Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2270/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X1 Üçüncü şəxs X4 nümayəndəsi (oğlu) X9 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X14) qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı X10 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun mərhum atası X11 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1931-ci ildə anadan olmuş və xx.xx.2020-ci il tarixində dünyasını dəyişmiş mərhum atası X11 aid Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu mövcuddur. Belə ki, atası dünyasını dəyişənədək Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı evdə yaşamış və həmin ev atasının istifadəsində olmuşdur. Atasının vəfatından sonra, Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədə əsasən, miras qoyanın vərəsəsi kimi tanınmışdır. O da qeyd edilmişdir ki, mərhum atası X2 qalan əmlaka dair müvafiq arayışın verilməsi üçün cavabdeh orqana müraciət etsə də, xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-Q- 0411-8/2024 **********07 saylı məktubla müraciətinin müsbət həll edilməsində imtina olunmuşdur. Belə ki, şərait yaradılmaması səbəbindən bu günədək Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə texniki baxış keçirilməsi və invertarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Beləliklə, qeyd olunanlara əsasən Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə texniki baxış keçirilməsi və invertarlaşdırma işlərinin aparılması mümkün olmaması qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, pozulmuş hüququm məhkəmə qaydasında bərpa edilməlidir.
3. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilən sənədlər surətdir. Bundan başqa, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümiədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçı X1 Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun mərhum atası X11 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri pulik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********07 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən sənədlər surətdir. Bundan başqa, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən X14 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Üçüncü şəxs tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı X10 öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1931-ci ildə anadan olmuş və xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmiş tam X11 aid Bakı şəhər, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evnə dair şəxsi mülkiyyət hüququ evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu mövcuddur. Belə ki, atası dünyasını dəyişənədək Bakı şəhəri, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı evdə yaşamış və həmin ev atasının istifadəsində olmuşdur. Atasının vəfatından sonra, Bakı şəhəri 40 saylı Notarial Ofisi tərəfindən təqdim edilmiş sənədə əsasən, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Onu da qeyd edilmişdir ki, mərhum atası X2 qalan əmlaka dair müvafiq arayışın verilməsi üçün cavabdeh orqana müraciət etsə də, xx.xx.2024-ci il tarixi 3-21-3-30/2-Q- 0411-8/2024 **********7 saylı məktubla müraciətinin müsbət həll edilməsində imtina olunmuşdur. Belə ki, şərait yaradılmaması səbəbindən bu günədək Bakı şəhəri, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə texniki baxış keçirilməsi və inventarizasiya işlərinin aparılması mümkün olmamışdır. İddiaçı X1 Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yşayış evinin üzərində mülkiyyət hüququnun məhrum atası X11 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. 3-cü şəxs olaraq, hesab edir ki, iddiaçı X10 oğlunun irəli sürdüyü tələb tam əsasız olduğundan təmin edilə bilməz. Çünki İddiaçı X10 vaxtı ilə, cavabdeh X12 qarşı "cavabdeh və onun ailə üzvlərinin üzərinə Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə və ona inventarlaşma işinin aparılması üçün Bakı şəhəri, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə maneəsiz daxil olmağına şərait yaradılması öhdəliyinin qoyulması barədə tələbi rədd edilmişdir, (iş №2(011)-901/2022 saylı, xx.xx.2022-ci il tarixli, işə baxan hakim Xətai rayon məhkəməsinin hakimi Şəhriyar Əliyev). Qarşı tərəf, yəni iddiaçı X10 Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, xx.xx.2022-ci il tarixdə baxılmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-901/2022 saylı qətnaməsi dəyişilmədən saxlanılmışdır, (iş №2(103)-3765/2022 saylı, xx.xx.2022-ci il tarixli, işə baxan hakim Rəşad Həsənov). Bundan sonra, iddiaçı X10 “mərhum atası X2 qalmış Bakı şəhəri, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsinə və payların müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia tələbi irəli sürmüşdür. Müstəqil tələb irəli sürən X3 X12 qarşı ’’mərhum atası X2 qalmış- Bakı şəhəri, Xətai rayon, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların vərəsələr arasında bərabər şəkildə müəyyən edilməsinə və paylara müvafiq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia tələbi sürmüşdür. Qarşılıqlı iddia tələbi irəli sürərək X10 və X5 qarşı” ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər X10 və X3 ləyaqətsiz vərəsə kimi tanınması və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” tələb irəli sürmüşdür. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən baxılmış, hər üçünün iddia tələbləri rədd edilmişdir, (iş №2(011)-396/2023 saylı, xx.xx.2023-cü il tarixli, işə baxan hakim Xətai rayon məhkəməsinin hakimi Şəhriyar Əliyev). Qarşı tərəf X10, müstəqil tələb irəli sürən X13 və Bakı Şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalaraq, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. xx.xx.2023-cü il tarixdə Bakı apellyasiya Məhkəməsində baxılmış,iddiaçı X1 apellyasiya şikayəti qismən əmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-396/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X1 X12 qarşı (40 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "miras payların müəyyən edilməsi və paylara müvafiq olaraq vərəsik haqqında şəhadətnamənin verilməsi" barədə ilkin iddia tələbi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 X12 qarşı "miras payların müəyyən edilməsi və paylara müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi" barədə tələbi, X4 X10 və X5 qarşı "ləyaqətsiz vərəsə kimi tanınma və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi " qarşlıqlı iddia tələbi rədd edilmişdir. Mülki iş üzrə iddiaçı X10 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalaraq, Ali Məhkəməyə kassasıya şikayəti vermişdir. xx.xx.2024cü il tarixdə, Azərbaycan Respublikası Ali Məhkəməsində işə baxılmış, X10 tərəfindən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5617/2023 nömrəli iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələrində açıq aydın görünür ki, iddiaçı tərəfin mübahisələndirdiyi ünvan heç bir aidiyyəti yoxdur. Ona görə də, məhkəmələr iddiaçının iddia tələblərini bir mənalı təmin etməmişlər. Sözügüdən mübahisələndirilən ünvan evə aid ünvan deyil. Göründüyü kimi, işə baxan məhkəmə bunların hamısını, yəni qanuni minmiş məhkəmə aktlarını nəzərə alardaq, eyni predmet üzrə eyni evə dair eyni iddia tələbləri irəli sürülmüşdür. Belə halda iddiaçı X1 irəli sürsüyü iddia tələbi təmin edilə bilməz. Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun məhrum atası X11 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qəbul edilməsi xahiş edilmişdir.
7. AZ – İİ 109078 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X15 xx.xx.2020-ci il tarixində ölmüşdür.
8. Bakı şəhəri 40 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1931-ci il tarixdə anadan olmuş, ölən günədək yəni xx.xx.2020-ci il tarixədək ünvan 1 ünvanında yaşamış mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı oğlu X10 tərəfindən Bakı şəhəri, 40 saylı notariat ofisinə müraciət daxil olmuş, tərəfindən vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Bütün daşınmaz əmlakına dair X6 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra vərəsələrin dairəsi müəyyən ediləcək və onun vərəsələrinin adına vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-901/2022 nömrəli qətnamədə qeyd edilmişdir ki: “Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, hazırki vəziyyətdə, yəni mübahisəli mənzildə cavabdeh və onun ailə üzvlərinin yaşaması, iddiaçının isə həmin mənzil üzrə miras əmlaka hüquqlarını təsdiq edən əsasların (miras əmlaka dair vərəsəlik şəhadətnaməsi) olmaması, həmçinin də miras qoyanın adına mənzilin mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmaması halında, mənzildə yaşayanların iradəsi əleyhinə oraya daxil olmaq, mənzildə yaşayanların konstitusiya ilə müəyyən olunan mənzil toxunulmazlığı hüququ ilə ziddiyyət təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və ona görə də təmin edilə bilməz.”
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 3765/2022 nömrəli qətnamədə bildirilmişdir ki: “... Lakin iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evi özbaşına tikili olmaqla bu məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. ... ... Qeyd edilən qanunvericilik normalarının əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, iddiaçının mərhum atasına məxsus olduğu iddia etdiyi fərdi yaşayış evi özbaşına tikili olduğundan mərhum Babasan Qəhrəmanovun həmin evə əmlak hüquqları mövcud olmamışdır. ... ... Belə olduğu halda isə mübahisəli fərdi yaşayış evi mərhum X2 qalmış miras əmlak kütləsinə aid əmlak kimi qymətləndirilə bilməz. ...”
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-396/2023 nömrəli qətnamədə qeyd edilmişdir ki: “... Bununla belə, mirasqoyan B. S. Qəhrəmanovun mübahisəli əmlaka dair mülkiyyət və ya digər əmlak hüquqlarının mövcudluğunu təsdiq edən, habelə Ə. Qəhrəmanov və Q. Qəhrəmanovanın ləyaqətsiz vərəsə kimi tanınmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. ...”
12. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış sənəd surətinin təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə dair 1972-ci il tarixli texniki pasportun təsdiq edilmiş surətini təqdim edilmişdir: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X8 Bürosu tərəfindən 1972-cı il tarixdə Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə dair X6 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir.
13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən qeyd edilmişdir ki: ********** nömrəli iş ilə əlaqədar təqdim edilən texniki pasporta əsasən ərizəçinin göstərdiyi hissə müayinə olundu. Sözügedən texniki pasporta əsasən ərizəçinin göstərdiyi hissə müayinə olundu. Sözügedən texniki pasportda göstərilən fərdi yaşayış evi, həyət tikililəri və torpaq sahəsinin konfiqurasiya bir-birinə uyğun gəlmir.
14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, texniki pasportda göstərilən fərdi yaşayış evi, həyət tikililəri və torpaq sahəsinin konfiqurasiya bir-birinə uyğun gəlmir.
15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. X22 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
23. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
24. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X7 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
28. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
31. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
32. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı X10 Bakı şəhəri, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə dair mərhum atası X11 məxsus olması haqqında arayışın verilməsini tələb etmişdir.
33. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X8 Bürosu tərəfindən 1972-cı il tarixdə Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə dair X6 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir.
34. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-901/2022 nömrəli qətnamədə qeyd edilmişdir ki: “Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, hazırı vəziyyətdə, yəni mübahisəli mənzildə cavabdeh və onun ailə üzvlərinin yaşaması, iddiaçının isə həmin mənzil üzrə miras əmlaka hüquqlarını təsdiq edən əsasların (miras əmlaka dair vərəsəlik şəhadətnaməsi) olmaması, həmçinin də miras qoyanın adına mənzilin mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmaması halında, mənzildə yaşayanların iradəsi əleyhinə oraya daxil olmaq, mənzildə yaşayanların konstitusiya ilə müəyyən olunan mənzil toxunulmazlığı hüququ ilə ziddiyyət təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və ona görə də təmin edilə bilməz.”
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 3765/2022 nömrəli qətnamədə bildirilmişdir ki: “... Lakin iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evi özbaşına tikili olmaqla bu məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. ... ... Qeyd edilən qanunvericilik normalarının əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, iddiaçının mərhum atasına məxsus olduğu iddia etdiyi fərdi yaşayış evi özbaşına tikili olduğundan mərhum Babasan Qəhrəmanovun həmin evə əmlak hüquqları mövcud olmamışdır. ... ... Belə olduğu halda isə mübahisəli fərdi yaşayış evi mərhum X2 qalmış miras əmlak kütləsinə aid əmlak kimi qiymətləndirilə bilməz. ...”
36. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-396/2023 nömrəli qətnamədə qeyd edilmişdir ki: “... Bununla belə, mirasqoyan B. S. Qəhrəmanovun mübahisəli əmlaka dair mülkiyyət və ya digər əmlak hüquqlarının mövcudluğunu təsdiq edən, habelə Ə. Qəhrəmanov və Q. Qəhrəmanovanın ləyaqətsiz vərəsə kimi tanınmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. ...”
37. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən qeyd edilmişdir ki: ********** nömrəli iş ilə əlaqədar təqdim edilən texniki pasporta əsasən ərizəçinin göstərdiyi hissə müayinə olundu. Sözügedən texniki pasporta əsasən ərizəçinin göstərdiyi hissə müayinə olundu. Sözügedən texniki pasportda göstərilən fərdi yaşayış evi, həyət tikililəri və torpaq sahəsinin konfiqurasiya bir-birinə uyğun gəlmir.
38. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evinə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerində müayinə həyata keçirilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda mövcud olan tikililər və torpaq sahəsinin faktiki vəziyyəti onların texniki pasportda qeyd olunmuş məlumatları ilə uyğunluq təşkil etmir. Yəni texniki pasportda göstərilən tikilinin yerləşməsi, ölçüləri və torpaq sahəsinin konfiqurasiyası ilə yerində aparılmış baxış və ölçmə nəticəsində aşkarlanan real vəziyyət arasında ciddi uyğunsuzluqlar və texniki pasportda göstərilən tikililərin mövcud olmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin və tikililərin təqdim edilən texniki pasporta əsasən uyğun olmadığı qənaətindədir.
39. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3765/2022 nömrəli qətnaməsində Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 70 saylı fərdi yaşayış evi özbaşına tikili olmaqla bu məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa edildiyi, iddiaçının mərhum atasına məxsus olduğu iddia etdiyi fərdi yaşayış evi özbaşına tikili olduğundan mərhum Babasan Qəhrəmanovun həmin evə əmlak hüquqları mövcud olmadığı və belə olduğu halda mübahisəli fərdi yaşayış evi mərhum X2 qalmış miras əmlak kütləsinə aid əmlak kimi qiymətləndirilə bilmədiyi qeyd edilmişdir.
40. Odur ki, bu səbəbdən, iddiaçının mərhum atasına məxsus olduğunu iddia etdiyi mübahisəli tikilinin faktiki olaraq özbaşına inşa edilmiş olunduğundan, mərhum Babasan Qəhrəmanovun həmin evə dair mülkiyyət hüququnun mövcudluğu sübuta yetirilmir və özbaşına tikili statusu müəyyən olunmuş bu əmlakın mərhuma məxsus olması haqqında arayışın verilməsinə dair “qanuni gözləntisi” yoxdur.
41. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyildir və iddia tələbi təmin edilməməlidir.
42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva