Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-227/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binalarının texniki pasportlarının reyestrdən çıxarışla əvəz edilməsi və həmin obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 və 8-ci mikrorayon 34 saylı binanın yanında yerləşən qeyriyaşayış binaları (qarajlar) və onların altındakı torpaq sahələri üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 və 8-ci mikrorayon, 34 saylı binanın yaxınlığında yerləşən qeyriyaşayış binaları üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən “Avtomobolist” qaraj tikinti kooperativinin üzvlərinə məxsus olmuş 0.00304 və 0.00329 ha torpaq sahələrində yerləşən daş və betondan inşa edilmiş qeyri-yaşayış binalarını (qarajları) Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən almışdır. Sonradan alqı-satqı müqavilələrinə əsasən həmin qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququ İdarə tərəfindən qeydiyyata alınaraq texniki pasportlar verilmişdir. Qeyriyaşayış binalarının texniki pasportlarında onların yerləşdiyi torpaq sahələrinin ölçüləri 0.00304 və 0.00329 ha. göstərilmişdir. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binalarının texniki pasportlarının reystrdən çıxarışla əvəz edilməsi və həmin obyektlərin yerləşdiyi torpaq sahələri üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 13-cü maddələrinə əsasən vahid əmlak kimi mülkiyyət mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə əlaqədar İdarəyə ərizə ilə müraciət edərək, bütün sənədləri həmin İdarəyə təqdim etmişdir. Lakin sənədləri qaydasında olmasına baxmayaraq İdarə müxtəlif bəhanələr gətirərək, qeyri-yaşayış binalarının texniki pasportlarının reyestrdən çıxarışla əvəz edilməsindən və həmin obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Halbuki, “Avtomobolist” qaraj tikinti kooperativi keçmiş Kirov rayon Xalq Deputatları İcraiyyə Şurasının 25 oktyabr 1991-ci il tarixli, 19/493 saylı qərarı ilə təşkil olunmuşdur. Sonradan isə Binəqədi rayon İcra Hakimiyyətinin qərarlarına əsasən həmin qeyri-yaşayış binalarına orderlər verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirdi ki, ünvan 2 və 8-ci mikrorayon, 34 saylı binanın yaxınlığında yerləşən qarajlar qeyriyaşayış binası kimi qeydə alınaraq onlara dair İdarə tərəfindən texniki pasportlar tərtib edilərək iddiaçının adına rəsmiləşdirilmişdir. Qarajların daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınması və onlara dair çıxarışın verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvəvlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı tələbini müdafiə edərək təmin edilməsini, ünvan 2 və 8-ci mikrorayon, 34 saylı binanın yaxınlığında yerləşən qeyriyaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cü ildə Bakı şəhərində doğulmuşdur. - Kirov rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 19/493 saylı “ünvan 3 ünvanın həyətində avtomobillərin şəxsi istifadəsi ilə əlaqədar “Avtomobilist” Qaraj-Tikinti Kooperativinin təşkili və qeydiyyata alınması” barədə qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “Avtomobilist” Qaraj-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağında təklif olunmuş ünvan 3 ünvanın həyətində razılaşdırılmış layihəyə əsasən Nizamnamənin qeydiyyata alınması, qaraj tikintisi üzrə kooperativə daxil olmaq və ya avtomobillərin şəxsi istifadəsi üçün arzu edən şəxslərin (əlavə edilir) siyahısı təsdiq edilmiş, qarajların yerləşmə sxeminin Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılması qərara alınmışdır. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 00247 №-li, 26.06.1992-ci il tarixli orderin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 ünvan 4 ünvanda 30 №-li “Avtomobilist” Qaraj-Tikinti Kooperativinə məxsus qaraj sahəsi ayrılmışdır. - Binəqədi rayon 1 №-li MKİS ilə ünvan 5 ünvanın həyətində olan avtomobil qarajının sahibi Zərbəliyev Elşad ilə bağlanmış 02.07.1992-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər arasında Binəqədi rayon İK-nin 19/493 nömrəli, 25.10.1991-ci il tarixli qərarına əsasən Zərbalıyevin “Avtomobilist” Kooperativinin qarajının daşdan inşasına dair müqavlə bağlaınmış, bununla bağlı sxem tərtib edilmişdir. - İdarənin 25.12.2019-cu il tarixli, **********95 №-li məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, İdarə tərəfindən ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binası – qaraja dair X2 adına 30.01.2016-cı il tarixli texniki pasport tərtib edilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xsusi notariusu tərəfindən qeydə alınmış AN-İ ******* №-li, 07.02.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X5 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümümi sahəsi 24.3 kv.m olan qeyri-yaşayış binasını (qarajı) alıcı İddiaçı 10.000 manata satmışdır. İdarə tərəfindən ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binası – qaraja dair İddiaçı adına 11.04.2019-cu il tarixli texniki pasport tərtib edilmişdir. - İdarə tərəfindən ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binası – qaraj barəsində tərtib edilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 23,2 kvm. olan həmin qaraj İddiaçı adına qeyd alınaraq 11.04.2019-cu il tarixdə texniki pasportu tərtib edillmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 14.01.2020-ci il tarixli, 09 №-li məktubdan görünür ki, ünvan 10 ünvanında yerləşən qarajlarla bağlı icraat materialları Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində qeydə alınmamışdır. - İdarə tərəfində məhkəməyə ünvanlanmış 21.08.2020-cü il tarixli, **********96 №-li məktubdan görünür ki, sözügedən ünvana mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. İddiaçı məxsus qeyri-yaşayış binasının (qarajın) yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında “Avtomobilist” kooperativinə ayrılmış ərazidə yerləşir, dövlət əmlakıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 29.10.2020-cü il tarixli, **********04 №-li məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə, verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır. Naturada müəyyən edilmiş koordinatlara əsasən hazırlanmış sxemlərdən göründüyü kimi iddia edilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə tərtib edilmiş texniki pasportun koordinatları üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatlarına əsasən İddiaçı məxsus qeyri-yaşayış binasının (qarajın) yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında “Avtomobilist” kooperativinə ayrılmış ərazidə yerləşir, dövlət əmlakıdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********92 №-li, 12.04.2019-cu il tarixli məktubdan görünür ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən qarajların yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında “Avtomobilist” kooperativinə ayrılmışdır. Bu səbəbdən “Avtomobilist" kooperativinin torpaq sahəsini dövlət əmlakı kimi özəlləşdərilməsi ilə bağlı aidiyyəti quruma müraciət etməsi məqsədəmüvafiqdir. Həmçinin torpaq sahəsi “Avtomobilist” kooperativinin adına dövlət reyestrində qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Kirov rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 19/493 saylı qərarı ilə ünvan 3 ünvanın həyətində avtomobillərin şəxsi istifadəsi ilə əlaqədar “Avtomobilist” Qaraj-Tikinti Kooperativi qeydə alınmışdır. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 00247 №-li, 26.06.1992-ci il tarixli orderə əsasən X3 ünvan 4 ünvanda 30 №-li “Avtomobilist” Qaraj-Tikinti Kooperativinə məxsus qaraj sahəsi ayrılmışdır. İdarə tərəfindən həmin qaraj X2 adına qeydə alınaraq texniki pasport tərtib edilmişdir. X5 həmin texniki pasport əsasında qarajı İddiaçı satmışdır. İdarə tərəfindən İddiaçı adına ünvan 6 ünvanda yerləşən sahəsi 24,3 kvm. olan qeyri-yaşayış binası – qaraja dair 11.04.2019-cu il tarixli, ünvan 9 ünvanında yerləşən sahəsi 23,2 kvm. olan qeyri-yaşayış binası – qaraja dair 11.04.2019-cu il tarixdə texniki pasportlar tərtib edillmişdir. Hazırda İddiaçı həmin qeyriyaşayış binaları – qarajlar üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən cıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 85 A saylı ünvanda yerləşən sahəsi 24,3 kvm. olan qaraj və ünvan 9 ünvanında yerləşən sahəsi 23,2 kvm. olan qaraj qeyri-yaşayış sahəsi hesab edilmədiyindən həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İş materiallarından həmçinin görünür ki, iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri 67,20 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olmadığından iş üzrə mütəxəssisə ödənilməli olan məbləğ iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməli, iş üzrə 67,20 manat təşkil edən prosessual xərc iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Aparılmış mütəxəssis tədqiqatının dəyəri 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına (Benefisarın Bankı: Kapital Bank ASC Xətai filialı, filialın kpdu: 200071, VÖEN: **********; SWİFT kod: AİİBAZ2X; Mühbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: KADASTR VƏ YEQUR LAYİHA TADQ MAR; benefisiarın hesabı AZ23AİİB********************, VÖEN: **********) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-227/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-227/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver