Məhkəmə qərarları › İş №2-1(112)-2271/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2271/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2271/2022 26.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon Mərkəzi Xətəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona əlillik pensiyasının verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh qismində AR ƏƏSMN-nin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyini və üçüncü şəxs qismində Bərdə rayon Mərkəzi Xəstəxanası pubik hüquqi şəxs göstərməklə, məhkəmədən ona əlilik dərəcəsinin verilməsi öhdəliyinin cavabdeh AR ƏƏSMN-nin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 1974-cü ildə Bərdə rayonunda doğulmuşdur. 1992-ci ilin noyabr ayından 09 yun 1993-cü ilədək N saylı hərbi hissədə atıcı vəzifəsində əsgər kimi hərbi xidmət keçərək, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 09 iyun 1993-cü ildə döyüşlərdə ağır yaralanaraq, bədənində qalmış qəlpə cərrahi əməliyyatla çıxarılmışdır. Uzun müddət müalicədə olunmuşdur. Ona əlillik pensiyası təyin edilməsi barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. 27 avqust 2020-ci il tarixdə müraciətinə cavab olaraq bildirilmişdir ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0232003AAMGK saylı göndərişi ilə 18.04.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, əsas diaqnoz kimi "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, kor qəlpə yaralanmasından sonrakı belin döş qəfəsinin çapıq toxumaları, V Vİİ Vİİİ qabırğaların ucu səviyyəsində yad cisimlər (metal qəlpələr)” xəstəliyi göstərilmişdir. Köməkçi diaqnostik müayinələr (bazu oynağının rentgenoqrafıyası) ətraflı qeyd edilmədiyi üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması qərarı verilmişdir. Onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0232003AAMV6 saylı göndərişi əsasında 05.08.2019-cu il tarixə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, əsas diagnoz kimi “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol kürəkaltı nahiyyənin odlu silah yaralanmasından sonrakı çapığı, döş qəfəsinin sol yarısında müxtəlif sayda yad cisimlər (metal qəlpələr)" xəstəliyi göstərilmişdir. Diaqnoz dəqiqləşdirilib əsaslandırılmadığı üçün əsaslı olaraq göndərişin natamam doldurulması qərarı verilmişdir. O, 01.07.2020-ci il tarixdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunmuşdur. Obyektiv müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə əlillik dərəcəsi təyin edilməmişdir. Ona görə də, əlillik pensiya təminatı ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 20 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon Mərkəzi Xətəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 18.04.2019-cu il tarixli 0232003AAMGK saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Kor qəlpə yaralanmasından sonrakı belin döş qəfəsinin çapıq toxumaları. V Vİİ Vİİİ qabırğaların ucu səviyyəsində yad cisimlər (metal qəlpələr) Sol bazu kələfinin travmatik pleksiti., Sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası. (uzaqlaşma 30 dərəcə.) Sol yuxarı ətraf funksiyasının əhəmiyyətli dərəcədə pozulması. Xroniki xolesistopankreatit. Nevrasteniya; Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstə hərtərəfli müayinə olunsun buzu oynağının R-qrafiyası ETTOİ-da müayinə və rəyin nəticəsi göndərişdə yazılsın” səbəbi ilə imtina verilmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının 13.07.2019-cu il tarixli 0232003AAMV6 saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol kürəkaltı nahiyyənin odlu silah yaralanmasından sonrakı çapığı, döş qəfəsinin sol yarısında müxtəlif sayda yad cisimlər (metal qəlpələr) Oynaqların kontrakturası, Sol bazu oynağının kontrakturası. (uzaqlaşma 30 dərəcə.) Sol yuxarı ətraf funksiyasının əhəmiyyətli dərəcədə pozulması. Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması, Sol yuxarı ətraf funksiyasının kəskin pozulması. Bazu kələfinin travması, Sol bazu kələfinin travmatik- zədələnməsi travmatik pleksiti. Nevrasteniya. Xolesistitin digər formaları, Xroniki xolesistopankreatit; Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmalar əsaslandırılmayıb, müayinələrlə təsdiqlənmir” səbəbi ilə imtina verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının 13.07.2019-cu il tarixli 0232003AAMV6 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol kürəkaltı nahiyyənin odlu silah yaralanmasından sonrakı çapığı, döş qəfəsinin sol yarısında müxtəlif sayda yad cisimlər (metal qəlpələr); Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon Mərkəzi Xətəxanası publik hüquqi şəxsi müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-ci maddənin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X6 məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuşdur. Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. Bərdə Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı məhkəməyə ərizə verərək 1992-cı ilin noyabr ayından G9 /un 1993-cü ilədək N saylı hərbi hissədə atıcı vəzifəsində əsgər kimi hərbi xidmət keçərək. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsim xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, ərizəçi İddiaçı 1992-ci ilin noyabr ayından 09 iyun 1993-cü ilədək N saylı hərbi hissədə atıcı vəzifəsində əsgər kimi hərbi xidmət keçərkən Qarabağ uğrunda gedən döyüşlərdə istirak etməsi faktının müəyyən edilmiş hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15.01.2019-cu il tarixli 44 saylı qərarının surətindən müəyyən olunur ki, Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 09.06.1993-cü ildə aldığı və 09.06.1993-cü ildən 08.07.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə oiunduğu yaralanma-diaqnoz: “Döş qəfəsinin sol yarısının arxa səthinin və bel nahiyəsinin kor qəlpə yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin 19.11.2018-ci il tarixli 1211 nömrəli göndərişi, 19.11.2010-cu il tarixli 437 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş 08.07.1993-cü il tarixii çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinin a) yarımbəndi. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Bərdə rayon X3 tərəfindən göndərilmiş; - 13.07.2019-cu il tarixli 0232003AAMV6 saylı göndərişində “X1: XX sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri=>Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=>Y36-Hərbi əməliyyatlar=>Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər.... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol kürəkaltı nahiyyənin odlu silah yaradılmasından sonra sonrakı çapığı, döş qəfəsinin sol yarısında müxtəlif sayda yad cisimlər (metal qəlpələr) Oynaqların konturakturası, Sol bazu oynağının kontrakturası (uzaqlaşma 30 dərəcə). Sol yuxarı ətraf funksiyasının əhəmiyyətli dərəcəə pozulması. Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması, Sol yuxarı ətraf funksiyasının kəskin pozulması, Bazu kələfinin travması, Sol bazu kələfinin travmatik-zədələnməsi travmatik pleksiti. Nevrasteniya Xolesistitin digər formaları, Xroniki xlosistopankreatit. Tibbi-Sosial Ekspert Komissiyyasının elektron müraciətlərə dair arayışdan müəyyən edilir ki, müvafiq olaraq iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilərək, imtinanın səbəbi kimi göstərilmişdir ki; - əlillik əlamətinin təyin etməməsi-Səbəb: ağırlaşmalar əsaslandırılmayıb, müayinələrlə təsdiqlənmir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş **********5 №li 27.08.2021-ci il tarixli məktubla bildirilmişdir ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0232003AAMGK saylı göndərişi ilə 18.04.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, əsas diaqnoz kimi “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, kor qəlpə yaralanmasından sonrakı belin döş qəfəsinin çapıq toxumaları, V Vİİ Vİİİ qabırğaların ucu səviyyəsində yad cisimlər (metal qəlpələr)” xəstəliyi göstərilmişdir. Köməkçi diaqnostik müayinələr (bazu oynağının rentgenoqrafiyası) ətraflı qeyd edilmədiyi üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması qərarı verilmişdir. Onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0232003AAMV6 saylı göndərişi əsasında 05.08.2019-cu il tarixə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, əsas diaqnoz kimi “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol kürəkaltı nahiyyənin odlu silah yaralanmasından sonrakı çapığı, döş qəfəsinin sol yarısında müxtəlif sayda yad cisimlər (metal qəlpələr)” xəstəliyi göstərilmişdir. Diaqnoz dəqiqləşdirilib əsaslandırılmadığı üçün əsaslı olaraq göndərişin natamam doldurulması qərarı verilmişdir. O, 01.07.2020-ci il tarixdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunmuşdur. Obyektiv müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə əlillik dərəcəsi təyin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 86/2022 saylı (ekspertizanın başlanma tarixi 04 fevral 2022-ci il, başa çatma tarixi 11 mart 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bərdə rayon mərkəzixəstəxanası tərəfindən tərtib edilmiş 13.07.2019-cu il tarixli 0232003AAMV6 saylı göndərişdə (Forma 088 saylı arayışda) olan “hərbi əməliyyatlar nəticəsində digər növ-partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol kürəkaltı nahiyənin odlu silah yaralanmasından sonrakı çapığı, döş qəfəsinin sol yarısında müxtəlif sayda yad cisimlər (metal qəlpələr) oynaqların kontrakturası, sol bazu oynağının kontrakturası (uzaqlaşma 30 dərəcə), sol yuxarı ətraf funksiyasının əhəmiyyətli dərəcədə pozulması, yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması, sol yuxarı ətraf funksiyasının kəskin pozulması, bazu kələfinin travması, sol bazu kələfinin travmatik-zədələnməsi travmatik pleksiti, nevrasteniya, xolesistitin digər formaları, xroniki xolesistopankreatit” diaqnoz kliniki, laborator və instrumental müayinələr əsasında müəyyən olunmuşdur, müvəqqəti əmək qabiliyyəti itirilməmişdir və əyani müayinə zamanı “Diaqnoz”da əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədi. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.; - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən müvəqqəti əmək qabiliyyəti itirilmədiyi və əyani müayinə zamanı “Diaqnoz”da əlilliyin təyininə əsas verən ağırlaşmaların aşkar edilmədiyin müəyyən olunduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar