Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2272/2020 21.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6, 3-cü şəxs X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X17, X14, X18 göstərilməklə koordinatların etibarsız hesab edilməsi, torpaq sahəsinin qanuni istifadədə olmasının müəyyən edilməsi barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci kilometrinin 1-ci piketində Dəmir Yolları Nazirliyinin Azərbaycan X26nin xx.xx.1979-cu il tarxli, P-404 saylı məktubu ilə keçmiş maşinist Ə.İ.Zeynalova təhkim olunması məlum olan 0,125 ha torpaq sahəsinə dair Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2239b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş mülkiyyət hüquqlarının koordinatlarının etibarsız hesab edilərək iddia ərizəsi üzrə cavabdeh tərəfindən kadastr baza (xəritə) məlumatlarından silinməsi, həmin koordinatlar daxilində 0.125 ha torpaq sahəsinin mərhum X3 ayrılmış olmasının, yəni torpaq sahəsinin mərhumun qanuni istifadəsində olmasının müəyyən edlməsi və ya tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ərazidə mərhum atası X4 işlədiyi Azərbaycan Dövlət X26 tərəfindən dəmir yollarının balansında olan mühafizə zolağının sahəsindən, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci kilometrinin 1-ci piketində əsaslı tikinti aparılmasına icazə verilmədən bostançılıq üçün 12,5 sot torpaq sahəsi ayrılmışdır. Bu ayrılma Azərbaycan X26nin xx.xx.1979-cu il tarixli, P-404 saylı məktubu ilə təsdiqlənir. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsindədir. 2013-cü ildə iddiaçının atası X8 da vəfat etdikdən sonra torpaq sahəsi X2 ailəsinin istifadəsində qalmışdır. Həmin torpaq sahəsi faktiki koordinatları çərçivəsində başqa fiziki şəxsin mükiyyəti kimi qeydə alınmışdır. Bu qeydiyyatın aparılmasının əsasları kimi X9 adına Bakı şəhər İK-nun xx.xx.1992-ci il tarixli, 1971 №-li qərarı və həmin qərar əsasında X5 və İstismarı Birliyi tərəfindən verilmiş olan tarixsiz və nömrəsiz order əsasında 2239b nömrəli bağın verilməsi göstərilmişdir. Həmin sənədlər əsasında torpağın plan ölçüsü əldə edilmiş, bundan sonra isə həmin koordinatlar üzrə xx.xx.2011-ci ildə mülkiyyət hüququna dair çıxarış alınmışdır. Həmin çıxarışda yanlış olaraq kadastr baza (xəritə) məlumatlarında iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları verilmişdir. Bununla bağlı iddiaçının tərəf olduğu bir neçə məhkəmə mübahisələri olmuşdur. Məhkəmələrin gəldiyi nəticələrə görə X11 ayrılmış bağ sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsi ayrı-ayrı yerlərdə yerləşir, bundan sonra iddiaçı Xəzər rayon məhkəməsində koordinatların etibarsız hesab edilməsi barədə iddia qaldırmış, lakin məhkəmələrin yekun rəyi ondan ibarət olmuşdir ki, belə mübahisələr inzibati xarakter daşıdığı üçün inzibati məhkəmədə baxılmalıdır.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının idarəyə müraciəti Bakı şəhəri, Xəzər rayonu, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci km-də ayrılmış 0,125 ha torpaq sahəsinin ilkin qeydiyyata alınması ilə bağlı olmuşdur. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, sözü gedən əmlak daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin (X10) adına qeydiyyatdan keçdiyindən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi İddiaçı idarəyə müraciəti ilə iddia tələbi arasında fərq vardır. İddiaçı Mənəfova X1 etibarsız sayılaraq kadastr baza (xəritə) məlumatlarının silinməsini iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2239v nömrəli torpaq sahəsi Mərdəkan bağlar sahəsində 55 №-li kooperativ tərəfindən verilmiş xx xxxxxx 1992-ci il tarixli order ilə Bakı şəhər İK-nın xx.xx.1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən X11 ayrılmışdır. Həmin hüquq müəyyənedici sənədlər əsasında X9 adına xx.xx.2011ci ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü, həmçinin cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. X17 AN-İ №0296756 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2239v saylı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş və həmin müqavilə əsasında sonuncunun adına xx.xx.2012-ci il tarixli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Daha sonra xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi əsasında X14 həmin torpaq sahəsini X12 bağışlamışdır və sonuncunun adına xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2239v nömrəli torpaq sahəsi X10 adınadır. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili T.Yeganlı iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında 3-cü şəxs X14 öz adından və nümayəndəsi olduğu digər 3-cü şəxs X10 adından çıxış edərək bildirmişdir ki, Mənəfova 2012-ci ilin avqust ayından başlayaraq dəfələrlə vicdansızcasına əsassız iddia vermiş və ailənin mülkiyyətində olan torpaq sahəsinə verilmiş: orderin, sərəncam, çıxarışların torpaq sahəsinin plan və ölçüsünün ləğv və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Bu məsələ ilə ilə əlaqədar yeddi Azərbaycan Respublikasının Ali Məhkəməsinin qüvvəyə minmiş qərarları vardır ki, bunların heç biri Mənəfovanın xeyrinə olmamışdır. Məhkəmələt tərəfindən iddiaçının ümumiyyətlə iddiaları qaldırmaq subyektiv (tələb) hüquqlarının olmaması müəyyən edilmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkili, cavabdehin nümayəndəsi və 3-cü şəxsi dinlədikdən, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun, Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır, 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 50-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır, 2-ci bəndinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: ... dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; Həmin Məcəllənin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir, 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər, 9-cu bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci madəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında göstərilmişdir:1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri;1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri;1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı;1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları;1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr;1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr;1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları;1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd;1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə);1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı.1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə;2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış;2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Göründüyü kimi həm hazırda qüvvədə olan qanunvericilikdə, həm də əvvəllər qüvvədə olan qanunvericilikdə vətəndaşların istifadəsinə dəmir yolu kimi bir qurumun torpaq ayrıması səlahiyyəti nəzərdə tutulmamışdır, qanunverici vətəndaşların istifadəsinə daimi əsaslarla torpaq ayıran orqanların siyahısını dəqiq müəyyən etmişdir ki, həmin siyahıda Azərbaycan Dövlət Dəmir Yolu (hazırki “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC) mövcud deyildir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydalarının 2-ci bəndinə əsasən xüsusi mühafizə zonası - uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Qapalı Səhmdar Cəmiyyəti və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlardır;təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır;sanitariya-mühafizə zonası - yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi rejimli mühafizə zonasıdır, 6-cı bəndinə əsasən dəmir yol qurğularının, bina və tikililərinin və digər köməkçi obyektlərinin sürüşmədən, uçqunlardan, eroziyalardan, seldən, qum və qar basqınlarından və başqa təhlükəli təsirlərdən qorunması, onların möhkəmliyinin və dayanıqlığının təmin edilməsi məqsədilə xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası torpaqlarından istifadə olunmasının rejimi müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdiril-məsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. Belə olan halda dəmir yolunun istifadəsinə dövlət tərəfindən ayrılmış torpaq sahələrinin konkret təyinatı vardır ki, o da dəmir yolunda yuxarıda göstərilən abzasda qeyd edilənlərdən ibarətdir, həmin torpaq sahələri müvəqqəti olaraq bostançılıq işləri üçün vətəndaşların istifadəsinə verilə bilərdi ki, vaxtilə iddiaçının atasına da dəmir yolunun mühafizə zolağında torpaq bostançılıq məqsədilə verilmişdir. Yəni torpaq konkret şəxsə - iddiaçının atasına daimi istifadəyə deyil, bostan əkilməsi üçün müvəqqəti verilmişdir ki, belə verilmə də qanunvericiliyin tələblərinə əsasən hüquq varsliyini də istisna edir. Bundan başqa qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-2(102)-508/14 nömrəli iş üzrə qəbul edilmş qərarı ilə müəyyən edilmişdir ki, Mərdəkan bağ massivində X9 mülkiyyətində olmuş 2239v saylı bağ sahəsi (hazırda X7 mülkiyyətində olan) dəmir yolunun mühafizə zolağından (24 m) kənarda yerləşdiyindən qeyd edilən torpaq sahələri iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-5937/19 saylı, xx.xx.2019-cu il tarixli və 2(102)-5937/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarlarına əsasən məhkəmələr tərəfindən İddiaçı ümumiyyətlə hazırki iddia ərizəsində göstərilən torpaq sahəsi ilə iddia qaldırmaqda subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsi üzərində iddiaçının hər hansı bir hüquqları olmadığı üçün cavabdeh tərəfindən onun hər hansı bir hüquqlarının pozulmasına yol verilməmişdir, belə olan halda iddiaçının hazırki iddianı qaldırmaq subyektiv hüququ mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci kilometrinin 1-ci piketində Dəmir Yolları Nazirliyinin Azərbaycan X26nin xx.xx.1979-cu il tarxli, P-404 saylı məktubu ilə keçmiş maşinist Ə.İ.Zeynalova təhkim olunması məlum olan 0,125 ha torpaq sahəsinə dair Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2239b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş mülkiyyət hüquqlarının koordinatlarının etibarsız hesab edilərək iddia ərizəsi üzrə cavabdeh tərəfindən kadastr baza (xəritə) məlumatlarından silinməsi, həmin koordinatlar daxilində 0.125 ha torpaq sahəsinin mərhum X3 ayrılmış olmasının, yəni torpaq sahəsinin mərhumun qanuni istifadəsində olmasının müəyyən edlməsi və ya tanınması barədəiddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci kilometrinin 1-ci piketində Dəmir Yolları Nazirliyinin Azərbaycan X26nin xx.xx.1979-cu il tarxli, P-404 saylı məktubu ilə keçmiş maşinist Ə.İ.Zeynalova təhkim olunması məlum olan 0,125 ha torpaq sahəsinə dair Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2239b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş nülkiyyət hüquqlarının koordinatlarının etibarsız hesab edilərək iddia ərizəsi üzrə cavabdeh tərəfindən kadastr baza (xəritə) məumatlarından silinməsi, həmin koordinatlar daxilində 0.125 ha torpaq sahəsinin mərhum X3 ayrılmış olmasının, yəni torpaq sahəsinin mərhumun qanuni istifadəsində olmasının müəyyən edlməsi və ya tanınması barədəiddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2272/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2272/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver