bakı zavodunun təmir-instrumental sexində işlədiyi, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmət keçdiyi, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək Bakı karamel fabrikində təmir-mexaniki sexində işlədiyi, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək SSRİ 50 İlliyə adına AXDPİ-də işlədiyi, xx.xx.1977ci ildən xx.xx.1977-ci ilədək Azərbaycan SSR Tikinti nazirliyinin mənzil-kommunal idarəsində işlədiyi, xx.xx.1977-ci ildən xx.xx.1980-ci illərdə texniki vasitələr kabinetində işlədiyi, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Bakı direksiyasında işlədiyi, xx.xx.1980-ci ildən xx.xx.1987-ci ilədək texniki araşdırmalar şöbəsində işlədiyi, xx.xx.1987-ci ildən xx.xx.1988-ci il Bakı kompleks şöbəsində işlədiyi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək Neft Sənayesi Nazirliyi kompleks layihə şöbəsində işlədiyi, xx.xx.1988-ci ildən xx.xx.1989cu ilədək “Neyron” kooperativ kompüter mərkəzində işlədiyi, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Mədəni sağlamlıq kompleksi Ocaqda işlədiyi, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək “Uğur” gənclər-koopeıativ mərkəzində işlədiyi, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək “Tərəqqi” Mühəndis-kompüter mərkəzində işlədiyi, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək "xxxx" Çoxfunksiyalı şirkətində işlədiyi, xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək Merkuri interneyşnl şirkətində işlədiyi dövrlər İddiaçı sosial sığorta stajına daxil edilməklə, İddiaçı 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar